Məhkəmə qərarları › İş №2-1(102)-1468/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1468/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1468/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi; iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X2) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-692/2023 nömrəli qərardadından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamı ilə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 2B saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş X1 adına sənədləşdirilməsinə icazə verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdehin 312 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5 nömrəli qeyriyaşayış sahəsi X1 adına hüquqi qeydiyyata alınmışdır və haz ırda onun mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdehin xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamının və həmin sərəncam əsasında DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış qeydiyyatın ləğv olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən binanın tərkib hissəsi olan və birinci mərtəbədə yerləşən iki otaqlı mənzil DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır. Son zamanlar onun mənzilinin eyvanının qarşısında olan torpaq sahəsi məlum şəxslər tərəfindən zəbt edilmişdir və orada müxtəlif konstruksiyalı özbaşın a tikililər inşa edilmişdir. Bu zaman balkonun qarşısında olan ağaclar qanunsuz olaraq kəsilmiş, yaşıllıq qazonu məhv edilmiş, torpaq sahələrinə daxil olmaq qadağan edilmişdir. Göstərilən şəxslər özbaşına inşa etdikləri bu tikililərdə qanunsuz fəaliyyətlə məşğul olmuşlar. İlkin olaraq orada avtomaşın yuma məntəqəsi açmışlar. Bundan sonra avtomobillərin və təzyiqlə vurulan suyun səs-küyündən daima narahat olmuşdur. Bu özbaşınalığın qarşısının alınması üçün o, dəfələrlə cavabdehə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir. Bundan sonra o, dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Bakı şəhər İdarəsinə şikayətlər etmişdir. Bu şikayətlərin nəticəsi olaraq avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmış və həmin obyekt sökülmüşdür. Lakin qeyd edilən şəxslər öz qanunsuz əməllərindən əl çəkməmişlər, onlar fəaliyyət profilini dəyişdirib başqa işlərlə məşğul olmuşlar və bu zaman fəaliyyətlərini genişləndirərək qanunsuz olaraq əlavə torpaq sahələri zəbt edib əlavə tikililər inşa etmişlər. Məcbur olaraq göstərilən orqanlara yenidən müraciət edib bu özbaşınalığın dayandırılmasını, həmçinin bu qanunsuz tikililərin inşasına hansı icra orqanı tərəfindən və hansı əsasla icazə verildiyinin izah olunmasını xahiş etmişdir. Bu müraciətləri ilə bağlı ətraflı məlumat verməsələr də, göstərilən dövlət orqanlarından aldığı cavablardan ona məlum olmuşdur ki, bu tikililər inşa edilərkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükə sizliyə Nəzarət Dövlət Agentliyindən, Azərbaycan Respublikası FHN-nin X4 Xidmətinin X4 İdarəsindən, habelə Azərbaycan Respublikası Sanitar və Epidemiologiya Mərkəzindən icazə alınmamış və razılıq verilməmişdir. Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12 mart 2019-cu il tarixli 03-Bİ/126 nömrəli məktubundan ona məlum olmuşdur ki, sözügedən Nərimanov rayonu, Aşıq Alı küçəsi 5 ünvanda qanunsuz zəbt edilmiş 0,01052 ha torpaq sahəsində 91.6 kv.m-lik qeyri-yaşayış binası mülkiyyət hüququ ilə üçüncü şəxs olan X1 adına qeydiyyata alınmışdır. Bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********75 nömrəli məktubundan ona məlum olmuşdur ki, sözügedən tikili cavabdeh Nərim anov RİH-nin xx.xx.2018-ci il tarixli 312 Sərəncamına əsasən mülkiyyət kimi üçüncü şəxs X1 adına qeydiyyata alınmışdır. Bundan sonra, cavabdehə müraciət edib Nərimanov RİH-nin xx.xx.2018-ci il tarixli 312 Sərəncamının və həmin sərəncamın qəbul edilməsinə əsas olan sənədlərin surətlərini tələb etmiş və həmin Sərəncamın ləğv olunmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məktubla cavabdeh tələb edilən sənədləri ona təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, Nərimanov RİH-nin xx.xx.2018-ci il tarixli 312 Sərəncamının qəbul edilməsi üçün heç bir qanuni əsas olmamışdır. Sərəncamın qəbul edilməsinə əsas Nərimanov rayonu 36 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 235381 nömrəli arayışı olmuşdur. Həmin arayışda qeyd edilir ki, guya X2 uzun müddətdir ki, K.Rəhimov küçəsi, 2B nömrəli binanın ətrafında yerləşən qeyri-yaşayış sahəsindən istifadə edir. Göründüyü kimi, Nərimanov RİH-nin xx.xx.2018-cu il tarixli 312 nömrəli sərəncamının qəbul edilməsinə heç bir qanuni əsas olmamışdır, ona görə həmin sərəncam etibarsız sayılmalıdır.

5. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddia tələbində qeyd edilən xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla yanaşı, həm də ziddiyyət təşkil edir. Eləcə də, iddia ərizəsində sadalanan hüquq normalarının nə işin mahiyyətinə, nə də tərəflər arasındakı münasibətə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının yaşadığı mənzilin arxa fasad tərəfindən qapalı balkonu ilə 3-cü şəxsin göstərdiyi mətbəx ləvazimatı malları və aptek ilə ən yaxın məsafə 15 metrdir və qeyri-yaşayış sahələrinin giriş qapıları əks küçəyə açılı r. Həmin qeyri-yaşayış sahəsində 3-cü şəxs tərəfindən göstərilən fəaliyyət həmin ərazidə yaşayan sakinlərin, digər fiziki və hüquqi şəxslərin qanunla qorunan hər hansı bir marağını pozmur. Sözügedən qeyri-yaşayış sahəsində 3-cü şəxs tərəfindən avtomobillərin təmiri və ya digər xidmətlərin göstərilməsi üçün hər hansı bir fəaliyyət növü həyata keçirilmir. İddiaçı və onun ailə üzvləri onlara məxsus yaşayış sahəsindən sərbəst istifadə edirlər, onların giriş-çıxışına 3-cü şəxs tərəfindən hər hansı bir maneçilik törədilmir, heç bir maneə yoxdur və onların rahatlığını pozan hər hansı bir hallar mövcud deyildir. Mübahisəli ərazidə üçüncü şəxsin sahibliyində olan qeyri-yaşayış sahəsi onun tərəfindən təqdim edilmiş əraziyə və plan-sxemə əsasən Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli 312 nö mrəli Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş və Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi tərəfindən X1 adına RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Digər tərəfdən, hazırkı iş üzrə İddiaçı xx.xx.2007-ci il tarixdə Nərimanov RİH-nin başçısı A.Fərzəliyevin adına ərizə ilə müraciət edərək, K.Rəhimov küçəsi, 2B ünvanda yaşadığı 29 nömrəli mənzilin arxasında F.H.Mustafayevin qayınanası Səfurə Cəfərova tərəfindən mübahisəli dəmir qarajın götürülərək yerində daş qarajın tikintisinə icazə verilməsinə etiraz etmədiyini bildirmişdir. Razılıq ərizəsinin müqabilində S.Ə.Cəfərovanın kürəkəni hazırki iş üzrə üçüncü şəxs F.H.Mustafayevdən hal şahidlərinin iştirakı ilə 5 min ABŞ dolları məbləğində pul məbləği alaraq y ararlanmışdır. Hazırki iddia tələbini irəli sürməkdə iddiaçının əsas məqsədi qeyri-qanuni əsaslarla təhdid yolu ilə üçüncü şəxsdən pul məbləği qoparmaqdan ibarətdir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı hüquqların pozulmasında iddialı olsa da, bu pozuntuların nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 18 mart 2020-ci il tarixli, 21(112)-1634/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması müəyyən edilməmişd ir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) 27 iyul 2020ci il tarixli, 2-1(103)-1347/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1634/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsini n iddiaçının yuxarıda istinad olunan qanunvericilik aktlarında təsbit edilmiş hüquqlarının olub-olmamasını və məhz bu kontekstdə onun Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında şərhi verilən müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmadan mübahisəyə mahiyyəti üzrə baxılmasından imtina etməsi iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun pozulması ilə nəticələnmişdir.

11. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və növbəti prosessual hərəkətlərin aparılması üçün işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S. Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) 21 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1964/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2020-ci il tarixli, 2-1(103)1347/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ç) birinci instansiya məhkəməsində ikinci icraat

13. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli, 312 nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/20288 nömrəli ekspert rəyində göstərilmişdir ki: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 14367770 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 2 ünvanında istifadə olunan 0.01052 ha torpaq sahəsində yerləşən 91.6 kv.m. qeyri-yaşayış binası ilə İddiaçı məxsus ünvan 3 ünvanının birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzil (mənzilin eyvanı) arasında məsafə 11.8 metr təşkil edir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 14367770 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 2 ünvanında istifadə olunan 0.01052 ha torpaq sahəsində yerləşən 91.6 kv.m qeyri- yaşayış binasının Şəhərsalma tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 14367770 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 2 ünvanında istifadə olunan 0.01052 ha torpaq sahəsində yerləşən 91.6 kv.m qeyr iyaşayış binasının İddiaçı məxsus ünvan 4 ünvanının birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzilin sakinlərinin həmin mənzildən istifadəsinə hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 4 oktyabr 2021-ci il tarixli, 21(112)-299/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən sərəncam Bakı şəhəri Nərimanov Rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarından, o cümlədən ek spert rəyi ilə mübahisələndirilən sərəncam əsasında üçüncü şəxs X2 tərəfindən aparılmış tikinti işlərinin iddiaçının yaşadığı ünvan 5 ünvanın birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzilindən istifadə hüququna heç bir maneə törətmədiyi müəyyən edilmişdir. İşin araşdırılan halları ilə mübahisələndirilən sərəncamla iddiaçının hər hansı hüquqdan məhrum edilməsi və ya onun hüququnun məhdudlaşdırılması, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyulması kimi hallar müəyyən olunmamışdır.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 27 aprel 2022-ci il tarixli, 21(103)-468/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(112)-299/2021 nömrəli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi iddiaçının “sərəncamın ləğvi” tələbinin mümkünlüyünü tam yoxlamadan həmin iddiaya mahiyyəti üzrə baxaraq onu rədd etmişdir. Halbuki, işə bundan əvvəl apellyasiya qaydasında baxmış məhkəmənin mövqeyi belə olmuşdur ki, birinci instansiya məhkəməsinin iddiaçının sadalanan qanunvericilik aktlarında təsbit edilmiş hüquqlarının olub-olmamasını və məhz bu kontekstdə onun Konstitusiy a Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında şərhi verilən müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan mübahisəyə mahiyyəti üzrə baxılmasından imtina etməsi iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun pozulması ilə nəticələnmişdir. Həmin qərardada kassasiya qaydasında baxılarkən göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması nəticəsinə gəlməmiş, yalnız onun belə hüquqa malik olmasını müəyyən etmək üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Yəni, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsi və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı ma ddəsinin işığında araşdırılmamışdır. Buna baxmayaraq, işə yenidən baxan birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəmələrinin iş üzrə hüquqi mövqeyini nəzərə almadan, ekspert qarşısında iddiaçının subyektiv hüququnun pozulması kimi qəbul edilə biləcək halların araşdırılması məqsədilə daha müvafiq sualları (məsələn: sərəncam verilən obyektin iddiaçının evinə işıq düşməsinin qarşısını alması, səs-küy yaratması və s.) qoymamış və tələsik iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

20. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə rədd edilməsi qənaətinə gələrkən, iddiaçının tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməmişdir. Belə ki, iddia tələbi “sərəncamın ləğvi” ilə bağlı olsa da, iddiaçı tələbinin hüquqi əsası kimi İcra Hakimiyyəti başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Məhkəmə isə iddiaçının bu dəlilinin inzibati aktın ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas yaratdığını, yəni “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan birinə (“səlahiyyətli olmama” əsasına) uyğun olduğunu nəzərə almamışdır. Belə olan halda, məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyi təklif edə bilərdi. e) birinci instansiya məhkəməsində üçüncü icraat

21. İşə təkrar birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli, 312 nömrəli Sərəncamının et ibarsız hesab edilməsini xahiş etmişdir.

22. Tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən olunmuşdur ki, ünvan 4, 29 nömrəli mənzilin arxasında hazırda mübahisələndirilən sərəncam əsasında inşa edilmiş qeyri-yaşayış sahəsi aptek və çərəz satışı mağazası kimi istifadə olunur. Aptekdə və çərəz satışı mağazasında havalandırma sistemi mövcuddur, ətraf mühitə narahatlıq törədən səs müşahidə edilmir. Əksinə, iddiaçıya məxsus sözügedən mənzilin yaxınlığında – sağ tərəfində yerləşən otelə bitişik ərazidə yüksək səs tezliyi olan (yerində müayinə zamanı aşkar eşidilən) generator qurğusu quraşdırılmışdır.

23. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9791/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

24. Birinci instansiya məhkəmə si qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də, “Ətraf mühitin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından qeyd edilən sərəncamın (sərəncam əsasında inşa edilmiş əmlakın) fərdin maraqlarının qorunması baxımından iddiaçının həyatına, sağlamlığına, əmlakına təhlükə yaratmasını və ya zərər vurmasını əsaslandıran, eləcə də həmin sərəncama əsasən sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququnu məhdudlaşdıran hallar müəyyən edilmir. Odur ki, iddiaçının həmin sərəncamı mübahisələndirməyə və ya etibarsızlığının tanınmasına subyektiv hüququ yoxdur.

25. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. ə) apellyasiya instansiyası məhkəməsində üçü ncü icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 16 fevral 2023-cü il tarixli, 21(103)-692/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9791/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

29. İddiaçı qeyd edir ki, yaşadığı mənzilin ey vanın qarşısında olan torpaq sahəsinin üzərində özü və qonşuları tərəfindən əkilmiş ağacların kəsilməsi, yaşıllıq qazonunun məhv edilməsi, özbaşına inşa edilmiş qanunsuz tikintilərin qarşısının almasından başqa heç bir niyyəti olmamışdır. 2019-cu ildə gecə saatlarında əkilmiş ağacların kəsilməsinə şahid olmuş və həmin gün bunun qarşısının alınması üçün Bakı şəhəri Cavabdehə müraciət etmiş, şikayəti təmin edilməmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə prosesində məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 312 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 2B saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə 3-cü şəxs F.Mustafayevin adına sənədləşdirilməsinə icazə verilməklə, ərazinin sanitariya vəziyyətinə nəzarətin təmin edilməsi də ona tapşırılmışdır. F.Mustafayevə verilmiş çıxarışda göstərilmiş torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqdır. Belə olan halda, F.Mustafayev həmin ərazidə yerləşən torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və qanunsuz tikintilər aparmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi və yaxud onun üzərində hər hansı bir tikinti işlərinin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Dövlətə məxsus torpaq sahəsinin üzərində, balkonunun qarşısında olan ağacları kəsərək, yaşıllıq qazonunu məhv edib, hamı üçün həmin torpaq sahəsin ə daxil olmaq qadağan edilmiş, bir gecədə 24 kv.m olan sahə inşa edilərək F.Mustafayevin adına sənədləşdirilmişdir. Mübahisə bir neçə ildir ki, davam edir və buna görə də ildən ilə dəmir qarajın təyinatı dəyişir, bir il qaraj kimi istifadə edilir, bir il meyvə tərəvəz dükanı kimi, bir il aptek kimi. Birinci instansiya məhkəməsi 3-çü xeyrinə qərar qəbul edilməsi üçün onun tərəfindən bir gecədə inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə olduğunu qələmə vermişdir.

30. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 312 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 2B saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş F.H.Mustafayevin adına sənədləşdiril məsinə icazə verilsə də, həmin tikintilər yalnız 2019-cu ildə başlamışdır. Qanunvericiliyinin normalarına əsasən, Bakı Apellyasiya Məhkəməsi işə baxan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, işin hallarını tam, hərtərəfli araşdırmamış və səhv nəticəyə gələrək iddianı mümkünsüz saymışdır.

31. Nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələri işə mahiyyəti üzrə baxmamışlar. Əgər məhkəmə işə mahiyyəti üzrə baxsaydı, onda yaşıllıq zolağının məhv edilməsi ilə bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin pozulmasına dair qərara gələrdi. Dövlətə məxsus torpaqlarda hər hansı bir tikinti işləri aparılması üçün mütləq həmin torpaq sahəsinin dövlət tərəfindən vətəndaşların mülkiyyətinə verilməsi barədə sərəncam olmalıdır. Lakin buna baxmayaraq, Ca vabdeh Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 2B saylı evin arxasında yerləşən yaşıllıq zonasının ərazisində tikintiyə icazə vermiş, bunun nəticəsində orada olan yaşıllıq məhv edilmiş, onun ailəsi günəş işığından məhrum edilmişdir. Hesab edir ki, məhkəmə sözügedən sərəncamı mübahisələndirməyə və ya etibarsızlığının tanınmasına onun subyektiv hüququnun olmamasını əsas tutaraq iddianı mümkün saymamaqda haqlı olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılma sı üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar....

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdı rsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 9 6.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hes ab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

40. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılm ası istisna olunur.

41. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquq) malik olması şərti də yerinə yetirilməlidir.

42. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olun mur.

43. İddiaçı bildirir ki, onun mənzilinin qarşısında olan yaşıllıq sahə məhv edilmiş, orada qanunsuz tikililər inşa edilmiş, “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələbləri pozulmuşdur. 44. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları aşağıdakılardır: 1.1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq; 1.2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq; 1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; 1.4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək; 1.5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək; 1.6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək; 1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək; 1.8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək; 1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq; 1.10. qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək.

45. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də, “Ətraf mühitin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından, iddiaçının mübahisələndirdiyi cavabdehin xx.x x.2018-ci il tarixli 312 nömrəli Sərəncamının (sərəncam əsasında inşa edilmiş əmlak) fərdin maraqlarının qorunması ilə bağlı iddiaçının həyatına, sağlamlığına, əmlakına təhlükə yaratmasını və ya zərər vurmasını əsaslandıran, eləcə də həmin sərəncama əsasən sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququnu məhdudlaşdıran hallar hazırkı işdə müəyyən edilməmişdir.

46. Qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətinin dəlillərinin əsasında onun subyektiv hüququnun mövcudluğuna dəlalət edən hallar deyil, məhz üçüncü şəxs tərəfindən aparılan tikintinin qanunsuz olmasına dair xüsusatlar dayanır. Ona görə də, iddianın mümkünlük şərtlərinə əməl edilmədən iddiaçının işin mahiyyəti ilə bağlı gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı kassasiya şikayət ində mübahisələndirilən sərəncamla əlaqədar pozulduğunu iddia etdiyi hüquqlarının (hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ) mövcudluğunu əsaslandırmamış, eyni zamanda onun subyektiv hüququnun pozulması öz təsdiqini tapmamışdır.

47. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/20288 nömrəli ekspert rəyinə əsasən, üçüncü şəxs X1 adına qeydə alınmış ünvan 2 ünvanında istifadə olunan 0.01052 ha torpaq sahəsində yerləşən 91.6 kv.m qeyriyaşayış binası ilə İddiaçı məxsus ünvan 4 ünvanının birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzil (mənzilin eyvanı) arasında məsafə 11.8 metr təşkil etməklə, üçüncü şəxsə məxsus həmin qeyri-yaşayış binasının İddiaçı məxsus ü nvan 4 ünvanının birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzilin sakinlərinin həmin mənzildən istifadəsinə hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.

48. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı iddiaçının Bakı şəhəri Cavabdehin xx.xx.2018-ci il tarixli 312 nömrəli Sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa malik olduğu sübuta yetirilməmişdir.

49. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması, bu səbəbdən iddianın mümkünsüzlüyü ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, bu nəticə hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

50. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaç ının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 21(103)-692/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar