Məhkəmə qərarları › İş №2-1(102)-1469/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1469/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1469/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: operativ vergi yoxlaması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-305/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 34 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsi barədə akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 68000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

2. Bundan əlavə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə xx.xx.2021-ci il tarixli qərarla iddiaçı 1000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 avqust 2021-ci il tarixli **********3365 nömrəli və 13 avqust 2021-ci il tarixli **********3363 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla ə saslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 avqust 2021-ci il tarixli **********3365 nömrəli və 13 avqust 2021-ci il tarixli **********3363 nömrəli qərarlar qəbul olunmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən **********3365 nömrəli Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini rəhbər tutularaq Əmək Məcəlləsinə əsasən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 70000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********5102 nömrəli “ Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunaraq Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 69 ünvanında yerləşən “Lido” restoranında xx.xx.2021-ci il tarixdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı AR Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etməsi aşkarlandığı qeyd olunmuşdur. Mübahisələndirilən **********3363 saylı Qərarla isə AR VM-nin 58.7.1-ci maddəsinin əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən “Lido” restoranında keçirilən operativ verg i nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması faktı aktlaşdırıldığı qeyd olunur. İddiaçı hesab edir ki, yaranmış vəziyyət cavabdeh tərəfindən düzgün qiymətləndirilməyərək tam əsassız Qərar qəbul olunmuşdur. Belə ki, yoxlama zamanı qeyd olunan və guya əmək müqaviləsi bağlamadan işə cəlb olunmuş 35 nəfərin heç biri işə cəlb olunmamışdırlar. Həmin gün işə qəbulla bağlı bir neçə nəfər dəvət olunmuşdurlar ki, onların bu sahədə bacarıqlarının olub-olmaması, veriləcək əmək haqqı ilə bağlı və digər şərtlərin razılaşdırılması müzakirə olunsun. Yoxlamaya gələn əməkdaşlar iaşə obyektində olan bütün şəxslərin yalnız şəxsiyyətini müəyyən edib və sonradan onların hamsının işçi olduğunu qeyd edərək mübahisələndirilə n qərarı qəbul etmişdir. Hətta müştərilərin belə şəxsiyyətini müəyyən edib, onları müqaviləsiz işə cəlb olunmuş şəxslər kimi qeyd etmişdirlər. İlk olaraq tətbiq olunan karantin rejimi ilə bağlı yoxlama olduğunu zənn edən iaşə obyektində olan bütün şəxslər təbii olaraq şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edən əməkdaşlara (həmin əməkdaşların vergi və ya polis əməkdaşları olması aydınlaşdırılmamışdır) təqdim etmişdirlər. Belə ki, əgər 35 nəfərin qanunsuz olaraq işə cəlb olunmaları iddia olunurdusa, nə səbəbdən həmin şəxslərin izahatı alınmırdı və onların iaşə obyektində olma səbəbləri araşdırılmırdı. Bundan əlavə tətbiq olunan karantin rejimi ilə bağlı ümumiyyətlə, müştərilərin həddindən az olması səbəbi ilə 35 nəfər işçinin işə cəlb olunması mümkünsüz bir haldır.

5. Cavabdeh iddia tə ləbinə münasibətdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5102 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X1 ev 69 ünvanında yerləşən “LİDO” restoranı obyektində Azərbaycan Re spublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 002465 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3365 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 70.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli **********3365 saylı qərar ləğv edilmişdir. Daha sonra cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8804 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 68.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X1 ev 69 ünvanında yerləşən “LİDO” restoranı obyektində saat 16:33 radələrində müştəri tərəfindən sifariş edilmiş yeməyə görə 30 manat ödənildiyi məbləğin nəzarət kassa aparatına vurulmadığı və çekin müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir. Həmin məbləğ xx.xx.2021-ci il tarixdə nəzarət kassa aparatına 47 nömrəli çeklə bərpa edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il tarixli 338 saylı qərarı ilə təsd iq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulduğu faktı ilə bağlı DVX seriyalı 006075 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3363 nömrəli qərarı (bundan sonra "Qərar”) ilə vergi ödəyicisi İddiaçı 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi işçilərdən izahatların alınmaması və onların obyektdə olma səbəblərinin araşdırılmamasına dair cavab olaraq bildirilir ki, cavabdehin operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021- ci il tarixli **********5108 saylı Tələbnamə iddiaçıya təqdim olunmuş və iddiaçı həmin tarixdə Tələbnaməni imza edərək qəbul etmişdir. Lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla bağlı iki nüsxədən ibarət sənədlərin təqdim olunmaması barədə imtina aktı tərtib olunmuşdur. Həmçinin 35 nəfər fiziki şəxslə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərin izahat verməməsini tələb edərək maneçilik törətmiş, vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərinin yerinə yetirilməsinə şərait yaratmamışdır. Odur ki, nəzarət tədbiri zamanı aşkar olunan əmək müqaviləsi olmadan yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərdən izahatların alınması münkün olmamışdır. İddiaçı vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərin in yerinə yetilrilməsinə şərait yaratmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən “İnzibati xəta haqqında” xx.xx.2021-ci il tarixli MN 024830 saylı Protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Digər tərəfdən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 162-ci maddəsində nəzə rdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq Baş idarəsinə sonuncu tərəfindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Cavabdeh İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “Cavabdeh tərəfindən qəbul olunmuş 13 avqust 2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3363 saylı və xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8804 saylı qərarın ləğv edilməsi barədə qərar qəbu l edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir.

7. Məhkəmənin 14 aprel 2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Cavabdeh tərəfindən qəbul olunmuş 13 avqust 2021-ci il tarixli vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3363 saylı və xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8804 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(112)-2407/2023 saylı qərarı ilə (hakim: H.A.Ağalarov) iddia qismən təmin edilmiş, Azərbayc an Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********8804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir.

9. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarına münasibətdə qeyd etmişdir ki, cavabdeh yoxlama aktından başqa aktın əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, işə cəlb olunmuş şəxslərdən cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. Yəni, cavabdeh öz işini yoxlama aktını yazma qla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.

10. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinin tələbinə əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-305/2023 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: P.A.Hüseynov və K.H.Əkbərov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(112)-2407/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş mübahisələndirmə haqqında iddia əsasında başlandığından iddiaçı deyil, sübut etmə vəzifəsi mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməlidir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarına münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. Yəni, cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Eyni zamanda cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********3363 saylı qərarı qanunvericiliyin tələblərinə tam uyğundur. Məhkəmə özü hüquqi mövqeyini Vergi Məcəlləsinin 16.1, 50.1, 50.3, 58.7, 58.10, 58.17, 70.2-ci maddələri, İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun 24, 47.1 və 62-ci maddələri nə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə Vergi Məcəlləsinin 3.8, 53.3, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 5-1, 7.2, 44, 49-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1, 35.1, 38.1, 58.7, 69.4 maddələrinə və Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə zidd olduğundan qanunsuz və əsassızdır.

16. Belə ki, cavabdehin operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri o lan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli **********5108 saylı tələbnamə iddiaçıya təqdim olunmuş və iddiaçı həmin tarixdə tələbnaməni imza edərək qəbul etmişdir. Lakin, tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla bağlı iki nüsxədən ibarət sənədlərin təqdim olunmaması barədə imtina aktı tərtib olunmuşdur. Həmçinin iddiaçı 35 nəfər fiziki şəxslə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərin izahat verməməsini tələb edərək maneçilik törətmiş, vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərinin yerinə yetilrilməsinə şərait yaratmamışdır. Odur ki, nəzarət tədbiri zamanı aşkar olunan əmək müqaviləsi olmadan yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərdən izahatların alınması mümkün olmamışdır.

17. İddiaçı vergi orqanının vəzifəli şəxsinin qanuni tələblərinin yerinə yetilrilməsinə şərait yaratmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN 024830 saylı Protokol tərtib edilmişdir. Qeyd olunan protokol əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(001)2558/2021 saylı qərarı ilə iddiaçı inzibati məsuliyyətə cəlb edilərək 1000 (min) manat cərimə edilmişdir.

18. Bundan başqa iddiaçının kifayət qədər məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürmüşdür. Belə ki, iddiaçı vergi ödəyicisi ilə vergi orqanı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilə əsasən vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə keçirilməsini, o cümlədən: vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlaqların, arayışların, çıxarışların, və digər sənədlərin) elektron şəkildə göndərilməsini; vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılması nəzərdə tutulmuşdur. Həmçinin sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq lazımı tədbirlə r görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmiş və həmin müqavilə ləğv edilməmişdir. Həmin müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri müqavilədən imtina və yaxud uzadılması barədə müraciəti olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə

44. Əmək müqaviləsinin forması

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə

49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi il ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1 vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş redaksiyası)... 16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, ya xud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə 50.4. Operativ vergi nəzarəti ver gi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.2 Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikd ə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçiril ir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.7 Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə ca vab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandı rıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu m addəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

22. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli ********* *044300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları” Bənd 1.4 Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydalar ın 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün halların ın araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə

45. İnzibati icraatda sübutlar 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Maddə 45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən is tinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əs aslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırıl mış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə iddianın rədd edilmiş hissəsini mübahisələndirmədiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə ko llegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə qərarı).

30. Cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, cavabdehin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5102 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ X1 69 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus "LİDO” Restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.

31. Yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8804 nömrəli qərarla iddiaçıya 68000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 68000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır.

32. Eyni zamanda iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 69 ünvanda yerləşən "Lido” restoranında operativ vergi yoxlaması zamanı NKA-dan xx.xx.2021-ci il tarixd ə saat 16:33 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən sifariş edilmiş yeməyə görə 30 manat 00 qəpik ödənildiyi, məbləğin NKA-ya vurulmadığı və çekin müştəriyə təqdim edilmədiyi müəyyən olunmuş, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3363 nömrəli qərarla 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2021-ci tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır.

33. İddiaçı inzibati orqanın həmin qərarlarını əsassız hesab edərək ləğv edilməs i üçün məhkəməyə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********8804 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərarına gəlmişlər.

34. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq cavabdehin kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Apelyasiya şikayətində olduğu kimi cavabdeh kassasiya şikayətində də qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə qeyd edir ki, iddiaçı tərəfindən ilkin olaraq mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3365 nömrəli qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini rəhbər tutularaq Əmək Məcəlləsinə əsasən iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 70000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan qərarın mübahisələndirilməsi barədə iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Lakin sonradan cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli **********3365 saylı qərar ləğv edilmiş və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8804 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərini rəhbər tutularaq Əmək Məcəlləsinə əsasən iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi ödəyicisi İddiaçı 68.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

37. Sonuncu qərardan da göründüyü kimi əvvəlki qərarın məzmunu mahiyyəti etibarilə dəyişilməmişdir. Sonrada n iddiaçının nümayəndəsi-vəkili “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3363 saylı və xx.xx.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8804 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.

38. Bununla əlaqədar olaraq müəyyən olunur ki, iddiaçı İPM-in 38-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə 30 gün ərzində məhkəməyə müraciət etmişdir.

39. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı Vergi Məcəlləsinin 50.2-ci maddəsinin təl əbləri baxımından əsaslandırılmıamış, bununla da əsassız yoxlama tədbirləri keçirilmişdir. Yəni həmin qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan heç biri göstərilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinin tələbinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir.

40. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).

41. Hazırkı iş mübahisələndirmə haqqında iddia əsasında başlandığından iddiaçı deyil, sübut etmə vəzifəsi mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməlidir. Lakin cavabdeh tərəfindən maliyyə sanksiyasının tətbiqinə dair qərarın əsaslılığı ilə bağlı yoxlama aktından başqa hər hansı bir sübut məhkəmələrə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən yoxlama aktında sadalanmış şəxslərdən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. İnzibati icraat haqqında qanunun tələbinə əsasən inzibati icraat zamanı inzibati orqan sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından ekspert rəylərindən və digər vasitələrdən sübutetmə vasitələri kimi istifadə etməlidir.

42. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir. Halbuki İnzibati icraat haqqında qanunun 24-cü maddəsində qe yd edilmişdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

43. Odur ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarı “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə zidd tərtib olunduğu üçü qanuni və əsaslı sayıla bilməz.

44. Eyni zamanda qeyd edilməlidir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları ayd ınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

45. Qan unvericiliyin mənasından göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

46. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı işin hallarına görə vergi ödəyicisi kimi iddiaçının hərəkətlərində vergi qanunvericiliyinin pozulması qismində təqsirli olaraq qeyrihüquqi əməlin olması inzibati orqanın subyektiv mövqeyi və məntiqi reallıqla uzlaşmayan bir hal kimi qiymətləndirilməlidir. Qanunla təsbit edilmiş vergi nəzarəti formas ı olaraq operativ vergi nəzarətinin və onun hüquqi nəticələrinin məqsədi kimi vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi qanunvericiliyinə əməl olunmasında şübhəli məqamların doğurduğu ehtimala əsaslanan halın müəyyənləşdirilməsi çıxış etmir. Bu hərəkətə görə sanksiyalaşdırma inkar olunmaz pozuntu faktlarına əsaslanmalıdır. Halbuki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən yoxlamanın keçirilməsi Vergi Məcəlləsinin 50-ci maddəsinə zidd olmuş, eyni zamanda mübahisələndirilən qərar vergi ödəyicisinin şübhə doğuran və nisbətən ehtimal olunan hərəkətlərinə münasibətdə qəbul olunmuşdur.

47. Hazırkı inzibati işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********8804 saylı qərarın ləğv edilm əsi barədə məhkəmələrin gəldiyi qənaət əsaslı olmuşdur.

48. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-305/2023 saylı iş üzrə 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar