Məhkəmə qərarları › İş №2-1(102)-1476/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1476/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1476/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Calud kəndində yerləşən JN 0010 kod 40501018 nömrəli torpağa mülkiyyət hüququna X1nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.m torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(107)-20/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 67 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə 3,29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və JN-0010 KOD 40501018 nömrəli torpağa mülkiyyət hüququna X1 tə rtib olunaraq 10 sentyabr 1999-cu il tarixdə kitabında 3751 nömrə ilə qeydiyyata alınmışdır.

2. Dövlət Aktının 3-6-cı vərəqlərində olan torpaq sahəsinin planından (cizgisindən) və 7-ci vərəqində olan torpaq sahəsinin qaiməsindən (sertifikatından) görünür ki, 3,29 ha torpaq sahəsi 4 hissədə verilmişdir. 3-cü səhifədə olan torpaq sahəsinin planında 21513,02 kv.m, 4-cü səhifəsində olan torpaq sahəsinin planında 9888,97 kv.m, 5-ci səhifəsində olan torpaq sahəsinin planında 122.98 kv.m, 6-cı səhifəsində olan torpaq sahəsinin planında 1413.44 kv.m torpaq sahəsinin olduğu qeyd edilir.

3. JN-0010 KOD 40501018 nömrəli torpağa mülkiyyət hüququna X1nda qeyd edilən 3,29 ha əkin torpaq sahəsinin bir hissəsinin Oğuz-Qəbələ- Bakı su kəmərinin tikintisi altına düşməsi səbəbindən həmin Dövlət Aktı ondan ge ri alınmış, daha sonra ona qeyd edilən Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 21513,02 kv.m torpağa 3797 kv.m və 17682 kv.m olmaqla iki hissəyə ayrı-ayrılıqda müvafiq olaraq 257079A nömrəli və 257080A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri, həmçinin 1412 kv.m və 122 kv.m torpaq sahələrinə müvafiq olaraq 257077A nömrəli və 257078A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır.

4. Dövlət Aktının 4-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 9888.97 kv.m torpaq sahəsinə heç bir sənəd hazırlanmadığından, iddiaçı həmin torpaq sahələrinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, 3,29 ha torpaq sahəsi Oğuz-Qəbələ -Bakı su kəmərinin tikintisi altına düşməsi səbəbindən JN 0010 torpağa mülkiyyət hüququna X1 ləğv edilmiş, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,29 ha torpaq sahəsinin əvəzinə 0,98 hektar az olmaqla 4 hissədən ibarət ləğv edilmiş DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən 1412 kv.m, 0,0122 kv.m, 0,3797 kv.m, 0,7682 kv.m olmaqla, ümumilikdə 23013 kv.m torpaq sahələrinə AN-257077, AN-257078, AN-257079, AN257080 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədləri hazırlanmışdır. Dövlət Aktında göstərilən torpaq sahəsinin 9888,97 kv.m hissəsinə isə müvafiq sənəd verilməmişdir. Bu səbəbdən müraciətin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli torpağa mülkiyyət hüququna X1nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.m torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini hazırki qərarın 1-4-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.

7. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 23 iyun 2023-cü il tarixli 21(116)-1942/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunduğu kimi, hazırkı iddia tələbi i lə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı təqdim etdiyi JN-0010 kod 40501018 nömrəli torpağa mülkiyyət hüququna X1nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.m torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddia ərizəsində iddiaçı özü də bildirir ki, Oğuz-QəbələBakı su kəmərinin tikintisi altına düşmə səbəbini bildirərək həmin Dövlət Aktı ondan geri alınmışdır. Bundan sonra ona qeyd edilən Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 21513,02 kv.m torpağa 3797 kv.m və 17682 kv.m olmaqla iki hissəyə ayrı-ayrılıqda müvafiq olaraq 257079A nömrəli və 257080A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Həmçinin, cavabdeh orqan da qeyd edilən əs asla JN 0010 torpağa mülkiyyət hüququna X1 geri alınmasını və ləğv edilməsini bildirir. İddiaçı JN 0010 torpağa mülkiyyət hüququna X1nın əslini təqdim edə bilmir. Təqdim edilmiş, Oğuz rayon İcra Hakimiyyəti Başçısının Yaqublu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş surətə münasibətdə isə müəyyən edilir ki, sonuncu tərəfindən sənədin əslinə vizual baxış keçirilmədən əsli ilə düz olması müəyyən olunmuşdur. Odur ki, həmin sənəd iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. Həmçinin iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıya hər hansı hüquqmüəyyənedici və texniki sənədin tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia olunan torpaq sahəsinə dair hər hansı hüqu qmüəyyənedici sənədə təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

10. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. İşin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş Oğuz rayon Calut bələdiyyəsinin 20 may 2009-cu il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, Oğuz-Qəbələ-Bakı Su Kəmərinin çəkilişi ilə əlaqədar Calut kəndi ərazisində su kəmərinin mühafizə zolağına, su quyularının və su yığıcı boruların altına düşən 36,63 hektar ərazidə olan 51 ailənin torpaq payının əvəzinə həmin ailələrə bölgü ardıcıllığı nəzərə alınmaqla 27,63 hektar bələdiyyənin ehtiyat fondun dan dəyəri ödənilmədən mülkiyyətçilərə torpaq sahəsi ayrılması, pay torpaqlarının əvəzləşdirilməsinə dair mülkiyyətçilərə lazımi sənədlərin verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsindən xahiş edilməsi və həmin qərarın icrasına nəzarətin bələdiyyənin Aqrar Məsələlər daimi komissiyasına tapşırılması qərara alınmışdır.

12. Oğuz Rayon İcra Hakimiyyəti başçısının 03 iyul 2009-cu il tarixli 94 nömrəli sərəncamından çıxarışdan görünür ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və su yığıcı boruların mühafizə zolaqlarına düşən xüsusi mülkiyyətdə olan torpaqların əvəzləşdirilməsi üçün bələdiyyənin mülkiyyətindən torpaq sahəsinin ayrılması barədə Calud bələdiyyəsinin 20 may 2009-cu il tarixli, 06 saylı iclas protokolunun nəzərə alınması qərara alınmışdır.

13. Oğu z-Qəbələ-Bakı su kəməri altına düşmüş torpaqları bələdiyyənin əkinə yararlı ehtiyat fond torpaqları ilə əvəzlənməsi üçün Calut kəndində keçirilən püşkatmanın ardıcıllığı cədvəlindən görünür ki, həmin cədvəlin 4-cü sırasında püşk nömrəsi 4 olan iddiaçıya 0,38 ha torpaq sahəsi düşdüyü qeyd edilmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cabbarova) 11 yanvar 2024-cü il tarixli, 2- 1(107)-20/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və idd ianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim olunmuş Aqrar İslahat Komissiyasının qərarını, JN-0010 saylı Dövlət Aktını qeydiyyat üçün əsas kimi qəbul etməmiş, səbəbini isə onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsinə “hüquq müəyyənedici sənəd” hazırlanmamışdır. Eyni zamanda, cavabdehin imtinasında və etirazında iddiaçıya islahat zamanı JN-0010 saylı Dövlət Aktına əsasən 3,29 ha torpaq verildiyi, həmin torpağın Oğuz-Qəbələ-Bakı su kəmərinin altına düşməsi səbəbindən Dövlət Aktının geri alındığı və ləğv edildiyi barədə qeyd etdiklərinə məhkəmə hüquqi qiymət verməmişdir. Əvvəla həmin Dövlət Aktını n hansı orqan tərəfindən, hansı tarixdə və hansı qərarla ləğv edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Ərazi İdarəsinin Arxivində iddiaçıya məxsus Dövlət Aktının mövcud olmadığını qeyd edir. Məhkəmə bu zaman həmin Dövlət Aktının hansı orqan tərəfindən geri alındığını və hansı ünvanda saxlanılması məsələsinə də aydınlıq gətirməmişdir. İslahat zamanı iddiaçının mülkiyyətinə verilmiş 3,29 hektar torpaq sahəsinə Dövlət Aktı hazırlanmışdır. Lakin, iddiaçının hal hazırda da istifadəsində olan 3,29 ha torpaq sahəsinin 2009-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilən zaman 0,38 ha hissəsi su altına düşmüş həmin torpağa da 257079A saylı Plan-ölçü sənədi hazırlanmışdır. Məhkəmə dövlət tərəfindən iddiaçıya verilmiş Dövlət Aktını görməzdən gələrək, guya həmin Dövlət Aktın ın ləğv olunduğu barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçıya onun əldə edə bilmədiyi sübutların alınmasında yardım etməmişdir. Həm birinci instansiya məhkəməsində həm də apellyasiya instansiyası məhkəməsində dəfələrlə iddiaçının adına olan torpaq sahəsi barədə bütün sənədlərin və məlumatların alınması barədə vəsatətlər verilmişdir. Lakin məhkəmə ətraflı araşdırma aparmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Əldə olunmuş və iddiaçı tərəfindən təqdim edilmiş sənəd və sübutların isə böyük əksəriyyəti nəzərə alınmamış və həmin sübutlar araşdırılmamış və qiymətləndirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qan unu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfin dən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına a lınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina ba rədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər....

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat q aydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. İşin hallarından göründüyü kimi, Oğuz rayonu, Calud kəndində torpaq islahatı zamanı iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 3,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, daha sonra həmin torpaq sahəsinin Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinti altına düşməsi səbəbindən iddiaçının adına hazırlanmış torpağa mülkiyyət hüququna X1 geri alınmış, həmin torpaq sahəsinin əvəzinə 1,0 hektar az olmaqla 4 hissədən ibarət torpaq sahələri verilərək ləğv edilmiş DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmışdır. Ərazi İdarəsinin arxivində iddiaçı və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi verilməsinə dair Oğuz rayon AİK-nın 24 iyul 1998-ci i! tarixli 67 nömrəli qərarına əsasən hazırlanmış Dövlət Aktı mövcud deyil, əvəzində onun adına tərtib edilmiş AN-257077, AN- 257078, AN-257079, AN-257080 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədləri mövcuddur. Həmin sənədlər müvafiq olaraq 1412 kv.m, 122 kv.m, 3797 kv.m və 17682 kv.m olmaqla, cəmi 23013 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi təsdiq edilir.

26. Göründüyü kimi, Dövlət Aktında göstərilən torpaq sahəsinin 9888,97 kv.m h issəsinə sənəd verilməmişdir.

27. Oğuz-Qəbələ-Bakı Su Kəmərinin çəkilişi ilə əlaqədar Calut kəndi ərazisində su kəmərinin mühafizə zolağına, su quyularının və su yığıcı boruların altına düşən 36,63 hektar ərazidə olan 51 ailənin torpaq payının əvəzinə həmin ailələrə bölgü ardıcıllığı nəzərə alınmaqla 27,63 hektar bələdiyyənin ehtiyat fondundan dəyəri ödənilmədən mülkiyyətçilərə torpaq sahəsi ayrılması, pay torpaqlarının əvəzləşdirilməsinə dair mülkiyyətçilərə lazımi sənədlərin verilməsinin DTXK-nin Oğuz rayon şöbəsindən xahiş edilməsi və həmin qərarın icrasına nəzarətin bələdiyyənin Aqrar Məsələlər daimi komissiyasına tapşırılması qərara alınmışdır. Oğuz Rayon İcra Hakimiyyəti başçısının 03 iyul 2009-cu il tarixli 94 nömrəli sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və su yığıcı boruların mühafizə zolaqlarına düşən xüsusi mülkiyyətdə olan torpaqların əvəzləşdirilməsi üçün bələdiyyənin mülkiyyətindən torpaq sahəsinin ayrılması barədə Calud bələdiyyəsinin 20 may 2009-cu il tarixli, 06 saylı iclas protokolunun nəzərə alınması qərara alınmışdır.

28. Oğuz-Qəbələ-Bakı su kəməri altına düşmüş torpaqları bələdiyyənin əkinə yararlı ehtiyat fond torpaqları ilə əvəzlənməsi üçün Calut kəndində keçirilən püşkatmanın ardıcıllığına dair cədvəldən göründüyü kimi, cədvəlin 4-cü sırasında püşk nömrəsi 4 olan iddiaçıya 0,38 ha torpaq sahəsi düşmüşdür.

29. Məhkəmə kollegiyası təkrarlanan kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

30. Belə ki, iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamaqla, məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hazırki qərarın 19cu bəndində istinad olunan qanunvericiliyin tələbl əri baxımından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

31. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(107)-20/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar