Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1474/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Xanhüseyn qızı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Xanhüseyn qızının (xx.xx.1960-cı il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasın ın təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-57/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.2014-cü il tarixədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X1 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işləmişdir. 2. “X1 Avadanlıqları” ASC-nin 29 oktyabr 2021-ci il tarixli, 01 saylı arayışında bildirilir ki, iddiaçının əmək kitabçasının 5-ci qeydində ştamplayıcı peşəsi haqqında qeyd “fəhlələrin iş və peşələrinə dair Vahid Tarif ixtisas məlumat Kitabçası”nda göstərilmiş peşə adlarına uyğun olaraq “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” kimi qeyd olunmalıdır. Bu arayış əmək kitabçasının 5-ci qeydində düzəliş aparmaq üçün əmək kitabçasına əlavə olunur. “X1 Avadanlıqları” zavodu xx.xx.2001-ci ildən Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 3. “X1 Avadanlıqları” Açıq Səhmdar Cəmiyyətinin 29 oktyabr 2021-ci il tarixli 02 saylı arayışında bildirilir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 12-ci bəndində nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” vəzifəsində işləmişdir.
4. İ ddiaçı cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 06 dekabr 2021-ci il tarixli, **********2 nömrəli məktubla iddiaçının müraciətini təmin etməmişdir. İmtinanın əsası olaraq qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.1979 - xx.xx.1981-cil il tarixləri arasındakı dövrdə “X1 Avadanlıqları” zavodunda işlədiyi məftilçəkən, xx.xx.1981-ci ildən xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyi ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) nəzərdə tutulmamış dır. Bu səbəbdən, güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 14 yanvar 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək “X1 Avadanlıqları” zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işlədiyi təsdiq edilməklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Salyan rayonu olduğunu, Salyan rayonu isə Şirvan İnzibati Məhkəməsinin yuri sdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırkı mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək, xx.xx.2022-ci il tarixli, 2-1(112)-5256/2022 nömrəli qərardadla işi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərmişdir.
8. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, cavabdehin müraciəti əsassız və qanunsuzdur. Belə ki, onun işlədiyi və hazırda cavabdeh tərəfindən mübahisələndirilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində qeyd olunan “izolyasiya materiallarının ş tamplanması ilə məşğul olan ştamplayıcı” vəzifəsidir.
9. Sonradan, iddiaçı ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda imtina məktubunda göstərilən dəlilləri qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən mötəbər arayış təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1- ci bəndinə görə, Qa nunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndində görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfındən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edi lməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) 2-1(120)-1308/2022 nömrəli, xx.xx.2022-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması:
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının 5-ci qeydində vəzifəsinin “fəhlələrin iş və peşələrinə dair Vahid Tarif ixtisas məlumat Kitabçası”nda göst ərilmiş peşə adlarına uyğun olaraq “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” kimi deyil, qısa şəkildə “ştamplayıcı” kimi qeyd olunmasınin məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz. 13.Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir. Belə ki, iddiaçının 20 ildən az olmayan ümumi və azı 10 il güzəştli iş stajı mövcuddur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı xx.xx.2021-ci tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. 14.Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 55 yaşdan, yəni xx.xx.2015-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.F.Həsənov) 2-1(106)-57/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarı ilə cavabdehin a pellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1308/2022 nömrəli, xx.xx.2022-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.201 2-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 576 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hü ququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu mü ddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ve rilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən ir əli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
29. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. (iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşında yaranmışdır). Eyni zamanda işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən 30.06. 2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Hazırda iddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir.
30. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası müəyyən edir ki, hazırkı işdə tərəflər arasındakı mübahisə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə tələb olunan güzəştli iş stajının mövcud olub-olmaması ilə bağlıdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək kitabçasının məlumatları və hazı rkı qərarın 2-3-cü bəndlərində qeyd olunan arayışlarda göstərilənlər onun 20 ildən az olmayan ümumi və 10 ildən az olmayan güzəştli iş stajı mövcudluğunu təsdiq edir.
32. Həmçinin, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq vurğulamışdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və pe şələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
33. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı mübahisləndirilən iş illərində “X1 Avadanlıqları” zavodunda izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işləmişdir.
34. İddiaçının xx.xx.1981-xx.xx.1994-cü illərdəki işlədiyi ştamplayıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XV (Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri) bölməsində “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar (2160000a— 19700)” peşəsinə uyğundur.
35. Həmçinin, iddiaçının işlədiyi “ştamplayıcı” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12-ci (Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri) bölməsində öz əksini tapan “izolyasiya materiallarının ştamplanması il ə məşğul olan ştamplayıcılar” peşəsinə uyğundur.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-57/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.