Məhkəmə qərarları › İş №2-1(102)-1462/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1462/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1462/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1245/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli müraciətə cavab verilməsi barədə məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan v ermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilən xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən iddiaçının ümumi sığorta stajı 14 il 1 gün olmaqla Qanunla tələb olunan müddətdən (25 il) azdır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığort a hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.4-cü maddəsinə əsasən sizə xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilmışdır ki, X2 qəyyumluq edilməsi haqqında Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilən 60 saylı sərəncam xx.x x.2020-ci il tarixində təsdiq edildiyi üçün əvvəlki dövrlərə şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 61 yaş 06 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvü X3 2001-ci ildə kəskin beyinqan dövranı pozğunluğu keçirmiş və stasionar şəraitdə müalicə olunmuşdur. Həmin ildən etibarən kənar şəxsin yardımına möhtacdır. Kənar şəxsin dami qulluğuna ehtiyacı olduğundan, habelə təqaüdünün alınma sı üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Müvafiq qətnamə əsasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının “24” fevral 2020-ci il tarixli, 60 nömrəli sərəncamı ilə həyat yoldaşının üzərində qəyyum təyin edilmişdir. Sərəncamın surəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsə göndərilmişdir. Adıçəkilən publik hüquqi şəxsdən bildirilmişdir ki, ona təqaüdün, habelə qulluğa görə ona stajın hesablanması yalnız məhkəmə qətnaməsi əsasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı qəbul olunduğu tarixdən mümkündür. Əslində isə həmin şəxsə 2001-ci ildən qulluq göstərir. Bugünkü tarixədək səhhətində hər hansı təbəddülat müşahidə olunmamış, yəni hal-hazıradək də onun öhdəsində olmuşdur. Ailənin xəstə üzvünə qulluqla bağlı iddiaçıya staj hesablanmır. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsdən bunun üçün xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxsin 2001-ci il tarixdən qanuni nümayəndəsi olması faktının sübut edilməli olduğu qeyd olunur. Halbuki, ona faktiki olaraq 2001-ci ildən, yəni məlum xəstəliyə düçar və köməyə möhtac olduğu müddətdən etibarən qulluq edir. Bu faktı birgə nikahdan olan övladları, habelə yaxın qonşular da təsdiq edə bilər. Məlum xx.xx.2020-ci il tarixli daxil olmuş ərizəsinə münasibətdə tərtib olunan və hərəkətsizlikdə ifadə olunan cavab məktubunda inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci və 22-1.5-ci maddələrinə istinad etmişdir. Eyni zamanda inzib ati orqan məktubunda imtina üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü maddəsinə əsaslanmışdır. İnzibati orqanın hərəkətsizliyi üçün istinad olunan qanunvericilik normalarının hüquq münasibətinə aidiyyəti yoxdur. Belə ki, Qanunun 22-1-ci maddəsi müvafiq qanuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunu ilə əlavə olunmuşdur. Bu halda qanun qəbul olunduqdan sonra yaranan münasibətə tətbiq olunmalıdır. Yəni bu hüquqi aktın iddiaçıya təyin olunmuş sosial müavinətin pensiya ilə əvəz olunmasına ən azından qəbul olunduğu tarixədək təsir qüvvəsi absurddur. Hazırda iddiaçı pensiya yaşına çatmışdır (62 yaşı tamam olmuşdur). Belə olan hald a vəziyyətini yüngülləşdirən hal olaraq pensiya yaşına çatmağı sosial müavinətin hesablanmasının dayandırılması üçün əsaslardan biridir. Üstəlik, ailə başçısına qulluq edir, belə olan təqdirdə, həmçinin heç olmasa fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq etdiyi tarixdən sığorta stajı hesablanmalıdır. Bu baxımdan faktiki ər-arvad olmaqları nəzərə alınmaqla, ona qulluq göstərməyinin staj kimi 2001-ci ildən hesablanması diqqətəlayiq mənafelərinin təmin olunması üçün ona əmək pensiyasının təyini yolu ilə ailələrinin rifahı baxımından mühüm rol oynayacaq. Hazırda 16 (on altı) il əmək stajına malikdir. Həyat yoldaşına qulluq etdiyi dövrdən, yəni 2001-ci il tarixdən sosial sığorta stajı hesablansa, ən yaxşı halda hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən olunan müddətə (25 il) təqribən 4 il qalmış olar. Bu isə onun sosial rifahının yüksəldilməsi və təminatının yaxşılaşdırılmasına xidmətlə nəticələnər.

4. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-918/2022 nömrəli qərardadı ilə iddiaçının 1-ci dərəcə əlil xx.xx.1960-cı il təvəllüdlü X1 qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün qanunla nəzərdə tutulmuş tədbirin görülməsi (bu halın araşdırılaraq qulluq aktının tərtib edilməsi) üçün 30 (otuz) günlük müddət təyin edilmiş və cavabdeh tərəfindən həmin müddət ərzində araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi q ərara alınmışdır.

