Məhkəmə qərarları › İş №2-1(102)-147/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-147/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-147/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixdən etibarən dayandırılan 2-ci dərəcə əlilliyinin müddətsiz müəyyən olunması vəzifəsi nin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-547/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2021 ci il tarixdən etibarən dayandırılan 2-ci dərəcə əlilliyinin müddətsiz müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci tarixli, 2-1(112)-7160/2022 nömrəli qərarı (hakim: M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixə fasiləsiz olaraq 10 ildən artıq ikinci dərəcəli ə lillik təyin olunduğunu nəzərə alaraq, həmin tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 2-1(103)-547/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7160/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-547/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt göndərişinin çatdırılması haqqında xəb ərnaməyə imza etdirilməklə cavabdeh inzibati orqana təqdim edilmişdir.

4. İş materialları xx.xx.2023-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə göndərilmiş və birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, icra məktubu xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmışdır.

5. Cavabdeh qərardan kassasiya şikayəti vermiş, şikayət xx.xx.2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə m inir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.

8. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

9. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-547/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt göndərişinin çatdırılması haqqında xəbərnaməyə imza etdir ilməklə cavabdeh inzibati orqana təqdim olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən həmin qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı da həmin tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, cavabdehin kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

10. İş materiallarında olan “E&R” Express Courier Service xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti tərəfindən verilmiş qəbzdən görünür ki, cavabdehin kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə çatdırılma üçün xidmətə təhvil verilmişdir.

11. Məhkəmə kollegiyası həmin göndəriş qəbzi ilə bağlı qeyd edir ki, “E&R” Express Courier Service xüsusi sürətli poçt daşıma məktub v ə bağlamaların çatdırılması üzrə kuryer xidməti tərəfindən verilmiş qəbzdə kassasiya şikayətinin xx.xx.2023-cü il tarixdə çatdırılma üçün xidmətə təhvil verilməsi göstərilsə də, məhz Bakı şəhəri daxilində, üstəlik sürətli poçt daşıma xidməti tərəfindən çatdırılmanın 44 gün sonra icra edilməsi ağlabatan və inandırıcı görünmür. Eləcə də, iş materiallarının xx.xx.2023-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə və birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərarın icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilməsi, icra məktubunun xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılması, kassasiya şikayətinin isə icra məktubu cavabdehə çatdırıldıqdan sonra apellyasiya məhkəməsinə daxil olması kassasiya şikayətinin vaxtında verilməsin ə əsaslı şübhələr yaradır. Eyni zamanda, təqdim edilmiş qəbzin üzərində həmin müəssisənin rekvizitləri də (məsələn, VÖEN, hüquqi şəxs kimi adı və forması) göstərilməmiş, qəbzə müvafiq möhür vurulmamışdır.

12. Qeyd edilən səbəblərdən, məhkəmə kollegiyası həmin qəbzi kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir.

13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 6-cı bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət cavabdeh tərəfindən buraxılmışdır. Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut müəyyən edilməmişdi r. Odur ki, şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-547/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar