Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-147/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: AR Mədəniyyət Nazirliyi) qarşı iş üzrə Açar sözlər: çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X5, cavabdehin vəkili Vəkil, üçüncü şəxsin vəkili X24 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) “qeydiyyat vəsiqəsinin reyestrdəki qeydin bərpa edilməsi vəzi fəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-908/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının atası X8 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır.
2. İddiaçı qanun üzrə atasının vərəsəsi kimi mərhum atasına məxsus Ünvan1-ə vərəsə kimi hüququnun tanınaraq miras əmlakda payının müəyyən edilməsi barədə ərizə ilə 3 saylı X20 notariat kontoruna müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, sözügedən mənzilə dair verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir.
3. Bunda n sonra iddiaçı Ünvan1-ə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın alınması ilə əlaqədar cavabdehə müraciət etmişdir.
4. Cavabdehin xx.xx.2018-ci il tarixli **********62 saylı məktublam bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı, xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X1 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Ünvan1-ə da ir X2 adına verilmiş xx.xx.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X4 məxsus tərəfindən Ünvan1-ə mənzilə vərəsə kimi hüquqlarının təyin edilməsi məqsədi ilə notariat kontoruna müraciət edilən zaman mənzilə dair verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bununla əlaqədar araşdırma zamanı məlum olmuşdur ki, vəsiqə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ləğv edilmişdir. Halbuki, ev vaxtı ilə mərhum A məxsus olmuş, həmin mənzil vərəsəlik qaydasında xx.xx.1996-cı il tarixdə iddiaçının mərhum atasının adına rəsmiləşdirilmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.1989-cu il tarixli, 095903 №-li dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) Ünvan2 mənzil X4 məxsus olan Ünvan1 mənzil ilə dəyişdirilmişdir. Belə ki, Mədəniyyət Nazirliyi “X13 Muzeyi”nin xx.xx.1997-ci il tarixli, 3 nömrəli məktubunda qeyd olunur ki, Ünvan1 mənzilin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda qeyd olunmuşdur ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı” vardır. Göstərilən səbəblərdən İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyi “X13 Muzeyi”nin xx.xx.1997-ci il tarixli 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq, X2 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Ünvan2 mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X3 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Ünvan2 mənzilə dair A-nin adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan xx.xx.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Ünvan1 mənzil x xxxx 2010-cu il tarixli qanun üzrə v ərəsəlik şəhadətnaməsi əsasında X2 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ½ hissə İddiaçı və ½ hissə X9 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, AN-İ № 0732271, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı və X14 həmin mənzili X6 adına özgəninkiləşdirmişdir və X6 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hal-hazırda sözügedən mənzil X7 adınadır. Belə ki, X10 ilə X11 arasında bağlanan AN-İ № 0588244, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Ünvan1 №-li mənzilinə dair X2 adına verilmiş xx.xx.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 №-li qeydin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, dövlət mənzil fondunda olmuş mübahisəli mənzilin iddiaçının atasının adına özəlləşdirilərkən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar olunmamış, hər hansı şəxsin hüquq və qanuni mənafeləri pozulmamışdır.
10. Qərardan cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə hesab etmişdir ki, dövlət mənzil fondunda olmuş mübahisəli mənzilin iddiaçının atasının adına özəlləşdirilərkən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar olunmamış, hər hansı şəxsin hüquq və qanuni mənafeləri pozulmamışdır.
13. Məhkəmə qərarı cavabdeh və üçüncü şəxsə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh xx.xx.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Üçüncü şəxs xx.xx.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və ona qar şı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçı tərəfindən mənzilə dair qeydiyyat vəsiqəsinin və reyestr kitabında qeydin bərpa edilməsi ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Bundan əlavə, Azərbaycan SSR X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 095903 №-li dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) A-ya məxsus olan Ünvan2 nömrəli mənzil X4 məxsus olan Ünvan1 mənzil ilə dəyişdirilmişdir. Ünvan1 mənzil X2 adına qeydiyyata alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 000909 nömrəli, xx.xx.1996-cı il tari xli qeydiyyat vəsiqəsi verilmişdir. Mədəniyyət Nazirliyi “X13 Muzeyi”nin xx.xx.1997-ci il tarixli, 3 nömrəli məktubunda qeyd olunur ki, Ünvan1 mənzilin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda qeyd olunmuşdur ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı” vardır. Göstərilən səbəblərdən İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyi “X13 Muzeyi”nin xx.xx.1997-ci il tarixli 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq, X2 adına verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Ünvan1 mənzi lə münasibətdə bildiririk ki, həmin mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X3 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Ünvan2 mənzilə dair A-nın adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan xx.xx.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Ünvan2 mənzil x xxxx 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X2 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında 1A hissə İddiaçı və % hissə X9 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, AN-İ № 0732271, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı və X14 həmin mənzili X6 adına özgəninkiləşdirmişdir və X6 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hal-hazırda sözügedən mənzil X7 adınadır. Belə ki, X10 ilə X11 arasında bağlanan AN-İ № 0588244, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə X13 muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1977 ci il tarixli 286 nömrəli qərarı ilə İstiqlaliyyət 35 ünvanında yerləşən N.Nərimanovun şəxsi evində yaradılmış, xx xxxxxx 1977-ci il tarixdə həmin ünvanda ulu öndər Heydər Əliyevin iştirakı ilə X13 muzeyi açılmış və fəaliyyətə başlamışdır. Muzeyin açılışından əvvəl həmin evdə yaşayan ailələr başqa mənzillə təmin olunmuş ev boşaldılmış, lakin mübahisə edilən sonuncu “uşaq otağı”nda yaşayan yaşlı insan oradan köçürülməmişdir. Ünvan1 ünvanında qeyd edilən mübahisə predmeti olan mənzil muzeyin yerləşdiyi evin “uşaq otağı’dır. Həmin “uşaq otağı”nın boşaldılmaması və muzeyə təhvil verilməməsi məsələsi muzeyin açılışından bəri baş tutmamış və sonrakı mərhələdə muzeyin təmirinə və fəaliyyətinə mane olmuşdur. İddiaçının atası qanunsuz olaraq həmin mənzilə dair xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əldə etmişdir. Halbuki, mübahisəli mənzil – “uşaq otağı” muzeyin a yrımaz tərkib hissəsidir. Elə bu səbəbdən də iddiaçının mərhum atasına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bundan əlavə, işə baxan məhkəmələr “Muzeylər və qonşularımız haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli qərarının 8-ci bəndini, AR Prezidentinin xx.xx.1992-ci il tarixli 232 saylı, xx.xx.1993-cü il tarixli 373 saylı Fərmanınında qeyd olunanları nəzərə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X12 izahat verərək kassasiya şikayətlərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X24 oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. İPM: Maddə 12.1. Mə hkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müv afiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kasasiya şikayətlərinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir.
27. Belə ki, hazırkı iş üzrə iddia tələbinin əsasını kimi aşağıdakı hüquqi sənədlər istinad etmişdir: - İddiaçının mərhum atası X4 məxsus ünvan 5 ünvanında yerləşən 3 otaqlı ev ilə A-ya məxsus Ünvan1 mənzilin mübadilə edilməsinə dair 1989-cu il tarixli dəyişmə orderi; - İddiaçının mərhum atası X2 adına verilmiş xx.xx.1996-cı il tarixli, seriya MH 000909 №-li qeydiyyat vəsiqəsi.
28. Qeyd edilələn sənədləri mötəbər hesab edən aşağı instansiya məhkəmələri bu sənədlərə istinad etməklə iddia tələbini təmin etmiş, lakin bu zaman İPM-nin 12.1 və 58.7-ci maddələrinin t ələblərini nəzərə almamışdır.
29. Belə ki, məhkəmə kollegiyası iddiaçının mərhum atası X8 ilə A arasında mənzillərin dəyişməsinə dair order ilə bağlı qeyd edir ki, qeyd olunan müqavilə kserosürətdir və məhkəmə tərəfindən əsli tələb edilməmişdir. Arxiv sənədlərində də orderlə bağlı hər hansı məlumat aşkar edilməmişdir.
30. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən dəyişmə orderinin, həmin orderin verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair AR Dövlət Arxivinin Bakı fililalına ünvanlanmış sorğuya cavab olaraq Bakı X18nin İcraiyyə Komitəsinin 6/229 saylı 1989-cu il tarixli qərarın və həmin qərarın verilməsinə əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin dəyişmə komissiyasının 50 saylı protokolundan çıxarış təqdim edilmişdir.
31. Bakı X18nin İcraiyyə Komitəsinin 6/229 saylı 1989-cu il tarixli qərarının başlığında “şəhərlərarası mənzil dəyişməsinə icazə verilməsi və yaşayış sahəsinin dəyişdirilməsi” qeyd edilmişdir. Bundan əlavə, qərarın qəbul edilməsinə əsas olan 50 saylı protokoldan çıxarışda isə dəyişmə müqaviləsinin tərəfləri kimi “Soltanov S.K və Əliyeva Ş.İ” qeyd edilmiş, həmçinin nə qərarda, nə də protokolda dəyişən mənzillərin ünvanı barədə hər hansı məlumat qeyd edilməmişdir.
32. İşə baxan apelyasiya instansiya məhkəməsi isə bu ziddiyyətli hallara dəyişmə müqaviləsində göstərilən mənzillərin eyni şəhərdə yerləşməsinə, iddiaçının mərhum atasının adı olmasında baxmayaraq protokolda Soltanov S.K yazılmasınaqiymət verməmişdir.
33. Bundan əlavə, iş materiallarında olan sənədlərlə həmçinin müəyyən olunur ki, iddiaçının mərhum atası tərəfindən dəyişdirildiyi iddia edilən ünvan 5 ünvanında yerləşən 3 otaqlı mənzil, sonradan 1995-ci ildə iddiaçının babası tərəfindən özəlləşdirilmiş, o vəfat etdikdən sonra iddiaçının atasına keçmiş və sonuncu 2010-cu ildə çıxarış almış, S.K. vəfat etdikdən sonra isə iddiaçıya və onun qardaşına vərəsəlik qaydasında keçmiş və sonuncular tərəfindən alqı-satqı qaydasında özgəninkiləşdirilmişdir.
34. Lakin bu hala da apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilməmiş, Ünvan2 yerləşən 3 otaqlı mənzilin A tərəfindən deyil, iddiaçının mərhum babası tərəfindən özəlləşdirilməsinin əsasları araşdırılmamış və aydınlaşdırılmamışdır.
35. Beləliklə, işə baxan apelyasiya instansiya məhkəməsi hazırkı qərarın 23-cü bəndində qeyd edilən prosessual hüquq normalarının tələb lərini pozaraq, iş materiallarında ziddiyyətli hallara qiymət vermədən, işin hallarını öz xidməti vəzifəsinə görə ətraflı araşdırmadan qərar qəbul etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayətləri qismən təmin edilməli,apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə gö ndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.