Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1474/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə d air iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-158/2024 nömrəli, 9 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası DİN DQ Hospitalı 911/2022 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdən və xx.xx.2022-ci il tarixli, 179 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı Diaqnoz: İrsi hemoqlobinopatiya. Heteroziqot BetaTalassemiya, minor. Birincili irsi trombofiliya. (XBT: D56.3, D68.5) Ümumi xəstəlikdir, Diaqnoz: Pulmonar trombozdan sonrakı vəziyyət. Keçirilmiş sağ ağciyərin infarkt pnevmoniyasından sonrakı fibroz qalıq. (XBT:İ26.9) “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” kimi qoyulmu şdur. Hərbi həkim komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 11 “a” və 51 “c” maddələrinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli, 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: “D”-“həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.”
2. Tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Birincili irsi trombofiliya. Heteraziqot BeltaTasemiya minor. Pulmonar trombozdan sonrayı vəziyət. Kecirilmiş sağ ağciyərlərin infrakt pnevmoniyasından sonrakı fibroz qalıq” diaq nozu qoyulmuş, həmin göndərişdən “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
3. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, İddiaçı müayinəsi zamanı bədən hərarətinin enməsindən şikayətlənmiş, anamnestik məlumatlarında ayaq üstə çox qalanda bədəninin “buz” kimi olmasını ifadə etmiş, müayinə zamanı nəbzi 96 vurğu, saturasiyası 99% müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “İrsi trombofiliya. Keçirilmiş pulmonar tromboz. Ağciyərlərin infrakt pnevmoniyasından sonrakı vəziyyəti. Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” ki mi, xx.xx.2022-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. Generalizə olunmuş Bronxobstruksiya. FVC 73%, FEV 1 66%” kimi qeyd olunmuşdur. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “Talassemiya əlamətlərinin daşıyıcısı” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəmə sindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin sürücü atıcısı vəzifəsində işləmişdir. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Daxili Qoşunların hospitalında “Sağtərəfli qasıq yırtığı” diaqnozu ilə stasionar müalicədə olarkən “Sağtərəfli qasıq yırtığına gö rə herniotomiya, hernioplastika” cərrahi əməliyyatı icra edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar ona əlilik dərəcəsinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunların qospital hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik dərəcəsini verməkdən imtina etmiş və imtina əsası kimi diaqnozun əlillik əlaməti təyin etməməsini göstərmişdir.
6. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) xx.xx.2023-cü il tarixli, e-21(114)-1759/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarının qismən, İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 1 il müəyyən edilməsinə əsas verir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)1759/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-158/2024 nömrəli, 9 yanvar 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: A.V.Bayramov, hakimlər: A.V.İsgəndərova və R.Z.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1759/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmşdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıda hansı xəstəliklərin əlamətlərinin olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T566/2023 nömrəli ekspert rəyi ilə iddiaçının “Birincili irsi trombofiliya; D56.3talassemiya qan daşıyıcılığı, xroniki pulmonar trombemboliya, pulmonar hipertenziya, ağciyərlərin infarkt pnevmoniyasından sonrakı vəziyyəti, mötədil ventilyasiya pozğunluğu” diaqnozundakı xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı şəhadətləndirilən zaman və hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, orqanizmin fu nksiyalarının pozulması müddətinin 1 il müəyyən edilməsinə əsas verir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-158/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra h akimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosia l ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 f evral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək ad sızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 ma y tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: Bənd.1.3. xəstəlik, zədə və çatışmazlıqlarda n irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.;. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 5.1.6. laxtalanmanın digər pozuntuları 5.1.6.1. qanın laxtalanma funksiyasının mülayim pozulması – orta ağır forma, nadir baş verən qanaxmalarla (ildə 3 dəfədən çox olmayaraq) faizi 40-60 faiz olmaqla orqanizmin funksiyalarının pozulması -müddətsiz.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin mater iallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.
22. Hazırkı işin hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Q00020636TUD nömrəli göndərişi əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir.
23. Kollegiya qeyd edir ki, İddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qeyd etmişdir ki, iddiaçı hazırda “Birincili irsi t rombofiliya; D56.3-talassemiya qan daşıyıcılığı, xroniki pulmonar trombemboliya, pulmonar hipertenziya, ağciyərlərin infarkt pnevmoniyasından sonrakı vəziyyəti, mötədil ventilyasiya pozğunluğu” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir və və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 1 il müəyyən edilməsinə əsas verir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarix li, 2-1(104)-158/2024 nömrəli qərarı qismən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən” olan hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.
26. Aşağı instansiya məhkəmələri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə istinad etməklə əlilliyin təyin edilməsi barədə düzgün nəticəyə gəlməmişlər.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi əlilliyin təyin edilməsi nəticəsinə gələrkən iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndində əks olunduğunu qeyd etmiş, lakin hazırkı işin hallarından görünür ki, nə göndərişdə, nədəki xəstəlik haqqında şəhadətnamədə həmin diaqnoz öz əksini tapmamışdır.
28. Səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışından görünür ki, xəstənin vəziyyəti orta ağırdır. Fiziki hərəkətlər zamanı təngnəfəslik, döş qəfəsində ağrı müşahidə olunur. 1.Hemotoloqun rəyi-(MHTM PHŞ):Heteroziqot.Beta-Talassemiya, Minor.2.Hematoloqun rəyi: (MHTM PHŞ) Leyden Mutasiyası V Faktor aşkarlandı. Birincili irsi trombofiliya.3.Pulmonoloqun rəyi6(ETAXİ) irsi trombofiliya. Pulmonar Trombozdan sonakı vəziyyət. Keçirilmiş sağ ağcıyərin infark t pnevmaniyasından sonrakı vəziyyət.
29. Həmçinin, İddiaçı Tərtər Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Əsas diaqnoz XBT:D68.5-Birincili trombofiliya, Birincili irsi trombofiliya. Ağırlaşma XBT:İ26.9-Kəskin ağciyər ürəyi olması göstərilmədən ağciyər emboliyası, pulmonar trombozdan sonrakı vəziyyət. Keçirilmiş sağ ağciyərin infarkt pnevmoniyasından sonrakı fibroz qalıq. Yanaşı xəstəliklər: XBT: D56.2-Delta-Beta-talassemiya, Heteroziqot Beta-Talassemiya Minor. Z96.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyət, Sağtərəfli qasıq yırtığna görə aparılmış hemiotomiya, hemioplastika müəyyən edilmişdir.
30. Azərbaycan Respublikası DİN DQ Hospitalı 911/2022 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdən və xx.xx.2022-ci il tarixli, 179 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı Diaqnoz: İrsi hemoqlobinopatiya. Heteroziqot BetaTalassemiya, minor. Birincili irsi trombofiliya. (XBT: D56.3, D68.5) Ümumi xəstəlikdir, Diaqnoz: Pulmonar trombozdan sonrakı vəziyyət. Keçirilmiş sağ ağciyərin infarkt pnevmoniyasından sonrakı fibroz qalıq. (XBT:İ26.9) “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” kimi qoyulmuşdur. 31. “Əlilliyin müəyyən olunması meyarları”nın qiymətləndirmə meyarının əks olunduğu məhkəmənin istinad etdiyi 2.5.1-ci bəndinin daxil olduğu 2.5-ci bəndindəki “Ağciyər-ürək çatışmazlığının digər formaları” l27 kodu ilə (XBT-10) müəyyən edilmişdir. Forma 88-də də, xəstəlik şəhadətnaməsində də İ26.9-“Kəskin ağciyər ürəyi olması göstərilmədən ağciyər emboliyası, pulmonar trombozdan sonrakı vəziyyət. Keçirilmiş sağ ağciy ərin infarkt pnevmoniyasından sonrakı fibroz qalıq” diaqnozu öz əksini tapmışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin əlilliyin təyin edilməsi üçün istinad etdiyi diaqnoz iş materiallarında öz təsdiqini tapmamışdır.
32. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2-1(104)-158/2024 nömrəli qərarı qismən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən” hissəsində ləğv edilməli, həmin hissə məhkəmə qərarından xaric edilməlidir.
33. Bununla yanaşı, kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tar ixli, **********4 nömrəli qərarının qismən, İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı əlillik təyin edilməsi” tələblərinin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Q00020636TUD nömrəli göndərişindən (Forma 88 arayışı) görünür ki, xəstənin vəziyyəti orta ağırdır. Əsas diaqnoz “XBT:D68.5-Birincili trombofiliya, Birincili irsi trombofiliya” müəyyən edilmişdir.
35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T566/2023 nömrəli ekspert rəyindən görünür ki, 14 avqust 2023-cü il tarixdə Əhmədov X8 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə DQ-nın N saylı hüh-də MAXSE əsgər kimi xidmətdə olarkən “qasıq yırtığı” ilə ə laqədar üzərində cərrahi əməliyyat aparılmış və məzuniyyət verilmişdir. Məzuniyyətdə olarkən kürək nahiyəsində kəskin ağrılar olmuş və buna görə də Ağciyər xəstəlikləri ETİ-na müraciət etmiş və ona “sağ ağciyərin infarktı” diaqnozu qoyulsa da ağrıları keçmədiyindən kontrast KT edilmiş və “ağciyər trombemboliyası” müəyyən edilmişdir. Həm də “Talassemiya” daşıyıcısı olması aşkar edilmişdir. Həmin diaqnozlarla Ordu sıralarında xidmətdən təxris edilmişdir. Forma 088 doldurulub TSEK-ə göndərilsə də imtina gəlmişdir. Hal-hazırda şikayətləri təngnəfəslikdən, uzun müddət gəzə və qaça bilməməkdəndir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Müayinə olunan X1 İnstitutuna və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müayinələrə göndərildi.
36. İddiaçı adına X1 İnsti tutunda tərtib edilmiş arayış-çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış müayinələrdən sonra “Xroniki pulmonar trombemboliya, pulmonar hipertenziya, ağciyərlərin infarkt pnevmoniyasından sonrakı vəziyyət, mötədil ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Döş qəfəsinin xx.xx.2023-cü il tarixdə KT müayinəsi zamanı həkim-radioloq nəticəyə gəlmişdir: Hər iki ağciyərlərdə qeyri-bərabər şəkildə yayılmış kiçik ocaqlar, kiçik düyünlər, aşağı paylarda fibroz dəyişiklikləri (TBC prosesi inkar edilmir).
37. İddiaçı adına Milli Hematologiya və Transfuzalogiya Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 989 saylı tibbi arayışda qeyd edilmişdir ki, həmin tarixdə ona müayinədən sonra “D68.5-birincili irsi trombofiliya, D56.3- talassemiya qan daşıyıcılığı” diaqnozu müəyyən edil mişdir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən ona xx.xx.2023-cü il tarixdə X1 İnstitutunda aparılmış müayinələrdən sonra “Xroniki pulmonar trombemboliya, pulmonar hipertenziya, ağciyərlərin infarkt pnevmoniyasından sonrakı vəziyyəti, mötədil ventilyasiya pozğunluğu” diaqnozu, xx.xx.2023-cü il tarixdə Milli Hematologiya və Transfuzalogiya Mərkəzində isə müayinələrdən sonra “D68.5-birincili irsi trombofiliya, D56.3-talassemiya qan daşıyıcılığı” diaqnozu müəyyən edilmişdir, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir.
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T566/2023 nömrəli ekspert rəyində də iddiaçının hazırda da D68.5 XBT-10 kodlu “birincili irsi trombofiliya” diaqnozlu xəstəlikdə n əziyyət çəkdiyi qeyd olunur.
39. Ekspert rəyindən həmçinin görünür ki, İddiaçı adına Milli Hematologiya və Transfuzalogiya Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 989 saylı tibbi arayışda qeyd edilmişdir ki, həmin tarixdə ona müayinədən sonra “D68.5-birincili irsi trombofiliya, D56.3-talassemiya qan daşıyıcılığı” diaqnozu müəyyən edilmişdir.
40. İddiaçıda “D68.5-birincili irsi trombofiliya” diaqnozlu xəstəlik şəhdaətnaməsində, göndərişdə, əyani müayinələrdə və ekspert rəyində də öz təsdiqini tapmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, D68.5” XBT-10 kodlu “birincili irsi trombofiliya” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədədə birbaşa əksini tapma sa da, həmin Əlavənin 5.1-ci bəndinin “qan və qanyaradıcı orqanların xəstəlikləri siyahısı”na daxil olan 5.1.6-cı bəndində əksini tapmış XBT-10 kodu D68:laxtalanmanın digər pozuntuları”ndandır.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş və X6 tərəfindən təsdiqlənmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nda XBT-10 kodu D68 “Laxtalanmanın digər pozğunluqları” adlı bölməsininin tərkibinə D68.0-D68.9 alt bölmələri daxil edilmişdir. Məhz həmin beynəlxalq statistik təsnifatda da D68.5 öz əksini tapmışdır. 43. “D68.5” XBT-10 kodlu “Birincili trombofiliya” “D68” XBT-10 kodlu Laxtalanmanın digər pozuntuları”nın tərkibinə daxildir. “D68” başlığı ümumi olaraq laxtalanmanın digər pozuntularıdır və o başlıq altında olan bütün lax talanmalar, o cümlədən “birincili tromofiliya” da daxildir.
44. Beynəlxalq statistik təsnifat kodu D68 və onun tərkib hissəsi D68.0-68.9 olan xəstəliklər əlilliyin təyini üçün əsas olmuş, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Q00020636TUD nömrəli göndərişində iddiaçının xəstəliyinin D68.5 təsnifat koduna uyğun gəldiyi müəyyən edilmiş, ekspert isə həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğunu təsdiq etmişdir.
45. Odur ki, kollegiya hesab edir ki, AR Səhiyyə Nazirliyi tərəfindən də qəbul edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı” əsas götürülməklə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “D68.5-birincili irsi trombofiliya” diaqnozu Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 5.1.6-cı bəndində “D68-laxtalanmanın digər pozuntuları” kimi öz əksini tapmışdır.
46. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz – “D68.5-birincili irsi trombofiliya” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Əlavənin 5.1-ci bəndinə əsasən Qan və qanyaradıcı orqanların xəstəlikləri siyahısına aid edilmişdir. Həmin Əlavənin 5.1.6-cı bəndinə əsasən, laxtalanmanın digər pozuntuları qanın laxtalanma funksiyasının mülayim pozulması – orta ağır forma, nadir baş verən qanaxmalarla (ildə 3 dəfədən çox olmayaraq) 40-60% nisbətində götürülmüşdür.
47. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il ta rixli, 21(104)-158/2024 nömrəli qərarı qismən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.5.1-ci bəndinə əsasən” olan hissəsində ləğv edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2-1(104)-158/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2-1(104)-158/2024 nömrəli qərarı qismən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları ”nın 2.5.1-ci bəndinə əsasən” olan hissəsində ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2- 1(104)-158/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.