Məhkəmə qərarları › İş №2-1(102)-1463/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1463/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1463/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Cavadov Əjdər Əmrah oğlunun, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddi açı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinə qarşı “düzgün hesablanmamış pensiyanın qanunun tələblərinə uyğun yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-355/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1942-ci ildə anadan olmuş, xx.xx.1995-ci il tarixində ona müharibə əlillərinə bərabər tutulan 2-ci qrup əlil kimi pensiya təyin edilmiş, xx.xx.2008-ci il tarixindən pensiyanın növü dəyişdirilərək 251,62 manat əmək pensiyası təyin edilmişd ir.

2. İddiaçı yaşa görə pensiyasının düzgün hesablanmadığını iddia edərək cavabdeh orqana təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, lakin cavabdeh orqan şöbənin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə xx.xx.2008ci il tarixdən pensiyanın növü dəyişərək 2004-2005-ci illərin orta aylıq əmək haqqı və xx.xx.2006-cı il tarixə 43 il 11 ay iş stajı, xx.xx.2006 - xx.xx.2008-ci ilə sığorta kapitalı əsasında 251,62 manat əmək pensiyası təyin edildiyini, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən orta aylıq əmək haqqından iş stajına uyğun olaraq 85% hesablanaraq ödənildiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı “ona təyin olunmuş pensiyanın düzgün hesablanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsində xx.xx.2008-ci ildə əmək pensiyasına çıxmışdır. Ümumi iş stajı 43 il 11 ay x 1,94 = 2006-2008 – sığorta kapitalı 11,01 manat. 2004-2005-ci illərin orta aylıq əmək haqqı – 160 manat. Pensiya təyin edən komissiyanın qərarı ilə pensiya təyinatı 160 - 85%i = 136,26 manat olduğu halda, şöbənin pensiya təyin edən komissiyasının qərarı ilə və icraçı Əsli Məmmədhüseynovanın iştirakı olmaqla onun pensiyası 251,62 (b/h 75,0 + s/h 65,61 + y/h 11,01) = 251,62 manat. Heç bir təlimata uyğun olmayan bu hesablama şöbənin vəzifə sahibləri pensiyanın 85%-lə hesabladığını, yəni 251,62 manat düzgündür deyə imza etmişlər.Güman edir ki, əmək pensiya hüququ əmək qanunvericiliyinə əsasən bilərəkdən kobud şəkildə pozulmuşdur. Cavabdeh inzibati orqana ərizə və teleqramla müraciət etsədə, hazırki vaxtadək müraciətlərinə cavab ala bilməmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.1995-ci ildə müharibə əlillərinə bərabər tutulan 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Şöbənin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə xx.xx.2008-ci il tarixdən pensiyanın növü də yişərək 2004-2005-ci illərin orta aylıq əmək haqqı və xx.xx.2006-cı il tarixə 43 il 11 ay iş stajı xx.xx.2006 - xx.xx.2008-ci ilə sığorta kapitalı əsasında 251.62 manat əmək pensiyası təyin edilmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən orta aylıq əmək haqqından iş stajına uyğun olaraq 85% hesablanaraq ödənilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri pensiyasında əksini tapdığı üçün iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)3347/2019 nömrəli qərarına əsasən, iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilikdə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddəti də nəzərdə tutulur. Bununla yanaşı qanunvericilikdə xx.xx.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir.

8. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3347/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyas iya instansiyası məhkəməsindəki icraat

9. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və müəyyən edilmiş ki, iddiaçı iş stajının 45 il 7 ay olduğu nəzərə alınmaqla pensiyanın orta aylıq əmək haqqının 85 faizi əsasə götürülərək yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş edir.

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-355/2020 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)3347/2019 nömrəli qərarının dəyişdirilməsi, iddiaçıya xx.xx.2008-ci il tarixində təyin edilmiş yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqının 85% əsasında həmi n dövrdə qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia ərizəsində tələbini dəqiq ifadə etməmiş, pensiyasının yenidən düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də cavabdehin yenidən hansı qaydada hesablama aparılmalı olduğu tələbdə konkret qeyd edilməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya tələbinə dəqiqləşmə verməyi təklif etməmişdir.Həmçinin, iddiaçının əmək pensiyasının baza hissəsi cavabdeh orqan tərəfindən düzgün müəyyən edilmişdir. İddiaçıya yaşa görə pensiyanın məbləği hesablanarkən xx.xx.2006-cı il tarixinədək onu n topladığı 43 il 11 ay ümumi iş stajı nəzərə alınmış, iddiaçının xx.xx.2006-cı il tarixdinən sonra işlədiyi dövr üzrə isə fərdi hesaba toplanmış pensiya kapitalı əsas götürülmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən ümumi sığorta stajının 45 il 7 ay kimi nəzərə alınmalı olduğuna dair tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Bundan başqa iddiaçının 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqı cavabdeh tərəfindən 160,3 manat məbləğində müəyyən edilmişdir ki, bu məbləğin 85%-i 136,26 manat təşkil edir. Qeyd edilən məbləğin üzərinə baza hissə 75 manat, sığorta hissəsi 65,61 manat və yığım hissəsi 11,01 manat toplandıqda iddiaçıya xx.xx.2008-ci il tarixində təyin edilmiş yaşa görə pensiyanın məbləği 251,6 manat deyil, 287,88 m anat təşkil etməli idi.

12. Məhkəmənin qərarını iddiaçı xx.xx.2020-ci il, cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.

13. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-355/2020 nömrəli qərarının ləğv edilərək iddianın tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) İddiaçının kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə cavabdeh iddiaçının yaşa görə əmək pensiyasını qanunun tələblərinə uyğun hesablamamışdır. Belə ki, iddiaçı ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2 008-ci il tarixində yaşa görə əmək pensiyasına keçirilməsi zamanı sığorta stajının 45 il 7 ay olduğu halda, cavabdeh tərəfindən sığorta stajının 43 il 11 ay hesablanması və hər sığorta ilinə görə 1,94 manat (və ya 2 manat) əlavə hesablanmasını tələb etdiyi halda, iddiaçıya 160.30×85%136.2625×8.3×16.7%=140.61(s/h)+75(b/h)+11.01(y/h)+m/v=251,62 manat yaşa görə əmək pensiyası hesablanmışdır. Göstərilən hesablamanın isə hüquqi əsası yoxdur. Ona görə ki, 25×8.3×16.7% nədən ibartədir. Bu hesablama üzrə əsas götürülmüş 25×8.3×16.7% hesablama qaydası “Əmək pensiyaları haqqında” Qanunda və əmək pensiyalarının hesablanması qaydalarını özündə əks etdirən digər qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. 15. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaçısına təyin edilən yaşa görə əmək pensiyasının həm onun əmək haqqının məbləğinə hesablanmalı olan hissədən və həm də sığorta və yığım hissəsindən ibarətdir. Apelyasiya instansiyası məhkəməsinin qərarı isə yalnız iddiaçıya xx.xx.2008-ci il tarixində təyin edilmiş yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqının 85% əsasında yenidən hesablanmasının cavabdehə həvalə edilməsindən ibarətdir. İşin bu cür halında əslində yenidən hesablanması tələb olunan və bununla da mübahisənin predmetini təşkil edən xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyasına keçirilməsi zamanı sığorta stajının 45 il 7 ay olduğu halda, cavabdeh tərəfindən sığorta stajının 43 il 11 ay hesablanması və hər sığorta ilinə görə 1,94 manat (və ya 2 manat) sığorta hissəsi hesablanmalı olduğu halda belə hesablamanın aparılmamasından v ə nəticədə əmək pensiyasının qanuna müvafiq olaraq yenidən hesablanmasından əsassız olaraq imtina edilməsi ümumiyyətlə məhkəmə tərəfindən qiymətləndirilməmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarında iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta və yığım hissəsi nəzərə alınmamış, həmçinin iddiaçının ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyasına keçirilməsi zamanı faktiki malik olduğu 45 il 7 ay sığorta stajının hər ili üçün hesablanmalı olan 1,94 manat hesabı ilə sığorta hissəsinə əlavə edilməməsi nəzərə alınmamış, nəticədə mübahisənin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən qərar qəbul edilmişdir.

17. Belə ki, iddiaçının ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyasına keçirilməsi zamanı faktiki m alik olduğu 45 il 7 ay sığorta stajının hər ili üçün hesablanmalı olan 1,94 manat hesabı ilə sığorta hissəsi 88,30 manat təşkil etdiyi halda, həmin sığorta hissəsi cavabdeh tərəfindən 65,61 hesablanmış, apelyasiya instansiyası məhkəməsi isə cavabdeh tərəfindən belə hesablamanın hansı əsasla hesablanmasının əsaslarını müəyyən etməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 izahat verər ək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinin xx.xx.2009-cu il tarixinədək qüvvədə olan redaksiyasına görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 22. “Əmək pensiyaları haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK-sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

23. Qanunun xx.xx.2008-ci il tarixdə qüvvədə olan redaksiyada 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir, YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

24. Qanunun xx.xx.2009-cu il tarixədək qüvvədə ol muş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir.

25. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu za man bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.

26. Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.11- ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. 27. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensi ya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulurdu ki, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlav ə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.

28. Həmin Qanunun 14-cü maddəsinə əsasən müharibə zamanı və digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanma, kontuziya və xəsarət nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstələnmə nəticəsində əlil olmuş hərbi qulluqçular aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda yaşa görə pensiya hüququna malikdirlər. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2008ci ildə qüvvədə olmuş 10.1-ci maddəsinə əsasən yaşa gö rə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” xx.xx.2008-ci il tarixli sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 75 manat müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şər tlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.

33. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıla n zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İşin apelyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçıya xx.xx.1995-ci il tarixində 2-ci qrup əlil kimi pensiya təyin edilmiş, xx.xx.2008-ci il tarixindən pensiyanın növü yaşa görə əmək pensiyasına dəyişdirilmişdir və iddiaçı da təyin olunmuş pensiya məbləği ilə razılaşmayaraq həmin məbləğin yenidən hesablanmasını tələb edir.

36. İddiaçının kassasiya şikayətinin dəlillərindən göründüyü kimi onun dəlillərinin əsasını pensiyanın məbləğinin düzgün hesablanmadığı təşkil edir.

37. Məhkəmə kollegiyas ı bununla bağlı qeyd edir ki, pensiyanın hesablanması məsələsi apelyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və əsaslı nəticə əldə edilmişdir.

38. İddiaçı əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə xx.xx.2008-ci il tarixində keçirildiyindən əmək pensiyası həmin dövrdə qüvvədə olmuş əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq hesablanmalıdır. Apelyasiya instansiyası məhkəməsi də hazırkı qərarın 21-30-cu bəndlərində qeyd olunan normaları işin faktiki hallarına düzgün tətbiq edərək qeyd etmişdir ki, iddiaçının 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqı cavabdeh tərəfindən 160,3 manat məbləğində müəyyən edilmişdir ki, bu məbləğin 85%-İ 136,26 manat təşkil edir. Qeyd edilən məbləğin üzərinə baza hissə 75 manat, sığorta hissəsi 65,61 manat və yığı m hissəsi 11,01 manat toplandıqda iddiaçıya xx.xx.2008-ci il tarixində təyin edilmiş yaşa görə pensiyanın məbləği 251,6 manat deyil, 287,88 manat təşkil etməli idi.

39. İddiaçının kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli, obyektiv araşdırmış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, eləcə də tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək qərar qəbul etmişdir.

40. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, mə cburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddia tələbinin rədd edilən hissəsinə münasibətdə iddiaçı öz dəlillərini sübut edə bilməmişdir. Digər hissədə isə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir.

41. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olun an tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

42. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-355/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar