Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1462/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü;, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx xxxxx 1956-cı ildə Zaqatala rayonunda anadan olmuş İddiaçı 29 may 1974-cü il tarixdən 3 iyun 1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
2. Zaqatala Rayon Dövlət Arxivinin 19 aprel 2021-ci il tarixli, 4509 nömrəli arxiv arayışına əsasən iddiaçının Zaqatala rayonu Yengiyan kəndi “1 May” kolxozunda kolxozçu vəzifəsi üzrə işlənmiş əmək günü miqdarı 1973-cü ildə 194 gün, 1974-cü ildə 110 gün, 1976-cı ildə 171 gün, 1977-ci ildə 256 gün, 1978-ci ildə 235 gün, 1979-cu ildə 245 gün, traktorist vəzifəsi üzrə 1980-ci ildə 174 gün, 1981-ci ildə 256 gün, 1982-ci ildə 232 gün, 1983-cü ildə 234 gün, naxırçı vəzifəsi üzrə 1984-cü ildə 365 gün, 1985-ci ildə 364 gün, 1986-cı ildə 365 gün, 1987-ci ildə 292 gün, 1988-ci ildə 347 gün, 1989-cu ildə 285 gün, 1990-cı ildə 318 gün, 1991-ci ildə 291 gün, 1992-ci ildə 365 gün, 1993-cü ildə 274 gün, 1994-cü ildə 246 gün, 1995-ci ildə 236 gün, 1996-cı ildə 309 gün, 1997-ci ildə 289 gün olmuş və müvafiq əmək haqqı almışdır.
3. İddiaçı 22 aprel 2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin icrasından imtina edərək 27 may 2021-ci il tarixli, **********4 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan stajı 25 ildən azdır, yəni 02 il 01 aydır və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 13 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iddiaçının Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozda 1973-cü ildən xx.xx.1974-cü ilədək kolxozçu, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı illəri hərbi xidmət, xx.xx.1976-cı il tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illəri (faktiki müddəti nəz ərə alınmaqla) hüquqların yarandığı yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən xx.xx.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü ildən xx.xx.1974-cü ilədək Zaqatala rayonu Yengiyan kəndi “1 may” adına kolxozunda kolxozçu, 1974-cü 05.05 il tarixindən xx.xx.1976-cı illəri hərbi xidmətdə, 1976-cı il 05.06 tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci ilədək naxırçı işində işləmişdir. Həmin iş stajını Azəbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivindən xx.xx.2021-ci il tarixli 4509 №-li Arxiv arayışı ilə də təsdiq edə bilər. Zaqatala Rayon Dövlət A rxivindən aldığı arayışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon Sahəsinə təqdim etmişdir. Lakin cavabdehin imtina məktubuna əsasən, onun “1 May” adına kolxozda işlədiyi dövrləri yalnız məhkəmə qərarı ilə təsdiq etdikdən sonra pensiya işinə yenidən baxıla biləcəyi qeyd edilmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı etirazda iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının 1973-1997-ci illərdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən “1 May” adına kolxozda olan əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmədiyindən Filial yaşa görə pensiyasını təyin etməkdən əsaslı olaraq imtina etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8498/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilmiş və iddiaçının Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozda 1973-cü ildən xx.xx.1974-cü ilədək kolxozçu, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı illərdə hərbi xidmət, xx.xx.1976-cı il tarixdən 1979-cu ilədək kolxozçu,1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüquqların yarandığı yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən xx.xx.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvə yə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır).
9. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı “1 May” adına kolxozda işləmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş, həmin arayışla yanaşı məhkəməyə kolxozda staj kitabı və şəxsi hesab kitablarından iddiaçıya aid olan hissə ilə bağlı sənədlər təqdim edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına he sablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır.
10. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də hərbi xidmət dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanunverici hərbi xidmət və əmək fəaliyyəti dövrlərinin üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmətdə olmasının nəticəsidir ki, iddiaçı hərbi xidmətə çağırıldığ ı xx.xx.1974-cü ilədək kolxozda həmin il üçün müəyyən edilmiş minimum adam günü normasını tam ödəməmiş, cəmi 110 əmək günü işləmiş, hərbi xidmətdə olduğu 1975-ci ildə ümumiyyətlə kolxozda işləməmiş, eyni zamanda hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı il tarixdən sonra həmin il üçün müəyyən edilmiş minimum adam günü normasını tam ödəməmiş, cəmi 171 əmək günü işləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qanunla əmək fəaliyyəti və hərbi xidmət dövrünün ümumi iş stajına daxil edildiyini nəzərə alaraq iddiaçının hərbi xidmət dövrünü tam, yəni 02 il 06 gün olmaqla, eyni zamanda hərbi xidmət dövrü ilə üst-üstə düşməyən 1974-cü ildə 110 əmək günü və 1976-cı ildə 171 əmək gününü yuxarıda qeyd edilmiş faktiki işləmə müddəti nəzərə almaqla ümumi iş stajına hesablayır.
11. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövr 21 tam il (1973, 1977-1979, 19811997daxil olmaqla) + kolxozda faktiki işlədiyi müddət 02 il 03 ay 13 gün (07 ay 04 gün+11 ay 04 gün+09 ay 05 gün) 23 il 03 ay 13 gün edir. Eyni zamanda iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək olan hərbi xidmət dövrü 02 il 06 gün olmaqla nəzərə alındıqda cəmi iş stajının 25 il 03 ay 19 gün olduğu müəyyən olunur.
12. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində hərbi xidmət dövrünün nəzərə alınmaqla pensiya təyin edilməsini xahiş etsə də, tələbin nəticə hissəsində hərbi xidmət dövrünü xx.xx.1974- xx.xx.1976-cı illər olaraq qeyd etmişdir. Məhkəmə İPM-nin 52-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığını əsas götürüb və iş materiallarına əlavə edilmiş iddiaçı ya məxsus hərbi biletdə hərbi xidmət dövrünün xx.xx.1974-cü ildən xx.xx.1976-cı illər olduğunu nəzərə alıb iddiaçının tələbində qeyd etdiyi xx.xx.1974-xx.xx.1976-cı illəri texniki səhv olaraq qəbul edir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8498/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri sadalanmışdır. Kassasiyaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 7-ci, 8.1-ci və 8.3-cü, Əmək Məcəlləsinin 87.1-ci, həmçinin İnzibati Prosessual Məcəllənin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... -21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xi dmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: -3.1 sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: -3.2.1. əmək kitabçası; -3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhk əmənin qanuni qüvvəyə minmiş qərarı. 21. xx.xx.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: Bənd 1 - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; Bənd 3 - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və iş də olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münas ibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzr ə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək kitbaçası mövcud olmamış, o, arxiv arayışına əsasən cavabdehdən ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
30. Cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan stajı 25 ildən az, yəni 02 il 01 ay olduğunu və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək müraciətin icrasından imtina etmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 19-22-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun şəkildə araşdırma apararaq haqlı olaraq iddiaçının “1 May” kolxozunda 21 tam ili, 1974, 1976 və 1980-ci natamam illərdə isə 2 il 3 ay 13 gün (27ay 13 gün), habelə 2 il 4 gün də həqiqi hərbi xidməti nəzərə alınmaqla, ümumilikdə, 25 il 3 ay 13 gün iş stajı yaranmış olduğu, həmin iş stajını da onun, 2006-cı ilədək olan dövrdə toplamış olduğu nəticəsinə gəlmişdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndi rmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.