Məhkəmə qərarları › İş №2-1(102)-1463/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1463/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1463/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X9, X10, X2) “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(10 3)-902/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Məişət Kondisionerləri Zavodunun xx.xx.1989-cu il tarixli və xx.xx.1996-cı il tarixli 473 nömrəli orderləri ilə müəyyən olunmuşdur ki, xx.xx.1989-cu il tarixli, 173 nömrəli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 315 nömrəli otağı, xx.xx.1992-ci il tarixli qərarla həmin yataqxananın 314 nömrəli otağı zavodda işlədiyi müddətdə X11 verilmiş, orderlərdə yaşayış sahəsinə hüququ olan şəxslər sırasında İddiaçı, Lalə Qurbanovanın, Rəfi Əkbərovun və Səbinə Əkbərovanın adları da qeyd edilmişdir.

2. İddiaçı və üçüncü şəxsin nikahı ləğv edilmiş, bu barədə, 7 fevral 2013-cü il tarixdə akt qeydləri kitabında 51 nömrə i lə qeyd aparılmışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(011)7148/2019 saylı qətnaməsi ilə iddiaçının üçüncü şəxsə qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi təmin olunmuş, iddiaçının ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət edilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyəti başçısının 7 may 2019-cu il tarixli məktubu ilə ünvan 2 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə rayon İcra hakimiyyətinin müvafiq komissiyasının yaradılaraq nəticəsi barədə 8 may 2019-cu il tarixindən gec olmayaraq Bakı şəhər İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır. 5. 11 iyun 2021-ci il tarixli razılaşma aktına əsasən, mülkiy yətçi X1 işində iştirak edərək təklif olunan 30 000 (otuz min) manat birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq və alacağı təzminatın məbləğini bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. 6. 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən, Xətai rayon İcra hakimiyyəti (sifarişçi) "xxxx" MMC (podratçı) və ünvan 3 ünvanında yerləşən 314-315 saylı mənzilin sahibi X9 (payçı) aşağıdakılar barədə razılığa gəlmişlər: - müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin sifarişi əsasında qəzalı vəziyyətdə hesab edilmiş ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sökülərək həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesa bına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi və inşa ediləcək binada payçının təmirli mənzillə təmin edilməsi; - payçıya Bina 2, 11-ci mərtəbə, 2 otaqlı, 54.5 kv.metr 82 saylı mənzil təqdim ediləcəkdir. - qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30.500 (otuz min beş yüz) manat kompensasiya vəsait sifarişçi tərəfindən pауçının bank hesabına köçürülür. - podratçı qəzalı yaşayış binasının sakinlərinə müqavilə imzalandığı gündən payçıya mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində kirayə haqqını həmin sakinin bank hesabına ödəyir. - payçı sifarişçi tərəfindən onun bank hesabına köçürülmüş 30.000 manat vəsaiti müqavilə imzalandığı gün podratçıya ödəyir. 7. "xxxx" MMC tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 171 nömrəli maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, 2-ci binanın 1-ci girişi, yerdən 11-ci mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı, 82 saylı təmirli mənzilin pay dəyəri X9 tərəfindən tam ödənilmişdir.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 5 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsi əvəzinə onun iki otaqlı mənzillə təmin olunmasını xahiş etmişdir.

9. Cavabdeh 26 avqust 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, məsələnin mahiyyəti üzrə araşdırılması məqsədi ilə mübahisəli mənzilin iddiaçının istifadəsində olması barədə hüquqi sənədlərin (order, sərəncam, daimi qeydiyyat barədə Asan xidm ətdən arayış, çıxarış və.s) komissiyaya təqdim edilməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 5 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, istifadə və sahiblik hüququ olan ünvan 5 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsi əvəzinə onun iki otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X9 ilə 1986-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 27 iyul 1987-ci il təvəllüdlü X10 və 19 avqust 1988-ci il təvəllüdlü X2 adlı 2 övladları doğulmuşdur. 2012-ci ildə İ.Əkbərovla nikahları məhkəmə qaydasında pozulmuşdur. O və İ.Əkbərov Bakı Məişət Kondisionerləri Zavodunda işlədikləri üçün həmin zavodun 30 oktyabr 1989-cu il tarixli, 173 saylı orderinə əsasən ünvan 6 ünvanında yerləşən yataqxananın 315-ci otağı onların istifadəsinə verilmişdir. Daha sonra ailə vəziyyəti nəzərə alınaraq, “Bakı Kondisioneri” X8 7 oktyabr 1992-ci il tarixli, 473 saylı orderinə əsasən həmin yataqxananın 314-cü otağı da onların istifadəsinə verilmişdir. Nikahları pozulduqdan sonra 315-ci otaq onun, 314-cü otaq isə İ.Əkbərovun istifadəsində qalmışdır. Lakin İ.Əkbərov son zamanlar onun 315-ci otaqda yaşamasına müxtəlif maneələr yaratmağa çalışmış və bu məqsədlə ondan otağı boşaltmağı tələb etmişdir. Bununla əlaqədar, cavabdeh X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək 315-ci otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkə məsinin 18 sentyabr 2019-cu il tarixli, 2(011)-7148/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qərara alınmışdır. Hazırda həmin yataqxananın Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi prosesi başlasa da, yerli icra hakimiyyəti orqanı tərəfindən o, ayrıca mənzillə təmin edilməmişdir.

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı tapşırığına uyğun olaraq, Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.mdən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi, 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai rayon İcra Hakimiyyəti başçısının 8 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi - Xətai rayon İcra Hakimiyyəti və Podratçı- "xxxx" MMC-nin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizli yə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 9 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 68 nömrəli, 28 avqust 2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54.5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Xətai rayon məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş №2(011)-7148/20 19 nömrəli, 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında İddiaçı 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır. Qəzalı binada yaşayan 146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28.8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X3 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alındığından 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. Hazırda Gen.Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X5 (5 nəfər ailə tərkibi -özü, keçmiş həyat yoldaşı, oğlu, qızı və ögey qızı) General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54.5 kv.m t am təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı- 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuşdur və hazırda razılaşma qanuni qüvvəsindədir. Lakin iddiaçı ayrıca mənzillə təmin olunmasını tələb edir. Müraciətdə qeyd edilənlərlə bağlı İddiaçı dəfələrlə icra hakimiyyətində qəbulda olmuş, müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verilmiş və onun eyni məzmunlu müraciətinə icra hakimiyyəti tərəfindən rəsmi olaraq 24 sentyabr 2020-ci il tarixdə Ə-191/8-068/8-t/1 saylı ətraflı cavab məktubu göndərilmişdir. Müvafiq razılaşma əsasında qəzalı binadan sakinlərin kirayə mənzillərə köçürülməsi davam etdirilir, ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq çoxmə nzilli yaşayış binalarının inşasına başlanılmışdır və Rayon İcra hakimiyyətinin komissiyası tərəfindən tikinti işlərinin gedişatı və sakinlərin müraciətləri nəzarətdə saxlanılır.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: X4) 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)5469/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 314 və 315 nömrəli otaqlara hüququ üçüncü şəxs İ.Əkbərovun ailə üzvü olduğu üçün yaranmış, onun hüququ İ.Əkbərova məxsus hüquqdan törəmə olmuşdur. Onun İ.Əkbərovla ailə münasibətlərinə xitam verilsə də, o, ayrıca kirayə (icarə) müqaviləsi bağlamamış, otaqların şəxsi hesab vərəqələri İ.Əkbərovun adına olmuş, iddiaçı 315 nömrəli otaqda yaşamağa davam etmiş, bununla da icarədarın ailə üzvü kimi statusunu saxlamışdır. Həmçini n, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi bina sökülməli olduqda, binanın sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmayan yaşayış sahələri verilir. İş materiallarından müəyyən olunmuşdur ki, yataqxananın sökülməsi ilə əsas icarədar kimi İ.Əkbərova, bununla həm də onun ailə üzvlərinə yaşamaları üçün yeni ikiotaqlı mənzil (28.8 kv.metr müqabilində 54.5 kv.metr) verilmişdir. İddiaçının üçüncü şəxs İ.Əkbərovla ailə münasibətlərinə xitam verilsə də, o həmin mənzildə yaşadığından ailə üzvü statusunu saxlamış, belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən artıq üçüncü şəxsə verilmiş mənzilə də ailə üzvünün malik olduğu hüquqları əldə etmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), Həmid Üzeyir oğlu və X7) 31 mart 2022-ci il tarixli, 2-1(103)902/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahə sinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin q anuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə

85. Evin sökülməsi ilə əlaqədar sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi qaydası Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Maddə

88. Çıxarılma ilə əlaqədar vətəndaşlara sosial kirayə müqaviləsi ilə digər abadlaşdırılmış yaşayış sahəsinin verilməsi 88.1. Bu Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir. 88.2. Əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. 88.3. Məhkəmə qaydasında çıxarılan vətəndaşa verilən yaşayış sahəsi məhkəmənin çıxarılma haqqı nda qərarında göstərilməlidir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslan dırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə funda mental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi əmlakın sökülməsi əvəzinə iddiaçının mənzillə təmin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Həmçinin məhkəmə kollegiyası qe yd edir ki, iddiaçı 315 nömrəli otaqda yaşasa da, onun bu hüququ üçüncü şəxs X3 ailə üzvü olduğu üçün yaranmış və onun hüququ X5 məxsus hüquqdan törəmə olmuşdur. Belə ki, onun X9 ilə ailə münasibətlərinə xitam verilsə də, onunla ayrıca kirayə (icarə) müqaviləsi bağlanmamış, otaqların şəxsi hesab vərəqələri İ.Əkbərovun adına olmuşdur. Mənzil Məcəlləsi yaşayış sahəsi söküldükdə orada yaşayan şəxslərin hər birinə ayrıca yaşayış sahəsi verilməsini nəzərdə tutmur. Bu zaman tələb olunan əsas meyar verilən yeni yaşayış sahəsinin ümumi sahəsinin əvvəl yaşanılan yaşayış sahəsinin ümumi sahəsindən az olmamasıdır.

30. Nəticə etibarı ilə məhkəmə kollegiyası qeyd edir ki, yataqxananın sökülməsi ilə əsas icarədar kimi X5, bununla həm də onun ailə üzvlərinə yaşamaları üçün yeni iki otaqlı mənzil (28.8 kv.metr müqabilində 54.5 kv.metr) verilmişdir. İddiaçının keçmiş həyat yoldaşı (iş üzrə üçüncü şəxs) X9 ilə ailə münasibətlərinə xitam verilsə də, o, mənzil qanunvericiliyinin tələbləri kontekstində ailə üzvü statusunu saxlamış, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən artıq üçüncü şəxsə verilmiş mənzilə də ailə üzvünün malik olduğu hüquqları əldə etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, qərar dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 31 mart 2022-ci il tarixli, 2-1(103)-902/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar