Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1470/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR DADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin nəzərdə tutulmaması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1432/2021 saylı, 26 may 2021ci il tarixli qərardadından üçüncü şəxsin verdiyi kasasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Rüstəmov küçəsi, dalan 3, 4 saylı evə dair əlavə tikililərə texniki pasportun və həmin ünvana dair qanuni istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 01.06.2020-ci il tarixdə iddiaçı vərəsəlik hüququ əsasında mirasdan qalma torpaq sah əsinə xüsusi mülkiyyət hüququnun verilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən vərəsəlik üzrə dədə-babadan onlara irsən miras qalmış hüquqi sənəd üzrə 0.0230.9 ha torpaq sahəsinin şəxsi xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Yenidən iddiaçı vərəsəlik hüququ əsasında irsən keçən xüsusi mülkiyyətin torpaq sahəsinə çıxarışın verilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən irsən miras şəklində ötən, dədə-babadan qalan şəxsi mülkiyyətinin yerləşdiyi sənəd üzrə 0.0230.9 ha xüsusi torpaq sahəsinə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı ə rizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.
6. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1432/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. Üçüncü şəxs 2 iyul 2021-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinin qərardadından kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında apelyasiya məhkəməsinin hazırkı qərardadından kasasiya şikayətinin verilməsini mümkün hesab edərək şikayətin mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir.
10. İddiaçı şikayətin mümkün sayılmamasını xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışl ar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mü mkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apelyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apelyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində ic raatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.1. Apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın müm kün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü ilə bağlı kasasiya məhkəməsinin mövqeyi
13. Üçüncü şəxsin kasasiya şikayətinin mümkün sayılması üçün əsaslar olmamışdır. Ona görə də şikayət mümkün sayıla bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. İPM-in 35.1 və 35.3-cü maddələrinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər.
15. Həmçinin İPM-in 81.1, 81.2 və 83.1-ci maddələrinin tələbinə görə İPM-də apelyasiya şikayəti verilə bilən qərarda dlar sadalanmış, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malik olması nəzərdə tutulmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü bildirilmişdir.
16. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun, həmçinin o şəxslər şikayət vermək hüququna malikdirlər ki, onların tələbləri təmin edilməmiş olsun.
17. İddiaçının cavabdehə qarşı tələbi torpaq sahəsinə çıxarışın verilməsi barədədir.
18. İddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmi şdir.
19. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə və iddiaçının ərizəsinə əsaslanaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İnzibati Prosessual Məcəlləyə əsasən inzibati məhkəmə icraatının hazırlıq mərhələsində iddiaçının müvafiq ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılması barədə qərardad çıxarılması müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə ərizəsi üzrə edilməli olan hərəkətlər, o cümlədən bu məsələ ilə bağlı məhz hansı qərardadın çıx arılmalı olduğu İPM-də göstərilməsə də, məhkəmə belə ərizəyə inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməsinin qeyri-mümkün olduğunu və başqa qaydanın müəyyən edilmədiyini yoxlamadan İPM-nin 1.2-ci maddəsini rəhbər tutub MPMnin 170.1-ci maddəsinə keçməklə müvafiq qərardadı çıxarmaqda haqlı olmamışdır.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək işi birinci instansiya məhkəməsinə göndərməklə, cavabdehin tələbinin rədd olunmasına yönəlik qərar qəbul etməmişdir.
22. Analogiya üzrə iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda, iddianın mümkün sayılması barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır.
23. Yəni, burada da məhz iddia ərizəsinin geri qaytarılması barədə şikayətin mövcud olması həmin qərardadın ləğv edilməsi və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
24. Bu həmçinin o deməkdir ki, İPM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər”.
25. Qanunverici bu halda apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti verilməsini istisna etmişdir.
26. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin verdiyi kasasiya şikayətini icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.
27. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2, 96.3, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1432/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.