Məhkəmə qərarları › İş №2-1(102)-1466/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1466/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1466/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, iş stajının əmək kitabçasına əsasən sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; AA*******) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək çilingər, - xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək operator, - xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək çilingər, - xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək operator, - xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Universal” kiçik müəssisəsində istehsalat müdiri vəzifəsində işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yasa görə əmək pensiyasinin təyin olunmasını xahiş etmişdir.

3. Cavabdehin 30 yanvar 2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim edilmiş xx.xx.1971-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “Universal“ kiçik müəssisəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətinin araşdırılması mümkün olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən, iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixə kimi 14 il 2 ay olmaqla, qanunla tələb olunan 25 il müddətindən azdır və xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək ona 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsini, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1971-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının 25 ildən az olması və xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə pensiyanın təyin edilməsindən imtina olunmuşdur.

7. Cavabdehin iddiaya dair təqdim etdiyi etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6762/2021 saylı iş üzrə 24.12. 2021-ci il tarixli (hakim Orxan Həsənov) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında y oxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.“Universal” kiçik müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti üzrə bütün qurumlara sorğu verilmiş və son olaraq məhkəmə iclasında müəssisəsinin təsisçisi tərəfindən təqdim olunmuş qərar əsasında müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti göstərdiyini iddia etdiyi “Universal” kiçik müəssisəsi 1991-ci il tarixdən Nərimanov rayon X4 İcraiyyə Komitəsinin qərarı əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının əmək fəaliyyətini icra etdiyi dövrdə müəssisənin mövcudluğu şübhə d oğurmamalıdır. Bundan başqa, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron məlumat bazasından əldə olunmuş məlumatdan da göründüyü kimi, “Universal” kiçik müəssisəsinin (VÖEN: **********) hazırki təsisçisi də M.M.Quliyevdir ki, o, həm məhkəmə iclaslarında verdiyi izahatında, həm də məhkəməyə müəssisənin adından ünvanladığı arayışlarda, iddiaçının həmin dövrlərdə “Universal” kiçik müəssisəsində işlədiyi faktinı qeyd etmişdir. “Universal” kiçik müəssisəsi ilə bağlı hər hansı bir məlumat aşkar olunmasaydı belə, iddiaçının əmək kitabçasında həmin müəssisədə işləməsi barədə qeydləri mövcuddur ki, həmin qeydlərin mötəbərliyi ilə bağlı şübhə doğuran hər hansı bir halın olması cavabdeh tərəfindən sübut edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək q ərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1573/2022 saylı 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iddiaçının sosial sığorta stajı 14 il 02 ay 09 gündür. Belə ki, iddiaçının işləmiş olduğu “Universal” kiçik müəssisəsinin arxiv sənədləri aşkar olunmadığından müvafiq dövr sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Nəzərə almaq lazımdir ki, iddiaçının “Universal” kiçik müəssisəsində işlədiyini iddia etdiyi dövrlər üzrə əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və əmrlər kitabı arxivdə aşkar edilməmiş, eyni zamanda, xx.xx.2006-cı ildən etibarən iddiaçının şəxsi hesabına hər hansı məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Beləliklə, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yoxdur. Lakin, apellyasiya şikayət ində də qeyd olunmuş hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 31.1 Əmək pensiyası hüququ olan şəxslər əmək p ensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1 Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qad ınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmə k pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bənd. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

19. İnzibati Prosessual Mə cəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməm əsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəmə sinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmalıdr ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının işləmiş olduğu “Universal” kiçik müəssisəsinin arxiv sənədləri aşkar olunmadığından müvafiq dövrün sosial sığorta stajı kimi nəzərə alınmaması, beləliklə də iddiaçıya yaşa görə əmək pensiy ası təyin edilməsi üçün onun sığorta stajının yetərli olmaması, yəni 25 ildən az olması barədədir.

26. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı aşağı instansiyası məhkəmələrinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

27. İddiaçının "Universal” kiçik müəssisəsində işlədiyi müddət üzrə araşdırmanın aparılmasının mümkün olmamasına dair ca vabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə kollegiyası bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

28. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesab ının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, iddiaçıya pensiya hüququnun yarandığı 25 fevral 2020-ci i l tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 21(103)-1573/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar