Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1475/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mədud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Qazax rayon X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının etibarsızlığının tanınmasına dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Qazax rayon X3rşı (üçüncü şəxs-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-788/2*24 nömrəli, 12.12.2*23-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qazax rayonu X5 19.11.2**3-cü il tarixli 17 nömrəli qərarı ilə 7* hektar torpaq sahəsi "X8 Birliyi"nin uzunmüddətli istifadəsinə verilmiş, X9 ilə "X8 Birliyi" arasında torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 24.*5.2*22-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayon X5 19.11.2**3-cü il tarixli, 17 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdi m edərək, cavabdehin 19.11.2**3-cü il tarixli, 17 nömrəli qərarının qanunsuz inzibati akt sayılması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin 21.11.2*22-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.
4. İddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi məhkəmənin 13.*6.2*23-cü il tarixli qərardadı ilə “Qazax rayon X5 19.11.2**3-cü il tarixli, 17 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daş Salahlı” gil yatağında dağ-mədən işləri 1972-ci ildən aparılır. 197*-198*-ci iilər aralığında aparılmış geoloji kəşflər nəticəsində aşkar edilmiş gil ehtiyatları X6 Komitəsinin Mineral Ehtiyatlar Fonduna daxil olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1978-ci il tarixli, 441 nömrəli (217.*5 ha) və 12.*9.1986-cı il tarixli 289 nömrəli (138 ha) qərarları ilə kolxoz və sovxozlann ərazisindən ümumilikdə 355.*5 ha torpaq sahəsi SSRİ Qara Metallurgiya Nazirliyinin Azərbaycan Dağ-X2 tərkibində olmuş X12 İdarəsinə ayrılmışdır. Bununla bağlı “Torpaqdan istifadə hüququna aid” müvafiq dövlət aktları verilmişdir.
6. SSRİ Qara Metallurgiya Nazirliyinin *1.*8.1991-ci il tarixli 3 saylı əmri ilə X12 İdarəsi Azərbaycan Dağ-X2 tərkibindən çıxarılaraq “Metallurgiya" Dövlət Şirkətinin tabeliyində müstəqil hüquqi status əldə etmişdir.
7. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 28.*1.2**2-ci il tarixli, 31 saylı Sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X12 İdarəsinin bazasında onun hüquqi varisi olan “X13” ASC yaradılmışdır. 8. 2*.*5.2**5-ci il tarixli dövlət qeydiyyatına əsasən, "X13" ASC “X11” ASC-yə çevrilmişdir. Beləliklə, “X11” ASC X12 İdarəsinin hüquqi varisidir və onun adına rəsmiləşdirilən 355.*5 ha sənaye təyinatlı dövlət torpaqlarından istifadə hüququ “X11” ASC-yə məxsusdur. Həmin torpaq sahələrindən istifadə hüququna dair müvafıq dövlət aktlarına əsasən, DƏDRX-dən *2.*8.2**6-cı il tarixli çıxarışlar alınmışdır (yüklülüyün növü daimi müddətsiz istifadə, mülkiyyətçi dövlət).
9. Daha sonra, həmin torpaqlardan 318.54 ha sahəsinin üzərində 5* il müddətinə istifadə hüququ Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2**3-cü ii 23 oktyabr tarixli, 971 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin niz amnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”na uyğun olaraq "xxxx" MMC-nin nizamnamə kapitalına (fonduna) verilmişdir. Buna dair DƏDRX-dən 14.*4.2*1*-cu il tarixli çıxarışlar alınmışdır (yüklülüyün növü müddətli (5* il) istifadə, mülkiyyətçi dövlət).
10. İddiaçı hazırda hasilat apardığı bentonit gil yataqların ehtiyatları dövlət balansında olmaqla, sonuncu istismara verilmiş mədən (karxana) 1992-ci ildən istifadəyə verilir. Bu fakt hər il müvafiq forma üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilən hesabatlarda öz əksini tapıb. Həmin nazirlik tərəfindən mütəmadi olaraq faydalı qazıntı yataqlarının işlənilməsi, faydalı qazıntı karxanalarının rekultivasiyası müddətlərinə və keyfiyyətlərinə monitorinq nəzarəti həyata keçirilir. 11. “X11” ASC 1992-ci ildən 2**6-cı ilədə k, İddiaçı MMC isə 2**7-ci ildən qeyd olunan torpaq sahəsinə faktiki sahiblik etmiş və yerin təkindən qanunvericiliyə uyğun istifadə etmişdir. Ötən 3* ilə yaxın müddət ərzində nə dövlət orqanı, nə də X14 bələdiyyəsi buna öz etirazını bildirməmişdir. 12. 2*18-ci ildə "xxxx" MMC İddiaçı MMC-yə qarşı özbaşına torpaq sahəsində inşa edilmiş konstruksiyalar və tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərinin əsası Qazax rayon X5 19.11.2**3-cü il tarixli, 17 saylı qərarı təşkil etmişdir (Qazax rayon X14 Bələdiyyəsinin 19.11.2**3-cü il tarixli, 17 saylı qərarına əsasən, bələdiyyənin ümumi istifadəsində olan daşlı örüş sahəsindən 7* ha torpaq sahəsinin "xxxx" X1*”-nə (hazırki hüquqi varisi – "xxxx" MMC-yə) bentonit gil istehsalı məqsədilə uzun müddətli istifadəyə verilməsi və icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsınin 2*.11.2*2*ci il tarixli, 2-2(1*4)- 95/2*2* nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, İddiaçı MMC Qazax rayon X14 Bələdiyyəsinin 19.11.2**3-cü il tarixli, 17 saylı qərarı ilə ayrılmış 7* ha torpaq sahəsinin 3* ha hissəsindən çıxarılması və iddia tələbinin digər hissələrdə rədd edilməsi qət edilmişdir.
13. İddiaçı tərəfindən aparılmış araşdırmalar zamanı aşkar edilmişdir ki, Qazax rayon X9 19.11.2**3-cü il tarixli, 17 saylı qərarı qəbul edərkən və icarə müqaviləsini bağlayarkən aşağıdakı pozuntulara yol vermişdir.
14. İlk öncə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə m üəyyən edilmişdir ki, qeyd edilən torpaq mülkiyyəti bələdiyyə mülkiyyətində olan torpaq olsa da, həmin torpaq sahəsi müvafiq olaraq dövlət balansında saxlanılmış və bələdiyyəyə təhvil verilməmişdir. Belə olan halda, bələdiyyənin ona təhvil vermədiyi torpaq sahəsini müvafiq sərəncam hüququ olmadan satması qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulması ilə nəticələnmişdir.
15. Hazırkı iddia tələbi bundan öncə məhkəməyə təqdim edilən iddia tələbindən həmin iddianın əsasına görə əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, daha öncəki iddiaların hüquqi əsasını həmin torpaq sahəsinin Qazax rayon X5 mülkiyyətində olmaması təşkil etsə də, hazırkı iddianın təməlində başqa faktor dayanır.
16. Belə ki, mübahisə olunan torpaq sahəsi «Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddət ləri haqqında» Əsasnamənin tələblərinə zidd olan qaydada bələdiyyənin istifadəsinə verilmişdir. Belə ki, torpaq sahəsinin bələdiyyənin istifadəsi üçün ayrılması qəbul edilsə də, əsasnamənin 9-cu maddəsinin tələblərinə əsasən, torpaq sahəsinə mülkiyyət hüququ təhvil-təslim aktının qəbul edildiyi andan etibarən yaranır. Lakin Qazax Rayon X14 bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsi hər hansı təhviltəslim aktı tərtib edilmədən qəbul edildiyindən həmin torpaq sahəsinə mülkiyyət hüququ meydana gəlmir. Halbuki, qanunvericiliyin tələblərinə görə dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının adından bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərin, binaların və tikililərin qeyri-yaşayış sahələrinin qurğuların və avadanlıqların habelə ümumi istifad ə obyektlərinin siyahısı bələdiyyə ərazisi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təqdimat əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməli, bələdiyyə mülkiyyətinə daşınmaz əmlakın verilməsi Azərbaycan Respublikasında dövlət əmlakının registrində müvafiq qeydiyyatlarla aparılmalı və bu barədə müvafiq orqanlara məlumat verilməlidir. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin müvafiq bələdiyyənin mülkiyyətində olması təsdiq edilsə də, lakin Qazax rayon X14 bələdiyyəsi 19.11.2**3-cü il tarixdə qərar qəbul edərkən onun sərəncam vermək hüququ olmamışdır. Digər tərəfdən, Qazax rayon X14 bələdiyyəsı cavabdehə torpaq sahəsi ayrılması barədə qərar qəbul edərkən, Azərbaycan Respublikasının 15.*3.2**2-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə əməl etməmişdir. Cavabdehin və üçüncü şəxsin etirazı:
17. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.
18. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddianın əsasını təşkil edən xüsusatlarla bağlı məhkəmənin nəzərinə çatdırılması ən zəruri hal ondan ibarətdir ki, iddiaçının yuxarıda əsaslandığı faklar tamamilə əsassızdır və təhrif olunmuşdur. Belə ki, "X8 Birliyi" MMC 22.11.2**5-ci il tarixdə deyil, 3*.*1.2*22-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ədliyyə Nazirliyi Hüquqi X4 üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışına əsasən, (çıxarışın surəti etiraza əlavə olunur) Cəmiyyət 3*.*1.2**2-ci il tarixdə *9*2-A1-*6 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi HŞDQ üzrə Göyçay Bölgə Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Təkcə bu hal iddianın əsassız olduğunu, iddianın əsasını təşkil edən sübutların da etibarsız olmasını sübut edir.
19. Bundan başqa, eyni tərəflər arasında eyni məsələ ilə bağlı əvvəllər məhkəmə mübahisəsi mövcud olmuş və bununla bağlı qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmçinin "xxxx" MMC-nin mübahisəli torpaq sahəsinə olan hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.1*.2*2*-ci il tarixli, 21(1*2)-1621/2*2* saylı qərarı və AR Ali Məhkəməsi Kommersiya Kollegiyasının *1.*6.2*21ci il tarixli, 2-2(1*2)-236/2*21 saylı Qərarı ilə tanınmışdır.
20. Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun "məhkəmə qətaməsi haqqında" 24.11.2**5-ci il tarixli, 4№-li Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarıda qeyd olunan sabitləşdirilmiş hüquqi mövqelərdən və qanuni qüvvəyə minmiş məhkəmə qərar və qərardadlarından çıxış edərək hesab edirik ki, “AzRosPromİnvest" MMC tərəfindən verilmiş iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi n əticə:
21. Gəncə İnzibati Məhkəməsinin 14.*9.2*23-cü il tarixli 2-1(114)-2375/2*23 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
22. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2*16-2*17-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluq çuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və *1.*9.2***-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*11ci il 3* iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”
23. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, *1.*1.2*11-ci il tarixədək qəbul edilmi ş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti *1.*1.2*11-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
24. Hazırkı iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsi məqsədəmüvafiq olduğundan baxılan iş üzrə Qazax rayon X5 19.11.2**3-cü il tarixli, 17 nömrəli qərarının məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir.
25. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəm əsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.12.2*23-cü il tarixli 21(1*4)-788/2*23 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 14.*9.2*23-cü il tarixli, 2-1(114)-2375/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 29. “Bələdiyyələrin statusu haqqınd a” Qanunun 48.4-cü maddəsinin tələbi pozulmuşdur. Qeyd edilən maddi hüquq normasından görünür ki, bələdiyyə qərarlarının məhkəmə qaydasında etibarsızlığına dair norma nəzərdə tutulmuş və bu hüquqi vasitənin həyata keçirilməsi isə yalnız İPM-in 36.2-ci maddəsində nəzərdə tutulan müəyyən etmə haqqında iddia vasitəsi ilə həyata keçirilməsi mexanizmi müəyyən edilmişdir. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi həmin maddəni düzgün tədbiq etməyərək birtərəfli və əsassız qərar qəbul edərək, ümumiyyətlə iddiada mahiyyəti üzrə baxıb inzibati icraat haqqında Qanunun 65-ci maddəsində nəzərdə tutulan etibarsız sayılması əsaslarının olub-olmamasına qiymət verməmişdir.
30. İnzibati Prosesual Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Hansı ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 24.*5.2*22-ci il tarixdə məhkəməyə müraciət edərək, Qazax rayon X5 19.11.2**3-cü il tarixli, 17 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 26.*5.2*22-ci il tarixli qərardadı ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs kimi icraatda iştirakına xitam verilmiş, həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə "xxxx" MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qazax rayon X5 19.11.2**3-cü il tarixli, 17 nömrəli qərarının qanunsuz inzibati akt sayılması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə nin 21.11.2*22-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Yəni iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 36-cı maddəsi əsas götürməklə hazırkı iddia qaldırılmışdır.
31. Həmçinin iddia ərizəsinin özündən və iddianın dəqiqləşməsi barədə ərizənin məzmunundan görünür ki, mövcud bələdiyyə qərarının qanunsuz sayılması onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq mülkiyyəti bələdiyyə mülkiyyətində olan torpaq olsa da, həmin torpaq sahəsi müvafiq olaraq dövlət balansında saxlanılmış və bələdiyyəyə təhvil verilməmişdir. Belə olan halda bələdiyyənin ona təhvil vermədiyi torpaq sahəsini müvafiq sərəncam hüququ olmadan satması qanunvericilyin yuxarıda göstərilən tələblərinin pozulması ilə nəticələnmişdir. Belə olan halda, məhkəmənin hazırkı iddianı mübahisələndirmə haqqınd a iddia kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, məhkəmə tərəfindən tədbiq edilən *1.*1.2*11-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti *1.*1.2*11-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Mövqeyi hazırkı işə münasibətdə tədbiq edilə bilməz.
32. Qeyd edilən müddəa mübahisələndirmə haqqında iddia növünə aid olmaqla İPMin 38-ci maddəsində nəzərdə tutulan müddəti nəzərdə tutur. Lakin hazırkı iddia isə müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olmaqla özlüyündə hər hansı bir müddətlə məhdudlaşdırılması qanunda nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmənin hazırkı iddianını mübahisələndirmə haqqında iddia kimi öz təşəbüsü ilə qəbul edib idd ia müddətinin tədbiq etməsi özlüyündə iddiaçının qaldırdığı və özünün seçdiyi hüquq müdafiə vasitəsi ilə qaldırdığı iddiadan istifadə imkanını aradan qaldırmışdır.
33. İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəq ilşəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.
34. İPM-in 13-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə həmin iddia üzrə mübahisələndirilən inzibati aktın məhz iddiaçının irəli sürdüyü tələblər çərçivəsində yoxlamalı olduğu halda, o yalnız “İnzibati İcraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri həddində yoxlayaraq bununla kifayətlənmişdir. Bu isə irəli sürülmüş iddianın ədalətli araşdırılması prinsipinə zidd olmuşdur. Halbuki, İPM-in 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.*9.2*14-cü il tarixli qərarına əsasən, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında,aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında,eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
35. Mübahisələndirilən birinci və apellyasiya instansiya məhkəməsinin qərarından da göründüyü kimi, məhkəmə iddianı ona görə təmin etməmişdir ki, iddia növü düzgün seçilməmiş, əslində müəyyən etmə haqqında iddia olsa da mahiyyət etibarı ilə bu mübahisləndirilən iddiadır. Ancaq özü nöqsanların aradan qaldırılması üçün iddiaçı tərəfi istiqamətləndirməmişdir. Məhkəmə obyektivliyin və şəffavlığın qorunması üçün iddiaçı tərəfə aydın və dolğun tövsiyyə etməli və İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya düzgün hüquqi müdafiə vasitəsinin seçilməsində yardım etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı bütün ərizə və şikayətlərini onunla əsaslandırılmışdır ki, “X11” ASC 1992-ci ildən 2**6-cı ilədək, İddiaçı MMC isə 2**7-ci ildən mübahisəli torpaq sahəsinə faktiki sahiblik etmiş və yerin təkindən istifadə etmişdi r. Gəncə Apellyasiya Məhkəməsinin 2*.11.2*2*-ci il tarixli tarixli, 2-2(1*4)-95/2*2* saylı qətnaməsinə əsasən, İddiaçı MMC-nin Qazax rayon X14 Bələdiyyəsinin 19.11.2**3-cü il tarixli, 17 saylı qərarı ilə ayrılmış 7* ha torpaq sahəsinin 3* ha hissəsindən çıxarılması qət edilmişdir. İddiaçı qeyd edir ki, Qazax rayon X14 bələdiyyəsi 19.11.2**3-cü il tarixdə qərar qəbul edərkən və icarə müqaviləsi bağlayarkən "xxxx" X1* mövcud olmamışdır. Belə ki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X4 üzrə Sumqayıt Bölgə şöbəsinin 19.*6.2**6-cı il tarixli *2/*6-273 saylı məktubundan müəyyən olunur ki, "xxxx" EİB MMC 22.11.2**5-ci il tarixdə *2*5-A8-9*8 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Qazax rayon X9 19.11.2**3-cü ildə inzibati akt qəbul edərkən “X8 Birliyi” MMC mövcud olmadığından inzi bati aktın kimə ünvanlanması məlum olmamış və nəticədə etibarı ilə aydın olmayan inzibati akt qəbul etmişdir. Bu səbəbdən bələdiyyənin qərarı etibarsız hesab edilməlidir.
37. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, “X8 Birliyi” MMC 22.11.2**5-ci il tarixdə deyil, 3*.*1.2*22-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ədliyyə Nazirliyi Hüquqi X4 üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışına əsasən, (çıxarışın surəti etiraza əlavə olunur) Cəmiyyət 3*.*1.2**2ci il tarixdə *9*2-A1-*6 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi HŞDQ üzrə Göyçay Bölgə Şöbəsində dövlət qeydiyyatına alınmışdır.
38. Bundan başqa "xxxx" MMC-nin mübahisəli torpaq sahəsinə olan hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiya sının 14.1*.2*2*-ci il tarixli, 21(1*2)-1621/2*2* saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının *1.*6.2*21-ci il tarixli, 2-2(1*2)- 236/2*21 saylı Qərarı ilə tanınmışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “məhkəmə qətnaməsi haqqında” 24.11.2**5-ci il tarixli, 4№-li Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Mü lki Prosessual Məcəllə (1* iyun 2*11-ci il tarixə qədər qüvvədə olan redaksiyada): Maddə
296. Ərizənin verilməsi Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir....
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 11*.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
45. İddiaçının şikayətinin dəlillərinə görə iddia tələbi müəyyən etmə və tanınma b arədə iddia növündə olduğundan İPM-in iddia müddəti ilə bağlı müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz.
46. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının hazırkı məzmunda iddiası tanınma haqqında iddia növünə aiddir. Həmin iddia növü isə 1 yanvar 2*11-ci il tarixdən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmişdir. Həmin Məcəllədə bu növ iddianın verilməsi üçün müddət nəzərdə tutulmamışdır.
47. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 2***-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*11-ci il 3* iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əl aqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəslin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi.
48. İddiaçının onun istifadəsinə verildiyini iddia etdiyi torpaq sahəsi ilə bağlı tələb hüququ olmuş və hazırda iddia olunan 19.11.2**3-cü il tarixli qərar onun tərəfindən əvvəlki qanuna əsasən mübahisələndirilməmiş, həmin akta qarşı iddia qaldırmaq imkanı əvvəlki qanunun müddəalarına əsasən aradan qalxmışdır.
49. Beləliklə, 2*11-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə mürac iət etmə imkanı 2*11-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2***-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).
51. İddiaçının hazırkı məzmunda iddia tələbinin əsasının əvvəlki iddia tələblərindən fərqləndiyinə dair dəlili də vəziyyəti onun xeyrinə dəyişmir. Çünki hazırkı qərarda iddianın əsaslarından və ya əsaslılığından deyil, onlardan öncə yoxlanılmalı olan mümkünlük şərtlərindən söhbət gedir.
52. Apellyasiya instansiyası məhkəməsinin qərardadı nəticə etibarı ilə düzgün olduğundan, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
53. İcraat üzrə prosessual xərclər İPM-in 11*.1-ci maddəsinə əsasən həll edilir.
54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şika yəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.12.2*23-cü il tarixli, 21(1*4)-788/2*24 saylı qərardadı dəyişdirilmədən saxlanılır. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Qərar qətidir.