Məhkəmə qərarları › İş №2-1(102)-1464/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1464/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1464/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-180/2021 nömrəli iş üzrə 19.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Göyçay rayon filialına qarşı “X1 1975, 1978-1979, 1982-1997-ci illərdə Göyçay rayon Çərəkə kənd Əzizbəyov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmas ı barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixində Göyçay rayonun Çərəkə kəndində anadan olmuş və hal-hazırda Göyçay rayonunun Çərəkə kəndində yaşayır. 12.03.1983-cü il tarixdə 10.06.1957-ci iİ təvəllüdlü X4 ilə rəsmi nigaha daxil olmaqla ailə qurmuşdur. 13.06.2020-ci il tarixdə həyat yoldaşı vəfat etmişdir. 15.01.2013-cü il tarixdən 3 uşaqlı ana kimi yaşa görə sosial müavinət alır. 13.06.2020-ci il tarixdə həyat yoldaşı vəfat etdiyi üçün ailə başçısını itirən kimi əmək pensiyasına keçmək üçün 08.09.2020-ci il tarixdə cavabdeh DSMF-nin Göyçay rayon filialına rəsmi ərizə ilə müraciət etmişdir. Mərhum həyat yoldaşı X1 adına əmək kitabç ası açılmadığı üçün cavabdeh DSMF-nin Göyçay rayon şöbəsi ona ailə başçısını itirən kimi əmək pensiyası hesablamağın qanunamüvafiq olmaması haqqında cavab vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 25.01.2021-ci il tarixli, 2-1(116)377/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Göyçay rayon filialının (hazırda 13 saylı regional ərazi filialı) üzərinə İddiaçı mərhum əri X1 1975, 1978-1979, 1982-1997-ci illərdə Göyçay rayon Çərəkə kənd Əzizbəyov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyin qoyulması qərara alınmı şdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71 və 149-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1 və 46.3-cü maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7, 12.1, 14.1.2 və 17.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 52 və 69.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundan onun 15.01.2016-cı il tar ixdə 60 yaşı tamam olmuş, mərhum əri 13.06.2020-ci ildə öldüyü üçün həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmışdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25.01.2021-ci il tarixli, 2-1(116)-377/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.04.2021-ci il tarixli, 2-1(107)-180/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25.01.2021-ci il tarixli, 2-1(116)-377/2021 nömrəli qərarının dəyişd irilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71 və 149-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 19.1 və 46.3-cü maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7, 12.1, 14.1.2 və 17.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 35.1, 87.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”sinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçası olmamışdır. İddiaçının ümumilikdə 5 il 8 ay 14 gün sosial sığorta stajı mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilə bilməsi üçün onun mərhum həyat yoldaşı X2 15 il 7 ay sosial sığorta stajı mövcud olmalıdır ki, daha öncə də qeyd etdiyi kimi onun ümumilikdə 5 il 8 ay 14 gün sosial sığorta stajı mövcuddur.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 19.04.2021-ci il tarixli, 2-1(107)-180/2021 nömrəli qərarın ləğv edilməsini və iddia t ələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.04.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasınd an xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, əmək kitabçası olmamışdır. İddiaçının ümumilikdə 5 il 8 ay 14 gün sosial sığorta stajı mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilə bilməsi üçün onun mərhum həyat yoldaşı X2 15 il 7 ay sosial sığorta stajı mövcud olmalıdır ki, daha öncə də qeyd etdiyimiz kimi onun ümumilikdə 5 il 8 ay 14 gün sosial sığorta stajı mövcuddur.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki qeyd edilən həmin dəlillər əsassızdır.

20. Belə ki, işdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının 17.08.2020-ci il tarixli 203 nömrəli arxiv arayışından, AZ-İİ seriyalı 082226 nömrəli ölüm haqqında şəhadətnaməsindən və qeydiyyat şöbəsinin 06.06.2020-ci il tarixli 1902 nömrəli arayışından görünür ki, X3 1975, 1978-1979, 1982-1997-ci illərdə Göyçay rayon Çərəkə kənd Əzizbəyov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuş, X3 13.06.2020-ci il tarixdə vəfat etmiş və X4 ilə İddiaçı nikahı haqqında 12.03.1983-cü ildə 03 nömrəli akt qeydi tərtib olunmuşdur.

21. İş materiallarından göründüyü kimi, iddiaçının mərhum əri 01.07.1957-ci ildə anadan olmuş, 13.06.2020-ci ildə vəfat etmiş və onun vəfat etdiyi günə 62 yaşı olmuşdur. Mərh umun əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alıb həmin illəri çıxdıqda onun 47 il əmək qabiliyyətli dövrü olmuş olur və həmin illərin hər ilinə görə 4 ay sığorta stajı hesablandıqda 15 il 8 ay sığorta stajı olmuş olur. İddiaçının mərhum ərinin qanunun yuxarıda qeyd edilən müddəasında tələb ediləndən artıq (21 il 4 ay 14 gün) sığorta stajı mövcud olur. İddiaçı isə xx.xx.1956-cı il tarixdə doğulduğundan onun 15.01.2016-cı il tarixdə 60 yaşı tamam olmuş, mərhum əri 13.06.2020-ci ildə vəfat etmişdir

22. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktla rın qüvvəsi geriyə şamil edilmir.

23. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. i. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırı lır.

24. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

25. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pen siya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

26. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələ r (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

29. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət ye ri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

30. Kasasiya şikayətində əmək kitabçasının olmaması ilə bağlı cavabdehin dəlilinə gəldikdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində qeyd edilən bu dəlil də əsassızdır.

31. Belə ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda əmək stajını İddiaçı mərhum əri X2 1975, 1978-1979, 1982-1997-ci illərdə Göyçay rayon Çərəkə kənd Əzizbəyov adına kolxozda işlədiyi illər işə əlavə edilmiş 17.08.2020-ci il tarix li 203 nömrəli arxiv arayışı ilə müəyyən edilmişdir.

32. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

33. Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

34. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

35. Bu baxımdan da Ali Məhkəmənin İnzibati K ollegiyası hesab edir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulduğundan onun 15.01.2016-cı il tarixdə 60 yaşı tamam olmuş, mərhum əri 13.06.2020-ci ildə öldüyü üçün həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmışdır.

36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.04.2021-ci il tarixli, 2-1(107)-180/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvəd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar