Məhkəmə qərarları › İş №2-1(102)-1474/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1474/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1474/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarın dəyişdirilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1 07)-76/2019 saylı iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı ünvanlanmış **** saylı, 24 noyabr 2014-cü il tarixli məktubla bildirilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçının 12.08.1999-cu ildən 26.08.1999-cu ilə kimi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunması “uyğunlaşma dövrününün yüngül isterik reaksiyası” xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi 21.02.2014-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərba ycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və MN MHHK-ın 21.02.2014-cü il tarixli ** saylı qərarı iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “c” yarımbəndi ilə iddiaçıya təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır və bu səbəbdən səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyildir. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21.02.2014-cü il tarixli 89 saylı qərarının dəyişdirilməsi, “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(84)-496/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərаrı (hаkim - K.H.Vəliyev) ilə iddia təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 21.02.2014-cü il tarixli ** nömrəli qərarının “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” hissəsinə dəyişiklik edilərək “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkə n alınmışdır” kimi qeyd edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-76/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və M.R.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiy a məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, İddiaçı hərbi xidmətə çağırıldıqdan 1 ay sonra yəni, 12.08.1999-cu ildən 26.08.1999-cu ilə kimi Müdafiə Nazirliyi Mərkəzi Klinik Hospitalında müayinə və müalicə olunduğu “Uyğunlaşma dövrünün yüngül isterik reaksiyası” diaqnozlu xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən 21 dekabr 2014-cu il tarixdə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir. İddiaçının xəsarət alması ilə bağlı çıxarış epikrizi və x idmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən travma haqqında arayış komissiyaya təqdim edilməmişdir. Bu səbəbdən də onun aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin c) yarımbəndinin tələblərinə ziddir. Bundan başqa, nəzərə alınmalıdır ki, xəsarətdən və ya travmadan sonra “Uyğunlaşma dövrünün yüngül isterik reaksiyası” diaqnozu ilə xəstəliyin yaranması qeyri-mümkündür və bu günə kimi elmi cəhətdən öz təsdiqini tapmamışdır. “Uyğunlaşma dövrünün yüngül isterik reaksiyası” xəstəlikdir və bunun travma ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin c) yarımbəndinin və 7.3-cü maddəsinin tələblərini nəzərə almamış, mübahisəyə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bununla da, məhkəmə inzibati orqan olaraq Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının diskresion səlahiyyətlərini, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnu pozmuşdur. Belə ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arasındakı səbəbli əlaqə məsələsi hüquqi deyil, sırf tibbi kateqoriyadır. Məhkəmələr qərar çıxararkən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1 536/2014 saylı, 23 sentyabr 2014-cü il tarixli qətnaməsinə istinad etmişdir. Lakin həmin qətnamədə cavabdeh kimi 23 saylı Tibbi Sosial Ekspert Komissiyası göstərilsə də, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının hüquq və mənafelərinə toxunulmuşdur. Nəzərə almaq lazımdır ki, Mingəçevir şəhər Məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Çünki məhkəmə həmin qərarı çıxararkən heç bir tibbi rəy olmadan həmin səlahiyyətləri öz üzərinə götürməklə qətnamə qəbul etmişdir. Məhkəmələr isə öz qərarlarında iddianı rədd etmək üçün yalnız Mingəçevir şəhər Məhkəməsinin əsassız olaraq çıxardığı qətnaməyə istinad etməklə kifayətlənmişlər. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(107)-779/2019 saylı, 21 fevral 2019-cu il tarixli qərardadla Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1536/2014 saylı, 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21.02.2014-cü il tarixli, ** saylı qərarı ilə İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xə stəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Məhkəmələr isə iddiaçının tələbini haqlı hesab edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 21.02.2014-cü il tarixli ** nömrəli qərarının “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” hissəsinə dəyişiklik edilərək “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmasını qərara almışlar. Məhkəmələr bu zaman Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla hesab etmişlər ki, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.09.2014-cü il tarixli 2(051)-1536/2014 nömrəli qətnaməsi ilə iddiaçının 12 avqust 1999-cu il tari xdə N saylı Hərbi Hissədə hərbi xidmətdə olan vaxt xidmət vəzifəsini yerinə yetirərkən, “Ural” markalı avtomobili təmir edərkən yıxılaraq baş nahiyəsindən əmək qabiliyyətini itirməyə səbəb olan xəsarət olması faktı müəyyən edildiyindən cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsi kimi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” haqqında qərar qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Məhkəmələr cavabdehin etirazında qeyd etdiyi İddiaçı xəsarət alması ilə bağlı çıxarış epikrizi və xidmət etdiyi N saylı hərbi hissənin komandiri tərəfindən travma haqqında arayışın komissiyaya təqdim edilməməsi dəlilinə münasibətdə isə qeyd etmişlər ki, iddiaçının aldığı xəsarətin hərbi xidmətdə olan vaxt xidməti vəzifəsini yerinə yetirərkən baş verməsi Mingəçevir Şəhər Məhkə məsinin qanuni qüvvəyə minmiş 23.09.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edildiyindən bu barədə hərbi hissənin komandiri tərəfindən travma haqqında arayışın təqdim olunmasına ehtiyac yoxdur. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. İlk növbədə kollegiya qeyd edir ki, əgər hazırkı inzibati iş üzrə başqa bir məhkəmə qərarının qanuni qüvvəyə minməsindən irəli gələn hüquqi nəticələrin nəzərə alınması halı mövcuddursa, bu halda, məsələni tənzimləyən İPM-də konkret norma olduğu üçün İPM-in 1.2-ci maddəsindən hərəkətlə mübahisəyə MPM-in müvafiq normasının tətbiqinə ehtiyac yoxdur. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 82.3-cü maddəsinə istinad etməkdə haqlı olmamışdır. Çünki həmi n məsələni tənzimləyən İPM-in 78-ci maddəsi vardır və işin halları buna yol verirsə mübahisəyə həmin norma tətbiq edilməlidir. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qeyd edilən normanın mənasından göründüyü kimi mübahisə predmeti barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Belə olan halda, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1536/2014 saylı, 23 sentyabr 2014-cü il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisial hüquqi qüvvəsindən söz edə bilmək üçün ilkin şərt kimi həmin qətnamənin tərəfləri ilə hazırkı inzibati işin tərəflərinin eyni şəxslər olması tələb olunur. Lakin həmin qətnamədən müəyyən ol unur ki, sözügedən mübahisənin tərəfləri İddiaçı (iddiaçı) və 23 saylı Tibbi Sosial Ekspert Komissiyası (cavabdeh) olmuşdur. Başqa sözlə, həmin işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəf olmamışdır. Ona görə də, həmin qətnamə qanuni qüvvəyə minmiş olsa belə, tərəflər eyni şəxslər olmadığından onun hazırkı inzibati iş üzrə məcburi hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə yalnız Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1536/2014 saylı, 23 sentyabr 2014-cü il tarixli qətnaməsinin qüvvədə olması halından çıxış etməklə iddianı təmin etməkdə haqlı olmamış, bu zaman prosessual hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Digər tərəfdən isə cavabdeh tərəfindən təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(107)-779/2019 saylı, 21 fev ral 2019-cu il tarixli qərardadından müəyyən edilir ki, maraqlı şəxs kimi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 2(051)1536/2014 saylı, 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bu hal da, qərardadın qanuni qüvvəyə minəcəyi andan məhkəmənin istinad etdiyi əsasın ortadan qalxdığına dəlalət edir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin müvafiq müddəalarını mübahisəyə tətbiq etməklə iddiaçının tələbinin qanuniliyinə və əsaslılığına qiymət verməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-76/2019 saylı iş üzrə 23 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar