Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1476/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1476/19 Bakı şəhəri 15 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştiraki ilə, tərəflərin iştirakı olmadan, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-77/2019 saylı qə rarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona işsizlik müavinətinin verilməsinə dair inzibati aktın qəbul edilməsi və 2018-ci ilin yanvar ayından verilməli olan işsizlik müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 22 avqust 2009-cu il tarixdə hü quqşünaslıq ixtisası üzrə ali təhsil almaq üçün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, daha sonra isə daxili işlər orqanlarına xidmətə qəbul olmuşdur. İddiaçı 8 il 3 ay 28 gün xidmət müddəti hesablanmaqla 21 dekabr 2017-ci il tarixdə öz arzusu ilə xidmətdən xaric olunmuşdur. 26 dekabr 2017-ci il tarixdə iddiaçı iş axtaran şəxs kimi cavabdehə müraciət etmiş və həmin tarixdə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya “xxxx” MMC və “xxxx” MMC-də müvafiq olaraq “ekspeditor” və “menecer” işləri təklif olunmuş, lakin iddiaçı həmin peşələrin onun ixtisasına və əvvəlki peşəsinə uyğun olmamasına istinad etməklə və qanunvericiliyin bununla bağlı göstərişlərinə əsaslanmaqla həmin iş təkliflərini qəbul etməmişdir. Sonradan, iddiaçı ona qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisa s və peşəsinə münasib iş təklif olunmadığından işsizlik statusunun verilməsi və işsizlik müavinətinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 13 iyun 2017-ci il tarixli, 2980 saylı Sərəncamının və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 5 avqust 2017-ci il tarixli, 1569 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yan var 2002-ci il tarixli, 12 saylı və “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2002-ci il tarixli, 76 saylı qərarları ləğv edilmişdir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanların malik olduqlarını müəyyən etmişdir. İddiaçı isə, öz xahişi ilə işdən azad olunduğu üçün qanunvericiliyin tələblərinə əsasən ona, işsizlik statusunun verilməsi və sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. Ş əki İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1425/2018 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı 26 dekabr 2017-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmış, qanunvericilikdə isə işaxtarana münasib işin təklif olunmadığı təqdirdə, 11 gün ərzində həmin şəxsə işsiz statusunun verilməsi və müaviətin ödənilməsi müəyyən edilmişdir. Lakin həmin müddət ərzində müavinətləin verilməsi şərtləri və qaydalarına dair qanunvericilikdə gəyişikliklər edilmiş və yeni tələblərə görə iddiaçıya işsiz statusu verilmədiyindən və iddiaçı işdən öz arzusu ilə azad edildiyindən, artıq 01 yanvar 2018-ci il tarixdə qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri baxımından onun işsizli k müavinəti almaq hüququ yaranmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2-1(107)-77/2019 saylı qərarı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təklif olunmuş “menecer” və “ekspeditor” peşələri onun ixtisasına münasib olmuş, habelə həmin işlərin iddiaçının yaşayış yerinə yaxınlıqda yerləşməsi də iddiaçının mənafelərinə uyğun olmuşdur ki, iddiaçının həmin işlərdən imtina etməsi nəticəsində işsiz stat usunun verilməsi mümkün olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi 29 avqust 2018-ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4, 5.1, 5.2, 5.3, 5.4, 5.5, Azərbaycan Respublikası Konstitusiyasının 35, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11, 12, 19, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, a pellyasiya məhkəməsi cavabdeh tərəfindən ona təklif olunan “menecer” və “ekspeditor” peşələrinin iddiaçının Daxili İşlər Nazirliyində xidmət keçdiyi peşəyə və onun hüquqşünas ixtisasına uyğun olmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Digər əsas kimi bildirilmişdir ki, “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 12 saylı qərarının qüvvədən düşməsi səbəbindən iddiaçıya işsizlik statusunun verilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə iddiaçının apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 96- cı maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 22 avqust 2009-cu il tarixdə daxili işlər orqanlarına xidmətə qəbul edilmiş, 21 dekabr 2017-ci il tarixdə öz arzusu ilə xidmətdən xaric edilmiş, 26 dekabr 2017-ci il tarixdə Cavabdehnə iş axtaran kimi qeydiyyata götürülməsi il ə bağlı müraciət etmiş, 34183 nömrəli işaxtaran vətəndaşların fərdi qeydiyyat vərəqəsinə əsasən 26 dekabr 2017-ci il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Ona “xxxx” MMC-də ekspeditor və “xxxx” MMC-də menecer işləri təklif edilmiş, iddiaçı 10 yanvar 2018-c il tarixdə təklif olunan işlərin ona münasib olmadığı əsası ilə imtina etmişdir. İddiaçıya 10 yanvar 2018-ci il tarixdə təklif edilən “xxxx” MMC-də ekspeditor və “xxxx” MMC-də menecer işləri üzrə əmək haqqı müvafiq olaraq 350 və 400 manat olmuşdur. İddiaçı ona işsizlik müavinətinin verilməsi ilə bağlı müxtəlif vaxtlarda cavabdeh və üçüncü şəxsə müraciət etmiş, üçüncü şəxs 15 fevral 2018-ci il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq iddiaçıya iş təklif edilməsi, iddiaçı tərəfindən bundan imtina edildiyi üçün iddiaçıy a bununla bağlı qanunvericiliyin tələblərinin izah edilməsi qeyd edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə koll egiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təklif olunan peşələr qanunvericiliklə “münasib iş yeri” ilə əhatə edilən tələblərə cavab verdiyindən, iddiaçıya işsizlik statusunun verilməsi və işsizlik müavinətinin ödənilməsi ilə bağlı cavabdehin imtinası əsaslı olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, ona təklif olunmuş peşələr onun Daxili İşlər Nazirliyində xidmət keçdiyi peşəyə və onun hüquqşünas ixtisasına uyğun olmamışdır və bu hissədə məhkəmənin nəticəsi düzgün hesab edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarından göründüyü kimi, iddiaçı 26 dekabr 2017-ci il tarixdə iş axtar an kimi qeydiyyata alınmışdır. İşin bu halına uyğun olaraq zamana görə qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.1-ci maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər; - 4.3-ci maddəsinə əsasən, işaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, müvafiq icra hakimiyyəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir; - 4.4-ci maddəsinə əsasən, işsizlərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən tə sdiq edilir; - 4.5-ci maddəsinə əsasən, işsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır: 4.5.3. qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz). Maddələrin tələbləri belə anlaşılır ki, işaxtaran kimi qeydiyyata alınan şəxsə 10 gün müddətində iki münasib iş təklif olunmalı, həmin işlərdən şəxs imtina etdiyi təqdirdə, o, işsiz statusu almaq hüququ olmayan kimi hesab edilməlidir. Əgər işaxtarana münasib iş təklif olunmamışdırsa, 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul olunmalıdır. İtinad edilən Qanunun 5-ci maddəsində “Münasib iş” anla yışı açıqlanmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təklif olunmuş peşələrin onun ixtisasına uyğun olub-olmamasına qiymət verilməsi üçün məhkəmənin qiymətləndirmə sərbəstliyinə malik olması özü-özlüyündə sual altında olmaqla, habelə apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə işin hallarına uyğun olmamışdır. Belə ki, cavabdehin iddiaçıya işsiz statusunun verilməsində imtinanın hüquqi əsasları fərqli olmuş və həmin əsaslara münasibətdə birinci instnasiya məhkəməsi müvafiq qiymətləndirmə aparmışdır. Həmin qiymətləndirməyə münasibətdə iddiaçı tərəfindən apellyasiya şikayətində dəlillər göstərilmişdir. Qeyd edilmiş halda apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə isə iddiaçı üçün “gözlənilməz” əsas üzrə olduğundan, həmin əsasın onun tərəfindən apellyasiya icraatı çərçivəsində mübahisələndirilməsi və əks arqumentlərin bildiirlməsi iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması kimi qəbul edilməlidir. Məhkəmə kollegiaysı iddiaçının digər dəlili ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 87.8-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 96.7-ci maddəsinin tələblərini nəzərə almaqla aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişidilmədən saxlanılmalıdır. Həmin maddəyə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhk əmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. İddiaçının bildirdiyi hüquqi istinadlara görə, “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 12 saylı qərarının qüvvədən düşməsi onun işsizlik statusunun və işsizlik müavinətinin verilməməsi üçün hüquqi əsas kimi hesab edilməməlidir. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. Yuxarıda istinad edilmiş Qanunun 4.3-cü maddəsinin tələblərindən göründüyü kimi, işsiz statusu haqqında qərar şəxsin müvafiq sənədlərin təqdim edildiyi andan 11 gün ərzində qəbul edilməlidir. Həmin Qanunun 25.1-ci maddəsində işsizlik statu su müəyyən edilmiş gündən şəxsə işsizlik müavinətinin hesablanması nəzərdə tutulmuşdur. Bu maddələrdə müəyyən edilmiş halların icrası mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “İşsizlik müavinətinin hesablanması və ödənilməsiQaydaları” və 04 may 2002-ci il tarixli, 76 saylı qərarı ilə təsdiq edilmiş “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” qərarlarla tənzimlənmişdir. Bununla isə müəyyən edilir ki, iddiaçı 26 dekabr 2017-ci il tarixində iş axtaran kimi qeydiyyata alındıqdan sonra ona 11 gün ərzində münasib iş təklif olunmadığı halda, işsiz statusu verilməli və işsizlik müavinəti təyin edilməli idi ki, bu müddət artıq 01 yanvar 2018ci il tarixindən sonrakı dövrə təsadüf etmişdir. 29 iyun 2018-ci il t arixinə qədər qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsində müəyyən edilmişdir ki, iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə əlaqədar tədbirlər dövlət büdcəsinin vəsaitləri və məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2017-ci il tarixli, 608 saylı «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” qərarı ilə yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetin in 22 yanvar 2002-ci il tarixli, 12 saylı və 04 may 2002-ci il tarixli, 76 saylı qərarları ləğv edilmiş və onun 01 yanvar 2018-ci il tarixindən qüvvəyə minməsi müəyyən edilmişdir. 01 yanvar 2018-ci il tarixindən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir; - 1.2-ci maddəsinə əsasən, bu Qanun dövlət orqanının və ya hüquqi şə xsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir; - 21-ci maddəsinə əsasən, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:21.0.1. bu Qanunla müəyyən olunmuş qaydada ödənilən sığorta haqları;21.0.2. bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;21.0.3. «Qrant haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;21.0.4. bank kreditləri;21.0.5. qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr; - 25-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi günədək «Məşğul luq haqqında» Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir. Maddələrin sadalanması onunla bağlıdır ki, 01 yanvar 2018-ci il tarixinə qədər yuxarıda verilmiş qaydada işsiz statusu alımış şəxslərə ödənilən vəsait məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirildiyi halda, həmin tarixdən sonra isə bu vəsaitlərin işsizlikdən sığorta vəsaitləri hesabına formalaşması və ödənilməsi, habelə yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə münasibətdə tətbiq olunması müəyyən edilmişdir. Keçid müddəalar isə artıq təyin edilmiş işsizlik müavinətin ödənilməsi ilə bağlı qəbul edilmişdir. Lakin qanunvericilikdə işsiz statusunun verilməsi və müavinətin ödənilməsi üzrə tənzimlənmə qaydası yalnız “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarla əlaqədar qəbul edilmişdir, halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilmiş qərarları ləğv olunduğu halda, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əvvəlki qayda 29 iyun 2018-ci il tarixinə qədər qüvvədə qalmışdır. Yalnız 29 iyun 2018-ci il tarixindən sonra qəbul edilmiş yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində müəyyən olunmuşdur ki, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə əlaqədar tədbirlər «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərd ə tutulmuş mənbələrdən maliyyələşdirilir. Habelə sonuncu qanunla işaxtaran və işsiz şəxslərin qeydiyyatına dair yeni qaydalar müəyyən edilmişdir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya işsiz statusunun verilməsi məsələsinə baxılması qanunvericlikdə baş vermiş dəyişikliklərlə əlaqədar mümkün olmamış və bu halda inzibati orqan mövcud olmuş qanunvericiliyin tələbləri çərçivəsində hərəkət etməli olduğundan, həmin qanunvercilikdə müəyyən edilməmiş qaydalar üzrə hərəkətlərin edilməsində və yaxud qərarların qəbul edilməsində sərbəstliyə malik olmamışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il ta rixli, 2-1(107)-77/2019 saylı qərarı dəyişdirilmədən saxlanılasın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1476/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1476/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver