Məhkəmə qərarları › İş №2-1(102)-1467/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1467/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1467/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (52 yaşdan güzəştli şərtlərləyaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçı vəkili Vəkil2, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-486/20 nömrəli iş üzrə 19.02.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 iyul 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 03 yanvar 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 30 avqust 1980-ci il tarixdə 4 №-li Texniki-peşə məktəbinə daxil olmuş, 29 iyul 1983-cü il tarixinə kimi orada təhsil almış, həmin tarixdən 10 oktyabr 1984-cü il tarixinədək “X3” İdarəsində motorçu vəzifəsində işləmiş, 09 noyabr 1984-cü il tarixd ən 28 noyabr 1986-cı il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 20 yanvar 1987-ci il tarixdən 02 iyul 1987-ci il tarixinə kimi “X3” İdarəsinin ekspedisiya dəstəsində 1-ci dərəcəli motorçu vəzifəsində işləmiş, 27 iyul 1987-ci il tarixdən 12 iyul 1988-ci il tarixinədək “Cənub rayon İdarəsi”nin Dəniz Neftqaz dəstəsində 2-ci dərəcəli matros vəzifəsində işləmiş, 19 iyul 1988-ci il tarixdən 19 avqust 1989-cu il tarixinə kimi Tümen vilayətində “Arktiktransqaztikinti” trestində 1-ci dərəcəli motorçu işləmiş, 19 avqust 1989-cu il tarixdən 01 mart 1995-ci il tarixinədək “Xəzədənizneftgeofizkəşfiyyat” trestinin “Akademik Nalivkin” teploxodunda motorçu vəzifəsində işləmiş, 02 mart 1995-ci il tarixdən 02 aprel 2003-cü il tarixinədək “Xəzərgeofizika” AzərbaycanAmerika Birgə mü əssisəsində motorçu (1 №-li siyahı kod: 1110000a-17531) vəzifəsində çalışmış, 11 aprel 2003-cü il tarixdən 25 may 2006-cı il tarixinədək “X1” şirkətində qazma qurğusunun motorçusu (1 №-li siyahı kod: 1110000a14713) vəzifəsində çalışmış və hazırda əmək fəaliyyətini davam etdirməkdədir. 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 1 ay 9 gün təşkil etmiş, həmin staj illərindən 19 il 2 ay 5 gün müddətini 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təs diq olunan 1 nömrəli Siyahısında daxil olan işlərdə çalışmışdır. O, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 52 yaşına çatdığı 03 yanvar 2017-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olm ayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Lakin, ona pensiya almaq hüququ yarandığı 03 yanvar 2017-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi barədə müraciətinə DSMF-nin Bakı şəhəri Qaradağ rayon Şöbəsi tərəfindən imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin 04.09.2019-cu il tarixli, 2-1(81)-2733/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərardadı ilə iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsi əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 29.10.2019-cu il tarixli, 2-1(81)-2733/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi, X2 52 yaşdan, yəni 03.01.2017-ci il tarixdən güzəştli şərtlərləyaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.10.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə mümkünsüz sayılması barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası m əhkəməsi) 19.02.2020-cu il tarixli, 2-1(103)-486/20 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(81)-2733/19 nömrəli iş üzrə qəbul etdiyi 29 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şi kayətini onunla əsaslandırmışdır ki,19.08.1989-cu il tarixdən 01.03.1995-ci il tarixinədək “Xəzərdənizneftgeofizkəşfiyyat” trestinin “Akademik Nalivkin” teploxodunda çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cüil 21 iyun tarixli 320 qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»nda 1110000a-17531 kodunda qeyd edilmişdir. Çünki, “Akademik Nalivkin” teploxodu geofiziki tədqiqatları yerinə yetirməklə, özü hərəkət edən karotaj stansiyası işlərini icra etmiş və o, da bu teploxodda motorçu peşəsində, yəni bilavasitə partiyanın karotaj stansiyasının motorçusu peşəsində çalışmışdır. Lakin məhkəmə səhvən belə qənaətə gəlmişdir ki, onun bu teploxodda çalışdığı mo torçu peşəsi 1 saylı siyahıya aid deyil və bununla da “yaranmış hüquq”u kobud surətdə pozulmuşdur. Göründüyü kimi, məhkəmə kollegiyası hər iki peşə barəsində yanlış mülahizə yürüdərək əsassız qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 19.02.2020-cu il tarixli, 2-1(103)-486/20 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. B u səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.02.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19.02.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.02.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi haki min məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,19.08.1989-cu il tarixdən 01.03.1995ci il tarixinədək “Xəzərdənizneftgeofizkəşfiyyat” trestinin “Akademik Nalivkin” teploxodunda çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cüil 21 iyun tarixli 320 qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı »nda 1110000a-17531 kodunda qeyd edilmişdir. Çünki, “Akademik Nalivkin” teploxodu geofiziki tədqiqatları yerinə yetirməklə, özü hərəkət edən karotaj stansiyası işlərini icra etmiş və o, da bu teploxodda motorçu peşəsində, yəni bilavasitə partiyanın karotaj stansiyasının motorçusu peşəsində çalışmışdır. Lakin məhkəmə səhvən belə qənaətə gəlmişdir ki, onun bu teploxodda çalışdığı motorçu peşəsi 1 saylı siyahıya aid deyil və bununla da “yaranmış hüquq”u kobud surətdə pozulmuşdur. Göründüyü kimi, məhkəmə kollegiyası hər iki peşə barəsində yanlış mülahizə yürüdərək əsassız qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitin ə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə iddiaçıya tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı ıl tarixədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulmuş əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatm ası tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırkı iş üzrə iddiaçıya münasibətdə ödənilmir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 52 yaşını 03.01.2017-ci il tarixdə tamamlamış, iddiaçı tələb olunan 20 illik ümumi iş stajını toplasa da güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı»nda XXVİİİ bölməsində 23003020-14706 kodu ilə nəzərdə tutulmuşdur. İddiaçının istinad etdiyi 11 10000 kodla göstərilmiş peşələr metal emalı sənayesinə aid peşələrdir. Həmin siyahının 1100000—17531 k odunda qeyd edilən - quyularda geofiziki tədqiqat işlər" icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özü hərəkətedən karotaj stansiyasının motorçuları, partladıcı peşələri qeyd edilmiş, iddiaçının iddia etdiyi motorçu peşəsi göstərilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 19.02.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçınınkasasiya şi kayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibatiKollegiyasının 19.02.2020-ci il tarixli,21(103)-486/20 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar