Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1465/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin mümkün olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon AİK- nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş 15.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-220/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 saylı qərarı ilə 15.0 ha kənd təsərrüfatı təyinatlı tor paq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 8990a nömrə ilə qeyd edilmişdir. Ailə üzvləri sırasında İddiaçı adı qeyd edilmişdir. X3 968567 nömrəli Ölüm haqqında şəhadətnamədəki qeydlərə əsasən 22.05.1997-ci il tarixdə vəfat etmişdir
2. İddiaçı Şəki rayonu, Qaratorpaq kəndində yerləşən 15.0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 11 dekabr 2018-ci il tarixli, **********97 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ərizənin icrası istiqamətində aparılan araşdırma zamanı kompleks yerquruluşu xəritəsində dövlət aktının işlənilmiş konturu əksini tapmadığından X-713302, Y-4521139 koordinatında yerləşən kod 40402017, JN-73 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mövcudluğu barədə məlumat verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə sorğu göndərilmiş və bu səbəbdən ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. "xxxx" MMC-nin 20 noyabr 2018-ci il tarixli cavab məktubunda mərkəzin elektron bazasında sözügedən dövlət aktının cizgisinə uyğun bölgü layihəsinin aşkarlanmadığı bildirildi üçün ərizənizin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş 15.00 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çı xarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli, 54 nömrəli qərarı ilə 5 nəfər ailə üzvünün hər birinə 3.0 ha olmaqla, cəmi 15.0 ha kənd təsərrüfatı istehsalı məqsədli torpaq sahəsi verilmiş, torpaq sahəsinə dair sənəd iddiaçının anası ailə başçısı olmaqla, cəmi 5 nəfər ailə üzvünün adına tərtib edilmişdir. İddiaçının anası 22.05.1997-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra iddiaçı 15.0 ha torpaq sahəsini digər ailə üzvlərinin razılığı ilə öz adına rəsmiləşdirmək istəmiş, lakin cavabdeh orqan onun müraciətini təmin etməmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-11/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Ca bbarov) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Belə ki, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilə bilməz.
7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-220/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərarı ilə (sədrl ik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və Ə.T.Məcidov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21(116)-11/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Şikayətin dəlillərini iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüq uqu, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qe ydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasın ın vətəndaşları və hüquqi şəxsləridir. Maddə
46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir.
22. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş məktub əsasında mübahisəli torpaq sahəsinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və 15.05.2019-cu il tarixli, **********98 nömrəli mütəxəssis rəyində aparılmış araşdırılmaların nəticələri qeyd edilmişdir.
1. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nın elektron baza məlumatlarında mövcud deyil.
2. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin plan/cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
3. İddiaçının iddia etdiyi torpaq sahəsi Şəki rayonu Qaratorpaq kəndi ərazisində yerləşməklə, təyinatı əkin, digər mülkiyyətçinin uzun müddətli icarəsində DƏDRX-nin 12 saylı Ərazi idarəsi tərəfindən qeydə alınmış çıxarışda göstərilən torpaq sahəsinin hüdudları daxilindədir.
4. İddiaçının torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini müəyyən etmək olmamışdır.
23. Daha sonra birinci instansiya məhkəməsi yenidən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məktub göndərərək bildirmişdir ki, mütəxəssis tərəfindən JN seriyalı, 0073 nömrəli KOD ******* torpağa mülkiyyət hüququna dair Dövlət Aktının planı və ölçüsü hissəsində göstərilmiş situasiya planına (qonşu torpaq sahələri ilə müqayisədə) uyğun araşdırılma aparılmamışdır.
24. Bu səbəbdən də yenidən tədqiqat obyektinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və 16.07.2019-cu il tarixli, **********40 nömrəli mütəxəssis rəyində aparılmış araşdırılmaların nəticələri qeyd edilmişdir.
1. Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və qonşu sərhədləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi" MMC-nın elektron baza məlumatlarında mövcud deyil.
2. Şəki rayon AİK-nın 11 07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına hazırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyy ətə verilmiş torpaq sahəsinin plan/cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır.
3. İddiaçının torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.
25. Yenidən birinci instansiya məhkəməsi 30 iyul 2019-cu il tarixdə iddiaçının iddia etdiyi 15.0 ha torpaq sahəsinin sxemini Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərərək müvafiq sualların cavablandırılmasını tələb etmişdir.
26. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.08.2019-cu il tarixli, **********23 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdi r:
1. Sxemdə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Dövlətdir.
2. Sxemdə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi üzərində **********94 reyestr nömrəsi ilə "xxxx" MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır.
3. Sxemdə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Dövlətdir və həmin torpaq sahəsi üzərində **********94 reyestr nömrəsi ilə "xxxx" MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır.
27. Birinci instansiya məhkəməsi 12 sentyabr 2019-cu il tarixdə yenidən cavabdehə məktub göndərərək qeyd etmişdir ki, cavabdeh 12.07.2019-cu il tarixli mütəxəssis rəyi ilə JN seriyalı, 0073 nömrəli, KOD ******* torpağa mülkiyyət hüququna dair Dövlət Aktının elektron baza məlumatlarında mövcud olmadığını və Dövlət Aktının planı və cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin mümkün olmadığını bildirsə də, bunun səbəbləri barədə mütəxəssis rəyində heç bir məlumat qeyd edilməmişdir. Halbuki, Dövlət Aktının “mülkiyyətə verilmiş torpaq sahəsinin planı /cizgisi/” hissəsində “qonşu sərhədlər” bölməsində torpaq sahəsinin qonşu torpaq sahələrinin mülkiyyətçiləri göstərilmişdir ki, mütəxəssis tərəfindən məhz həmin vəziyyətə uyğun mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilə bilər. Odur ki, Şəki rayonu Qaratorpaq qəsəbəsində yerləşən mübahisə predmeti olan torpaq sahəsinə təkrar baxış keçirilməlidir.
28. Həmin məktuba cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.11.2019-cu il tarixli, **********06 nömrəli məktubunda q eyd edilmişdir ki, İddiaçı məxsus JN-073 nömrəli, KOD 40402017 torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi təsərrüfatın xəritə materiallarında qeyd olunmadığından Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Sənədlərlə iş və arxiv şöbəsinə müraciət olunmuşdur. Arxivdə aparılmış araşdırma zamanı vətəndaş İddiaçı JN-073 (kod ********) nömrəli Dövlət aktına dair məlumat aşkar edilməmişdir. Bu səbəbdən də təqdim olunan sənəd üzrə qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır.
29. Daha sonra cavabdeh 07.01.2020-ci il tarixli, **********01 nömrəli mütəxəssis rəyini birinci instansiya məhkəməsinə göndərmişdir. Həmin mütəxəssis rəyində qeyd edilir ki, Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X1 adlarına haz ırlanmış JN seriyalı 0073 nömrəli KOD 40402017 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin planı/cizgisinə əsasən 15.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Çünki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında, arxivində və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində JN seriyalı 0073 nömrəli torpaq mülkiyyətinə dair Dövlət Aktı və qonşuları JN seriyalı 70 və JN seriyalı 15 nömrəli mülkiyyət hüququna dair Dövlət Aktı mövcud deyildir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasında, arxivində olmadığından torpaq sahəsinin koordinatlarını müəyy ən etmək mümkün olmamışdır. Qeyd: Şəki rayon AİK-nın 11.07.1998-ci il tarixli 54 qərarına əsasən X3, İddiaçı, X4, X5 və X2 torpaq mülkiyyət hüququna dair verilmiş JN seriyalı 0073 nömrəli, KOD 40402017 Dövlət Aktının 3-cü səhifəsində qeyd olunmuş torpaq sahəsinin plan/cizgisi və döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmamışdır. Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmış paylı mülkiyyətçilərə aid adlı siyahıda JN-0001 nömrəli Dövlət Aktı ilə mülkiyyətçidən JN0068 nömrəli Dövlət Aktı ilə mülkiyyətçi kimi olan subyektlərin adları göstərilmişdir. JN0073 nömrəli, Dövlət Aktı plan/cizgisində qonşuluq kimi göstərilmiş 15 nömrəli kontur təsərrüfatın kompleks yerquru luşu layihəsində mübahisələndirilən ərazidən fərqli ərazidə yerləşir.
30. Bundan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Şəki rayon Bolludərə bələdiyyəsinə 04 fevral 2020-ci il tarixdə məktub göndərərək mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı ətraflı arayışın təqdim olunmasını xahiş etmişdir.
31. Bolludərə bələdiyyəsi 19.02.2020-ci il tarixli, 05 nömrəli məktubda qeyd etmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə 11.07.1998-ci il tarixdə X10 Komissiyasının 54 nömrəli qərarı ilə Şəki rayonu Qaratorpaq kəndi ərazisindən 15 (on beş ) ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2017-ci il tarixə kimi öz istifadələrində olmuş, illik torpaq vergilərini bələdiyyənin hesabına ödəmişlər. 2017-ci il tarixdən İddiaçı ilə "xxxx" MMC arasında həmin pay torpaq sahəsi ilə bağlı mübahisə yaranmışdır.
32. Birinci instansiya məhkəməsi 16 noyabr 2020-ci il tarixdə yenidən cavabdehə məktub göndərərək iddiaçının istifadə etdiyi torpaq sahəsinin ölçüsü, koordinatları, təyinatı, rejimi, statusu, uqodiyası, mülkiyyətçisi (dövlət, yoxsa bələdiyyə), istifadəçiləri haqqında məlumat (plan-sxem tərtib olunmaqla) və JN-0073 kod 40402017 nömrəli dövlət aktında qeyd olunan koordinatlar elektron xəritəyə köçürüldükdə, hansı əraziyə düşməsi barədə məlumatın verilməsini xahiş etmişdir.
33. Cavabdehin 07.12.2020-ci il tarixli, **********96 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilir:
1. İddiaçının iddiasında göstərilən torpaq sahəsi hal-hazırda faktiki olaraq İddiaçı tər əfindən istifadə olunmadığından, həmin torpaq sahəsinin sahəsi, koordinatları göstərilməklə tələb olunan Sxemin tərtibi və sualın cavablandırılması mümkün olmamışdır.
2. JN-0073 kod 40402017 nömrəli Dövlət Aktının 3-cü səhifəsində qeyd olunan torpaq sahəsinin plan/cizgisi və döngə nöqtələrinin koordinatları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən sualın cavablandırılması mümkün olmamışdır.
34. Beləliklə, göründüyü kimi məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq işin hallarını hərtərəfli araşdırmaqla obyektiv həqiqətə nail olmaq üçün bütün prosessual imkanlardan istifadə etmiş, lakin iddia olunan torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, hazırkı iddia əsaslı hesab edilə bilməz. 3
5. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-220/2021 saylı iş üzrə 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.