Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1464/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" şirkətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" şirkətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ofis və mağaza binasına dair hüquqların qeydə alınması” tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)-1317/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997 il tarixli, 351 saylı sərəncamı ilə "xxxx" şirkətinin adına ofis və mağaza binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 229 nömrəli dəqiqləşdirilmiş ayrıc aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində torpağın ölçüsü 0,5868 ha olaraq göstərilmişdir.
2. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 15 de kabr 2015-ci il tarixli, 21191 nömrəli rəyinə əsasən, Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsi, 3066-cı məhəllədə ofis və mağaza binasının işçi layihəsi razılaşdırılmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 480 saylı sərəncamı ilə Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsi, 3066-cı məhəllədə ofis və mağaza binasının tikintisi üçün "Monte Kristo” Şirkətinə icazə verilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 181 nömrəli rəyinə əsasən tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan verilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı ofis və mağaza binası üçün xx.xx.2017-ci il tarixində AZE 000868 nömrəli Tikintilərin Dövlət Reyestrində n Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə verilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ofis və mağaza binasına mövcud vəziyyətdə hüquqların dövlət qeydiyyatına alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı, təqdim edilən eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, qeyriyaşayış binası eskiz layihədə 2 mərtəbədən, zirzəmi və mansarddan ibarət olduğu halda, faktiki olaraq əlavə 1 mərtəbənin də tikildiyi aşkar olunmuşdur. Həmçinin, ü mumi torpaq sahəsində təqdim edilən eskiz layihəsində öz əksini tapmayan 2 mərtəbəli ofis binası, 1 mərtəbəli anbar binası inşa edilmişdir. Tikintiyə icazə barədə təqdim edilən qərarın faktiki tikililərə aidiyyəti yoxdur. Bundan əlavə, qeyd edilən tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulan sənədlər - tikintiyə icazə barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, son radan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə zirzəmidən, 3 (üç) mərtəbədən və mansardan ibarət ofis və mağaza binasına iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1də yerləşən 0,5868 hektar torpaq sahəsi şirkətin daimi istifadəsindədir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 480 saylı sərəncamı ilə Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsi, 3066-cı məhəllədə ofis və mağaza binasının tikintisi üçün "Monte Kristo” Şirkətinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 181 nömrəli rəyinə əsasən tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" Şirkətinin ofis və mağaza binası üçün xx.xx.2017-ci il tarixində AZE 000868 nömrəli Tikintilərin Dövlət Reyestrinin Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Ekspertiza Baş İdarəsinin 15 dekabr 2015-ci il tarixli, 21191 nömrəli rəyinə əsasən Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsi, 3066-cı məhəllədə ofis və mağaza binasının işçi layihəsi razılaşdırılmışdır. X4 Xidməti tərəfindən layihə sənədlərinin yanğın təhlükəsizliyi qaydalarına u yğunluğuna dair xx.xx.2015-ci il tarixdə müsbət rəy verilmişdir. xx.xx.2015-ci il tarixdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən layihə sənədlərinin sanitariya-epidemioloji ekspertizasının nəticəsinə dair müsbət rəy verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi 07 oktyabr 2015-ci il tarixli, ER-13/11476 nömrəli X3 əsasən Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsi, 3066cı məhəllədə yerləşən obyektin ofis və mağaza binası kimi istifadə edilməsinə etirazının olmadığını bildirmişdir. xx.xx.2020-ci ildə obyektdə tikinti işləri yekunlaşmışdır. 2021-ci ilin aprel ayından etibarən obyekt istismardadır. Mülkiyyətində olan yeni obyektə texniki pasport və dövlət reyestrindən çıxarış almaq üçün xx.xx.2022-ci il tarixdə sənədlər poçt vasitəsi ilə 1 s aylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 nömrəli cavab məktubu ilə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Ərazi idarəsinin cavabı əsassızdır və formal xarakterlidir.
10. Cavabdeh tərəfindən iddiaya dair imtinanın məzmununa uyğun yazılı etiraz təqdim edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8603/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, “Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllədə zirzəmidən, 3 (üç) mərtəbədən və mansarddan ibarət ofis və mağaza binasına iddiaçı "xxxx" Şirkətinin mülkiyyət hü quqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasl ar mövcud deyildir. Belə ki, torpaq sahəsində tikilmiş ofis və mağaza binasının tikintisinə icazə verilmiş və layihəsi həmin dövrdə buna səlahiyyətli qurum tərəfindən razılaşdırılmışdır. Həmin qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınmasına dair iddiaçının etimadı qanunla qorunur.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)-1317/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti imtina məktubu ilə, eləcə də iddiaya dair etirazla eyni məzmundadır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzəri ndə hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdı rma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şika yəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası m əhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
29. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibat i, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
30. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 21(103)-1317/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.