Məhkəmə qərarları › İş №2-1(102)-1471/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1471/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1471/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, üçüncü şəxsin vəkili Vəkil1 Bahadır oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (X 3 üçüncü şəxs olmaqla) “cavabdehin 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1418/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı RİH başçısının 9 dekabr 1998-ci il tarixli 2164 saylı Sərəncamına əsasən, fərdi yaşayış evi tikmək üçün İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə İ85-000-İİİC saylı bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

2. Bakı şəhəri Suraxanı RİH-in 22 yanvar 1999-cu il tarixli, 106 nömrəli sərəncamı ilə, 9 dekabr 1998-ci il tarixli 2164 nömrəli sərəncamında dəyişiklik aparılması, 1-ci bəndin “oğlu İddiaçı Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m ayrılmış torpaq sahəsinin atası X2 ayrılmasına icazə verilsin”, 2-ci bəndin isə “vətəndaş Bayraməli Həsənova ayrılmış sahədə 185-000-111C nömrəli birtipli fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Kürsülük 2.m müəyyən edilsin” kimi oxunması qərara alınmışdır.

3. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0.054 ha ölçüdə torpaq sahəsinə X1 mülkiyyət hüquqları 17 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmış, DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 4. “Daşınmaz əm lakın bağışlanması müqaviləsi” müqaviləsindən görünür ki, “hədiyyə verən” X3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, ev 128A ünvanında yerləşən, mülkiyyətində olan 0.054 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 305.5 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni “hədiyyə alanlar” qismində X4 və İddiaçı mülkiyyətlərinə vermişdir: - tam hissədən 2-ci mərtəbə, “A” yaşayış evi, ümumi sahəsi 119.8 kv.m – X5; - tam hissədən 1-ci mərtəbə, “A” yaşayış evi, ümumi sahəsi 118.6 kv.m – İddiaçı.

5. DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, ünvan 2 ünva nındakı 0.0540 ha torpaq sahəsində yerləşən 305.5 kv.m ölçüsü olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X2 (A tikilisinin yarımzirzəmi mərtəbəsi, ü/s – 67.1 kv.m və torpaq sahəsi), X5 (A tikilisinin 2-ci mərtəbəsi, ü/s – 119.8 kv.m) və İddiaçı məxsusdur. Adıçəkilən şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2018-ci ildə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş sənədlərin ləğv olunmasını xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cav abdehin 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv olunmasını xahiş etmiş, məhkəmə ərizəni icraata qəbul etmişdir.

8. İddiaçı ərizəsində bildirmişdir ki, Bakı şəhəri Suraxanı RİH başçısının 9 dekabr 1998-ci il tarixli 2164 saylı Sərəncamına əsasən, ona fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə ailə üzvləri ilə birgə yaşayır. Təxminən 2019-cu ilin sonlarında ona atası Bayraməli Həsənov torpaq sahəsinə və evə dair dövlət reyestrindən çıxarış almağı təklif etmişdir. Müraciət etdikdən sonra məlum olmuşdur ki, 9 dekabr 1998-ci il tarixdə ayrılmış 600 ha torpaq sahəsi və inşa edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona deyil, paylı mülkiyyət hüququ əsasında ona, qardaşı Samir Həsənova və atası Bayraməli Həsənova məxsusdur. İddiaçı məsələ ilə əlaqədar çıxarışın verilməsinə səbəb olan sənədlər barədə araşdırmalara başlamışdır. Məlum olmuşdur ki, guya o, icra hakimiyyətinə müraciət edərək, 9 dekabr 1998-ci il tarixli 2164 saylı sərəncam əsasında ayrılmış 600 kv.m torpaq sahəsinin atası X1 adına keçirilməsini xahiş etmişdir və buna dair onların qarşılıqlı razılaşması vardır. Cavabdeh Bakı şəhəri Suraxanı RİH ona verilən sərəncamı ləğv edərək, üçüncü şəxs olan atası X1 adına 22 dekabr 1999-cu il tarixli 106 saylı sərəncam vermişdir. Bayraməli Həsənov da saxta yolla əldə etdiyi sərəncam əsasında ona (iddiaçıya) məxsus olan torpaq sahəsini və üzərində inşa etdiyi fərdi yaşayış evini paylı mülkiyyət hüququ əsasında reyestrdə qeydə aldırmışdır. Onun tərəfindən ona ayrılmış torpaq sahəsinin atası Bayraməli Həsənovun adına rəsmiləşdirilməsinə dair razılaşma olmamışdır. Hazırda Bakı şəhəri Suraxanı RİH başçısının 22 yanvar 1999-cu il tarixli 106 saylı sərəncamının etibarsız hesab edilməsi və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

9. Üçüncü şəxs nümayəndəsi (vəkili) vasitəsi ilə məhkəməyə “iddianın mümkün sayılmaması barədə” vəsatət təqdim edərək bildirmişdir ki, hazırki iddia üzrə iddiaçının tələbi iki hissədən ibarət olmaqla, hər iki tələb cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı yönəlmişdir. Halbuki, iddia tələbinin 2-ci hissəsi qeyri-müəyyən olmaqla, mübahisəli sərəncam əsasında verilmiş bütün sənədlərin nədən ibarət olması iddia ərizəsində göstərilməmiş, ümumiyyətlə həmin tələbə cavabdehin cavab verməli olub-olmaması iddia ərizəsində əsaslandırılmamışdır. Bu səbəblə, iddia tələbi həmin hissədə mümkün sayıla bilməz. Bundan əlavə, İPM-in 2.2.1 və 38.-ci maddələrinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə şəxs hüquq və vəzifələrinə müdaxilə olunan inzibati aktın etibarsızlığını deyil, yalnız ləğv olunması və ya dəyişdirilməsi barədə iddia irəli sürə bilər ki, mübahisələndirilən inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddət ötürülmüş olmasın. Məhkəməyə təqdim olunmuş 5 avqust 2018-ci il tarixli bağışlama müqaviləsindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X2 məxsus olmuş, o, həmin müqavilə ilə həmin əml akın bir hissəsini Samir Həsənova və hazırki iş üzrə iddiaçıya hədiyyə etmişdir. Sonuncular həmin əmlakı hədiyyə kimi qəbul etmələrinə dair 5 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinə imza atmış və öz razılıqlarını bildirmişlər. Göründüyü kimi, iddiaçı iddia ərizəsində mübahisələndirdiyi sərəncamdan, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin atasının tam mülkiyyətində olmasından 2019-cu ildə məlumatlı olduğunu göstərsə də, 5 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi bunu təkzib etməkdədir. Belə ki, həmin müqavilədən də göründüyü kimi, müqavilənin imzalandığı 5 avqust 2018-ci il tarixdə İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxs X1 mülkiyyətində olmasından məlumatlı olmuş, hətta sonuncunun mülkiyyət hüququna etiraz etmədən onun mülkiyyətin in bir hissəsini hədiyyə kimi qəbul etmişdir. İddiaçı həmin torpaq sahəsinin atasının istifadəsinə ayrılmasına hər hansı razılığı olmadığı halda, müvafiq hədiyyənin qəbulundan imtina etməli, məhz həmin zaman hazırkı iddianı irəli sürməli idi. Belə məlum olur ki, İddiaçı 5 avqust 2018-ci il tarixdə mübahisə predmeti olan sərəncamdan, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxsin mülkiyyətində olmasından məlumatlı olmasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində hazırki iddianı irəli sürməmiş, nəticədə sözügedən inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim: R.L.Kərimli) iddia mümkün sayılmamışdır.

11. Birinci instan siya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia vermək müddətini ötürmüşdür. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.

12. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1418/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış dır.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğu qeyd edilir. Belə ki, apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 5 avqust 2018-ci il tarixli “bağışlanma müqaviləsi” barədə məlumat alan gün artıq iddiaçı mübahisələndirdiyi 22 yanvar 1999-cu il tarixli sərəncam barədə də məlumatlı olmuşdur. Lakin bu əsaslı deyil. Çünki iddiaçıya məxsus torpaq sahəsinin sonradan başqa şəxsin xüsusi mülkiyyətində olmasını bilməsi, hələ həmin əmlakın hansı qaydada və ya hansı sərəncamla başqa şəxsin adına keçməsini bilməsi demək deyildir. İddiaçı 5 avqust 2018-ci il tarixli “bağışlanma müqaviləsi”ni imzalasa da, yəni həmin zaman torpaq sahəsinin onun atasının mülkiyyətində olmasını bilsə də, həmin torpaq sahəsinin hansı əsasla atasının mülkiyyətinə keçməsini bilməmiş, hal-hazırda mübahisələndirdiyi 22 yanvar 1999-cu il tarixli sərəncam barədə məlumatı olmamışdır və ola da bilməzdi. Yəni, iddiaçının 5 avqust 2018-ci il tarixdə “bağışlanma müqaviləsi”ni imzalamasını əsas gətirib, onun mübahisələndirilən sərəncamdan məlumatının olmalı olmasına istinad edilməsi, məhkəmənin ehtimallardan çı xardığı nəticədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

19. Üçüncü şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbu l edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə h aqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət səassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 22 yanvar 1999cu il tarixli, 106 nömrəli sərəncamının ləğv edilməsinə dair iddia qaldırmaqla faktiki olaraq həmin sərəncamı mübahisələndirmişdir.

26. Aşağı instansiya məhkəmələri belə nəticəyə gəlmişlər ki, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

27. Məhkəmə kollegiy ası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

29. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahi yyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

30. Apelyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti AR Mülki Prosessual M əcəlləsinin 2011-ci ilin iyun ayının 10-dək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci il tarixdən isə “mübahisələndirmə haqqında” iddialar üzrə İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası İPM qüvvəyə minənədək, yəni 2011-ci ilin yanvar ayının 1-dək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti həmin (1 yanvar 2011-ci il) tarixədək ötürülmüşdürsə, bu aktlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Çünki, İPM-in müddəaları onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilmə imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

31. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı mübahisələndirilən inzibati akt kimi 22 yanvar 1999cu il tarixli sərəncamdan əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Lakin məhkəmə icraatında cavabdeh və ya üçüncü şəxs tərəfindən iddiaçının 22 yanvar 1999-cu il tarixli sərəncamdan həmin ərəfədə məlumatlı olmasını təsdiqləyən hər hansı sübut, dəlil təqdim olunmadığından, onun 2011-ci il 1 yanvar tarixinədək iddia müddətini buraxması qənaəti yaranmır. İddiaçının mübahisələndirdiyi 22 yanvar 1999-cu il tarixli sərəncamdan 2011-ci ilin yanvar ayının 1-dən sonra konkret hansı tarixdə məlumatlı olması məsələsinə gəldikdə isə, işdə surətləri olan “reyestrdən çıxarış”lar və “bağışlanma müqaviləsi”ndə əks olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, o, 5 avqust 2018-ci il tarixdə artıq həmin inzibati akt barədə məlumatlı olmuşdur. Çünki, hazırkı iddiaçının da imzalayan tərəf kimi çıxış etdiyi 5 avqust 2018-ci il tarixli “bağışlanma müqaviləsi”nin müddəalarında müvafiq torpaq sahəsinin və onun üzərindəki tikilinin X1 mülkiyyətində olması dəqiq göstərilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 2020-ci ilin sentyabr ayında müraciət olduğunu (poçt zərfinin qeydinə görə 8 sentyabr 2020-ci il tarixdə poçt xidmətinə təqdim olunmuş, 10 sentyabr 2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddianı müddəti buraxmaqla qaldırmışdır. İddia verilməsi müddəti 1 ildən artıq buraxıldığından və İPM-in 24.4-cü maddəsində göstərilən hallarla (təbii fəlakət və ya digər qarşısıalınmaz ha llar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla) bağlı iddiaçının hər hansı dəlilı olmadığından, “buraxılmış prosessual müddətin bərpası” ilə bağlı iddiaçıya İPM-in 13-cü maddəsi üzrə tövsiyə verilməsi məqsədəuyğun olmamışdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın, müddət ötürülməklə verildiyi üçün mümkünsüzlüyü barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1418/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar