Məhkəmə qərarları › İş №2-1(102)-1464/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1464/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1464/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; zərgərlik məmulatını qaralayanlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 01 sentyabr 1978-ci il tarixdən 30 yanvar 1979-cu il tarixədək Kürdəmir mal-qara kökəltmə sovxozunda fəhlə, 01 fevral 1979-cu il tarixdən 01 avqust 1979-cü il tarixədək Kürdəmir RİC-də satıcı üzrə şagird, 18 yanvar 1980-ci il tarixdən Kürdəmir RİC-də müvəqqəti mağaza müdiri, 14 fevral 1980-ci il tarixdən 10 oktyabr 1980-ci il tarixədək Kürdəmir RİC-də ərzaq mağazasında satıcı, 05 dekabr 1982-ci il tarixdən 30 yanvar 1983-cü il tarixədək Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar idarəsi QSTSİİ-də 1-ci dərəcəli fəhlə işləmiş, 21 sentyabr 1983-cü il tarixdən “Dəqiq mexanizmlərin təmiri” zavodunun 1 saylı emalatxanasına zərgər ustasının şagirdi kimi işə qəbul edilmiş, 29 mart 1984-cü il tarixdə İxtisaslaşma komissiyasının protokola uyğun olaraq zərgər emalatxanasına zərgərin 1-ci dərəcəsi verilmiş, 16 may 1984-cü il tarixdə zərgər quraşdırıcısının 3-cü dərəcəsi verilmişdir. 01 dekabr 1986-cı il tarixdə 1 saylı zərgərlik emalatxanası zərgərlik sexi adlandırılmışdır. 17 dekabr 1986-cı il tarixdə zərgər- quraşdırıcısının 4-cü dərəcəsi verilmişdir. 17 noyabr 1987-ci il tarixdə zərgər qolbağçının 4-cü dərəcəsi verilmişdir. 01 fevral 1989-cu il tarixdə Azərbaycan SSR Zərgər müəssisəsinə 4-cü dərə cəli zərgərqolbağçı kimi köçürmə yolu ilə 3 saylı sahəyə qəbul edilmiş, 01 iyul 2000-ci il tarixdə "xxxx" ASC-nin ləğvi ilə əlaqədar işdən azad edilmişdir. 01 iyul 2000-ci ildən 01 mart 2011ci il tarixədək “Araz” firması 1 saylı emalatxanada zərgər-quraşdırıcı vəzifəsində, 01 mart 2011-ci il tarixdən 29 yanvar 2016-cı il tarixədək fiziki şəxs X1 məxsus zərgərlik sexində zərgər-quraşdırıcı vəzifəsində işləmişdir.

2. İddiaçı 28 oktyabr 1980-ci il tarixdən 22 noyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 57 saylı, 04 dekabr 2020-ci il tarixli güzəştli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1983-xx.xx.1989-ci illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləmişdir. 01 fevral 1989-cu ildən “Dəqiq Mexanizmlər Təmiri” zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində "xxxx" müəssisəsi yaradılmışdır. İddiaçı xx.xx.1989-xx.xx.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 16 il 9 ay 10 gündür. "xxxx" müəssisəsi Dəqiq Mexanizmlər Təmiri zavodunun, "xxxx" ASC isə "xxxx" müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 01 iyul 2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərilir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsna sında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Məlumat üçün bildirilmişdir ki, fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir: — zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər-quraşdırıcı; zərgərşəbəkəçi; -zərgər- sepçi; -zərgər-nəqqaş; -zərgər-bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə gü zəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarına müvafiq olaraq həmin Qərarın 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgərsepçi peşəsində işləmiş iddiaçının əmək stajı pensiya qanunun tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştli yaşa görə təqaüdə çıxmaq hüququna malikdir.

4. İddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli, **********2 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8 və 1.0.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, təqdim olunmuş 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25 noyabr 2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kap italı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45599,96 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Qeyd olunanlara əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1983-xx.xx.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində, xx.xx.1989-xx.xx.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləməklə, bu müəssisələrdə zərərli işlərdə 16 il 9 ay 10 gün işləməklə qazandığı iş stajları hesablanmaqla ona 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən, yəni 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində işin faktiki hallarını qeyd etməklə əlavə olaraq bildirmişdir ki, əmək kitabçasından və arxiv sənədlərindən müəyyən edilir ki, onun ümumi iş stajı 36 il 1 ay 3 gün təşkil edir. Ümumi iş stajının 32 il 4 ay 8 günü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə əldə etdiyi iş stajıdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh iş stajını müəyyən edən əmək kitabçası olmasına baxmayaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən əsassız olaraq yayınmış, imtina etmişdir.

7. Cavabdeh orqan iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8 və 1.0.8-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzi ndə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, xx.xx.1989-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı cavabdeh orqanın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25 noyabr 2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərd i hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45599,96 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 21(112)-5359/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri "55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (xx.xx.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunver iciliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

8. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsa slı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər.

9. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqa nın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilmişdir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tə rtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir.

10. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə al ınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilərək iddiaçıya 57 yaşı tamam olduğu 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilm işdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın öd ənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin tə min edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun q əbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məza hir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi və xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr üzrə "xxxx" müəssisəsində quraşd ırıcı-zərgər peşəsində işlədiyi iş stajı mübahisələndirilmişdir.

28. İddiaçının xx.xx.1983-xx.xx.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində, xx.xx.1989-xx.xx.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində 16 ildən çox müddətdə işləməsi əmək kitabçası və iş materiallarında olan digər sənədlərlə də öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün sosial sığorta stajına hesablanmasından imtina edilməsi əsassız olmuşdur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələri n və göstəricilərin 2 nömrəli Siyahısı”nın XİV bölməsində 2150700a—19553 kodla “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi nəzərdə tutulmuşdur.

30. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim edilmişdir.

31. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə öz təsdiqini tapmışdır.

32. Bundan başqa, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi qanunun tələblərinə zidd olmuşdur.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar