Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1472/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; müddətin ötürülməsi; digər instansiya məhkəməsi üçün verilmiş vəkil orderinin kassasiya şikayətinə əlavə edilməsi; dinlənilmə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7, X11, X5, X8, X2) qarşı “qərarın və şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-233/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Zeyvə kəndində yerləşən, atası X3 məxsus 0.24 ha həyətyanı torpaq sahəsinin X4 (0.21 ha) və X9 (0.31 ha) verilməsi barədə Goranboy Rayon Aqrar İslahat Komissiyasının qərarının və 103F və 105 saylı şəhadətnamələrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(114)-3817/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməs ini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-233/2024 nömrəli qərardadı ilə (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov, A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(114)-3817/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayətində həmçinin ondan asılı olmayan səbəblərdən şikayət vermə müddətini ötürdüyünü bildirməklə müddətin bərpa edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
22. Müddətlər 22.1. Bu Məcəll ə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gü ndən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə
24. Prosessual müddətlərin bərpa edilməsi 24.1. Bu Məcəllə i lə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə
90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
7. Mülki Prosessual Məcəllə (MPM): Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hal lar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.
8. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
10. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şi kayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. İş materiallarından müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-233/2024 nömrəli qərardadı elektron məhkəmə sisteminə 06 fevral 2024-cü il tarixdə yüklənmiş, kassasiya şikayəti isə 16 fevral 2024-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra təqdim olmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət 1 (bir) gün otürülmüşdür.
12. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində həm də buraxılmış müddətin bərpası xahiş edilmişdir. İddiaçı onun tərəfindən asılı olmayan səbəbdən müddətin buraxıldığını bildirərək buraxılmış müddətin bərpa edilməsi xahiş etmişdir.
13. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəf onlardan asılı olmayan səbəblərin konkret nədən ibarət olduğunu göstərməmiş, eləcə də müddətin üzrlü səbəblərdən ötürüldüyünü təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əsasən də iddiaçı tərəfin istinad etdiyi halın həqiqətən də baş verməsi qənaətinə gəlmək mümkün deyil.
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş və müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Belə olan halda, buraxılmış prosessual müddətin bərpa edilməsi qanunun tələbinə ziddir.
15. Məhkəmə kollegiyası kassasiya şikayətinə əlavə olunmuş vəkil orderi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır; kassasiya şi kayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
17. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib olunub imzalansa da, şikayətə vəkilin birinci instansiya məhkəməsi üçün təqdim etdiyi orderin surəti əlavə edilmişdir. 18. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.
19. Yəni iddiaçı ilə onun etibarnamə əsasında qanuni nümayəndəsi olan Vəkil arasında bağlanan müqavilə əsasında Gəncə İnzibati Məhkəməsində həyata keçirilməli olan tapşırığa görə tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* nömrəli vəkil orderi sadəcə birinci instansiya məhkəməsində vəkilin səlahiyyətlərini təsdiq edən sənəddir. Hazırkı iş üzrə kassasiya şikayəti tərtib edilən zaman iddiaçı tərəfindən Vəkil təmsilçiliklə bağlı verilmiş etibarnamə qüvvədə olsa da (iş v. 61), Vəkil tərəfindən iddiaçının kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı səlahiyyətlərini təsdiq edən vəkil orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Bununla bağlı olaraq kollegiya, həmçinin nəzərə alır ki, iddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalandığı üçün prinsipcə, vəkil kassasiya şikayətinin tərtibinə dair formal tələbləri, eləcə də orderə dair tələbləri və bununla bağlı Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyənləşdirilmiş qaydaları bilmək və təcrübi fəaliy yətində tətbiq etmək öhdəliyi daşıyır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun İPM-in 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.
21. Konstitusion bir hüquq olmaqla birlikdə dinlənilmə hüququ maddi bir hüquq deyildir, yəni hər hansı maddi bir hüququ təminat altına almır. Əksinə, dinlənilmə hüququ hər hansı maddi hüququn əldə edilməsinə və ya müdafiəsinə imkan yaradan prosessual hüquq prinsipidir. Məhkəmə icraatına münasibətdə bu hüquq, insanlara ciddi nəticələri olan ədalət mühakiməsinin həy ata keçirilməsi fəaliyyətində iştirak etmək və bu zaman öz tələblərini irəli sürmək və müdafiələrini qura bilmək imkanı verir. Ədalət mühakiməsinin səmərəli və keyfiyyətli aparılması onu tələb edir ki, məhkəmə mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaratmalı, tərəflərlə işin hallarının həqiqi müzakirəsini aparmalıdır.
22. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir k i, tərəflər mübahisə və ya şikayətlə ilə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, həm də tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
23. Bu mənada, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya məhkəməsinin aktından ka ssasiya şikayəti verilməsi qaydasına dair izah” elektron məhkəmə sisteminə əlavə edilmişdir. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
24. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraq ları baxımından olduqca zəruridir.
25. Lakin iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi olan Vəkil kassasiya şikayəti verərkən izahda göstərilən tələblərə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir; kassasiya şikayətinə vəkil orderi əlavə edilməlidir) əməl etməmişdir.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-233/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.