Məhkəmə qərarları › İş №2-1(102)-1465/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1465/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1465/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1465/2020) Açar sözlər: diplomun tanınması Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçı və onun vəkili X1 iştirakı ilə, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliy i haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Mahmudova X2 Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən onun adına verilmiş «B 18 188697» nömrəli, xx xxxx 2018-ci il tarixli diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edərək, diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Təhsil Nazirliyi iddiaçının xahişini təmin etməmiş və on a yazılı cavab verərək bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş, ekspert qrupunun mənfi rəyi əsasında onun diplom üzrə ixtisasının tanınmasından imtina olunmuşdur. İddiaçı imtinanın dəlilləri ilə razılaşmamış, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən onun adına verilmiş «B 18 188697» nömrəli, xx xxxx 2018-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməs i vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dövlət İmtahan Komissiyasının Qərarına əsasən, ona hüquq ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Taras Şevçenko adına Kiyev Milli Universiteti ali təhsil ocaqlarından biri hesab olunmaqla tam qanuni şəkildə fəaliyyət göstərir. İşin faktiki hallarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin və Azərbaycan Respublikasının İnzibati-Prosesual Mə cəlləsinin 2.2.2-ci maddəsinə əsasən Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən onun adına verilmiş B18 188697 nömrəli, xx xxxx 2018-ci il tarixli diplom üzrə aldığı ixtisası Azərbaycan Respublikasının ərazisində tanınmalı və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi barədə tələbi təmin olunmalıdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim E. Mustafayev) iddia təmin edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.20Q3-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Cavabdehin nümayəndəsi həmin qərardan apelyasiya şikayəti verərək qərarin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Baki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2020 saylı, xx xxxxx x 2020-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Agayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 sayli Baki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1916/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərari ləğv edilmisdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halda, onun T.Şevçenko adına Kiyev Milli Universitetində «hüquq ixtisası» üzrə «ukrayna» dilində aldığı təhsil məzmununa uyğun hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası Ekspert Qrupunun mənfi rəyi ilə razılaşır. «Qaydalar»ın qeyd olunan 3.6-cı bəndindən isə görünür ki, ekvivalentlik haqqında şəhadətnamə müsbət rəy olduqda verilir. Ekspert qrupunun qeyd olunan rəyindən isə göründüyü kimi mənfidir. «Qayda lar»ın 3.7-ci bəndinin birinci hissəsindən isə görünür ki, mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Beləliklə də müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının aldığı diplom üzrə ixtisasın tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, diplomun tanınmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyasının qərarı iddiaçıya xx.xx.2020-ci il tarixdə çatdırılmışdır və xx.xx.2020-ci il tarixdə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi işin halları nı tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materallarında olan sübutları araşdıran apelyasiya instansiya məhkəməsi “rus” dilində təhsil alan iddiaçının “ukrayna” dilində təhsil aldığını qeyd edərək ekspert qrupunun mənfi rəyi ilə razılaşdığı qənaətinə gəlmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarında iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı, T.Şevçenko adına Kiyev Milli Üniversitetində “hüquq ixtisası” üzrə “ukrayna” dilində aldığı təhsilin məzmununa uyğun hesab olunmadığı qeyd olunmuşdur. Lakin iddiaçı xx.xx.2013-cü il tarixdə Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetinin qiyabi şöbəsinə daxil olmuş, “rus” dilində təhsil almış, xx xxxx 2018-ci il tarixdə t əhsilini başa vurmuş, Dövlət İmtahan Komissiyasının Qərarına əsasən, ona “hüquq” ixtisası üzrə bakalavr dərəcəsi verilmiş və Universitet tərəfindən ona adına B18 188697 nömrəli diplom təqdim olunmuşdur. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar lıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixti sasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqaviləl ərdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisa s almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tədris dili (rus dili) üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilməz. Məhkəmə bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən təhsilin dövlət standartlarına əsaslanmaqla qeyd etmişdir ki, ali təhsilin dövlət standartı həmçinin “təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini” əhatə edir. Məhkəmə eyni zamanda göstərmişdir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİ.1.2 maddəsi də nəzərdə tutur ki, müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh diskresion səlahiyyətlər çərçivəsində hərəkət edərək ekspertiza keçirmiş və iddiaçının tədris olunan ixtisasın mənimsənilməsi üçün təhsil aldığı tədris dilini yaxşı mənimsəməməsi səbəbindən diplom üzrə ixtisası tanımaqdan imtina etmişdir. Kollegiya hesab edir ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsili n məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Kollegiya həmçinin vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə təhsilin dövlət standartları əsasında aparılan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Kollegiya bununla bağlı cavabdehin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına və tətbiq olunmalı maddi hüquq normalarına uyğundur. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96, 98-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Baki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-212/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərari dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar