Məhkəmə qərarları › İş №2-1(102)-1474/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1474/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1474/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasına dair tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-1(103)-1862/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 2 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********625300 saylı, 2019-cu il 29 noyabr tarixli qərarının ləğv edilməsini və artıq ödənilmiş ve rginin qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 fevral tarixli, 2-1(112)-754/2020 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, 2-1(112)-754/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 3 noyabr tarixli, 2-1(103)-1862/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərardaddan kassasiya şikayəti vermək məqsədi ilə dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-1(103)-1862/2020 nömrəli qərardadı ilə dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.

10. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik vəkil xidmətlərinin dövlət vəsaiti hesabına həyata keçirilm əsi məsələlərini tənzimləyərkən məhkəmədən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin bu xidmətin əvəzini ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Beləliklə, ərizəyə iddiaçının vəkil xidmətinin əvəzini ödəməyə imkanı olmadığını sübut edən sənədlər əlavə edilməmişdir.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı MMC-nin fəaliyyəti 2018-ci il 20 noyabr tarixdən dayandırılmışdır. İddiaçının heç bir qazançı mövcud olmamışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-1(103)-1862/2020 nömrəli qərardadı ləğv edilərək dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin təmin olunmasını xahiş etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra m ətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. İPM: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müda fiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində ic raatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikay ətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Mülki Prosessual Məcəllə: Maddə 14.5 bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2 bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2 bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti İPM-in 23.2-ci maddəsinin tələbinə uyğun olaraq (Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda) vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi işdə iştirak edən şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə o halda təmin olunurlar ki, vəkilin xidmətlərini ödəmək üçün həmin şəxsin kifayət qədər vəsaiti olmasın.

21. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət vəsaiti hesabına vəkil ilə təmin olunma barədə vəsatətdə şəxsin bu xidməti ödəyə bilməməsi əsaslandırılmalıdır. Belə ki, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, dövlət vəsaiti hesabına vəkillə təmin olunma üçün əsas meyar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olm aması, yəni ərizəçinin aztəminatlı şəxslərə aid olmasıdır.

22. İşin materiallarında iddiaçının hüquqi xidmət üçün hər hansı vəkilə müraciət etdiyini, həmin xidmət üçün ödənilməli olan vəsaitin məbləğini və həmin məbləğin ödənilməsi üçün iddiaçı hüquqi şəxsin iqtidarsızlığını təsdiq edən sübut yoxdur.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 mart tarixli, 21(103)-1862/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar