Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1472/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(107)-1/2023 saylı qərarından üçüncü şəxs tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 125 nömrəli sərəncamına əsasən, X6 uzun müddətli istifadə üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2, X4, X3 və İddiaçı oğluna birlikdə uzun müddətli istifadə üçün 327 hektar qış otlaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə v erilməsi barədə xx.xx.2001-ci il tarixli, JN1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir.
3. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək, qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir.
4. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonun inzibati ərazisində "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmış, Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır.
5. Bundan sonra Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində mövcud olan dövlət torpaq fon dundan 1000 hektar torpaq sahəsi Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş və tərəflər arasında torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır.
6. Həmin torpaq sahəsi üzərində Nəbizadə İlkin Nəbi oğlunun icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay RİH başçısının xx.xx.2013cü il tarixli, 53 nömrəli sərəncamı ilə Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, Nəbizadə İlkin Nəbi oğlu hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
10. Cavabdeh iddianı qəbul edib-etmədiyini bildirməmiş, işin yuxarıda qeyd edilən hallarını sadalamaqla kifayətlənmiş, işə qanunauyğun baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
11. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-730/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilməmişdir.
12. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı icarəyə torpaq sahəsinin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan vermir. Bu səbəbdən də həmin torpaq sahəsinin Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, iddiaçı Nəbizadə İlkin Nəbi oğluna torpaq sahəsinin icarəyə verilməsinin qanunsuz olmasını iddia etməkdə haqlı deyil.
13. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-131/2020 saylı, 12 may 2020-ci il tarixli qərarı ilə (hakimlə r: R.Rəfiyev (sədrlik edən və məruzəçi) Ə.Məcidov və M.Əsədli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qərarını birinci instansiya məhkəməsinin dəlillərinə uyğun əsaslandırmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat
17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1608/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər:İ.Şəfiyev/sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan məhkəmə, iddiaçıya verilmiş torpaq sahəsinin yerquruluşu planına, torpaqdan müvəqqəti istifadə hüququna dair JN1057 kod 40800001 nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsinin yerini müəyyən etmək barədə mütəxəssis qarşısında sual qoymalı, zəruri hesab etdiyi halda ekspertiza təyin etməli, torpağın yerini müəyyən etmək üçün, sübutetmə vəzifəsi izah olunmaqla Cavabdeh (işin hallarından məlumatı olan) nümayəndəsinin də tədqiqatda iştirakını təmin etməli, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tam araşdırılm ış dəlillər əsasında nəticəyə gəlməlidir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat
19. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-1/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov/sədrlik edən və məruzəçi, E.Mehdiyev və G.Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı X7 icarəyə verilmiş 300 ha torpaq sahəsinin Nəbizadə İlkin Nəbi oğlunun adına verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 273,46 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edi lməmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati iş üzrə materiallardan görünür ki, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə İddiaçı Göyçay rayonunun inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondundan 300 hektar, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamı ilə isə üçüncü şəxs Nəbizadə İlkin Nəbi oğluna rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın icarəyə verilməsi qərara alınmışdır. 21. 3-cü şəxs Nəbizadə İlkin Nəbi oğlunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona icarəyə verilən 1000 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir.
22. Lakin məhkəmə kol legiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya icarəyə verilmiş 300 ha torpaq sahəsinin 273,46 ha hissəsi sonradan Nəbizadə İlkin Nəbi oğluna icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür.
23. Üçüncü şəxs Nəbizadə İlkin Nəbi oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 10/8569 nömrəli ekspert rəyindən görünür ki, rəyi vermiş ekspert Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanaraq, ekspert qarşısında qoyulmuş sualları cavablandırmışdır.
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Göycay ravon İcra Hakimiyyəti bascısınm 19 sentyabr 2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300,0 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Göycay ravon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün, 300 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır.
26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Nəbizadə İlkin Nəbi oğlunun adına qeydə alınmış **********27 reyestr nömrəli çıxarışa əsasən, 1000 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə A 123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi" tərtib edilmişdir.
27. X5 naturada idarənin mühəndisinə göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 303 ha torpaq sahəsi Nəbizadə İlkin Nəbi oğlunun adına **********27 reyestr nömrəli çıxarışla (261120 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi) verilmiş 1000 ha torpaq sahəsinin 273,46 ha hissəsi ilə üst-üstə düşür.
28. X5 naturada göstərdiyi 303 ha torpaq sahəsinin 7,53 ha hissəsi isə **********64 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi üst-üstə düşür. Natu rada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.
29. Mütəxəssis rəyindən göründüyü kimi, Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün, mütəxəssislər tərəfindən iddiaçının icarəsinə verilmiş 300 ha torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq, məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçıya ayrılmış 300 ha torpaq sahəsinin 273,46 ha hissəsi ilə 3-cü şəxsə icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 273,46 ha hissəsi üst-üstə düşür. M əhkəmə belə nəticəyə gələrkən iş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsaslansa da, həmin mütəxəssis və ekspert rəylərinin mahiyyətinə varmamış, rəyləri hərfi mənada anlamışdır. Belə ki, mütəxəssis və ekspert iddiaçıya icra hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsinin deyil, iddiaçının subyektiv şəkildə naturada göstərdiyi torpaq sahəsinin 3-cü şəxsin icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Yuxanda qeyd edildiyi kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən hüquqmüəyyənedici, eləcə də texniki sənədlərdə həmin torpaq sahəsinin 300 ha olması qeyd edilsə də, ərazinin döngə nöqtələrinin koordinatları, qonşuları qeyd olunmamışdır. Bu səbəbdən də, mütəxəssislər iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin konkret olaraq naturada hansı ərazidə yerləşməs ini müəyyən edə bilməmişlər.
30. İş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən, eləcə də, mütəxəssis kimi dəvət edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDK və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim İbrahimovun izahatından görünür ki. iddiaçıya sənəd üzrə ayrılmış 300 ha torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi subyektiv mülahizələrə, eləcə də iddiaçının izahatına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarını, eləcə də, üçüncü şəxsə torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh sərəncamını qismən ləğv etməkdə haqlı olmamışdır.
31. Digər tərəfdən, iş materiallarına əlavə edi lmiş iddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarə müqaviləsinin şərtlərinə görə iddiaçı icarəsinə verilmiş torpaq sahəsi üzərində istifadə (icarə) hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan və müvafiq şəhadətnamə (çıxarış) aldıqdan sonra icarə müqaviləsi qüvvəyə minir və icarəyə götürdüyü torpaq sahəsindən istifadə hüququ əldə edir.
32. Lakin iddiaçı icarə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamış, bu azmış kimi, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxsə 1000 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh xx.xx.2013-cü il tarixli, 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Qeyd olunanlardan göründüyü kimi, 300 ha torpaq s ahəsinin uzun müddətə iddiaçının istifadəsinə verilməsi barədə Cavabdeh ilə iddiaçı Yarmed Vəliyev arasında xx.xx.2011-ci il tarixli torpaq icarəsi müqaviləsinin bağlanılmasına baxmayaraq, həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından, istər həmin müqavilənin 6-cı bəndində tərəflərin üzərinə götürdüyü öhdəlik baxımından, istərsə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun və Torpaq Məcəlləsinin tələbləri baxımından müqavilə öz hüquqi qüvvəsini almamışdır.
34. Belə olan halda, iddiaçı mübahisələndirilən sərəncamla onun maraqlarının pozulmasının nədən ibarət olmasını sübut etmək yükünü öz üzərinə götürməlidir. Hesab edilir ki, 3-cü şəxs tərəfindən iddiaçının hər hansı bir hüququ pozulmamış, başqa sözlə ifadə etdikdə, iddiaçının icarə, eləcə də subyektiv hüquqlarının həyata keçirilməsinə yönələn hərəkət və hərəkətsizliyə yol verilməmişdir.
35. Hər bir şəxs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsindən istifadə edə bilər. İddia hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələbinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpası mümkündür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “İnzibati icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şək ildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
38. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələ blərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutl arın araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apel yasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
42. Yuxarıda istinad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
43. Obyektiv araşdırma prinsip inin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən ən azından əsaslı şübhələri istisna edən şəkildə və obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan həcmdə araşdırma aparılması təmin edilməmişdir.
44. Belə ki, apelyasiya məhkəməsi iddiaçının naturada göstərdiyi və onun faktiki istifadəsində olan torpaq sahəsinin 273,46 ha hissəsinin mübahisələndirilən sərəncamla üçüncü şəxs Nəbizadə İlkin Nəbi oğlunun icarəsinə verilmiş 1000 ha torpaq sahəsinin 273, 46 ha hissəsi ilə üst-üstə düşməsi faktına əsaslanaraq mübahisəyə dair qərar qəbul etmişdir.
45. Halbuki, hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından iddiaçının naturada göstərdiyi və onun faktiki istifadəsində olan torpaq sahəsinin Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə ona ayrılmış 300 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü, yəni faktiki istifadədə olan və hüquqmüəyyənedici sənədlərə əsasən icarə üçün ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olduğu görünmür.
46. Apelyasiya məhkəməsi tərəfindən bu qərarın 46-cı bəndində qeyd olunan xüsusatın, yəni iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən naturada yerləşmə yerinin və döngə nöqtələrinin koordinatlarının müəyyən olunması üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməmiş, bununla bağlı şü bhələri aradan qaldıran şəkildə araşdırma aparılmamışdır.
47. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normaların tələblərinə uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.
49. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassa siya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
50. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
51. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-1/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qət