Məhkəmə qərarları › İş №2-1(102)-1466/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1466/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1466/2021 07.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: işdən azad etmə barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra DMX) qarşı “Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli, 25.04.2019-cu il tarixli və 01.03.2019-cu il tarixli, 66 saylı əmrlərinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 2-1(107)141/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DMX rəisinin 15.01.2013-cü il tarixli 74 nömrəli əmri ilə sınaq müddəti başa çatmış və attestasiyadan müvəffəqiyyətlə keçmiş DMX-nin Şəki ragional miqrasiya idarəsi, immiqrasiya nəzarəti bölməsinin inspektoru İddiaçı 15.01.2013-cü il tarixindən daimi qulluğa qəbul olunaraq göstərilən vəzifəyə təyin edilmiş və ona İİİ dərəcəli miqrasiya xidməti qulluqçusu xüsusi rütbəsi verilmişdir.

2. DMX rəisinin 01.03.2019-cü il tarixli 66 nömrəli əmri ilə VMMS üzrə aidiyyəti olmayan şəxslərə baxış keçirdiyi və məlumatlardan şəxsi məqsədləri üçün istifadə etdiyi üçün Şəki ragional miqrasiya idarəsi, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı 04.03.2019-cu il tarixdən “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 25.04.2019-cu il tarixli 211 nömrəli əmri ilə DMX-nin X9 İdarəsi, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci (miqrasiya orqanlarından xaric etmə) və 111.11-ci (miqrasiya orqanlarından xaric edilmə) maddələri, Əmək M əcəlləsinin 144-cü maddəsinin 2-ci və 4-cü hissələri və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndi rəhbər tutularaq təşkilat-nəzarət baş idarəsinin rəisi, miqrasiya xidməti müşavirinin 23.04.2019-cu il tarixli 1080 nömrəli raportu əsasında 26.04.2019-cu il tarixdən miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək DMX rəisinin 211 nömrəli 25.04.2019-cu il tarixli əmrinin və 01.03.2019-cu il tarixli 66 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barə də qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə mübahisələndirilən əmr qanuna ziddir və bir vətəndaş kimi onun əmək hüququnun kobud formada pozulması ilə müşahidə olunmuşdur. 211 №-li, 25.04.2019-cu il tarixli əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edilmişdir. Əmrdə müəssisənin hüquqi ünvanı göstərilməmiş, işəgötürənin vəzifəsi, adı, atasının adı tam göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər ümumiyyətlə qeyd olunmamışdır. Göründüyü kimi 211 №-li əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib olunmamışdır. Əmrdə istinad olunan Əsasnamənin 95.8-ci maddəsi isə miqrasiya orqanları işçisi barədə tətbiq olunan intizam tənbehinin birini göstərir. Sözügedən əsasnamənin 95-ci maddəsinə əsasən Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 3032-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Göründüyü ki mi, 211 №-li əmrdə onun tərəfindən bu Əsasnamənin 95-ci maddəsinədə qeyd olunan Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş hansı tələbin pozulduğu və ya hansı hüquqpozmanın törədildiyi göstərilməmişdir ki, bu da Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə ziddir. DMX rəisinin 211 №-li əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla, Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən, həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Belə ki, iddiaçı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 29.9-cu maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, 211 №-li əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Eyni zamanda, DMX tərəfindən onun əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş və həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarı alınmamışdır. Bu fakt öz təsdiqini 211 №-li əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən qeyd olunmalı olan halda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər arasında həmkarlar təşkilatının protokolu barədə qeydin olmamasında da tapır.

6. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırılmışdır ki, DMX-nin 25.04.2019-cu il tarixli 211 saylı əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq düzgün qəbul edilmiş, qan uni və əsaslıdır. Belə ki, vətəndaş müraciəti zamanı aparılmış araşdırma üzrə çıxarışa əsasən X8 VMMS üzrə məlumatlarına X9 idarəsinin Sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu X5 və Bakı şəhər regional miqrasiya idarəsinin Miqrasiya rejiminə nəzarət şöbəsinin inspektoru İİ dərəcəli miqrasiya xidməti qulluqçusu X2 baxış keçirilmələri aşkar edilmiş və izahatları alınmışdır. Bakı şəhər regional miqrasiya idarəsinin inspektoru X izahatında əcnəbinin vizada qalma müddətinin bitməsi ilə əlaqədar onun tərəfindən VMMS-ə baxış keçirildiyini bildirmişdir. X9 idarəsinin inspektoru X1 isə izahatında həmin idarənin Miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı xahişi ilə sonu ncunun məqsədindən xəbəri olmadan əcnəbinin məlumatlarına baxdığını və nəticəsini ona bildirdiyini qeyd etmişdir. X9 idarəsinin inspektoru İddiaçı 06.04.2019-cu il tarixdə verdiyi izahatında qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində əcnəbinin ölkə ərazisində qanunsuz yaşayıbyaşamadığını araşdırmaq məqsədilə iş yoldaşı inspektor X1 şəxs barədə Olduğu yer üzrə qeydiyyat sisteminə baxmağı xahiş etdiyini və əməkdaşın da ona əcnəbinin OYQ müddətinin bitməsi barədə məlumat verdiyini, həmin məlumatları heç kimə ötürmədiyini və yalnız əcnəbilərə nəzarət üçün istifadə etdiyini bildirmişdir. Lakin sonradan İddiaçı 10.04.2019-cu il tarixdə Təşkilat-nəzarət baş idarəsinə müraciət edərək əvvəlki izahatını tamamilə təkzib etmiş və DMX-nın keçmiş əməkdaşı, əvvəllər qrup yoldaşı olmuş X2 sifarişi ilə X 8 məlumatlarını VMMS-dən əldə etdiyini və ona ötürdüyünü etiraf etmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı əvvəlki izahatında tamamilə yalan izahat verərək qeyri-səmimilik göstərmiş, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə’’nin 30.1, 30.3, 30.8, 30.11 və “Dövlət qulluqçularının etik davranış Qaydaları”nın 8.3, 15 və 17-ci maddəsinin tələblərini bilərəkdən pozmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2018-ci ilin iyun ayında da X3 sifarişi ilə X8 OYQ məlumatlarına baxış keçirmiş və öz qeyd kitabında 5 əcnəbinin adının arasında onun da pasport məlumatlarını yazmışdır. Qeyd olunanları və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95-ci maddəsinin, həmçinin “Dövlət qulluqçularının etik davranış Qaydaları”nın 23.1- ci maddəsinin tələblərini rəhbər tutaraq X9 idarəsi, miqrasiya rejiminə nəzarət bölməsinin inspektoru İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı barəsində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (miqrasiya orqanlarından xaric etmə) tətbiq edilmiş və bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq əmr qəbul edilmişdir.

7. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əcnəbi X8 məlumatlarının Süleyman Əsgərova ötürülməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bu da o deməkdir ki, şəxs yuxarıda qeyd olunanlara münasibətdə özünü təqsirli hesab edir. Yuxarıda göstərilənlərlə yanaşı, DMX tərəfindən İddiaçı barəsində əmr çıxarılarkən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsas namənin” 96-cı bəndi əsas götürülmüşdür. DMX qanunvericiliyin yuxarıda göstərilən normaya istinad etməsini onunla izah edir ki, İddiaçı əvvəllər də VMMS məlumatlarından şəxsi məqsədləri üçün istifadə etdiyinə görə Xidmət rəisinin 01.03.2019-cu il tarixli 66 nömrəli əmri ilə onun barəsində “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmişdir. Lakin İddiaçı həmin cəza tədbirindən nəticə çıxarmayaraq əsasnamə və təlimatları kobud surətdə pozmaqda davam etmişdir. Göründüyü kimi, şəxs xidmət apardığı dövrdə bir neçə dəfə nöqsanlara yol vermişdir. Beləliklə, iddiaçıya münasibətdə müvafiq əmr qəbul edilərkən DMX tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydalara tam riayət edilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(116)-57/2020 nömrəli qərarına əsasən (hakim İ.Cabbarov) iddianın təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli əmrlərin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatların 3-cü şəxslərə bilavasitə və dolayı yolla ötürməsi müəyyən olunmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 21(107)-141/2021 nömrəli qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şik ayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2-1(116)-57/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı iddiaçıya 12.06.2021-ci il tarixində təqdim edilmişdir.

14. İddiaçı 23.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 2-1(107)-141/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını tələb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən cavabdehin məhkəməyə təqdim etdiyi “həmkarlar ittifaqı rəyinin” saxta olmasına dair iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verilməməsinə DMX Həmkarlar İttifaqı Komitəsinin 24.04.2014-cü il tarixli 3 nömrəli protokolunun iddiaçının hüquqlarının pozulması ilə müşayiət edilməsinə hüquqi qiymət verilməməsinə dair şikayəti araşdırılmayıb. Eyni zamanda, iddiaçının şikayətinə münasibət bildirilməmişdir. “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın tətbiqinin hüquqazidd olmasına dair iddiaçının şikayətinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

16. Şəki İnzibati Məhkəməsi tərəfindən şahid X3 məhk əməyə verdiyi izahatın və iddiaçının “ötürülməsi iddia olunan məlumatların məxfi olmadığına dair” izahatı əsassız olaraq cavabdehin xeyrinə şərh olunmasına dair şikayəti nəinki araşdırılmamış, hətta eyni abzas olduğu kimi qərara köçürülmüşdür. Göründüyü kimi, hər iki məhkəmə instansiyasında iş üzrə mövcud sübutlar tam və hərtərəfli araşdırılmamış və bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəm ə iclasında iştirak edən cavabdehin vəkili X7 və cavabdehin nümayəndəsi X6 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

21. Həmin Məcəllənin 76-cı maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanu nvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

22. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

23. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslan dırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir;

24. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 25. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 16.5-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miq rasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür 26. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 30-cu maddəsinə əsasən miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 30.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 30.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilmə sini tələb etməməli; 30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir.

27. Həmin Əsasnamənin 32.3-cü bəndinə əsasən miqrasiya orqanları işçisinin işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə ixtiyarı yoxdur.

28. Həmin Əsasnamənin 95-ci bəndinə əsasən Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində gö stərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 95.8. miqrasiya orqanlarından xaric etmə; 29. “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nın 3.13-cü bəndinə əsasən işçi xidmət etdiyi miqrasiya orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

30. Həmin Qaydaların 3.14-cü bəndinə əsasən işçi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

31. Həmin Qaydaların 3.15- ci bəndinə əsasən işçi dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır

32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə)

33. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməl idir.

34. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

35. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

37. Həmin Məcəllənin 98.1-c i maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, kassatorun dəlillərinin əsasını apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının şikayətinin dəlillərinə qiymət verilməməsi təşkil edir. Məhkəmə kollegiyası isə iddiaçının bu dəlillərini əsassız hesab edir.

42. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatlar 3-cü şəxslərə bilavasitə və dolayı yolla ötürülmüş, bu onun özünün verdiyi yazılı izahatlarla təsdiq olunmuşdur. Onun hazırki iş üzrə şahid kimi ifadə verən X-a məlumat verməməsi barədə dəlilini məhkəmə haqlı ol araq inandırıcı hesab etməmişdir. Belə ki, iddiaçı və X tələbə yoldaşı olmuş, aralarında dostluq münasibətləri olmuşdur. X iddiaçının xeyrinə ifadə verməsi, həmçinin bunun üçün məhkəməyə gəlməsi də məhkəmədə onların arasında yaxın yoldaşlıq və ya dostluq münasibətlərinin olması qənaətinə gəlməyə əsas verir.

43. İddiaçının tələbində eyni əmələ görə iki dəfə tənbehə məruz qalması barədə dəlili üzrə də apellyasiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, onun mübahisələndirdiyi 66 saylı əmr İran vətəndaşlarına dair məlumatların X4 adlı şəxsə ötürülməsi ilə bağlı verilmiş, miqrasiya orqanlarından xaric olunması barədə əmri isə digər əsasla, yəni Efiopiya vətəndaşına dair məlumatların verilməsi ilə bağlı olmuşdur.

44. İşə məhkəmələr tərəfindən baxılarkən müəyyən olunmuşdur ki, İran İslam Respub likası vətəndaşı X4 MYİ ilə bağlı müraciəti icrada olduğu müddət ərzində iddiaçı tərəfindən 9 dəfə baxış keçirilmişdir. İddiaçı, X4 adlı dostunun xahişi ilə bu müraciətlərə baxdığını və nəzarətdə saxladığını etiraf etmişdir. Həmçinin aparılan araşdırmanın yekunu olaraq VMMS məlumatlarından şəxsi məqsədləri üçün istifadə etdiyinə görə iddiaçı barəsində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 95.4-cü bəndinə əsasən “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin verilməsi və bu kimi halların gələcəkdə baş verəcəyi təqdirdə daha ciddi inzitam tənbehinə cəlb olunacağı barədə ona xəbərdarlıq edilməsi təklif edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “iddiaçı ilkin iddia ərizəsində və sonrakı dəqiqləşmələrdə, h əmçinin yazılı çıxışında spesifik olaraq ötürülməsi iddia olunan məlumatların məxfi olmadığını, həmin məlumatların cavabdeh inzibati orqanın saytından əldə olunmasının mümkünlüyünü bildirməkdə israr etmişdir. Yəni dolayı yolla da olsa, iddiaçı özü də həmin məlumatları ötürdüyünü etiraf etmiş, lakin həmin məlumatların onun verməsindən asılı olmadan da əldə edilməsinin mümkünlüyünü israr etməklə barəsində verilən əmrlərin qanunsuz olması barədə məhkəməni inandırmağa çalışmışdır... Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Miqrasiya Xidməti Həmkarlar İttifaqı Komitəsinin 24.04.2014-cü il tarixli 3 nömrəli protokolunda qeyd olunan iclasın çağırılması, tərəflərin iştirakı və yazılı təqdimatın göndərilməsi İddiaçı hüquqlarının pozulması ilə bağ lı hər hansı bir fakt müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı barəsində Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli 25.04.2019-cu il tarixli əmrində həmkarlar ittifaqının rəyi barəsində qeydin olmaması Dövlət Miqrasiya Xidmətinin həmkarlar ittifaqının iclasının keçirilməməsinə və İddiaçı qanuni əsaslarla işdən azad olunmamasına dəlalət etmir”.

46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının həm iddia tələbinin əsaslılığı ilə bağlı dəlillərinə, həm də apellyasiya şikayətinin dəlillərinə qiymət verilmiş, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq qərar əsaslandırılmış və qərarda iddiaçının dəlillərinə məhkəmənin münasibəti öz əksini tapmışdır.

47. Apellyasiya məhkəməsinin qərarının ləğvi üçün id diaçının istinad etdiyi yeganə hal onun apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsidir. İddiaçının bu dəlili isə yuxarıda qeyd olunanarla əsasən əsassız hesab edilməlidir.

48. Mübahisələndirilən əmrlərin əsaslı olub-olmaması, iddiaçının işdən azad edilməsinin qanuni olub-olmaması ilə bağlı isə məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək həmin məhkəmənin qərarında qeyd edilən hüquqi mövqelərlə razılaşır.

49. Məhkəmələrin işin halları ilə bağlı apardığı araşdırmaların nəticəsi olaraq müəyyən olunmuşdur ki, cavabdeh mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər ha nsı sübut məhkəməyə təqdim edə bilməmişdir.

50. Bu səbəbdən məhkəmələr haqlı olaraq hesab etmişdir ki, iddiaçının miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 211 nömrəli, 25.04.2019-cu il tarixli əmri və “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin verilməsi barədə 01.03.2019-cu il tarixli 66 saylı əmri qanunauyğun olduğundan iddia tələbi əmrlərin ləğv edilməsi hissəsində əsassızdır və rədd edilməlidir.

51. İddia tələbinin digər, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi də iddianın birinci hissəsinin həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın digər hissələri də rədd edilməlidir.

52. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğunda təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 2-1(107)-141/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

53. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 21(107)-141/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar