Məhkəmə qərarları › İş №2-1(102)-1467/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1467/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1467/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun ehtiyata buraxılması barədə əmrin ləğvi, vəzifəyə bərpa; inzibati icraat qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmri n ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunma” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrdən çıxarışa görə, gizir İddiaçı 1-ci aviasiya eskadrilyasının (Su-25) 3-cü aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 2019-cu il 8 oktyabr tarixli X nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 2019-cu il N oktyabr tarixd ən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Ağsu rayon idarəsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 19 dekabr tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2019-cu il 8 oktyabr tarixli, X saylı əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Hərbi Hava Qüvvələri komandanının 2019-cu il tarixli 8 oktyabr, X saylı əmri ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsas landırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı N-cı il 16 dekabr tarixdə Kürdəmir rayonunda Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus N saylı hərbi hissədə baş mexanik vəzifəsində əmək müqaviləsi əsasında çalışmağa başlamışdır. Əmək müqaviləsi 5 il müddətinə bağlanmışdır. Lakin o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 2019-cu il 8 oktyabr tarixli, 054 gm saylı əmri ilə müqavilə bitmədən öncə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndində xidməti uyğunsuzluq nəticəsində ehtiyata buraxılma barədə qeyd olunmuşdur. Lakin iddiaçının hərəkətlərində xidməti uyğunsuzluq olmamışdır. 2019-cu il 8 oktyabr tarixdə iddiaçı isti rahət otağında olarkən iş yoldaşı Natiq Dəmirov içəri daxil olmuş və ona bıçaqla 3 nahiyədən xəsarət yetirmişdir. Tərtər Hərbi Prokurorluğunun 2019-cu 21 noyabr tarixli qərarına əsasən iddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu məsələdə iddiaçı zərərçəkmiş olmasına baxmayaraq, həmin gün hər ikisi işdən azad edilmişdirlər. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Lakin əmr verildiyi zaman iddiaçı xəstəxanada müalicə alırdı və onunla heç bir söhbət aparılmamışdır. Cavabdehin etira zları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirmişdir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərə baxılmışdır. O, öz arzusu ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün müvafiq hərbi hissəyə müraciət etmiş və N-cı il 13 dekabr tarixdən N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Təqdimatında iddiaçı xidmətdə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabiliyyətinə malik deyil. Xidmət yerinə geci kmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə müddəti bitməmiş ehtiyata buraxılmışdır. 1994-cü il 23 sentyabr tarixli, 885 nömrəli Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurda olmasına, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və vətənə sonsuz məh əbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütün göstərilənlərə nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini Hərbi Hava Qüvvələri Komandanının əmri ləğv edilərək iddiaçının xidməti bərpası mümkün deyil. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şirvan İnzibati Məhkəməsinin 2020-ci il 28 yanvar tarixli, 2-1(120)-413/2020 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2-1(116)-930/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğu müddət ərzində qanunvericiliklə (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə) üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməmiş, onun şəxsi və peşə keyfiyyətləri hərbi xidmətini davam etdirməsi üçün kifayət deyildir. Məhkəmə hesab etmişdir ki, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməsinə imkan verməyən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. ap ellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 2019-cu il 8 oktyabr tarixli əmri ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, inzibati orqan tərəfindən verilmiş təqdimatda və etirazda iddiaçının xidmət etdiyi müddət ərzində davranışı ilə bağl ı nöqsanlar göstərilsə də, lakin bu göstərilən nöqsanlarla razılaşmayaraq kollegiya qeyd etmişdir ki, əksinə işdə olan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının nizam-intizamlı, vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışan bir hərbi qulluqçu kimi göstərilmiş, fiziki və mənəvi cəhətdən sağlam olmuş, kursant yoldaşları arasında hörmətə malik olmuş, xidməti dəfələrlə yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif vaxtlarda həvəsləndirmə tədbiri qismində “Təşəkkür” elan edilmiş, 2018-ci il 26 iyun tarixdə Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə medalla təltif olunmuşdur. İddiaçı barəsində hər hansı intizam cəzası tədbiri müəyyən edilməmişdir. Həmçinin, gizir iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə X saylı, 2019-cu il 8 oktyabr tarixli əmri N nömrəli hərbi hissə komandirinin 2019-cu il 9 oktyabr tarixli təqdimatından bir gün əvvəl qəbul edilmişdir. Bu da qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qaydaların pozulmasının göstəricisidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” tələbləri pozulmuşdur.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etira zda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin 1(098)-47/2020 saylı 2020-ci il 15 yanvar tarixli hökmündən və məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş ifadələrdən görünür ki, hadisənin baş verməsində dolayısı da olsa gizir İddiaçı təqsiri mövcud olmuşdur. N nömrəli hərbi hissənin komandiri Azərbaycan Respublikası Silahlı X2 ilə üzərinə qoyulmuş vəzifəni yerinə yetirmiş, cinayət törətməsə də, hərbi nizamnamənin tələblərini kobud pozan, qaydalara əməl etməyən gizir ilə xidməti münasibətlərini davam etdirmək istəməmişdir.

14. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yeganə əsas onun Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət Nizamnaməsinin 42-ci maddəsinin tələblərinin ko bud pozulması olmuşdur. Qeyd olunan əsas iddiaçı barəsində tərtib edilmiş N nömrəli hərbi hissənin təqdimatında və 2019-cu il 9 oktyabr tarixli, 2963 nömrəli raportunda öz əksini tapmışdır. Məhkəmənin qərarında göstərilmişdir ki, “...gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə X saylı, 2019-cu il 8 oktyabr tarixli əmri N nömrəli hərbi hissə komandirinin 2019-cu il 9 oktyabr tarixli təqdimatından bir gün əvvəl qəbul edilmişdir. Bu da qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qaydaların pozulmasının göstəricisidir. Qeyd olunanları əsassız hesab edilməlidir ki, iddiaçının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 2019-cu il 8 oktyabr tarixli, X nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, qeyd olunan hərbi qulluqçu üçün dərhal vəzi fəsinin icrasını dayandırıb, xidməti tərk etməsi üçün əsas yaratmamışdır. Çünki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci bəndinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Hərbi qulluqçu hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək, hərbi xidmətlə bağlı müəyyən edilmiş bütün hüquqlardan istifadə edir, onun üzərinə qoyulmuş bütün vəzifələri icra etməlidir. İddiaçı N nömrəli hərbi hissə komandirinin 2019-cu il N oktyabr tarixli, N nömrəli əmrə əsasən, 2020-ci il N oktyabr tarixdən hə rbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bu tarixə kimi 2019-cu il 8 oktyabr tarixli qərarın yuxarı inzibati orqanında mübahisələndirilməsi imkanının olması ilə yanaşı, barəsində sənədləşmənin aparılması imkanını da qanunvericiliklə qadağan edilməmişdir. Qərar hadisənin baş verdiyi və müvafiq nizamnamənin pozulmasının aşkar edildiyi zaman, qərarı qəbul etmək hüququ olan vəzifəli şəxs tərəfindən qəbul edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

16. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xah iş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (...) e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);... (...) Maddə

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesabl anır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir... Maddə

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. (...) Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik -leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; (...) İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etm əkdən imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

19. İPM: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğ v olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırı lmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qər arının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. Şikayətin əsassızlığı, ilk növbədə cavabdehin əmrinin ləğv edilməsi barədə iddianın əsaslı olmasından irəli gəlir. Belə ki, cavabdehin mübahisələndirilən əmri qanuna ziddir və iddiaçının hüquqlarını pozur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəl ir (bu qərarın 19-cu bəndi).

24. Mübahisələndirilən əmrin inzibati icraat hüququ ilə bağlı olan, yəni formalhüquqi tərəfinə gəlincə, qeyd etmək lazımdır ki, onun qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxslərin dinlənilmə hüququnu təmin etməyə borcludur (“İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2-ci maddələri). Hazırkı halda, həmin tələb cavabdeh tərəfindən təmin olunmamışdır.

25. Yuxarıda istinad olunan “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər (bu qəra rın 18-ci bəndi).

26. Bilavasitə hərbi qulluğa aid münasibətləri tənzimləyən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda istinad edilən 161 və 162-ci maddələrinin məzmunundan da göründüyü kimi, həmin normalarda “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edilmişdir (bu qərarın 17-ci bəndi). 27. “İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2-ci maddələrinin tələbləri ilə uzlaşan Əsasnamənin 161 və 162-ci maddələrinin tələbləri də cavabdeh tərəfindən təmin olunmamışdır.

28. Cavabdeh təsdiq edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yeganə əsas onun Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 42-ci maddəsinin tələblərinin kobud pozulması olmuş dur. Qeyd olunan əsas iddiaçı barəsində tərtib edilmiş N nömrəli hərbi hissənin təqdimatında və 2019-cu il 9 oktyabr tarixli, 2963 nömrəli raportunda öz əksini tapmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə X saylı, 2019-cu il 8 oktyabr tarixli əmri N nömrəli hərbi hissə komandirinin 2019-cu il 9 oktyabr tarixli təqdimatından bir gün əvvəl qəbul edilmişdir. Bu isə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin yuxarıda istinad edilən müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir.

30. Beləliklə, iddiaçı barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün ş ərtlər mövcuddur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar