Məhkəmə qərarları › İş №2-1(102)-1471/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1471/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1471/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)-788/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dağıstan Dövlət Universitetinin 1979-C nömrəli, xx.xx.2001-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbul Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən İddiaçı Dağıstan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli şöbəsinin birinci kursuna qəbul edilmişdir.

2. Dağıstan Dövlət Universitetinin 1934-C nömrəli, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüquqşünaslıq fakültəsində Dövlət Attestasi ya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarına əsasən “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi ödənişli təhsil formalı tələbəsi İddiaçı Hüquqşünaslıq ixtisası verilmiş və diplomla təltif edilmişdir.

3. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti (Mahaçqala şəhəri) tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplomun və diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 2001-ci ildə Dağıstan Dövlət Universitetinə (“Hüquqşünaslıq” ixtisası, qiyabi forma) daxil olmuş, xx.xx.2007-ci ildə Dağıstan Dövlət Universitetini bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Hüquqşünaslıq ixtisası üzrə Hüquqşünas ixtisası verilmişdir. Diplom və diplom a əlavə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Təhsil və X4 Xidməti tərəfindən xx.xx.2008ci il tarixdə müvafiq olaraq 89676 və 89677 qeydiyyat nömrələri ilə apostil edilmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubla bildirilmişdir ki, onun sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və o, müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim olunan sənədlərin surəti Komissiyanın arxivi ndə saxlanılır və geriyə qaytarılmır.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, onun xx.xx.2009-cu il tarixli müraciətinin nəticəsinə dair xx.xx.2009-cu il tarixli, H8529/03- 24 saylı məktub (surəti əlavə olunur) ərizədə qeyd edilən ünvana göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS-0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Univer sitetinin Bakı şəhərində fəaliyyət göstərmiş filialının Hüquq fakültəsinin qiyabi şöbəsinə qanuni əsaslarla imtahanlar verərək qəbul edilmiş, 6 il həmin Universitetdə təhsil almış, hər il ərzində semestrlərdə iştirak etmişdir. İddiaçı qanunamüvafiq qaydada təhsil haqqı ödəyib 2007-ci ilin iyun ayının 6-da dövlət imtahanlarını müvəffəqiyyətlə verərək oranı bitirməyinə dair DİC0032526 saylı diplom almışdır. İddiaçının diplomu Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il X2 uyğun olaraq xx.xx.2008-ci ildə təsdiq edilərək apostil möhürü vurulmuşdur. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya Azərbaycan Respublikası 5 mart 2004-cü il tarixdə qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiya razılığa gələn Dövlətlərdən birini n ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən rəsmi sənəd apostil möhürü ilə təsdiq edilmişdirsə, sənədin təqdim edildiyi dövlətdə sənədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Lakin Konvensiyanın tələblərinə baxmayaraq, Təhsil Nazirliyində diplom qeydiyyatdan keçirilmədən həmin diplomla işləmək mümkün olmadığına görə o vaxtdan iddiaçı dəfələrlə Təhsil Nazirliyinə diplomunun Azərbaycan Respublikasında qeydiyyatdan keçirilməsinə dair müraciətlər etmişdir. İddiaçı 2007-ci ildən öz ixtisasına dair işlə təmin edilə bilməmişdir. İddiaçının diplomunun tanınmamasının əsası kimi guya Dağıstan Dövlət Universitetinin Bakı filialının fəaliyyətinin məhkəmə qərarı ilə əsassız hesab edildiyi göstərilmişdir. Amma həmin qərarda belə bir müddəa yoxdur. Belə ki, 2007-ci ilin iyun ayının sonlarında Təhsil Nazirliyi filialın fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmiş və müraciətdə filialın fəaliyyətinin dayandırılması və filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsi ilə bağlı məsələlər qoyulmuşdur. Məhkəmənin qərarı ilə Təhsil Nazirliyinin filialın fəaliyyətinin dayandırılması tələbi təmin edilmiş, filialı bitirmiş şəxslərin diplomlarının etibarsız hesab edilməsinə dair tələb isə rədd edilmiş və belə bir qərarın qəbul edilməsinin vətəndaşların təhsil hüququnun pozulmasına gətirib çıxaracağı göstərilmişdir. Qeyd olunan qərar qəbul edildikdə artıq iddiaçıya diplom verilmişdi və məhkəmənin qərarının iddiaçıya h eç bir təsiri olmamalı idi. Çünki vətəndaşın vəziyyətini hər hansı bir formada ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Artıq 13 ildir iddiaçı diplomunu Təhsil Nazirliyində qeydiyyatdan keçirə bilmir. Sonuncu dəfə 04 iyul 2019-cu ildə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

8. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanda iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq verilmədən, qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.

9. Bak ı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-128/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2007-ci ildə verilmiş (qeydiyyat nömrəsi 603) DİS0032526 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təh sil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia "Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Göründüyü kimi, Təhsil Nazirliyinin iddiası həmin filialın fəaliyyətə başladığı gündən 20 iyun 2007-ci il tarixədək verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində rədd olunmuşdur. Beləliklə hazırkı iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, hazırda etibarlıdır və qüvvədədir. İddiaçı qeyd olunan məhkəmə qərarına əsasən Filialın fəaliyyətinin dayandırılmasınadək təhsilini bitirmişdir. Həmçinin həmin məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta ca vabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir ki, bununla da təhsil alan şəxslərin təhsil hüquqları qorunmuş və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2-1(103)-788/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədə n saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının təhsil aldığı müəssisənin müvafiq lisenziya əldə etməməsinə və akkreditasiyadan keçməməsinə baxmayaraq iddia tələbini təmin etmişdir. İddiaçının təhsil aldığı müddətdə qüvvədə olan “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərma nı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. A zərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasə n verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin ve rdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edi lmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ola n həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

24. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan iddiaçıya qeyd olunan təhsil müəssisəsini bitirdiyi barədə Dövlət attestasiya komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə “Hüquqşünaslıq” ixtisası üzrə ДИС № ******* nömrəli, xx.xx.2007-ci il tarixli diplom verildiyi, həmin diplomun Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunduğu müəyyən olunur.

25. Eyni zamanda, qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tar ixli qətnaməsindən müəyyən olunur ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. 26. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən-təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə - “Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurma yan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur.

27. Qeyd olunmalıdır ki, qətnamə ilə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, onların yarımçıq qalmış həmin təhsil bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirmək hüququ tanınmışdır.

28. Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılması nın rədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almalı idi.

29. Bundan əlavə, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyi də belədir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırkı vəziyyətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

30. Bununla bağlı nəzərə almaq lazı mdır ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır. Odur ki, xx.xx.2007-ci il tarixində təhsilini başa vurmuş iddiaçı, təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan i mtinası qanunsuz hesab olunmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 21(103)-788/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar