Məhkəmə qərarları › İş №2-1(102)-1475/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1475/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1475/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Ş əki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 21(107)-115/19 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün 0,04 ha torpaq sahəsi verilmişdir. JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha torpaq sahəsi heç kimin etirazı olmadan onun istifadəsindədir. İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə da ir şəhadətnamə”də göstərilən 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 04.12.2018-ci il tarixli iş № 2-1(84)-1787/2018, (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.01.2019-cu il tarixli iş № 2-1(107)115/2019 (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 04.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə kollegiyası işə birtərəfli və səthi yanaşmaqla aşağıda göstərilən hallar nəzərə alınmamışdır. Belə ki, iş ilə bağlı faktiki olaraq yerində aparılmış müayinə baxışı zamanı məlum olmuşdur ki, torpaq sahəsi heç bir tikili olmayan,dəmir torla hasarlanmış ancaq orta gövdəli ağaclar əkilmiş yaşıllıq olan ərazidən ibarətdir. Odur ki, halları n araşdırılmasında və sübutların toplanmasında inzibati işə Dövlət Komitəsinin Torpaqların X2 üzrə Dövlət Agentliyinin, Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti Şöbəsinin, Mingəçevir şəhər Bələdiyyəsinin və Mingəçevir şəhər 8 saylı Ekologiya İdarəsinin cəlb olunması və onun nümayəndəsinin iştirakı mütləqdir. Və əvvəlki instansiyalarda həmin inzibati təşkilatların işə cəlb edilməsinə dair vəsatətlər verilmişdir. Lakin vəsatətləri təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin X1 30 yanvar 2019-cu il tarixli 2-1(107)115/2019 nömrəli qərarı aşağıda göstərilən maddi hüquq normalarının pozulması halı ilə qəbul edilmişdir: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında əri zə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır və qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və ba şqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarın ləğv edilməsi və işin baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul ed ilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2-1(107)-115/2019 nömrəli qərarının ləğv edilməsi və işin baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəy ə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 30 yanvar 2019-cu il tarixli, 2-1(107)-115/2019 saylı qərarla, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən “Torpaq islahatı haqqında” Qanunun 10, 21-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 4.1, 8.0.5, 13.11, 15.1-ci maddələrinə, “İnzi bati icraat haqqında” Qanunun 19, 46.3-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1, 8.1, 38.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk öncə xatırladır ki, İnzibati Prosessual Məcəllənin “Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri” adlanan 91-ci maddəsində deyilir ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qənaətinə görə, bir sıra maddi hüquq normalarının düz gün tətbiq edilməməsi yazılsa da, hər hansı bir prosessual hüquq normalarının pozulması faktı ümumiyyətlə göstərilməmişdir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində bir neçə dövlət orqanlarının adını çəkərək onların inzibati məhkəmə icraatına mütləq qaydada cəlb edilməsini bildirsə, lakin apelyasiya instansiyası məhkəməsinin bunu etməməsini yazsa da, İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinə istinad etməməklə yanaşı, mübahisə edilən hüquq münasibətində üçüncü şəxslərin iştirakının xarakterinin inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxslər barəsində vahid qərarın qəbul olunmasının şərtləndirdiyi halları tam və ətraflı əsaslandırmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kasasiya şikayətində, yuxarıda artıq göstər ildiyi kimi, onun qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən bir sıra maddi hüquq normalarının pozulmasını yazsa da, həmin maddi hüquq normalarının, cavabdehin qənaətinə görə mübahisənin konkret hansı halına düzgün tətbiq edilməməsini qeyd etməmiş, başqa sözlə, adıçəkilən dəlillər ümumi, formal və deklarativ xarakter daşıyır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0,04 ha torpaq sahəsi həyətyanı məqsədi ilə İddiaçı ümumi mülkiyyətinə verilmişdir. İşin bu halı ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq “ Torpaq islahatı haqqında” Qanuna və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna istinad etmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 10-cu maddəsinin 5-ci hissəsinə görə, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə “mülkiyyət hüququna dair şəhadətnamə” sözləri “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış” sözləri ilə, “mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən” sözləri “daşınmaz əmlakın dövlət reyestrini aparan” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yaz ılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. O cümlədən, qanunverici həmin torpaq sahələrinin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onla rın qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Habelə torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Qanunverici müəyyən etmişdir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin şəhadətnamə elektron bazada qeyd edilib-edilməməsindən asılı olmayaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam ə” əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən 23.07.2004-cü ildə qeydiyyata alınmış, lakin hazırda elektron baza məlumatlarında aşkar edilməmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdehin etirazının dəlilləri, yəni şəhadətnamələrin verilməsinə dair qaytanlanmış qeydiyyat kitabında həmin şəhadətnamə barədə hər hansı bir qeydiyyat aparılmaması ilə bağlı bildirilir ki, qeyd olunan məsələ texniki məsələ olub, iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən həll edilməlidir. Habelə cavabdeh torpaq sahəsinin ümumi istifadədə olması barədə sübut təqdim edə bilməmişdir. Beləliklə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qe ydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin qeydiyyat vəsiqəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsindən imtina etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədl ərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yəni, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdehin imtinası üçün əsas olan hallar isə həmin Qanunun 15-ci maddəsin də nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(107)-115/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar