Məhkəmə qərarları › İş №2-1(102)-1475/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1475/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1475/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edi lməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9904 nömrəli qərarın ləğvi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(106)-184/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(112)-10045/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyətı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Şi rvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-2213/2022 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9904 nömrəli qərarı ləğv edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(106)-184/2023 nömrəli qərardadı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, M. Həsənov və O.İsmayılov) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, məhkəmənin yekun aktının cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində xx.xx.2023-cü il tarixində yerləşdirildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə daxil edildiyindən, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlayaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin cavabdeh tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

7. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsi hazırkı iddia tələbi üzrə Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsini deyil, yalnız 135.1-ci maddəsini tətbiq etməli idi.

9. Belə ki, qanunverici məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısını dəqiq müəyyən etmişdir. Həmin sənədl ərin dairəsi Mülki Prosessual Məcəllənin 134-cü maddəsində müəyyən edilmişdir. Qeyd edilən siyahıda iddia ərizəsi, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətləri, məhkəmə bildirişi və s. sənədlər nəzərdə tutulmuşdur.

10. Həmçinin Mülki Prosessual Məcəllənin 135-ci maddəsi məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsinə dair normaları tənzimləyir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə əsasən həmin Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tər əfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 134-cü maddəsində müəyyən edilmiş sənədlər məhkəmələr tərəfindən ya sifarişli poçt göndərişi (məktubu) ilə ya da “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılır.

11. Şirvan Apellyasiya Məhkəməsinin mövqeyinə görə “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğu üçün Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi əsas götürülmüş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı cavabdehin elektron kabinetində yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab olunmuşdur. Belə olan təqdirdə Şirvan İnzibati Məhkəməsi tərəfindən digər məhkəmə sənədləri də tərəflərə elektron kabinet vasitəsilə təqdim edilm əli, habelə tərəflərdən müvafiq sənədlər bu üsulla tələb olunmalı idi. Halbuki cavabdeh tərəfindən iddia ərizəsinə dair hazırlanmış etiraz elektron kabinet vasitəsi ilə deyil, əlbəəl məhkəmə iclasında təqdim edilmiş, eləcə də iddia ərizəsi və məhkəmə bildirişləri də poçt vasitəsi ilə cavabdehə göndərilmişdir.

12. Belə olan təqdirdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarının poçt vasitəsi ilə göndərilməsinin istisna olunması, qərarın yalnız elektron kabinet vasitəsi ilə təqdim edilməli olduğu qənaətinə gəlməsi və qanunvericiliklə müəyyən edilmiş müddətin axımının elektron kabinet vasitəsi ilə təqdim edilmə anından hesablanması anlaşılan deyil.

13. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu m əhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

14. Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən həmin Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

15. Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrində n də aydın olduğu kimi məhkəmə müvafiq hallarda yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş yazılı sübutları qəbul etməli və öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(106)-184/2023 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (b undan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya in stansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Mülki Prosessual Məcəllə (MPM) Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada v erilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların "Elektron məhkəmə” informasiya sistemində yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 104 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə 2.1.5. elektron kabinet - istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. 13.1.İnformasiya sistemindən istifadə "Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir. 13.2.İstifadəçilər "Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə (məlumatlarla) tanış ola, X1 ("ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

23. Belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsi tələb edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılsın.

24. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 20.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1 və 135.6-cı maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şirvan İnzibati Məhkəməsində xx.xx.2019-cu il tarixindən “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğundan (Şirvan Apellyasiya Məhkəməsində də tətbiq olunur), eyni zamanda cavabdehin həmin informasiya sistemində “elektron kabinet”i mövcud olduğundan və yekun məhkəmə aktı elektron imza ilə imzalanmaqla həmin elektron kabinetə yerləşdirildiyindən həmin qərardan şikayət verilməsi müddəti qərarın elektron kabinetə yerləşdiyi gündən hesablanmalıdır.

26. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlanaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 9-1.1-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron m əhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini mümkün saymayarkən bu normaya deyil, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə istinad etmişdir. Cavabdeh dövlət orqanı olmaqla elektron kabineti mövcud olmuş və birinci instansiya məhkəməsi də haqlı olaraq qəbul etdiyi qərarı cavabdehin elektron kabinetində yerləşdirmişdir. Qanunverici məhkəmə qərarının elektron kabineti olan tərəfin elektron kabinetində yerləşdirilməsini digər tərəfin (hazırkı halda iddiaçının) seçimi və arzusu ilə şərtləndirməmişdir. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları məhkəmə sənədi hesab edilir, birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı 26 dekabr 2022-ci il tarixli qərarı məhkəmə sənədidi r və həmin Məcəllənin 135.6-cı maddəsinə müvafiq olaraq məhkəmə sənədi (26 dekabr 2022ci il tarixli qərar) cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə məhkəmə sənədinin elektron kabinetdə yerləşdirilməsi onun poçt göndərişi ilə çatdırılmasını istisna edir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya siste mində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində imzalanaraq məhkəməyə göndərildiyindən cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 30 günlük prosessual müddəti ötürmüşdür və kasasiya şikayətinin dəlilləri əsaslı deyildir.

29. Odur ki, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(106)-184/2023 nömrəli qərardadı dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar