Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1468/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrünün əmək haqqının tam ödənilməsi və məcburi iş buraxma dövrünün iş stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)65/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Binəqədi rayon Polis İdarəsini növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsində işləyib, xx.xx.2021-ci il tarixdə xidmətdən kənar vaxtı Binəqədi rayonunda yerləşən kafelərdən birinin qarşısında tanımadığı şəxs tərəfindən bıçaqlanmış və xəstəxanaya (3 saylı Sabunçu xəstəxanası) aparılaraq əməliyyat olunmuşdur. 3 saylı Sabunçu xəstəxanasının tibb bacısı hadisə ilə əlaqədar polis şöbəsinə zəng edərək (xx.xx.2021-ci il tarixdə) iddiaçının xəstəxanaya döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə gətirildiyini və özünün dediyinə görə evdə yıxılaraq dəmir batması nət icəsində xəsarət aldığını bildirmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, bir qrup tanımadığı şəxsin dalaşdığını görmüş, onları aralamaq və sakitləşdirmək istəyərkən xəsarət almış, yerə yıxılmışdır. Xəstəxanaya aparılarkən nə baş verdiyini bilmədiyini, ona nəyin batdığını bilmədiyini və yıxıldığını bildirmiş, sonradan bıçaq zərbəsi aldığını öyrənmişdir. Cinayəti və cinayətkarı gizlətmək niyyətinin olmadığını qeyd etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iddiaçıya zərər vuran şəxs 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmdə, təqsirləndirilən kafedə bir məclisdə olduğunu, həmin məclisdəki bir şəxslə aralarında mübahisə yarandığını, həmin şəxslə kafenin qarşısında mübahisə edərkən kafedən bir qrup şəxsin çıxaraq onu döydüyünü, o da özünü müdafiə məqsədi ilə bıçaq çıxartdığını və nəticədə iddiaçının bıçaqlandığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs iddiaçını tanımadığını qeyd etmişdir. Hökmə əsasən, şahidlər isə iddiaçının mübahisə edənləri ayırmaq istədiyini bildirmişlər.
4. Bundan əlavə, şübhəli şəxsin dindirilməsi protokolunda iddiaçını bıçaqlayan şəxs, iddiaçının ona hansı məqsədlə yaxınlaşdığını bilmədiyini, onu bir neçə nəfərin döydüyünü, o da bıçaq çıxararaq onun üzərinə gələnlərdən birini bıçaqladığını qeyd etmişdir.
5. Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 16 və 17-ci maddələrinin tələblərini pozaraq baş vermiş hadisə barədə həqiqətə uyğun olmaya n məlumat verməklə ağır cinayət hadisəsini gizlətməsi, hadisəni törətmiş şəxsin məsuliyyətdən kənarda qalmasına şərait yaratmaqla daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi, həmçinin xidməti yoxlama zamanı qeyri-səmimilik göstərməsi, RPİ-nin xx.xx.2021-ci il tarixli Ə324-059-21 nömrəli əmri ilə elan edilmiş “Töhmət” intizam tənbehinin olması nəticəsində 21 fevral 2022-ci il tarixli əmrlə xidmətdən xaric edilmişdir (işə gecikməsinə görə verilmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, onun Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsinə bər pa edilməsi, məcburi iş buraxma dövrünə görə əmək haqqının tam olaraq ödənilməsi və məcburi işburaxma dövrünün xidmət illərinə daxil edilməsi barədə qərar verilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, polis baş serjantı kimi Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinin növbətçi köməkçisi vəzifəsində xx.xx.2011-ci ildən xidmət göstərmişdir. Lakin xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan xidmətdən uzaqlaşdırılmışdır. Eyni zamanda heç bir əmr ona təqdim olunmamış yalnız əmək kitabçası təqdim edilmişdir. Əmrin tarix və nömrəsi həmin kitabçada qeyd edilmişdir. Şifahi olaraq bildirilmişdir ki, xidmətdən uzaqlaşdırılmasına əsas Binəqədi rayon Polis İdarəsində zərərçəkmiş şəxs kimi tanındığı hadisə barəsində zərərçəkdiyi gün məlumat verməmişdir. Məhkə mənin diqqətinə çatdırır ki, onun həmin gün məlumat verməsi faktiki olaraq mövcud ola bilməzdi. Belə ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində o, növbədə olmadığı yaşadığı mənzildən ev geyimində qardaşının avtomobilini məhəllədəki avtomobil yuma məntəqəsindən götürməyə gedərkən həmin mənzilin yaxınlığında 2 nəfər şəxsin dalaşdığının şahidi olmuşdur. Bu zaman həmin şəxslərə yaxınlaşaraq özünü təqdim edərək mübahisəni dayandırmalarını və ayrılmalarını tələb etmiş, lakin həmin şəxslər iddiaçıya fikir vermədən əlbəyaxa mübahisələrini davam etdirdiklərindən o, onları aralamaq istədikdə, həmin şəxslərdən birinin iki bıçaq zərbəsi onun ağ ciyər nahiyəsini ağır zədələmiş və iddiaçı yerə yıxılmışdır. Bundan sonra onun qardaşı səs-küyə çıxmış və tez iddiaçının Sabunçu 3 saylı Birləşmiş Şəhər Xəst əxanasına gətirmişdir. O, çox qan itirdiyindən dərhal əməliyyata alınmış və narkoz vasitəsilə ağciyərində açıq əməliyyat həyata keçirilmişdir. Bundan sonra o, reanimasiyaya qaldırılmışdır. O, hadisədən bir gün sonra özünə gəlmiş və hadisə üzrə araşdırma aparan polis müstəntiqinə tam olaraq məlumat vermişdir. Bundan sonra o, əmək qabiliyyətini müvəqqəti itirdiyindən 2022-ci ilin fevral ayının 18-nə kimi müalicə almış və 18 fevral tarixində işə çıxdıqda ona azad edildiyi bildirilmişdir. İşdən azad edilməsinin səbəbi ona izah edilməmişdir. O, əmrin surətini istədikdə əmrin verilə bilməyəcəyini və yalnız kitabçasını götürə biləcəyi bildirildiyindən o, əmək kitabçasını götürərkən kitabçasında işdən azad edilməsinin əsası, yəni hansı qanunvericilik aktının tələbinə əsasən işdən azad edilməsi qey d edilmədiyindən bu günədək rəsmi hər hansı əsasla işdən azad olmasını öyrənə bilməmişdir. Onun qeyd edilən mübahisə ilə bağlılığı olmamışdır. Faktiki baş verəcək təhlükənin qarşısını alarkən özü təsadüfən ağır xəsarət almışdır. O, sabitliyin qorunması, digər şəxsin zərərçəkməsinin qarşısını almaq üçün özünü təhlükəyə atmışdır. Bu onun tutduğu vəzifəsindən və insanı tutumundan irəli gəlmişdir. Göründüyü kimi, onun işdən çıxarılmasının heç bir hüquqi və faktiki əsası yoxdur.
8. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-6945/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Binəqədi rayon Polis İdarəsinin “Binəqədi RPİ növbətçi hissənin növbətçi köməkçisi İddiaçı DİO-da xidmətdən xaric edilməsi ba rədə” Ə61-059-22 nömrəli, 21 fevral 2022-ci il tarixli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə (əmr, rəy, izahatlar) əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmış, İddiaçı tərəfindən Binəqədi rayon Polis İdarəsi tərəfindən aparılmış xidməti təhqiqat və yoxlama zamanı verilən suallara tam və səmimi cavab verilməyərək, müxtəlif vaxtlarda hadisə barədə ziddiyyətli izahatlar verilməklə Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da idd ia tələbi əsassız olduğundan təmin edilməməlidir
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2024 nömrəli 11 yanvar 2024-cü il tarixli qərarı ilə (sədrlik edən: A.Oruczadə, hakimlər: X.Cəmilova və R.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9cu bəndinə, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1, 2, 3, 16, 17-ci bəndl ərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, BRPİ-nin xx.xx.2021-ci il tarixli Ə324-059-21 nömrəli əmri ilə elan edilmiş “Töhmət” intizam tənbehi barədə İddiaçı heç bir məlumatı olamamışdır. Tamamilə qanunsuz və əsassız qəbul edilmiş bu əmr iddiaçının işdən çıxması üçün əsaslar sırasına əlavə edilmək məqsədilə ortaya atılıb. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməli olduğu təqdirdə belə, iddiaçıdan heç bir izahat alınmamışdır. İddiaçı ümumiyyətlə belə bir əmrdən məlumatsızdır. Hesab edirik ki, belə bir əmr olmamış və əmr yalnız “Binəqədi RPİ növbətçi hissənin köməkçisi İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə” Ə61-059-22 nömrəli 21 fevral 2022- ci il tarixli əmrini vermək üçün həmin günlərdə bilərəkdən geri tarixə tərtib edilmişdir.
15. İddiaçı xidmətdə deyil, evdə istirahətdə olduğu zaman qeyd edilən hadisə baş vermişdir. Yəni onun evinə yaxın ərazidə ictimai qaydanın pozulduğunu görmüş və bu zaman sadalanan normaların tələblərinə və vətəndaşlıq borcuna uyğun olaraq həmin hadisənin qarşısını almaq istəyərkən yaralanmışdır. Hadisə baş verdikdən sonra şəxsin çoxlu qan itirməsi ilə huşsuz vəziyyətdə olması, yaralanmasını dərk etməməsi və buna uyğun olar aq ifadə verməsini əsas gətirərək guya ağır cinayəti gizlətməsi kimi qiymətləndirilməsi polis əməkdaşına əməkdaşları tərəfindən yardım edilməsi əvəzinə ağır vəziyyətdə olan, özünü bilməyənə qarşı ədalətsiz və qanunsuz davranış kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının yaralanmasını, çoxlu qan itirməsini, huşsuz vəziyyətdə olmasını, özünü bilməməsini nəzərə almadan, o bıçaqlandığını daha sonra həkim müayinəsi zamanı öyrəndiyini, davasalanları ayırarkən yıxıldığını və yıxılarkən hansı kəsici alətin onu yaraladığını düşündüyündən təqsirləndirilən şəxsin onu vurmasını hiss etmədiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
67. Qanunsuz inz ibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 18. “Polis haqqında” Qanun: Maddə
13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.
19. Azərbaycan Respublikasının 9 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Az ərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə Bənd
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə 10 intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;... 20. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”: Maddə
1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə
22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu nu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ.
25. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Avropa İnsan Hüquqları Məhkə məsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi t ərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə bağlı əsasların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya m əhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, Binəqədi rayon Polis İdarəsinin “Binəqədi RPİ növbətçi hissənin növbətçi köməkçisi İddiaçı DİO-da xidmətdən xaric edilməsi barədə” Ə61-059-22 nömrəli, 21 fevral 2022-ci il tarixli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müxtəlif vaxtlarda hadisə barədə ziddiyyətli izahatlar verilməklə Daxili işlər orqanl arı əməkdaşlarının etik davranış Kodeksinin tələblərinin pozulması barədə düzgün qənaətə gəlmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 17-21(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 21(103)-65/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.