Məhkəmə qərarları › İş №2-1(102)-1464/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1464/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1464/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması, sərhədkeçmə məlumatları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı qızının vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı qızının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması vəzi fəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-86/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2013-cü ildə Gürcüstan Respublikasının X12 Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, 2017-ci ildə həmin Universiteti bitirmiş və Universitetin Humanitar və Sosial Elmlər məktəbi şurasının 10 iyul 2017-ci il tarixli 10 nömrəli qərarı ilə ona iqtisadiyyat üzrə sosial elmlər bakalavr akademik dərəcəsi ilə ona TOTU seriyalı 000062 nömrəli bakalavr diplomu verilmişdir. Gürcüstan Ədliyyə Nazirliyinin İMTEHŞ X4 Agentliyi tərəfindən 3 noyabr 2017-ci ildə **********59962 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. X3 Cəmiyyət X12 Universiteti tərəfindən verilmiş 18 avqust 2017-ci il tarixli, TOTU seriyalı 000062 saylı (qeydiyyat nömrəsi 893) diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, iddiaçı ixtisası üzrə keçirilmiş fənlərdən əla, çox yaxşı, yaxşı, kafi, kifayət qədər (A, B, C, D, E) qiymətlər almışdır. “X12 Universiteti” MMC tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli 643 saylı arayışda qeyd olunur ki, iddiaçı rektorun 31 oktyabr 2013- cü il tarixli 02-203 nömrəli əmri ilə X12 Universitetinin bakalavrın birinci semestrinə qəbul olunmuşdur, 2017-ci ildə X12 Universitetinin Humanitar və Sosial Elmləri məktəbinin Beynəlxalq iqtisadi mün asibətlərin maarif proqramının tam kursunu bitirmişdir və məktəb şurasının 10 iyul 2017-ci il tarixli 10 nömrəli qərarı ilə iqtisadiyyatda sosial elmləri bakalavr akademik dərəcəsi verilmişdir. Sərhədkeçmə məlumatından görünür ki, iddiaçı 2013-cü ildə 55 gün, 2014-cü ildə 6 ay 5 gün, 2015-ci ildə 6 ay 16 gün, 2016-cı ildə 6 ay 23 gün, 2017-ci ildə 7 ay 4 gün müddətində ölkə sərhədindən keçməklə Gürcüstan Respublikasına gedib-gəlmişdir. İddiaçı bildirir ki, bayram günləri və xəstəliyi ilə əlaqədar az bir müddətdə dərsdə olmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı 30.04.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının 23 aprel 2019-cu il tarixli ərizəsi ilə əlaqədar bildirilir ki, 11 yanvar 2018-ci il tarixli elektron müraciətinin nəticəsi barədə iddiaçıya 15 oktyabr 2018-ci il ta rixdə elektron xidmət vasitəsi ilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Əlavə qeyd edilir ki, X9 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə iddiaçı qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçı 17 may 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “X12 Universitetinin TOTU seriyalı 000062 nömrəli bakalavr diplomu üzrə iqtisadiyyat üzrə sosial elmlər ixtisasının ölkə ərazisində tanınması və diplomun ekvivalentliliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin imtinası əsassızdır. İddiaçı o xuduğu müddətdə bütün dərslərdə iştirak etmiş və Gürcüstan Respublikasının ərazisində olmuşdur ki, bütün bunlar da onun pasportunun qeydləri ilə təsdiq edilir. Gürcüstan ərazisində olması barədə pasportunda həmin ölkəyə girişini təsdiq edən möhürlər də vardır. Cavabdehin iddiaya dair etirazında qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının sənədləri araşdırılarkən, təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi Ekspert qrupu tərəfindən müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2183/2019 say lı iş) 28 avqust 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək X12 Universiteti tərəfindən iddiaçıya verilmiş TOTU seriyalı 000062 nömrəli Bakalavr Diplomu əsasında iqtisadiyyat üzrə sosial elmlər ixtisasının ölkə ərazisində tanınması və diplomun ekvivalentliliyinin müəyyən edilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını əsas gətirməklə diplomun tanınmasından imtina etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsi l aldığı dövlətdə hansı müddətdə olub-olmamasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Buna baxmayaraq işdən məlum olur ki, iddiaçı qiyabi təhsil almışdır və aldığı təhsillə bağlı kifayət qədər həmin ölkədə olmuşdur. Cavabdeh imtina məktubunda iddiaçının tədris yükünü mənimsəməsinin mümkün olmadığını bildirsə də, mütəxəssis proqramı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən mütəxəssis diplomuna əlavədə iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Qaydaların 3.7-ci bəndində xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğun- dan bir il az olduğu halda mənfi rəyin verilmə mümkünlüyü nəzərdə tutulmuşdur ki, bu hal da hazırkı iş üzrə müəyyən edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6-məruzəçi, X7 və X8, 2-1(103)-86/2020 saylı iş) 23 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, əyani təhsil alan iddiaçı 1-3-cü kursları üzrə tədris proseslərində iştirakı 5 - 6 ay təşkil etmiş, yəni tədris müddətini tam əhatə etməmişdir. Göründüyü kimi, cavabdeh nazirliyin Ekspert qrupu tərəfindən onun X12 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb edilən müddətin qarşılığında həmin ölkədə qısa müddət olduğu təsdiq olunur. Belə olan halda, Ekspert qrupunun iddiaçının diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsini qeyri-mümkünlüyü barədə mənfi rəyi əsaslıdır. Ən azından ona görə ki, Azərbaycan Respublikasında təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları mövcuddur. İddiaçı 24 fevral 2020-ci il tarixdə qərarın surətini almış, 12 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)1464/2020 saylı, 15 iyul 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyası gəldiyi nəticəni ‘Təhsil haqqında” Qanunun tələblərinə əsaslanmaqla əlaqələndirməyə çalışmışdır. Həmin Qanunun 6.3-cü maddəsində göstərildiyi kimi dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndi, eləcə də, nazirlər kabinetinin qeyd edilən növbəti bir 21 yanvar 2011- ci il tarixli Qərarı ilə təsdiq olunmuş “A li təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin 1.28-ci bəndində bakalavriat səviyyəsində müəyyən edilmişdir ki, əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normativ hüquqi akta istinad etsə də, onun müddəalarının təsir dairəsini düzgün müəyyən etməyərək hazırki mübahisənin həllində də yanlış qiymətləndirmişdir. “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 № -li Qərarının 2.5-ci bəndində qeyd edilmişdir ki, bakalavriat səviyyəsində tələbənin fənn üzrə tədris işinin həcminin vaxt ölçüsü kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 30 saata bərabərdir. Tədris planlarında nəzərdə tutulmuş hər bir fənnin tədrisi bir semestrdə başa çatır və imtahanla yekunlaşır. Cavabdeh nazirliyin Ekspert qrupu isə tələbənin təqdim etdiyi diploma əlavədə, konkret olaraq 3.2-ci bəndində Gürcüstan Respublikasının ali təhsil standartlarının Qaydalarında l(bir) kreditin 25 saata bərabər olmasının müəyyən edilməsini nəzərdən qaçırmışdır. Göründüyü kimi Ekspert qrupu iddiaçıya imtina vermək qərarına həmin normativin 1 kreditini 30 saat nisbətində götürməklə gəlmişdir. Bunun əsasında da Təhsil Nazirliyi iddiaçının X9 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması qənaətinə gələrkən diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyri mümkünlüyü nəticəsinə gəlməkdə yanlışlıqlara yol vermişdir. Eksp ert qrupu bunu nəzərə alsaydı müəyyən edərdi ki, iddiaçı tələbə X12 Universitetinin normativi üzrə təhsil almaq üçün tələb edilən müddət qarşılığında həmin ölkədə nəzərdə tutulduğu müddətlərdə yetərincə olmuşdur. Bu da onu göstərir ki, iddiaçı tələbə Gürcüstan Respublikasında olduğu müddət ərzində Gürcüstan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” na uyğun olaraq nəzərdə tutulmuş tədris normativini tam yerinə yetirmişdir. “Təhsil haqqında ” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərinin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0-ci və 29.0.21-ci maddələrinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisas ixtisaslarının tan ınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi(nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. ə saslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsas lar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Re spublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublik ası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus diplomda ona 2017-ci ildə Gürcüstan Respublikasının X12 Universiteti tərəfindən iqtisadiyyat üzrə sosial elmlər bakalavr akademik dərəcəsi verildiyi qeyd edilmişdir. İşdəki sənədlərə əsasən iddiaçı 1-ci kursda 5 ay 16 gün, 2-ci kursda 6 ay 20 gün, 3cü kursda 5 ay 4 gün, 4-cü kursda 10 ay Gürcüstan Respublikasında olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əyani təhsil dövründə ali təhsil ocağının yerləşdiyi Gürcüstan Respublika Tbilisi şəhərində bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İşdə olan sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhəd keçmə barədə sənədlərdən iddiaçının bütövlükdə təhsil dövrü müddətində təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Nəticədə iddiaçının Gürcüstan Respublikasının X12 Universitet inin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin əyani formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Gürcüstan Respublikasında az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvival entlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert r əyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahibləri nin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Gürcüstan Respublikasında olması sübut olunmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.1 0 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı qızının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-86/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar