Məhkəmə qərarları › İş №2-1(102)-1473/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1473/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1473/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2-ci qrup əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin ə qarşı “hərəkətin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-724/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi (forma 088) əsasında 10 may 2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlillik 29 yanv ar 2019-cu il tarixli məktubu ilə 105 nəfərə rəsmiləşdirilmiş göndərişlərin Səhiyyə Nazirliyinin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron reyestri”ndə etibarsız hesab edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək elektron alt sistemdə etibarsız hesab olunmuş əlilliyin bərpa edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti onun iştirakı olmadan Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 21 may 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron alt sistemdə etibarsız hesab olunmuş əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 2017-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında "ürək çatışmazlığı” diaqnozu qoyulmuşdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ göndərişi əsasında 10 may 2017-ci il tarixdən ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. 10 may 2017-ci ildən ikinci dərəcəli əlilliyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsi tərəfindən ona 480 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiya məbləğini 2019-c u ilin iyun ayına qədər almışdır. 2019-cu ilin iyun ayında onun ikinci dərəcəli əlilliyinin ləğv olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsi tərəfindən ona məktub göndərilmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə etdiyi müraciətlərə, ona müxtəlif vaxtlarda 31 oktyabr 2019-cu il tarixdə və 13 dekabr 2019-cu il tarixdə cavab verilmişdir ki, «Səhiyyə Nazirliyinin 02/02-45 nömrəli 29 yanvar 2019-cu il tarixli məktubu ilə səhiyyə müəssisəsi tərəfindən verilmiş 0232003AAJHQ nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli xx.xx.2019-cu il tarixli xidməti məktubu ilə iddiaçının əlilliyinə dair qiymətləndirmə əlillik Altsistemində etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları” ləğv edilmişdir. Hazırda mövcud olmayan qərarla onun hüquqlarının pozulması qanunsuz və əsassızdır.

7. Cavabdeh tərəfindən iddiaya etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 29 yanvar 2019-cu il tarixli məktubuna əsasən 105 nəfər üzrə ( o cümlədən həmin siyahıda 60-cı sırada olan İddiaçı) rəsmiləşdirilmiş göstərişləri etibarsız hesab edildiyindən, iddiaçının əlillik təyinatı 4 iyun 2019-cu ildən etibarsız hesab edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2 021-ci il tarixli, 2-1(112)-5610/2021 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 105 nəfər şəxsin, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş göndəriş 13 may 2019-cu il tarixli akta əsasən «Tibbi arayışların elektron reyestri»ndə etibarsız hesab edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən etibarsız hesab edilmişdir, ona görə də həmin göndəriş əsasında həyata keçirilmiş iddiaçının əlillik vəziyyəti barədə qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir.

10. Qərarda n narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-724/2022 nömrəli qərarına əsasən (hakimlər: H.Ü.Həmidov-sədrlik edən, E.E,Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək İddiaçı Bərdə Rayon Mərkəzi Xəstəxanasının 10 may 2017-ci il tarixli 0232003AAJHQ saylı göndərişi əsasında təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz a və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında və onun iştirakı ilə Bərdə rayon Mərkəzi xəstəxanasının 0232003AAJHQ saylı göndərişinə görə cavabdeh tərəfindən 10 may 2017-ci il tarixində “Əlillik altsistemi”ndə qiymətləndirmə aparılaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, sonradan, əvvəlki praktikasına zidd olaraq cavabdeh tərəfindən heç bir məlumat verilmədən və iştirakını təmin etmədən, iddiaçıdan xəbərsiz xidməti məruzə əsasında iddiaçının əlilliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində etibarsız edilməsi qanunsuzdur. “İnzibati icraat haqqında” Qanunun 28.1.1 və 28.1.2-ci maddəsinin tələbləri baxımından, inzibati orqan kimi, öz təşəbbüsü ilə iddiaçın ın birbaşa qanuni mənafeyinə toxunduğu nəzərə alınmaqla, onun iştirakını təmin etməklə, inzibati icraat başlamağa borclu idi. Tibb müəssisəsinin həmin məktubu iddiaçının əlilliyinin “Əlillik altsistemi”ndə etibarsız hesab edilməsi üçün əsas sayıla bilməzdi.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun təl əblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası'na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə "Əlillik altsistemi" üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza i lə imzalanmaqla rəsmiləşdirilir. Bu qaydaya müvafiq olaraq, əlillik təyinatının ləğv olunması da adı çəkilən əsasnaməyə uyğun olaraq analogiya üzrə şəxsin iştirakı olmadan keçirilə bilər, burada hər hansı bır qanun pozuntusu yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

17. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasın da əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

18. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert kom issiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

19. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

20. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

21. Həmin Qay danın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 22. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 23. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

24. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və d əlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

26. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

27. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidmət i vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

28. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 29. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilm iş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAJHQ saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜİX-yi, infarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası İİİ f.s.QDÇ İİ dərəcə. Hipertonik ensefalopatiya” xəstəliyi ilə Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.1 bəndinə müva fiq olaraq beş il müddətinə ikinci (2) dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubuna əsasən 105 nəfərə rəsmiləşdirilmiş göndərişlərin Səhiyyə Nazirliyinin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron reyestrin”də etibarsız edildiyindən, İddiaçı adı göndərişləri etibarsız edilmiş adlı siyahıda Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir.

35. Kassatorun əsas dəlili ondan ibarətdir ki, əlilliyinin etibarsız hesab edilməsi istiqamətində cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası kassatorun dəli llərini əsassız hesab edir.

36. Hazırkı qərarın 19-25-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

38. Bundan başqa, cavabdeh “İnzibati icraat h aqqında” Qanunun 28.1.1 və 28.1.2ci maddəsinin tələbləri baxımından, inzibati orqan kimi, öz təşəbbüsü ilə iddiaçının birbaşa qanuni mənafeyinə toxunduğu nəzərə alınmaqla, onun iştirakını təmin etməklə, inzibati icraat başlamağa borclu idi. Çünki, tibb müəssisəsinin məktubu iddiaçının əlilliyinin “Əlillik Altsistemin”də etibarsız hesab edilməsi üçün əsas sayıla bilməzdi.

39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-724/2022 nömrəli qərarı nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-7 24/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar