Məhkəmə qərarları › İş №2-1(102)-1468/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1468/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1468/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyası növünün dəyişdirilib dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyası növünün dəyişdirilib dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-33/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X1 mexanik, iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir.

2. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarix li məktubunda bildirilmişdir ki, İddiaçı stajı 15 ildən az (12 il 4 ay 11 gün (xx.xx.1990 – xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) olduğuna görə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Azərbaycan Respublikası X3 apellyasiya məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli, 9-3/2-1567/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respub likasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ə sasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X1 iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli, 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSRdə, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli, 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli, 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon, şəhər məlumat hesablama mərkəzləri (stansiyaları) rayon, şəhər statistika İdarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qərar “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli, 414 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə ə sasən 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X2 fəaliyyəti təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan ol muş, xx.xx.2023 tarixdən adi qaydada pensiya alır. Bildirir ki, onun 42 il əmək stajı vardır. Belə ki, onun əmək stajının 20 ildən çoxu dövlət qulluğu vəzifəsində çalışmışdır. O pensiyanın təyinatını dəyişərək yaşa görə dövlət qulluqçusu pensiya təyinatına keçirilməsindən ötrü cavabdehə müraciət etmiş, lakin cavabdeh ona xx.xx.2023-cü il tarixli imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilməsini bildirmişdir. Mərkəzi Filial onun yalnız xx.xx.1990-cı il tarixdən xx.xx.2002-ci il tarixləri arasındakı dövrləri dövlət qull uqçusu kimi qəbul etmişdir. Lakin xx.xx.1980-ci il tarixdən Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika idarəsinin Kirovabad şəhər məlumatların hesablanması şöbəsində mexanik vəzifəsində xx.xx.1980-ci il tarixə qədər işləmiş, xx.xx.1980-ci il tarixində hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixində Dövlət Statistika Komitəsinin Kirovabad şəhər Statistika idarəsində iqtisadçı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1985-ci ildə böyük iqtisadçı vəzifəsinə, xx.xx.1988-ci ildə isə 2-ci dərəcəli iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Beləliklə, Dövlət Statistika Komitəsinin Kirovabad şəhər Statistika idarəsində 10 ildən yuxarı əmək fəaliyyəti olmuşdur. Hesab edir ki, ona 15 ildən az hesabl adığı dövlət qulluğu stajı cavabdehin imtinası tam qanunsuz və əsassızdır.

6. Daha sonra iddiaçının tələbinin dəyişdirilməsi ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyasının növünün dəyişdirilib dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) xx.xx.2024-cü il tarixli, 21(114)-408/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X1 işlədiyi müddətin dövlət qulluğunda iş stajı kimi nəzərə alınmal ı olduğunu iddia etsə də, onun əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilə bilməz. İş materiallarına əsasən qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən dövlət qulluğunda qulluq stajı müddəti 12 il 4 ay 11 gün təşkil etmişdir. Beləliklə, iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apel lyasiya instansiyası məhkəməsindəki icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov (sədrlik edən); R.Z.Mamedov və A.V.İsgəndərova) xx.xx.2025-ci il tarixli, 21(104)-33/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-408/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti apellyasiya şikayətinə uy ğun əsaslandırılaraq qeyd edilmişdir ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə qeyd edilir ki, büdcədən kənar vəsaitlər hesabına, yəni təsərrüfat hesabına maliyyələşən dövlət orqanında iş stajı dövlət qulluğu stajı kimi tanınmalıdır. Bu səbəbdən iddiaçının Dövlət Statistika Komitəsinin Kirovabad şəhər Statistika idarəsində 10 ildən yuxarı əmək fəaliyyəti olmuşdur. Belə olan halda onun 15 ildən artıq dövlət qulluğu stajı vardı. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayd a və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 20.11 - bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarına; 20.11.2 dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə h aqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sosial və partiya orqanlarında iş müddəti də daxil edilir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. S übutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Bundan başqa, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırda iddiaçının hüquqi marağı məhz 1980-1990-cı illərdə işlədiyi vəzifələrin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pe nsiyasının növünün dəyişdirilib dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsinə yönəlmişdir.

24. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və ona xx.xx.2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 20 ildən artıq dövlət qulluğu vəzifəsində işlədiyini iddia edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

25. X3 məhkəm əyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X2 fəaliyyəti təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X1 işlədiyi müddətin dövlət qulluğunda iş stajı kimi nəzərə alınmalı olduğunu iddia etsə də, onun əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilməsi mümkün deyildir.

27. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-33/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar