Məhkəmə qərarları › İş №2-1(102)-1466/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1466/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1466/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxx 1961-cı il təvəllüdlü,FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi tələbinə dair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-261/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Az.Neft və Kimya İnstitunun hazırlıq kursunda xx.xx.1981 – xx.xx.1982ci illərdə təhsil almışdır. O, xx.xx.1979 - xx.xx.1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Həmçinin, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.197 8-ci ildən hal hazıradək müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olur.

2. İddiaçı 10 avqust 2021-ci il tarixdə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 14 oktyabr 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Eləcə də, iddiaçıya münasibətdə 40800 manat pensiya kapitalı tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində 22620,14 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci inst ansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1979-1981-ci illərdə hərbi xidməti də nəzərə alınmaqla onun 40 il əmək stajı var və həmin stajın 15 ilini güzəştli pensiya hüququ verən zərərli işlərdə çalışmışdır. Lakin cavabdeh tərəfindən onun müvafiq müraciətinə xx.xx.2021-ci il tarixli imtina cavabı verilərək, fərdi hesabının sığorta hissəsində tələb ol unan miqdarda pensiya kapitalı mövcud olmadığı, eləcə də güzəştli iş stajının cəmi 8 il 1 ay 28 gün (xx.xx.1984-xx.xx.1988; xx.xx.2017-xx.xx.2021) təşkil etdiyi bildirəlməklə əsassız olaraq ərizəsini təmin etməmişdi.

6. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanlanmış imtina cavabına uyğun olan əsasla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim İddiaçı) 2-1(112)-4887/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi sahələr üzrə “qaynaqçı” peşələrindən yalnız “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” sayılanlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Odur ki, iddiaçının 14 sentyabr 1984-cü il tarixdən 3 may 19 88-ci il tarixədək və 31 yanvar 2017-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək olan iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı sayılır. Bu müddət isə 8 il 1 ay 28 gün təşkil edir. Bununla da müəyyən edilir ki, iddiaçının 25 ildən artıq ümumi stajı toplansa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajı qanunla nəzərdə tutulmuş 12 il 6 ay müddətdən azdır.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A. Yusifov -sədrlik edən və məruzəçi, P.A. Hüseynov və Ş.A.Məmmədova) xx.xx.2023-cü il tarixli, 2-1(103)-261/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)4887/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı 01 iyul 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Əhaliyə vətəndaşlıq xidməti” trestinin istehsalat sahəsində “daş tozu” (“silikoz” xəstəliyi əmələ gətirir) şəraitində, qranit cilalayıcısı kimi çalışdığı dövr nə cavabdeh, nə də ki məhkəmə tərəfindən tədqiq olunmamış, iddiaçının işlədiyi həmin peşəyə hüquqi qiymət verilməmiş, bununla da əsassız olaraq 7 il 2 ay 25 gün onun güzəştli stajı kimi nəzərə alınmamışdır. Həmin dövr cavabdeh tərəfindən qəbul edilən iddiaçının 8 il 1 ay 28 gün güzəştli stajına əlavə edildikdə onun 15 ildən də çox xüsusilə zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı mövcud olur. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasının tətbiqi ilə bağlı keçid müddəalarına görə 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün zəruri miqdarda pensiya kapitalı tələb olunmadığından iddiaçının pensiya hüququ 29 iyun 2022-ci il tarixdən yaranmış olur.

13. Cav abdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbay can Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək p ensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensi yası hüququ vardır (22 uyun 2022-ci ilə qədər qüvvədə olan redaksiya). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (29 iyun 2022-ci ildən qüvvədə olan redaksiya)

18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 22.Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə ba xışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Məhkəmə kollegiyası qeyd edir k i, yuxarıda qeyd edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: o, 60 yaşına çatmalı, bu yaşadək 25 ildən az olmayan ümumi, o cümlədən həmin müddət daxilində, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

26. İddiaçının 60 yaşı tamam olduğu vaxt təhsil və hərbi xidmət müddəti də daxil olmaqla, 25 il ümumi iş stajına malik olması iş materiallarında olan diplomun, hərbi biletin və əmək kitabçasının surətinə əsasən müəyyən edilir. Cavabdeh də iddiaçının ümumi iş stajını mübahisələnd irmir.

27. Cavabdeh iddiaçının xx.xx.1984-xx.xx.1988-ci illərdə Bakı Soyuducular Zavodunda qaynaqçı kimi, xx.xx.2017-xx.xx.2021-ci illərdə "xxxx" MMC-də elektrik qaynaqçısı kimi işlədiyi dövrləri (cəmi 8 il 1 ay 10 gün) onun güzəştli stajı kimi qəbul edir, lakin 1999-2005-ci illərdə qranit sexində daş çilallayıcı işlədiyi peşəni güzəştli staj kimi qəbul etmir.

28. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək bildirmişdir ki, onun xx.xx.1999-xx.xx.2007-ci illərdə “Əhaliyə vətəndaşlıq xidməti” trestində “qranit sexində daş cilalayıcısı kimi işlədiyi dövrü ( 7 il 2 ay 25 gün) onun güzəştli stajı olaraq nəzərə almır.

29. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının işlədyi həmin “Əhaliyə vətəndaşlıq xidməti” trestinin işin 10-cu vərəqində ola n, 74 No-li 26 noyabr 2021-ci il tarixli güzəştli arayışına əsasən müəyyən olunur ki, xx.xx.1999-xx.xx.2007 dövründə iddiaçı trestin nəzdində olan istehsalat sahəsində cilalayıcı kimi çalışmış, daş məmulatlarını əllə və dəzgahda cilalamış və onun çalışdığı bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu bölməsində “daş məmulatlarının cilalayıcıları” kimi öz əksini tapmışdır.

30. İddiaçının “Əhaliyə vətəndaşlıq xidməti” trestinin istehsalat sahəsində “daş tozu” (“silikoz” xəstəliyi əmələ gətirir) şəraitində, qranit cilalayıcısı kimi çalışdığı dövr nə cavabdeh, nə də ki məhkəmə tərəfindən tədqiq olunmamış, iddiaçının işlədiyi həmin peşəyə hüquqi qiymət verilməmiş, bununla da əsassız olaraq 7 il 2 ay 25 gün onun gü zəştli stajı kimi nəzərə alınmamışdır. Həmin dövr cavabdeh tərəfindən qəbul edilən iddiaçının 8 il 1 ay 28 gün güzəştli stajına əlavə edildikdə onun 15 ildən də çox xüsusilə zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı mövcud olur.

31. Beləliklə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla azı 25 il ümumi iş stajı ilə yanaşı, 12 il 6 ay güzəştli iş stajını da topladığı tam sübuta yetirilir. 32.“Əmək pensiyaları haqqında” Qanunun 91.1-ci maddəsinin 29 iyun 2022-ci ilə qədər olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu olması təsbit edilsə də, həmin maddənin 22 iyun 2022-ci ildən olan redaksiyasında görə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa çıxarılmışdır.

33. Göründüyü kimi, qanunun qeyd olunan dəyişikliklə, 1 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya təyinatında artıq müvafiq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu səbəbdən yeni normanın tətbiq olunduğu 22 iyun 2022-ci il tarixdə iddiaçı 25 il ümumi staja, 12 il 6 ay güzəştli staja malik olduğundan onun 29 iyun 2022-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

34. Belə olan halda, həmin dəyişikliyin qüvvəyə mindiyi tarixdən 1 iyul 2022-ci il tarixində iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüqüq yarandığı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

35. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-261/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar