Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1477/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X4 xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. İddiaçı X2 oğludur və onun yeganə vərəsəsidir.
2. İddiaçı cavabdehə müraciət edərək İsmayıllı rayon Əhən bələdiyyəsinin ərazisində yerləşən 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması ilə bağlı müvafiq qeydiyyatın aparılm asını xahiş etmişdir.
3. Cavabdeh 18 mart 2020-ci il tarixli **********62 nömrəli və 18 iyun 2020-ci il tarixli, **********502 nömrəli məktublarla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, torpaq islahatı aparılarkən Qoydan kəndində həyətyanı torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsinə dair İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş sıyahıda X2 adı qeyd edilməmişdir. Eyni zamanda qeyd edilən torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyildir. İsmayıllı rayon Dövlət Arxivinin arayışı 1943-1944-cü illərdə mövcud olmuş tikiliyə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş)) dair qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli arayışına əsasən İsmayıllı rayon Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943-1944-cü illərin Təsərrüfatbaşına kitabında mərhum X1nın ailə başçısı olmaqla həyətyanı torpaq sahəsi – 0,55 ha və yaşayış evinin tikintisi 1934-cü il qeyd edilmişdir. Anasından qalan miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmişdir. X1 xx.xx.1973-cü ildə vəfat etmişdir və qanunvericiliyin tələblərinə əsasən mərhumun yeganə vərəsəsi özüdür. Bu barədə DƏDRX İsmayıllı rayon şöbəsinə İsmayıllı rayon Notariat ofisi xx.xx.2019-cu il tarixli, 1096№-li məktubla məlumat vermişdir. Qeyd edilənlərə əsasən mərhum X1na məxsus əmlaklara- (həyətyanı torpaq sahəsi – 0,55 və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) dair qeydiyyat vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. DƏDRX İsmayıllı rayon şöbəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşları onun iştirakı ilə ərazidə olaraq torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planını işləmişdir. X6, İsmayıllı rayon İcra Hakimiyyətinin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi yerquruluşu planı nı imza etməkdən imtina etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1354/2020 nömrəli qərardadı ilə (hakim:İ.H.Cabbarov) iddia tələbi mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2-1(107)- 81/2021 nömrəli qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 21(116)-1354/2020 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbi mümkün sayılmış, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
8. Şəki İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(116)-44/2022 nömrəli qərardadı ilə İsmayıllı rayon Əhən bələdiyyəsi iş üzrə üçüncü şəxs q ismində zəruri cəlb edilmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “mərhum X1na məxsus əmlaklara (həyətyanı torpaq sahəsi – 0550 ha və yaşayış evinə (tikintisi 1934-cü il qeyd edilmiş) X1na məxsus olması barədə qeydiyyatın aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmənin 05 avqust 2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bil dirmişdir ki, iddiaçı İsmayıllı rayonu Qoydan kəndində yerləşən mərhum anasından miras qalmış 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. İddia edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında İsmayılı rayonu Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin statusu biçənəkdir. Faktiki iddia edilən torpaq sahəsi kəndin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşir. Torpaq sahəsi üzərində hər-hansı bir tikili mövcud deyil. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Torpaq sahəsi bir tərəfdən yol digər tərəflə rdən isə bələdiyyə torpaqları ilə sərhəddir. İddiaçı tərəfindən təqdim edilən yerquruluşu planı vətəndaşın çoxsaylı müraciətlərinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem tərtib edilərkən hər-hansı sənədə istinad edilməyib. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
12. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan İsmayıllı rayon Qodan kəndində yerləşən iddiaçının mərhum anasından miras qaldığı bildirilən 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi haqqında Əhən bələdiyyəsinin şəxsi təsərrüfat kitabında vətəndaş vergi subyekti kimi qeydiyyatda deyil və bu barədə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan sənədlər t əqdim etməmişdir. İddia olunan torpaq sahəsi elektron baza məlumatlarında İsmayıllı rayon Əhən bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmçinin iddiaçı, İƏD-si üzrə qeydiyyatda deyil.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-44/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərarı ilə (hakim: V.Ə.Musayev) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı zəbtində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
15. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasi ya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-44/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində h üquqlarının qeydiyyatı qeyri-mümkündür. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı təsərrüfatbaşına kitabda qeyd edilmiş məlumatlara istinad edərək həmin torpaq sahəsinin mərhum anasına məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, müvafiq sənəd iddia olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir(həmçinin həmin sənədlərlə torpaq sahəsinin yerləşmə yerinin də müəyyən edilməsi mümkün deyil). İddiaçının mərhum anası torpaq islahatı başlananadək vəfat etdiyindən, islahat zamanı müvafiq torpaq sahəsinin iddiaçının mərhum anasına ayrılması mümkün ola da bilməzdi. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində yerli aqrar islahat komissiyasının müvafiq qərarının təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı, zəbtində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqə si və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyrimümkündür. Bundan əlavə iddia olunan torpaq sahəsi - Əhən bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı, uqodiyası biçənək olan torpaq sahəsidir. Müvafiq torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmaması ilə bərabər, qanunvericilik (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2.m) müvafiq kateqoriyadan olan torpaq sahələrinin bələdiyyə mülkiyyətindən xüsusi mülkiyyətə verilməsini birbaşa qadağan etmişdir.
18. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, məhkəmənin qərarı İnzibati Prosessual Məcəllənin 90-96-cı maddəsinin tələblərinə ziddir. İş materiallarından görünür ki, iddiaçı anasının yeganə vərəsəsidir. Bu barədə İsmayıllı notariat ofisi tərəfindən cavabdehə məlumat da verilmişdir. Sonradan iddiaçı anasına məxsus əmlaklara dair qeydiyyat vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının iştirakı ilə ərazidə olan torpaq sahəsinin yerləşdiyi ərazinin yerquruluşu planına işləmişlər. Lakin heç bir səbəb olmadan Qoydan Bələdiyyəsi, İsmayıllı rayon İcra Hakimiyyətinin Əhən İƏD üzrə nümayəndəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi yerquruluşu planına imza etməkdən imtina etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Re spublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan tor paqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə l əğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış...
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... Maddə 89.3 Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
25. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
29. Hazırki işdə iddiaçının hüquqi marağı İsmayıllı rayon Əhən bələdiyyəsinin ərazisində yerləşən 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olduğunu bildirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsus olması ilə bağlı müvafiq qeydiyyatın DƏDR-də qeydə alınmasına nail olmaqdır.
30. İşə baxan birinci və apelyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız hesab edərək qeyd etmişlər ki, iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici sənəd yəni, akt, şəhadətnamə, qeydiyyat vəsiqəsi və ya digər rəsmi sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı təsərrüfatbaşına kitabda qeyd edilmiş məlumatlara istinad edərək həmin torpaq sahəsinin mərhum anasına məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, müvafiq sənəd iddia olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir.
31. Məhkəmə tərki bi apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
32. İş materiallarında olan İsmayıllı rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, İsmayıllı rayonu 138 №-li arxiv fondunda saxlanılan Əhən kənd İƏD-si üzrə RİHB-nın nümayəndəliyinin (XDS-nin) Qoydan kəndi üzrə 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında mərhum X2 ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimidir: Ailə başçısı: X4 1895-ci il təvəllüdlü. Torpaq sahəsi: 0550 qeyd olunub, Evin tikili tarixi: 1934-cü il qeyd olunub.
33. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə görə, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzəri ndə hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində təsbit olunmuşdur.
34. Beləliklə, yuxarıda qeyd edilən arxiv arayışından görünür ki, 1943-1944-cü illərin təsərrüfatbaşına kitabında iddiaçının mərhum X1nın ailə başçısı olmaqla şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər mövcuddur. Lakin işə baxan məhkəmələr bu halı nəzərdən qaçırmış, iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmiş, arxiv arayışından olan 1943-1944-cü illərin təsərrüfatbaşına kitabındakı qeydlərə dair hər hansı münasibət bildirməmişlər.
35. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər kserosurətdir. Məhkəmə tərkibi qeyd edir ki, növbəti apelyasiya baxışında həmin sənədlərin əsli tələb edilməli və həmin sənədlərin mötəbərliyi müəyyənləşdirilməlidir. Belə ki, MPM-in tələbinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (89.3). Yəni, göründüyü kimi, sübut qismində sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti qəbul edilir.
36. Qeyd edilənlərə əsasən, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, i ş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-17/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.