Məhkəmə qərarları › İş №2-1(102)-147/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-147/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-147/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinəqarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçının tutduğu ştat vahidi ixtisar olunduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili xxx oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi, i şə bərpa edilməsi və məcburi iş buraxma günlərinə ödənilməli olan əmək haqqı və bütün sosial sığorta ödənişlərinə cəlb olunan vəsaitin ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-494/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidenti yanında X1 üzrə Komissiya tərəfindən keçirilmiş imtahan nəticələrinə uyğun olaraq xx xxxxxx 2014-cü il tarixd ən etibarən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu aparatının Fərdi uçotun təşkili şöbəsinin Sığortaolunanların fərdi şəxsi hesablarına nəzarət sektorunda fəaliyyətə başladığını, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən sonra xx.xx.2016-cı il tarixdə nazirliyin aparatının İqtisadiyyat şöbəsinin Satınalmaların təşkili və idarə edilməsi sektorunun böyük məsləhətçi vəzifəsinə keçirildiyini, 4 ildən artıq müddətdə həmin nazirliyin strukturunda işlədiyini və qulluq keçdiyi dövr ərzində fəaliyyəti ilə bağlı heç bir nöqsana yol vermədiyini, xx.xx.2018ci il tarixdə Kadr və kadr hazırlığı şöbəsinin yeni təyin olunmuş müdiri Nərmin Bayramova tərəfindən şöbəyə çağırılaraq xx.xx.2018-ci il tarixdən etib arən çalışdığı ştatın ləğvi ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verildiyinin bildirildiyini, halbuki, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən ona azı dörd təqvim həftəsi müddətində xəbərdarlıq edilməli olduğunu, bundan başqa onun işdən azad edilməsi zaman çalışdığı şöbədə vakant yerlərin olmasına baxmayaraq, cavabdeh tərəfindən vəzifəsinə uyğun işlə təmin edilmədiyini, 7-ci təsnifat üzrə ona vəzifə təklif etsə də, tutduğu vəzifənin 5-ci təsnifata uyğun olduğunu bildirərək, əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günlərinə ödənilməli olan əmək haqqı və bütün sosial sığorta ödənişlərinə cəlb olunan vəsaitin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)484/2019 sa ylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – V.E.Əzizova). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli, 2-1(105)-494/2019 saylı qərarı ilə (sədrlik edən N.M.Nəsibov, hakimlər H.Ç.Babayeva və Z.İ.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, ştatların ixtisara düşməsi ilə əlaqədar nazirliyin aparatının İqtisadiyyat şöbəsinin satınalmaların təşkili və idarəedilməsi sektorunda böyük məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı dövlət qulluğuna «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi xx xxxx 2018-ci il tarixdən ləğv edilmiş, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən ona azı dörd təqvim həftəsi müddətində xəbərdarlıq edilməli idi, bundan başqa onun işdən azad edilməsi zaman çalışdığı şöbədə vakant yerlərin olmasına baxmayaraq, cavabdeh tərəfindən vəzifəsinə uyğun işlə təmin edilməmiş, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili İbrahimov Taleh Vəli oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının riyaziyyat və informatika ixtisası üzrə tam kursu bitirmiş, əmək kitabçasına əsasən o, xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta daxilolmalarına cari nəzarət şöbəsinin Sığrotaedənlərlə yoxlamaların koordinasiyası sektorunun baş məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edilmiş, xx.xx.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2014-cü il tarixdə aparatın Fərdi uçotun təşkili şöbəsinin Sığortaolunanların fərdi şəxsi hesablarına nəzarət sektorunun bö yük məsləhətçi vəzifəsinə stajçı təyin edilmiş, xx.xx.2015-ci il tarixdə həmin vəzifəyə sınaq müddəti ilə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə sınaq müddəti ilə Fərdi uçotun təşkili şöbəsinin fərdi uçotun tətbiqi üzrə metodiki iş sektorunun böyük məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə nazirliyin aparatının İqtisadiyyat şöbəsinin Satınalmaların təşkili və idarə edilməsi sektorunun böyük məsləhətçisi vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2018-ci il tarixli əmri ilə ştatların ixtisara düşməsi ilə əlaqədar Nazirliyin Aparatının İqtisadiyyat şöbəsinin Satınalmaların təşkili və idarə edilməsi sektorunun böyük məsləhətçisi İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi xx xxxx 2018-ci il tarixdən ləğv edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehin iddiaya etirazında iddiaçıya başqa şöbələrdə iş təklif edilməsinə baxmayaraq onun razılaşmadığı, yeni yaranmış şöbələrdə vakant vəzifələri tutmaq istədiyi, həmin vəzifələrə tutulma şərtlərinin iqtisadı tələbləri bölməsində iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil müəyyən edildiyi, iddiaçının ixtisası isə həmin tələblərə cavab vermədiyindən, onun xahişini yerinə yetirmək mümkün olmadığı bildirilmiş, iddiaçının tutduğu ştat vahidi ixtisar olunduğundan, onun cavabdehlə bağladığı əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmiş, iddiaçı işdən azad edilərkən qanunvericil iyin tələbinə uyğun olaraq ona başqa iş təklif edilsə də, bu təkliflə razılaşmamış, beləliklə, cavabdeh tərəfindən iddiaçının dövlət qulluğuna qanunauyğun şəkildə xitam verilmiş, onun dövlət qulluğuna xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçul arına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 5-ci bəndinə əsasən analoji vakant vəzifələrə təyin edilməmiş şəxslər ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Qaydanın 2-ci bəndinə görə dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövl ət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X2 məlumat verməlidir. Qaydanın 11-ci hissəsinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin analoji vakant vəzifəyə təyin edilməsi qanunvericilikdə müəyyən edilmiş vəzifənin tutulma şərtlərinə uyğun aparılır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının tutduğu ştat vahidi ixtisar olunduğundan, onun cavabdehlə bağladığı əmək müqaviləsinə xitam verildi yini, iddiaçı işdən azad edilərkən qanunvericiliyin tələbinə uyğun olaraq ona başqa iş təklif edilsə də, iddiaçının bu təkliflə razılaşmadığını, beləliklə, cavabdeh tərəfindən iddiaçının dövlət qulluğuna qanunauyğun şəkildə xitam verildiyini, onun dövlət qulluğuna xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsasın müəyyən edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilm əklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli, 2-1(105)-494/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar