Məhkəmə qərarları › İş №2-1(102)-1470/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1470/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1470/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-639/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə X8 arasında 13 dekabr 2016-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 dekabr 2016-cı ildə 5924 nömrə ilə qeyd edilmiş, AZ-İİ 170528 nömrəli “Nikah haqqında şəhadətnamə” verilmişdir.

2. İddiaçının oğlu X9 xx.xx.2018-ci il tarixdə anadan olmuş, ata sı X8, anası isə iddiaçıdır. Bu barədə AZ-İV 137282 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir.

3. İddiaçının əri X8 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 sentyabr 2019-cu ildə 1780 nömrə ilə qeyd edilmiş, AZ-İİ 044961 nömrəli “Ölüm haqqında şəhadətnamə” verilmişdir.

4. İddiaçı və onun oğlu X9 hər birinə 1/2 pay olmaqla X4 qanun üzrə vərəsəsi kimi tanınmışlar və bu barədə 5 may 2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər verilmişdir.

5. İddiaçının mərhum ərinə - X5 məxsus AZE ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamış və xx.xx.2004-cü il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. Onun sonuncu iş yeri xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il t arixədək işlədiyi “Азербметалремстрой” ("xxxx") X3-Texnoloji komplektləşdirmə İdarəsi olmuşdur.

6. İddiaçı övladı X6 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

7. Cavabdeh 29 aprel 2021-ci il tarixli, **********4 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, təqdim edilən mərhum X5 məxsus 1991-ci il də tərtib edilmiş A3E ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı xx.xx.2006-cı il tarixədək 9 il 7 ay olmaqla tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X10, daxili nəzarət və monitorinq departamentinin 19 aprel 2021-ci il tarixli xidməti məruzəsinə əsasə n X2 əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplektləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. X6 iddiaçının mərhum əri X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2019-cu il tari xdən təyin edilməklə X6 ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2019-cu il tarixdə əri X8 vəfat etmişdir. İddiaçı əri ilə 13 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 04 iyun 2018-ci il təvəllüdlü oğlu X9 dünyaya gəlmişdir. 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin notariusu tərəfindən 05 may 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi iddiaçı mərhum ərinin qanun üzrə hüquqi varisi kimi tanınmışdır. 2021-ci ilin mart ayının sonlarında 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək oğlu X6 ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir. 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən həmin müraciət cavabdehə göndərilmişdir. Cavabdehin 29 aprel 2021-ci il tarixli, **********4 nömrəli cavab məktubu ilə müraciətindən imtina edilmişdir. Cavabdehin ailə başçısını itirməyə görə pensiya təyin etməsindən imtinası qanunsuzdur. Cavabdeh məktubunda bildirir ki, mərhum əri X5 məxsus olan 1991-ci ildə tərtib edilmiş AZE ******* nömrəli əmək kitabçasına əsasən onun 9 il 7 ay əmək stajı müəyyən edilir. 11 il 8 ay əmək stajı çatışmadığı üçün pensiya təyin edilə bilməz. Həmçinin həmin məktubda göstərilir ki, mərhum əri X4 əmək kitabçasında qeyd edilmiş 27 fevral 1990-cı il tarixdən 30 may 2004cü il tarixədək işlədiyi X1 İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta sta jının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

10. Cavabdeh iddia tələbinə yazılı etirazında “Əmək pensiyaları haqqında” qanunun 1.0.1, 1.0.2, 14.1.1 və 17.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, təqdim edilən mərhum X5 məxsus 1991-ci il də tərtib edilmiş AZE ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı xx.xx.2006-cı il tarixədək 9 il 7 ay olmaqla tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Eyni zamanda, X2 əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsinin əmrlər kitabı, əmək haqqı cədvəlləri saxlanılmadığı üçün həmin dövrlərin sosial sığorta stajına əlavə edilməsi mümkün hesab ed ilməmişdir.

11. Məhkəmə sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin 11 iyun 2021-ci il tarixli, 4/1157 nömrəli məktubunda göstərilmişdir ki, “Азербметалремстрой” İstehsalat Birliyinin X1 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

12. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X7 İdarəsinin 21 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində “Азербметалремстрой” X3-Texnoloji komplektləşdirmə İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir.

13. İddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 9 avqust 2021-ci il tarixli, **********52 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Dövlət Əmlak Komitəsinin 483 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin tabeliyində olan ünvan 1 ünvanında yerləşən "xxxx" İstehsalat Birliyinin mərkəzi aparatı əsasında "xxxx" ASC yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2004-cü ildə başa çatmışdır.

14. İddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 1 sentyabr 2021- ci il tarixli, **********926200 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" X14 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə D-2662 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin ümumi yığıncağının qərarına əsasən xx.xx.2004-cü il tarixdə ləğv olunması barədə məlumat mövcuddur.

15. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934 /2021 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, X6 30 sentyabr 2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X2 tələb edilən sığorta stajı vəfat etdiyi vaxt yaşı 50 yaş 5 ay olduğundan qanunun normasına əsasən hesablandıqda onun vəfatı ilə əlaqədar ailə başçı sını itirməyə görə tələb olunan sığorta stajı 11 il 8 aydır. Cavabdeh imtinasında mərhumun xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplekləşdirmə idarəsində işlədiyi dövrü mübahisələndirmişdir. X2 işlədiyi müəssisə faktiki olaraq mövcud olmuş və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmişdir. Mərhumun həmin müəssisədə işləməsi faktı əmək kitabçasında öz əksini tapmışdır. Nəticə etibarilə X2 ən azı 11 il 8 ay müəyyən olunduğundan mərhumun 18 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ vardır.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellya siya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-639/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, F.Ş.Talışinski və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6934 /2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətin in dəlilləri iddia ərizəsinə dair yazılı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 386-cı maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.... Maddə

14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;... Maddə

17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm günün ədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur....

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sı ğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya hə min sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmad ığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətin ə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd e dir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Məhkəmə kollegiyası əlavə olaraq qe yd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır.

37. İddiaçının əri X8 vəfat etdiyi vaxt yaşı 50 yaş 5 ay olduğundan onun vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə tələb olunan sığorta stajının 11 il 8 ay həddə olması işin mübahisəsiz hallarındandır.

38. Habelə, X4 xx.xx.2006-cı il tarixədək 9 il 7 ay sosial sığorta stajına malik olması da işin mübahisəsiz hallarından olmaqla cavabdeh tərəfindən qəbul edilir.

39. Cavabdehin mübahisələndirdiyi tək xüsusat X4 xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək “Азербметалремстрой” ("xxxx") X3-Texnoloji komplektləşdirmə İdarəsində işlədiyi illərin sosial sığorta stajına aid edilməməsidir.

40. Cav abdehin dəlillərinə əsasən X4 xx.xx.1990-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu İstehsalat-Texnoloji komplektləşdirmə İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

41. Cavabdehin mübahisələndirdiyi xx.xx.1990-xx.xx.2004-cü il tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, “Азербметалремстрой” ("xxxx") X3-Texnoloji komplektləşdirmə İdarəsinin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qey dlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

42. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 27 fevral 1990-cı ildə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 30 may 2004-cü ilədək davam etdirmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

43. Hazırkı qərarın 27-ci bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı nı təsdiq edən sübut işdə yoxdur.

44. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

45. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlak Komitəsinin 483 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin tabeliyində olan "xxxx" İstehsalat Birliyinin mərkəzi aparatı əsasında "xxxx" ASC yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi prosesi xx.xx.2004-cü ildə başa çatmışdır.

46. Həmçinin, Döv lət Vergi Xidmətindən əldə edilə məlumatlara əsasən, dövlət reyestrində "xxxx" X14 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə D-2662 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin ümumi yığıncağının qərarına əsasən xx.xx.2004-cü il tarixdə ləğv olunması barədə məlumat mövcuddur.

47. Qərarın 24-cü bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

48. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymə tləndirməsi ilə də razılaşır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 21(103)-639/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar