Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1473/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd olunması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsinə dair ərizəsi üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 2-1(103)-1535/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı ona təyin olunmuş əmək pensiyasının 18.11.2008-ci il tarixdən Müdafiə Nazirliyi Aparatının «xidmət rəisi - idarə rəisinin müavini» vəzifəsinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli, 2-1(81)4679/2014 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 18.11.2008-ci il tarixdən pensiyanın yenidən hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
3. Cavabdeh (ərizəçi) 27.01.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli, 2-1(81)-4679/2014 nöm rəli qərarının ləğv edilməsini və yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli 2-1(81)-4679/2014 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə cavabdehin (ərizəçinin) yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə cavabdeh tərəfindən qeyd edilən qərarın qəbulundan 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Halbuki İPM-in tələblərinə görə, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hall arla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Digər tərəfdən, ərizədə qeyd olunan hallar işin hüquqi hallarını təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz.
6. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli, 21(103)-1535/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruz əçi, Cahangir Yusifov və Aida Hüseyn) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli 2-1(81)-4679/2014 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən ərizədə göstərilmiş hallar ilkin məhkəmə icraatı zamanı da ona məlum olmuş, imtina məktubunda və iddia ərizəsinə etirazda da cavabdeh tərəfindən həmin hallara istinad edilmişdir. Odur ki, ərizədə qeyd olunmuş hallar sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilə bilməz.
10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməsini və y eni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyasının məhkəmə qərarına uyğun hesablanaraq ödənilməsi üçün onun barəsində həmin məhkəmə qərarında göstərilən “xidmət rəisi-idarə rəisinin müavini” vəzifəsinə uyğun dəqiqləşdirilmiş məlumat vərəqəsinin tərtib edilərək ərizəçiyə təqdim olunması ilə bağlı iddiaçının sonuncu xidmət etdiyi orqana ərizəçi tərəfindən sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05.10.2020-ci il tarixli 12/2177 nömrəli məktubunda iddiaçı barədə 11.06.2020-ci il tari xli ZE-59551 nömrəli dəqiqləşdirilmiş məlumat vərəqəsinin ərizəçiyə göndərildiyi bildirilmişdir. Buradan da aydın olur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli 2-1(81 )-4679/2014 nömrəli qərarının mövcud olması barədə məlumatsızdır. Ərizəçi isə, öz növbəsində, 18.11.2008-ci il tarixindən iddiaçıya məhkəmə qərarında qeyd olunan “xidmət rəisi-idarə rəisinin müavini” vəzifə maaşına uyğun əmək pensiyası hesablayaraq ödəməkdədir. Lakin məhkəmə qərar qəbul edərkən üzərinə öhdəlik qoyduğu orqanı düzgün müəyyənləşdirməmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyini işə ümumiyyətlə cəlb etməmişdir. Bu səbəbdən də, iddiaya dair məhkəmə qərarına uyğun yenilənmiş məlumat vərəqi Müdafiə Nazirliyi tərəfindən təqdim edilməmi şdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştir akçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Mad də
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın mahiyyəti ondan ibarətdir ki, ilkin məhkəmə qərarının aşkar olunmuş yeni sübutlar və faktlarla ziddiyyət təşkil etdiyi və ya ilkin qərarın əsasını təşkil edən faktlardan birinin aradan qalxdığı hallarda, ərizəçi öz hüquqlarını müdafiə etmək, hüquqi mövqeyini yaxşılaşdırmaq imkanı əldə etsin. Lakin, bununla yanaşı eyni zamanda nəzərə almaq lazımdır ki, həmin imka nın ərizəçi tərəfindən reallaşdırılması yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən müddət məhdudiyyəti mövcuddur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə də bu qayda nəzərə alınmalı və tətbiq olunmalıdır.
20. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-ci il tarixli 2-1(81)-4679/2014 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Həmin qərar cavabdeh tərəfindən mübahisələ ndirilməmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün 22.12.2014-cü il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 25.02.2015-ci il tarixli məktubla həmin qərarın icra edildiyi bildirilmişdir. Bundan sonra, cavabdeh 27.01.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli 2-1(81)-4679/2014 nömrəli qərarının ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
21. İPM-in yuxarıda istinad edilən normalarının tələblərinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
22. Hazırki mübahisəyə münasibətdə cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.10.2014-cü il tarixli 2-1(81)-4679/2014 nömrəli qərarının ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müvafiq məhkəməyə 27.01.2021-ci il tarixdə, yəni mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 6 il keçdikdən sonra müraciət etmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsinə imkan yaradan müstəsna halın da baxılan işə münasibətdə mövcudluğu müəyyən olunmamışdır və cavabdehin də ərizəsində belə bir hala istinad edilməmişdir. Beləliklə, cavabdeh icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. İstinad olunan normaların tələbinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
23. Cavabdehin kassasiya şikayətində iş üzrə yeni açılmış halların olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarını nəzərdən keçirərkən həmin halların ilkin m əhkəmə araşdırmasının predmeti olduğu və onlara məhkəmə tərəfindən hüquqi qiymət verildiyi müəyyən edilmişdir. İcraatın təzələnməsinə dair ərizədə qeyd olunan həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz.
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
25. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2021-ci il tarixli 21(103)-1535/2021 nöm