6. Qərardadın icrası ilə əlaqədar olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)-918/2022 nömrəli qərardada əsasən İddiaçı X1 qulluq etməsi barədə akt tərtib edilmişdir. Lakin 60 saylı MKİS-in rəisi S.Ə.Tağıyev və Yasamal rayonu 3 saylı Ərazi nümayəndəsi F.M.Pənahov aktı imzalamaqdan imtina etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(112)-918/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, iddiaçıya 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 2015-ci ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sos ial müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmir və həmin növ müavinət iddiaçıya ƏPQ-nun 22-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Əksinə eyni növlü sosial müavinətdən, yəni yaşa görə müavinətdən keçid olmadığından iddiaçının xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınan pensiya kapitalı nəzərə alınmalı, ona Qanunun 22-1.2-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada 25 il ümumi iş stajı hesabı ilə pensiya təyinatı aparılmalıdır. Qeyd olunanlara əsasən iddiaçının yaşa görə pensiya hüququ ƏPQ-nun 7, 22-1.2-ci maddələrinə əsasən yaşa görə əmək pensiyası hüququ olduğu halda cavabdehin pensiya təyinatından imtina etməsi əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

9. Cavabdeh apellyas iya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1245/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayəti nin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia dair etiraz ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşı na çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddət lərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:... 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üz rə: 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyy əti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Madd ə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin q ərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 61 yaş 06 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

23. İş üzrə materiallardan müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci ildə X3 ilə nikah a daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008ci il tarixdə 507 nömrəsi ilə qeyd edilmişdir.

24. Həmçinin iş materialları ilə müəyyən olunur ki, X1 ilkin olaraq xx.xx.2005-ci ildə 2 il müddətinə İ (birinci) dərəcə əlillik təyin edilmiş, sonradan əlillik xx.xx.2009-cu il tarixədək uzadılmış və xx.xx.2009-cu il tarixdən isə ona müddətsiz İ (birinci) dərəcə əlillik dərəcəsi verilmişdir.

25. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 60 nömrəli sərəncamına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3672/2019 nömrəli qətnaməsi və İddiaçı ərizəsi nəzərə alınaraq fəaliyyət qabiliyyəti olmayan xx.xx.1960-cı il təvəllüdlü X1 mülkiyyətlərinə hüququ olmadan arvadı İddiaçı qəyyum təyin edilmişdir.

26. İşin birinci instansiya icraatı zamanı məhkəmənin 2-1(112)-918/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının 1-ci dərəcə əlil xx.xx.1960-cı il təvəllüdlü X1 qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün qanunla nəzərdə tutulmuş tədbirin görülməsi (bu halın araşdırılaraq qulluq aktının tərtib edilməsi) üçün 30 (otuz) günlük müddət təyin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin müddət ərzində araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)-918/2022 nömrəli qərardada əsasən iddiaçının X1 qulluq etməsi barədə akt tərtib edilmişdir. Lakin 60 saylı MKİS-in rəisi S.Ə.Tağıyev və Yasamal rayonu 3 saylı Ərazi nümayəndəsi F.M.Pənahov aktı imzalamaqdan imtina etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 60 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixindən Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 172 ünvanında qeydiyyatdadır. İddiaçı 1-ci dərəcəli əlil, xx.xx.1960-cı il təvəllüdlü (xx.xx.197 7-ci ildən həmin ünvanda qeydiyyatda olan) X1 hansı tarixdən etibarən qulluq etdiyi haqqında MKİS-də heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 73/g nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı nümayəndəlikdə olarkən heç bir şəxsiyyət təsdiq edən sənəd təqdim etməmişdir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində göstərilən hüquq normasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir.

28. Həmçinin qərarın 17-ci bəndində göstərilən qaydalarda da qeyd edilir ki, İ qrup əlilə qulluq edilməsi müddəti sığortaolunanın sığor ta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

29. Belə olan halda, iş materiallarında olan (iş s. 74-75) aktları 60 saylı MKİS-in rəisi S.Ə.Tağıyev və Yasamal rayonu 3 saylı Ərazi nümayəndəsi imzalamamasına baxmayaraq yuxarıda qeyd edilən qaydalara uyğun olaraq DSMF-nin nümayəndələri və qonşular tərəfindən həmin akt imzalanmış və buda İ qrup əlilə qulluq edilməsi müddətini iddiaçının sığorta stajına daxil edilməsinə kifayət edir.

30. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 96.7-ci maddəsinə əsaslanaraq qeyd etməyi zəruri hes ab edir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan şikayət təmin edilə bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 21(103)-1245/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar