Məhkəmə qərarları › İş №2-1(102)-1477/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1477/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1477/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1477/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “1980-1997-ci illərdə Ağsu rayonunun “Özbəkistan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 2-1(107)-107/2019 saylı, xxxx 2019-cu il tarixli qərarından cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1980-1997-ci illərdə Ağsu rayon Ərəbuşağı kənd “Özbəkistan” kolxozunda işləmiş, qeyd olunan illərdə işləməsi Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli 298 nömrəli arxiv arayışı ilə təsdiq olunur. O, əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xxxx 2018-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina edərək iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və iddiaçının iş stajını təsdiq edən əmək kitabçası olmadığından həmin illərin onun sosial sığorta stajına daxil edilmədiyi bildirilmişdir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(84)1627/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının 1980-1997-ci illərdə Ağsu rayonunun “Özbəkistan” kolxozunda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır(hakim Rüfət Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-107/2019 saylı, xxxx 2019-cu il tarixli qərarı ilə (X2 (sədrlik edən və məruzəçi), hakimlər X3, X4), Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh DSMF-in Ağsu rayon şöbəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya işlədiyi dövrlər üçün əmək kitabçası açılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində sığorta stajına daxil olan işlər və fəaliyyət növləri dəqiq müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-cü maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə görə iddiaçıya işəgötürən tərəfindən 5 gün müddətində əmək kitabçası açılmalı idi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Tərəflərin izahatları Cavabdeh DSMF-in Ağsu rayon şöbəsinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının icla sının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyası iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri b arədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edil miş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdeh DSMF-nin Ağsu rayon şöbəsinin vəkili Vəkil Möhübbət oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-107/2019 saylı, xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1980-1997-ci illərdə Ağsu rayon Ərəbuşağı kənd “Özbəkistan” kolxozunda işləmiş, qeyd olunan illərdə işləməsi Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli 298 nömrəli arxiv arayışı ilə təsdiq olunur, o, əmə k pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xxxx 2018-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina edərək iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və iddiaçının iş stajını təsdiq edən əmək kitabçası olmadığından həmin illərin onun sosial sığorta stajına daxil edilmədiyi bildirilmişdir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır, apellyasiya şikayətinin, işə götürən tərəfindən işçiyə əmək kitabçası açmamasına dair dəlilləri əsassızdır, belə ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd olduğundan və 5 gündən artıq işləyən işçilər üçün əsas iş yerində məhz işəgötürən tərəfindən əmək kitabçası açılmalı olduğundan bu ha l işçinin bir mənalı olaraq işləməməsinə dəlalət edən hal kimi xarakterizə edilə bilməz, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir, iş stajını təsdiq edən sənəd əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır, şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslə rin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı n ormasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlə rdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı 1980-1997-ci illərdə Ağsu rayon Ərəbuşağı kənd “Özbəkistan” kolxozunda işləmiş, və bu fakt Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli 298 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır ki, qeyd olunduğu kimi əmək stajını təsdiqedici sənəd kimi Arayışlar da nəzərə alındığından, iddiaçının müvafiq əmək stajını təsdiq edən sənəd olaraq ar ayış mövcud olduğundan cavabdehin imtinası qanunsuz və əsassızdır. Bundan əlavə iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən orta hesabla illik 274 adam günü işləmişdir ki, bu da minimum əmək iştirakı normasını təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə göstərilən arayışların Milli Arxiv idarəsinin arayışlarına aidiyyətinin olmamasına dair cavabdehin dəlillərinə hüquqi qiymət verərək məhkəmə bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlə r və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübut larla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunun 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Beləliklə, məhkəmələr iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 5 gündən artıq işləyən işçilər üçün əsas iş yerində məhz işəgötürən tərəfindən əmək kitabçası açılmalı olduğundan bu hal işçinin bir mənalı olaraq işləməməsinə dəla lət edən hal kimi xarakterizə edilə bilməz, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yerinin, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edildiyini, iş stajını təsdiq edən sənəd əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışların nəzərə alındığını, iddiaçının 1980-1997-ci illərdə Ağsu rayon Ərəbuşağı kənd “Özbəkistan” kolxozunda işləməsi faktının Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli **** nömrəli arxiv arayışı ilə təsdiq olunduğunu vəiddiaçını n “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən orta hesabla illik 274 adam günü işləməklə, kolxozda minimum əmək iştirakı normasını təmin etdiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2-1(107)-107/2019 saylı, xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-107/2019 saylı, xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar