Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1475/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: test imtahan balına əlavə edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 21(107)- 105/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Ucar rayon M.H.Tehmirov adına Boyat kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir.
2. İddiaçı 2023/2024-cü tədris ili üzrə keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edərək 50 bal (44 ixtisas, 06 metodika), müsahibə mərhələsində isə 32 bal toplamışdır.
3. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək müəllimlərin sertifikasiya imtahanın test mərhələsində test suallarından birində cavab variantlarında səhvlik olduğundan imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə edilməsini xahiş etmişdir.
4. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, sualın cavab variantlarının birində texniki səhv olduğu üçün test tapşırığının doğru cavabının olmadığı aşkarlanmışdır. Bu səbəbdən həmin sual üzrə nəticələr yenidən hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 2017-ci ildən Ucar rayon Boyat kənd tam orta məktəbində ibtidai sinif müəllimi ixtisası üzrə işə başlamışdır. xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində iştirak edərək 50 bal toplamışdır. Lakin imtahan prosesində təqdim olunmuş test sualının cavab variantlarının içərisində doğru cavab variantı olmadığından həmin sualın üzərində daha çox düşünməyə məcbur oldu ki, bu da imtahanda hər sual üçün nəzərdə tutulmuş düşünmə vaxtından dəfələrlə artıq vaxtının itməsinə səbəb olmuşdur. Vaxtının çox hissəsinin bu test sualının doğru cavabının tapılmasına sərf o lunduğunu görüb təqribi bir cavab variantı işarələnmişdir. Bununla bağlı apellyasiyaya müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, “texniki səhv olduğu üçün test tapşırığının doğru cavabının olmadığı aşkarlanmışdır. Bu sual üzrə nəticələr yenidən hesablanmışdır. Lakin iddiaçının topladığı 50 balın üzərinə bal əlavə edilməmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1421/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apel lyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-105/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X1 /məruzəçi/, X6 və X4 ) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1421/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində “Abbəkirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edilərək qeyd edilmişdir ki, cavabdeh səhv suala görə iddiaçının balını artırmamaqla ədalətsizlik etmiş, iddiaçının sosial iqtisadi hüquqları pozulmuşdur.
14. Daha sonra qeyd edilmişdir ki, iddiaçı məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə prosesi ilə bağlı lazımi qaydada xəbərdar edilməmişdir. Belə ki, iddiaçı ən son xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə prosesi ilə bağlı bildiriş almış və ondan sonra məhkəmə prosesinin keçirilməsi ilə bağlı hər hansı bildiriş almamışdır. Məhkəmə Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 92.0.4-cü maddəsinin tələblərini pozaraq qərar qəbul etmişdir və yekunda səhv nəticəyə gələrək iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı vaxtında və lazımı qaydada məhkəmə prosesi barədə məlumatlandırılsaydı hüquqlarının məhkəmə iclasında daha effektiv müdafiə edə bilərdi. İddiaçını vaxtında xəbərdar etməməklə məhkəmə eyni zamanda İnzibati Prosessual Məcəllənin 11-ci maddəsini də pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisəl ərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
2. Sertifikatlaşdırmanın təşkili 2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
3. Sertifikatlaşdırmanın keçirilməsi 3.1. Sertifikatlaşdır ma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.... 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.... 3.22. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Bununla belə məhkəmə kollegiyası iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə ətraflı münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
23. İddiaçı apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də səhv sualın düzgün cavabının tapılması məqsədi ilə uzun müddət vaxt sərf etdiyini bildirir və hesab edir ki, həmin suala görə ona əlavə bal hesablanmalıdır.
24. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq bildirir ki, Cavabdeh 22 yanvar 2025-ci il tarixli məktubunda xx.xx.2023-cü tarixində keçirilmiş müəllimlərin sertifikatlaşdırılması imtahanında səhv sual olaraq qəbul edilən 25-ci tapşırıq üzrə nəticələr bütün namizədlərdə yenidən hesablandığı qeyd edilmişdir. İddiaçı nəticəsinin dəyişməsinə səbəb 25-ci tapşırıq üzrə cavabın əvvəldən doğru olaraq hesab edilməsi olmuşdur.
25. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı səhv suala görə bal artımı iddiasını hüquqi baxımdan əsaslandırıla bilməmişdir. Belə ki, həmin sualın yanlışlığı bütün imtahan verənlərə münasibətdə hüquqi nəticə yaratmaqla hər bir təhsilverənin xeyrinə “doğru” nəticə kimi hesablanmışdır. Yəni bütünlüklə imtahan iştirakçılarına münasibətdə mənfi nəticə yaratmamışdır. Belə olan halda iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmir.
26. Kassasiya şikayətində mübahisələndirilən digər məqam iddiaçının xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə prosesi barədə lazımi qaydada xəbərdar edilməməsi ilə bağlıdır. Kassotor bildirir ki, iddiaçı ən son xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə prosesi ilə bağlı bildiriş almış və ondan sonra məhkəmə prosesinin ke çirilməsi ilə bağlı hər hansı bildiriş almamışdır. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi onun iştirakı olmadan işə baxaraq ədalətsiz qərar qəbul etmişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş bu arqumentin də hüquqi əsasının olmaması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə keçirilmiş məhkəmə iclasında iddiaçı şəxsən iştirak etmiş, şikayətin dəlilləri ilə əlaqədar izahat vermişdir. İşin baxılmasının xx.xx.2025-ci il tarixə təxirə salınması barədə iddiaçı prosesin sonunda məlumatlandırılmış, bu hal məhkəmə iclas protokolunda da öz əksini tapmışdır. Eyni zamanda iddiaçı məhkəmə prosesinin xx.xx.2025-ci il tarixə təxirə salınması barədə məlumatlandırılması ilə əlaqədar müvafiq qəbzi i mzalamışdır (iş vər 70).
28. Beləliklə, göründüyü kimi iddiaçı məhkəmə prosesi barəsində əvvəlcədən tam məlumatlı olsa da, qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə etməyərək inzibati məhkəmə prosesində iştirak etməmiş, eyni zamanda bu barədə işə baxan məhkəmə tərkibini əvvəlcədən məlumatlandırmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məlumat vermədən işə baxılması ilə bağlı kassasiya şikayətində əks edilmiş arqumentin heç bir hüquqi əsası yoxdur.
29. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
30. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 21(107)- 105/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.