Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1477/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi tarixdən bərpa edilərək məlumatın “Əlillik” altsisteminə daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyin də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018ci il tarixdən bərpa edilərək xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə məlumatın “Əlillik” altsisteminə daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-520/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs ) səbəbindən 1-ci dərəcəli, müddətsiz əlillik təyin olunmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci il tarixdə Əlillik Altsistemində etibarsız hesab edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial komissiyanın qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır.
4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il ta rixli **********5 saylı qərarından görünür ki, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixli, **********2 nömrəli xidməti məruzəyə əsasən dayandırılmışdır. Qərarın 10-cu bəndində göstərilmişdir ki, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2019-xx.xx.2020.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6237/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tə yinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020- ci il tarixli **********5 saylı Qərarı ləğv edilmiş və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək ona Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildi yi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 1-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bir müddət ona təyin edilmiş əlilliyə görə pensiyanı almışdır. Sonradan ona təyin edilmiş pensiya dayandırılmış və o, müayinəyə dəvət edilmişdir. Aparılmış müayinələrdən sonra İddiaçı təyin edilmiş əlillik bərpa edilmişdir. Əlillik bərpa edilən zaman xx.xx.2018-ci ildən yox, xx.xx.2019-cu il tarixdən qeyd edilmişdir. Yenə bir müddət pensiya aldıqdan sonra İddiaçı pensiyası yenidən dayandırılmışdır. Bununla bağlı İddiaçı müraciət edərək dayandırılmış pensiyasının bərpa edilməsini xahiş etmişdir. Agentlik tərəfindən ona təyin edilmiş əlilliyə görə pensiyanın qüvvədə olması bildirilmişdir. Daha sonra İddiaçı DSMF-yə müraciət edərək dayandırılmış pensiyanın ödənişinin bərpa edilməsini xahiş etsə də, DSMF orqanı bundan imtina etmişdir. Daha sonra İddiaçı ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Filialın “əmək pensiyasının dayandırılması” haqqında xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6237/2022 saylı, xx.xx.2022-ci il, tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli. 2-1(102)-556/2023 saylı qərardadı qeyri-mümkün sayılmışdır. Hazırda icra mərhələsində müəyyən olunmuşdur ki, İddiaçı 1006 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiyasının ödənişinə bu ilin may ayından başlanılacaqdır. Halbuki İddiaçı pensiyası dayandırılmamışdan öncə, yəni xx.xx.2018-xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək pensiyası; 2018-ci il aprel üçün 2057.06 manat, may ayı üçün 2057.06 manat, iyun üçün 2057.06 manat, iyul üçün 2447.93 manat, avqust üçün 2447.93 manat, sentyabr ayı üçün 2447.9 3 manat 2019-cu i! üzrə 2861.10 manat. 2020-ci il yanvar ayı üzrə 5483.76 manat, fevral ayı üzrə 5483.76 manat, mart ayı üzrə 2861.10 manat, aprel ayı üzrə 2861.10 manat, may ayı üzrə 2861.10 manat, iyun ayı üzrə 2861.10 manat, iyul ayı üzrə 2861.10 manat. avqust ayı üzrə 2861.10 manat. sentyabr ayı üzrə 2861.10 manat, oktyabr ayı üzrə 0.00 noyabr ayı üzrə 1127.36 manat, dekabr ayı üzrə 563.68 manat pensiya ödənilmişdir. Göründüyü kimi şəxsə yüksək məbləğdə pensiya ödənişləri edilmişdir. İddiaçı DSMF orqanına müraciət edərək ona hansı səbəbdən ona 1006 manat pensiya təyin edildiyinə dair məlumatın verilməsini tələb edən zaman DSMF orqanı ona cavab olaraq əlillik təyinatında əvvəllər xx.xx.2018-ci il tarixi yazıldığı halda indi isə həmin tarix xx.xx.2019-cu il qeyd edildiyini və 2019-cu ild ə qüvvədə olan qaydalara əsasən ona təyin edilmiş pensiya məbləğinin daha az olmalı olduğu cavabı verilmişdir.
8. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının ilk dəfə əlillik vəziyyətinə Bakı Dəmiryol Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və müddətsiz Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs səbəbi ilə birinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra həmin ilin avqust ayında göndərişi rəsmiləşdirən tibb müəssisəsi tərəfindən göndərişin əsassız olması ilə bağlı daxil olan məktub əsasında xx.xx.2018-ci ildə vətəndaşa aid əlillik Əlillik AS-də etibarsız edilmişdir. İddiaçı 1 il 7 ay sonra xx.xx.2019-cu ildə X2 vasitəsilə yeni göndərişlə müraciət etmişdir. Həmin göndərişə göndərişin natamam doldurulması - S əbəb: Diaqnozu təsdiqləyən müayinələr tam aparılmayıb. Xəstəliyin başlanma tarixindən az müddət keçib, ixtisaslaşdırılmış müalicə olunmalı, dinamikası qeyd olunmalıdır məzmununda imtina verilmişdir. Növbəti dəfə X1 xx.xx.2019-cu il tarixli göndərişi əsasında vətəndaşın əlillik vəziyyətinə baxılmış və Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci ildə inzibati orqanın mövqeyi ilə razılaşmış və dayandırmanı həmin vaxtdan indiyə qədər mübahisələndirməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9991/2024 nömrəli qərarı ilə (hakim: B.M.Cəlalov) iddia təmin edilərək İddiaçı Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təy in edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil etməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə (sədrlik edən); N.X.Nəbizadə və K.H.Əkbərov) xx.xx.2025-ci il tarixli, 2-1(103)-520/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)9991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdi r.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası hazırkı iddianı məcburetmə haqqında iddia kimi qəbul etsə də, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsin də vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşə apellyasiya məhkəməsi tərəfindən baxılarkən cavabdeh orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq təyin edilmiş 1-ci dərəcəli əlillik cavabdeh orqan tərəfindən heç bir inzibati araşdırma aparılmadan və bununla bağlı hər hansı inzibati akt qəbul edilmədən əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı da hazırda öhdəliyin icrası haqqında iddia növündə iddia qaldırmaqla həmin hərəkətlərin etibarsız hesab edilməsi və ona müddətsiz olaraq təyin edilmiş 1-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək ona yenidən təyin edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirməyə qədər qüvvədə olması barədə məlumatın əlillik altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, hazırkı işlə faktiki və hüquqi əsasları oxşar olan digər inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)10384/2023 saylı qərarı ilə iddiaçıya 2017-cі ildə təyin edilmiş 3-cü dərəcə əlilliyin xx.xx.2019-cu il tarixdə ləğv edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 3-cü dərəcə əlilliyin 2-ci dərəcəli əlilliyin verilməsi tarixinədək yəni xx.xx.2021-c ilədək bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin mümkünlüyü yoxlanılarkən iddia tələbinə öhdəliyin icrası haqqında iddia növü kimi hüquqi qiymət verilmişdir. Həmin iş üzrə Ali Məhkəmənin qərarı ilə cavabdeh tərəfindən veril miş kassasiya şikayəti mümkün sayılmayaraq birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil edilməsindən ibarətdir.
22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən 1-ci dərəcəli, müddətsiz əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2018-ci il tarixdə Əlillik Altsistemində etibarsız hesab edilmiş, lakin iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyəti yenidən X1 4086003AACAV nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır.
23. Məhkəmə kollegiyası bildirir ki, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanların dan müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarı qəbul edildikdə və maraqlı şəxs yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət et dikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş üzrə imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir.
25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
26. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-520/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.