Məhkəmə qərarları › İş №2-1(102)-1473/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1473/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1473/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yan ında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs Qax rayonu İlisu Bələdiyyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2-1(107)-92/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin 753 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0.03 ha olmaqla, bələdiyyənin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla, həyətyanı məqsədlə satılması qanunamüvafiqdir.

2. Qax rayonu İlisu Bələdiyyəsinin 7 avqust 2007-ci il tarixli, 08 nömrəli iclas protokolu-qərarı ilə iddiaçıya X2 kəndi ərazisindən 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində xx.xx.2008-ci il tarixdə 1144 nömrəsi ilə qeydiyyata alınmış “Torpaqların alqısatqısına dair” akta əsasən, 0.03 ha torpaq sahəsi Qax rayonu İlisu Bələdiyyəsinin 7 avqust 2007-ci il tarixli, 08 nömrəli qərarına əsasən iddiaçıya satılmışdır.

4. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən A № 083737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, X3 kitabında xx.xx.2008-ci il tarixdə, 689 nömrə ilə qeydə alınmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək, Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********74 nömrəli bildirişlə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Qax rayonu İlisu Bələdiyyəsi torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli qərar qəbul etməsinə baxmayaraq, torpaqların alqı-satqısına dair akt xx.xx.2008-ci il tarixdə tərtib olunaraq qeydiyyata alınmışdır. Bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əl avələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466 saylı İİİ QD Azərbaycan Respublikası Qanunundan, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il, 466 saylı İİİ QD Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2007-ci il, 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Odur ki, Qax rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışına əsasən, ayrılm ış 0.03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Qax rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsi almaqla bağlı 2007ci ildə Qax rayonu İlisu Bələdiyyəsinə müraciə t etmiş və həmin Bələdiyyənin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə ona İlisu kəndi ərazisindən 0.03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Eyni ildə onunla bələdiyyə arasında “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmiş və həmin akt bələdiyyə və ərazi üzrə torpaq şöbəsinin nümayəndələri tərəfindən imzalanaraq möhürlənməklə təsdiqlənmiş, həmin akt DTXK-nin Qax rayon şöbəsində xx.xx.2008-ci il tarixdə 1144 nömrəsi ilə qeydiyyata alınmışdır. DTXK Qax rayon şöbəsi tərəfindən verilmiş 753 nömrəli rəy ilə həmin torpaq sahəsinin ona satılması qanunamüvafiq hesab edilmişdir. Eyni zamanda, DTXK-nin Qax rayon şöbəsi tərəfindən ona təqdim olunmuş 565 nömrəli arayışa əsasən, həmin 0.03 ha torpaq sahəsinin İlisu Bələdiyyəsinə aid olduğu və normativ qiymətinin 102 manat olması qeyd edilmişdir. Bundan başqa, DTXK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 689 nömrəsi ilə qeydiyyata alınmış A seriyalı № 083737 saylı “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Həmçinin, 22 avqust 2007-ci il tarixli 06 saylı qəbzdən də görünür ki, o, torpaq almaq üçün öncədən İlisu Bələdiyyəsinin hesabına 180 manat pul köçürmüşdür. Yuxarıda göstərilən əsaslarla torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydə alınması üçün cavabdehə müraciət etsə də, müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız hesab edir. Belə ki, 23 oktyabr 2007-ci ilədək qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətin qeydə alınması üçün alqı-satqı aktı deyil, bələdiyyə qərarının olması kifayət idi. Bələdiyyə qərarı çıxarışın verilməsi üçün əsasdır. Alqı-satqı aktının bələdiyyə qərarından neçə gün sonra bağlanması tələbi həmin dövr qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır.

9. İddia tələbinə cavabdeh tərəfindən verilən yazılı münasibətin məzmunu iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. 10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, M-42 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Qax rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 8 saylı qərarında ayrılmış torpaq sahəsinin təyinatı həyətyanı torpaq sahəsi göstərilsə də, xəritə materiallarında həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı, uqodiyası kollu örüşdür. Həmin torpaq sahəsi Qax rayonu İlisu Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçıya ayrılmış torpaq sahəsi sonuncunun faktiki istifadəsində olmaqla, baş qa şəxslərin icarəsində, istifadəsində və mülkiyyətində deyildir, eləcə də hər hansı şəxsin mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. A № 083737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar WGS-84, UTM-38 sisteminə inteqrasiya olunmuş və əldə edilmiş koordinatları araşdıran zaman məlum olmuşdur ki, torpaq sahəsi mübahisəli ərazidə yerləşir, lakin qismən konfiqurasiya fərqi vardır.

11. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, həmin torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən bələdiyyənin kollu örüş torpaqlarına aiddir. Torpaq sahəsi faktiki olaraq X1 istifadəsindədir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 24 oktyabr 2022-ci il tarixli, 21(116)-936/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İlisu Bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci il tarixli 08 saylı qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Yəni, bələdiyyə tərəfindən qanunvericiliklə birbaşa qadağan edildiyi halda uqodiyası örüş olan kənd təsərrüfatı təyinatlı torpaq sa həsi alqı-satqı yolu ilə iddiaçıya satılmışdır.

14. Məhkəmə hesab etmişdir ki, bələdiyyə ehtiyat fondunun örüş torpaq sahəsinin iddiaçıya satılması torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. Belə ki, örüş torpaq sahələrinə münasibətdə mülkiyyətə verilmənin qadağan edilməsində qanunvericinin məqsədi kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmin torpaq sahəsinin mühafizəsinin, normadan artıq yüklənməsinin və nəticəsində ot örtüyü seyrəkləşməsinin, həmçinin torpaq sahəsinin eroziyasının qarşısının alınmasıdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 1 fevral 2023-cü il tarixli, 21(107)-92/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-936/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin d əlilləri

19. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, iddiaçı qeyd edir ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası cavabdeh orqanın imtinasına istinad edərək həmin torpaq sahəsinin örüş sahəsi olması səbəbindən çıxarış verilməsindən imtina edilməsini qanuni saymışdır. Nə torpaq sahəsi ona ayrılan zaman, nə də hazırki vaxtda həmin ərazidə bir ot belə bitməmişdir. Qonşuluqda yerləşən bütün torpaq sahələri üzərində yaşayış evləri tikilmiş və cavabdeh orqan tərəfindən onlara çıxarış verilmişdir. Nəticədə ətraf ərazidə yaşayan hər kəs çıxarış ala bilsə də, o, əsassız olaraq qanunsuzluqla üzləşmişdir. Qax rayonu İlisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, İlisu Bələdiyyəsi ilə onun arasında bağlanmış “Torpaq ların alqı-satqısına dair akt” və AR DTXK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 689 nömrəsi ilə qeydiyyata alınmış A083737 saylı “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Cavabdehə isə qanunvericiliklə həmin aktı məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. İddiaçıya torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarı etibarsız hesab olunmasa belə, məhkəmə tərəfindən həmin bələdiyyə qərarının qanunsuz olmasının bildirilməsi doğru olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səl ahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və to rpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mül kiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınma z əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquql arın dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apell yasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 24-cü bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə bir inci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli, M-42 nömrəli mütəxəssis rəyinə və cavabdehin xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə istinad etmiş, mübahisələndirilən torpaq sahəsinin örüş torpaq sahələrinə aid olması səbəbi ilə cavabdehin imtinasını əsaslı hesab etmişdir.

29. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin 753 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0.03 ha olmaqla, bələdiyyənin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla, həyətyanı məqsədlə satılması qanunamüvafiqdir.

30. Apellyasiya instansiyası məhkəm əsi iddiaçıya bələdiyyə qərarı əsasında torpaq sahəsi satılarkən həmin vaxt səlahiyyətli qurum olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş 753 nömrəli rəyin mötəbər sübut kimi qəbul edilmiş mütəxəssis rəyinə zidd olmasının səbəbini araşdırmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olması ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün hərtərəfli araşdırma aparmamışdır.

31. İşdən göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən iddianın rədd edilməsinin yeganə əsası mübahisəli torpaq sahəsinin mütəxəssis rəyinə əsasən örüş torpaq sahələrinə aid olmasıdır. Qeyd edilməlidir ki, hazırkı mübahisənin düzgün həll edilməs i üçün əhəmiyyət kəsb edən hal torpaq sahəsinin indiki hüquqi rejimi deyil, məhz iddiaçıya satılan anda kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olmasıdır. Məhkəmələrin istinad etdiyi mütəxəssis rəyində torpaq sahəsinin iddiaçıya satılan anda kənd təsərrüfatına az yararlı olub-olmaması məsələsinə (iddiaçıya torpaq sahəsi satılan vaxt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin 753 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla, həyətyanı məqsədlə satılması qanunamüvafiqdir) aydınlıq gətirilməmişdir. Odur ki, həmin rəy natamam olmaqla, mötəbər sübut kimi qiymətləndirilə və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

32. Eyni zamanda, iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ona bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələri üzərində qonşularının mülkiyyət hüququ qeydə alınmışdır.

33. Qeyd edilməlidir ki, örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, adətən, geniş ərazini əhatə edir. Hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü isə 0.03 ha təşkil edir ki, qeyd edilən torpaq sahəsinin ayrılıqda örüş sahəsi olması məntiqə uyğun görünmür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin də təyinatı ilə bağlı müfəssəl araşdırma aparılmalı, mübahisəli torpaq sahəsinin iddiaçıya satılan vaxt kənd təsərrüfatına az yararlı və ya örüş torpaq sahələrinə aid olması müəyyən ed ilməli idi.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində də qonşuluqda yerləşən bütün torpaq sahələri üzərində yaşayış evlərinin tikildiyini və cavabdeh tərəfindən onlara çıxarış verildiyini qeyd etsə də, iddiaçının həmin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 21-24-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

36. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi işin hall arını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

37. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

38. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 21(107)-92/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar