Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1467/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), hakimlər Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli 2-1(103)-1674/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1979-cu ildə M.Əzizbəyov adına X7 ordenli Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş və 15 iyun 1984-cü ildə hidrogeologiya və mühəndis geologiya ixtisası üzrə tam kursu bitirmişdir.
2. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən, o, 1 oktyabr 1984-c ü ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına texnik-hidrogeoloq təyin edilmiş, 1 iyul 1986-cı ildə həmin partiyanın hidrogeoloqu keçirilmiş, 1 may 1987-ci ildə Kür ətrafı hidrogeoloji kəşfiyyat partiyasına hidrogeoloq təyin edilmiş, 1 noyabr 1987-ci ildə ikinci kateqoriyalı geoloq təyin edilmiş, 3 iyun 1991-ci ildə Dərin qazma üçün ekspedisiyasının Kür ətrafı partiyasının rəisi vəzifəsinə təyin edilmiş, 2 yanvar 1997-ci ildə 1997-ci ilin yanvar ayına olan struktura əsasən Mişovdağ sahəsinə ştat cədvəlinə uyğun maaşla növbə rəisi keçirilmiş, 17 dekabr 2001-ci ildə işdən azad olunmuş, 14 iyun 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmiş, 1 may 2007-ci ildə Milli Kəşfiy yat Buruq X5 suların tədqiqi dəstəsinin (Goranboy) rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 14 avqust 2008-ci ildə X6 ləğvi ilə əlaqədar işdən azad olunmuş, 8 sentyabr 2008-ci ildə X3 Azərbaycanın Termal suları partiyasına İ kateqoriya hidrogeoloq vəzifəsinə işə qəbul edilmiş, 8 sentyabr 2008-ci və 5 yanvar 2009-cu illərdə çöl işlərinə ezam olunmuş, 4 mart 2010-cu ildə işdən azad olunmuş, 4 mart 2010-cu ildə Xidmətin Kompleks Hidrogeologiya və X1 Azərbaycan termal suları partiyasına 11-ci dərəcə ilə İ kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmiş, 5 mart 2010-cu ildə həmin partiyada dəstə rəisi vəzifəsinə (müvəqqəti olaraq) təyin edilmiş, 15 aprel 2010-cu ildə həmin partiyada 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təsdiq edilmiş, 2 aprel 2012-ci ildə Ekspedisiyanın Yeraltı s uların axtarışı partiyasının Lerik dəstəsinin rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 12 iyul 2019-cu ildə müəssisə ləğv edildiyinə görə işdən azad olunmuş, 15 iyul 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin dəstə rəisi (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir.
3. Kompleks Hidrogeologiya və X2 tərəfindən verilmiş 26 fevral 2019-cu il tarixli, 4 nömrəli arayışa əsasən, iddiaçı 2010-2018-ci illərdə 895 gün çöl işlərində olmuşdur.
4. X4 tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli 18 saylı arayışına əsasən, iddiaçı 2008-2009-cu illərdə 230 gün çöl işlərində olmuşdur.
5. İddiaçı, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə 6 iyul 2020-ci il tarixli ərizə il ə cavabdehə müraciət etmiş, cavabdeh 15 iyul 2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37440,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31606,49 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, onun 1 iyul 2019-cu il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququ yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, həmin müraciətinin nəticəsi barədə 15 iyul 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1979-cu ildə M.Əzizbəyov adına X7 ordenli Azərbaycan Neft Kimya institutunda təhsil almış və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə əmək stajı 25 ildən artıq təşkil edir. Ə mək pensiyaları haqqında qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının 57 yaşı 1 iyul 2019-cu il tarixdə olmuşdur. İddiaçının ümumilikdə əmək stajı 40 ildən yuxarı təşkil edir. Əmək stajı 20 ildən artıqdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “hidrogeoloq” vəzifəsində işləmişdir. İddiaçının 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 1979-cu il tarixdən 15 iyun 1984-cü il tarixə kimi 5 il M.Əzizbəyov adına X7 ordenli Azərbaycan Neft Kimya İnstitutunda dağ-mühəndisi hidrogeoloq ixtisasına yiyələn miş, 01 oktyabr 1984-cü il tarixdən bu günədək “hidrogeoloq” peşəsi vəzifəsi üzrə fəaliyyət göstərir. 01 oktyabr 1984-cü il tarixdən Azərbaycan SSR Geologiya idarəsinin Sənaye və Terminal suları axtarışı və kəşfiyyat ekspedisiyasının texniki-hidrogeoloq işə qəbul edilmiş və bu günədək işləyir. Göründüyü kimi iddiaçının 57 yaşı 2019-cu il tarixdə olduğundan onun həmin tarixdə ümumi əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “hidrogeoloq” işi təşkil edir. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun 04 mart 2020-ci il tarixli arayışından göründüyü kimi işlədiyi hidrogeoloq peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Nali qərarının 2 nömrəli əlavəsinin siyahısı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 2010100b-20591 və 2010100b-20591 kodu ilə qeyd edilmiş geoloqlarsahə geoloqlar, hidrogeoloqlar-sahə hidrogeoloqlar işlərdə daim məşğul olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını birdəfəyə ödənilməsini xahiş etmişdir. İddiaçıya 17 iyul 2020-ci il tarixli cavab məktubu ilə əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən qanunsuz olaraq imtina verilmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir. Etiraza görə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə xx.xx.2021-ci il tarixinə 43400 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30945,23 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 2 dekabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, ““Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (1 iyul 2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şər t əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 1 iyul 2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbl əğindən az olmayan pensiya təminatına imkan verməsi.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-391/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilmiş, iddiaçıya 1 iyul 2019-cu il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququ yarandığı vaxtdan bu günədək ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət istisna olmaqla 25 ildən artıq ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı vardır. Belə ki, iddiaçının 1 oktyabr 1984-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olması və həmin müddətlərdə hidrogeoloq, geoloq, sah ə rəisi və növbə rəisi vəzifələrində işləməsi ona məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş arayışlar ilə təsdiq olunur. İddiaçının 1 yanvar 2006-cı il tarixədək işlədiyi hidrogeoloq, geoloq, sahə rəisi və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının İ bölməsində (şifrələr: 2010100b—20612, 2010100b—20591, 2010100b—24097, 2010100b—24043) nəzərdə tutulmuş və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı xx.xx.20 06-cı il tarixədək 12 il 6 aydan artıq müddəti təşkil edir
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103)-1674/2022 nömrəli qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-391/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103) -1674/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri imtina məktubunda və iddia ərizəsinə etirazda qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun iddiaçıya dair 4 mart 2019-cu il tarixli 23/İ-007 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi 19950ci ilin yanvar və fevral ayları, 2001-ci ilin iyun-dekabr, 2002-ci ilin fevral-may ayları arasındakı dövrlər üçün əmək haqqı ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri onun əmək stajına daxil etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 1 yanvar 2006-cı il tarixinə azı 25 il ümumi iş stajı tələbi ödənilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siy ahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçının 1 yanvar 2006-cı il tarixinə kimi 25 ildən artıq ümumi əmək stajı var və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işləmişdir. Bu səbəbdən, iddiaçının 57 yaşı tamam olduğu 1 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
26. İddiaçının zəruri pensiya kapitalının olmaması ilə bağlı kassatorun dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalı ilə sözügedən tələb 1 iyul 2017-ci il tarixindən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 1 yanvar 2006-cı il tarixinədək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, kassatorun bu dəlili də əsassızdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli 2-1(103)-1674/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli 21(103)-1674/2022