Məhkəmə qərarları › İş №2-1(102)-1462/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1462/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1462/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət X4 1 saylı Bakı ərazi şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1462/2020) Açar sözlər: əlilliyə görə pensiya, staj, fərdi hesabda yığılan pensiya kapitalı Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət X4 1 saylı Bakı ərazi şöbəsinə qarşı ikinci qrup əlilliyə görə pensiya təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-87/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. Əmək və X3 Nazirliyi X1 sonuncu müayinəsindən sonra ona xx.xx.2019-cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə DSMF-nin Yasamal rayon şöbəsinə müraciət edərək, ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Yasamal rayon şöbəsi iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli **********7 saylı məktubla cavab verərək bildirmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxxxxxxx” LTD Firmasında və 19952005-ci illəri əhatə edən “Ozan” qəzetində işlədiyi dövrün yoxlanılması mümkün olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajının, həmçinin onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxxxxxxx” LTD firmasında, eləcə də xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilədək “Ozan” qəzetində müxbir vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona İİ qrup əl illiyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh DSMFnin Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. O, 1976-cı ildən 1978-ci ilə qədər iki il hərbi xidmətdə olmuşdur. xx xxxxxx 1975-ci ildən əmək fəaliyyətinə başlayaraq 1992-ci ilə qədər müxtəlif müəssisə və təşkilatlarda, sonra isə xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər “xxxxxxxxx” LTD firmasında təchizat şöbəsinin müdiri, daha sonra xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilə qədər “OZAN" qəzetində müxbir vəzifəsində işləmişdir. Beləliklə hərbi xidmət dövrü də nəzərə alınmaqla onun əmək kitabçasına əsasən stajı ümumilikdə 27 il 7 ay təşkil edir. Cav abdehin etirazları: Cavabdehin etiraz dəlilləri, iddiaçıya pensiya təyin etməkdən imtina etmək barədə xx.xx.2019-ci il tarixli **********7 saylı məktubda göstərilən dəlillərlə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3070/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “xxxxxxxxx” LTD firmasında, eləcə də xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilədək “Ozan” qəzetində müxbir vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona İİ qrup əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.1995-ci ildən xx.xx.2005-ci ilədək əmək fəaliyyəti əmək kitabçası ilə müəyyən edildiyinə görə iddia təmin edilməlidir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-87/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), V.Baxışova və E.Şamayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3070/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapit alı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə və tələb olunan sığorta stajı olduqda təyin edilir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “xxxxxxxxx” LTD firmasında, xx.xx.1995-ci il tarixdən 25.01,2005-ci il tarixədək “Ozan” qəzetində işlədiyi dövrün yoxlanılmasına zərurət yaranmış, lakin həmin dövrün sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan so sial sığorta stajı və pensiya kapitalı olmamışdır. F.Ə. Məmmədovun tələb olunan pensiya kapitalı toplanmadığından əlilliyə görə əmək pensiyası təyin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən Yasamal rayon Şöbəsinin imtinası tam əsaslı olmuşdur. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş İİ qrup əlilliyə görə pensiya təyin olunmasını tələb edir. Bu növ pensiya almaq hüququnun əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində mü əyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabı n sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:

1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;

2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmal ıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən «əmək qabiliyyətli yaş dövrü» ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. Bu halda iddiaçının xx.xx.1957-ci il təvəllüdlü olması və ona xx.xx.2019-cu il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 15 il 8 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan 62 yaş 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 47 il) x 4 ay = 188 ay: 12 = 15 il 8 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Apelyasiya instansiyası isə hesab etmişdir ki, iddiaçıya pensiya təyin olunması üçün 11 il 9 ay sosial sığorta stajı tələb olunur. Lakin apardığı riyazi hesablamanı 62 – 15 = 47/4 = 11 il 9 ay kimi əsaslandırmışdır. Bundan başqa, məhkəmə iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmamış, bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı stajı xx.xx.2006-cı ilədək topladığı üçün sosial sığorta stajı kimi deyil, ümumi iş stajı kimi nəzərə alınmalı olduğundan onun pensiya kapitalının olmaması pensiyanın təyin edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya ins tansiyasının bu mövqeyi ilə razılaşmır. xx.xx.2017-ci il tarixdən sonra İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Həmin tarixdən sonra əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, «Əmək pensiyaları haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olu nduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən, sığorta olunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iş stajına malik olması barədə qiymətləndirmə aparsa da, pensiya hüququnun yaranması üçün ikinci vacib şərt olan pensiya kapitalına malik olmasını müəyyən etməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin müddəasına uyğun araşdırma aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). İşin hallarının bu vəziyyətində məhkəmənin iddanı təmin etmək barədə gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh DSMF-nin Yasamal rayon şöbəsinə qarşı çıxarılmış, həmin qərardan Dövlət X4 1 saylı Bakı ərazi şöbəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsi onun şikayətinə baxıb qərar çıxarsa da, bu izibati orqanın prosessual statusunu müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hə rəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstər ilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-87/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar