Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1478/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 1 saylı regional ərazi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çernobıl əlilinə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə X13 Şəxsin 1 saylı regional ərazi filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) “Çernobıl əlilinə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2*22-ci il tarixli, 2-1(1*5)-2**/2*22 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Bununla əlaqədar ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir və *2.*4.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya ödənilən pensi yanın məbləği *1.*1.2*2*-ci il tarixdən 389 manat 87 qəpik təşkil edir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.12.1991-ci il tarixli 577 saylı qərarına uyğun olaraq ona əmək haqqının dörd qatı məbləğində ödənilmiş pulun 25,4-ə vurulmaqla və Çernobıl AES-də olduğu dövrün qiymət indeksi ilə indeksasiya edilməklə *1.*1.2**8-ci il tarixdən əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını, habelə *1.*1.2**8-ci il tarixdən hazıradək yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina belə əsaslandırılmışdır ki, əmək pensiyasının iddiaçının tələb etdiyi qaydada hesablanması qeyri-mümkündür və ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndinə əsasən bu səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 12 iyun 2*2*-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla, Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək *1.*1.2**8-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və *1.*1.2* *8-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə kimi Çernobıl AES-də 3* kilometrlik zona daxilində qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmişdir. 1* dekabr 2***-ci il tarixli arayışdan da göründüyü kimi, bununla bağlı ona əmək haqqı və digər gəlirlər kimi 142* rubl pul ödənilmişdir. O, 13 aprel 1992-ci il tarixə qədər 1 nömrəli Tikinti Quraşdırma idarəsində 6-cı dərəcəli çilingər vəzifəsində işləmiş, 13 aprel 1992-ci il tarixli, 21 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Hal-hazırda həmin idarənin bazasında “Tikinti-Servis” ATSC yaradılmışdır. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qald ırılmasında iştirakı nəticəsində ciddi şüalanmaya məruz qalmış və nəticədə 2-ci qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.12.1991-ci il tarixli, 577 №-li qərarına əsasən, bütün Çernobıl əlilləri kimi ona da həmin vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qatı məbləğində mükafat ödənilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 83-cü maddəsinə əsasən, həmin dörd qat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu zaman ödənilmiş həmin məbləğ şəxsin Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ orta aylıq əmək haqqını təşkil edir. Bununla bağlı, iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh cavab məktubunda qeyd etmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı *2.*4.1992-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir və *1.*1.2*2*-ci il tarixdən aldığı pensiya 389,87 manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Qanunla həmin Qanunun 28-ci maddəsi ləğv edilmişdir. Həmin normanın ləğv edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması mümkün deyildir. Qeyd edilənlərə əsasən, cavabdehin imtinasını qanunsuz hesab edir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2*21-ci il tarixli, 2-1(118)-2*1/2*21 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçıya 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AESdə olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilərək 1 yanvar 2**8-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 1 yanvar 2**8-ci il tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən “İnzibati İcraat haqqında” Qanunun 21, 24, 28, 45-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat 1*. Sumqayıt Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X2 və X9) 21 iyun 2*21-ci il tarixli, 2-1(1*5)-364/2*21 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2*21-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin üzərinə iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 1 avqust 2**8-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 1 iyun 2*2*-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur.
11. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 1 yanvar 2*1*-cu il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi akt olmadığından həmin akt iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. Həmçinin, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 1 iyul 2*17-ci il tarixdən sonra – 1 iyun 2*2*-ci il tarixdə müraciət etmişdir. Buna görə də “«Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Ali Məhkəmənin 8 oktyabr 2*2*-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən ə vvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səyyad Kərimov (sədrlik edən və məruzəçi), Zakir Quliyev və Rahib Nəbizadə) 24 noyabr 2*21-ci il tarixli, 2-1(1*2)-1684/2*21 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2*21-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdi r.
15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin hansı tarixdən ödənilməsi ilə bağlı məsələ həll edilərkən onun pensiyanın yenidən hesablanması ilə əlaqədar 2*2*-ci il tarixdən əvvəl aidiyyəti inzibati orqana, yəni cavabdehə müraciət edibetmədiyi, müraciət etmişdirsə, müraciətin tarixi və cavabdehin müraciətə münasibəti, müraciət etməmişdirsə, bunun səbəbləri məhkəmə tərəfindən araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıya fərqin ödənilməsi tarixinin müəyyən edilməsi bu halların araşdırılmasının nəticələrinə bağlıdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilərkən pensiya təyin edən orqanın məsuliyyət sferasına aid olan məsələlər üzrə qanunvericiliyin tələblərin in pozulub-pozulmaması, belə halların müəyyən olunduğu təqdirdə pensiya təyin edən orqanın təqsirinin olubolmaması da yoxlanılmalıdır. Bu yanaşma onunla bağlıdır ki, pensiya təyin edən orqanın təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiyanın ödənilməməsinin məsuliyyətini həmin orqan daşımalıdır. Belə hallarda keçmiş müddət üçün pensiyanın ödənilməsinə hər hansı məhdudiyyətin qoyulması konstitusion dəyərlər baxımından məqbul sayıla bilməz. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi) 15 aprel 2*22-ci il tarixli, 2-1(1*5)-2**/2*22 nömrəli qərarı ilə, X5 və X1) ilə Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2*21-ci il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin olunmuş, cavabdehin üzərinə iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 1 yanvar 2**8-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 6 may 2*2*-ci il tarix nəzərə alınmaqla 1 may 2*2*-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının iddiaçının əmək pensiyasının yenidən hesablanması tələbinin təmin edilməsi hissəsi ilə razılaşmışdır. Bundan əlavə qeyd edilmişdir ki, pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və pensiya təminatını hazırda yalnız həmin orqan tərəfindən həyata keçirildiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1*.*9.1993-cü il tarixli məktubuna istinadən əmək pensiyasının dörd qat əmək haqqı məbləğində ödənilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olması ilə bağlı dəlilə münasibətdə isə, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 577 saylı qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tutulmamı şdır. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçıya pensiyasının yenidən hesablanması ilə bağlı yaranan fərqin ödənilməsi tarixini *1.*1.2**8-ci il tarixdən müəyyən etməkdə qanunvericiliyin tələblərini pozmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Buna görə də Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 18.*2.2*21-ci il tarixli qərarı müvafiq hissədə dəyişdirilməlidir. İş materiallarında olan, iddiaçının *6.*5.2*2*-ci il tarixli ərizəsinin məzmunu isə məhz pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Buna görə də pensiyasının yenidə n hesablanması ilə bağlı yaranan fərqin ödənilməsi tarixi məhz həmin ərizə nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2*2*-ci il tarixli Qərardadında əsasən bu qərarın 17-ci bəndində istinad olunmuş müvafiq normaya (ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən) uyğun müəyyən edilməlidir. İddiaçıya pensiya 17.*3.1994-cü il tarixdə təyin edilmişdir və pensiya təyin edilməsinə dair həmin qərar hazırda qüvvədə olmaqla hazırkı icraatda mübahisələndirilmir və məhkəmə araşdırmasının predmeti deyildir. Di gər tərəfdən, iddiaçı pensiyaya çıxarkən hərbi qulluqçu olmamışdır və ona pensiya, hüququnun yarandığı dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən deyil, ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq təyin olunmuşdur.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və ya yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə prosessual pozuntular baş vermiş, təqdim edilmiş pensiya işində əmək haqqının məbləği müəyyən edilmədiyi halda cavabdeh orqanın üzərinə yenə də pensiyanın yenidən hesablanması öhdəliyi qoyulm uşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, əmək haqqı məbləği məlum deyil. Məhz bu səbəbdən də 1 yanvar 2**6-cı il tarixdən fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalı az olduğuna görə ümumi iş stajı əmsallaşdırılaraq (x 1.94 man) pensiya hesablanır. Həmçinin, əmək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqına istinad olunmasını istisna etmiş və vətəndaşın ümumi iş stajının hər ili üçün müəyyən pensiya kapitalı əsasında hesablanmasını müəyyən etmişdir. Bundan əlavə, tərəflər arasında qanuni qüvvəyə minmiş eyni tələb üzrə rədd edilmiş məhkəmə qərarı olduğu halda eyni tərəflər arasında eyni mübahisəyə dair fərqli qərar qəbul edilmişdir. 2*. İş üzrə məhkəmələrin gəldiyi qənaət «Əmək pensiyaları ha qqında» Qanunun 27-ci maddəsinin 1 iyul 2*17-ci il tarixədək olan redaksiyasında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydalarının” tənzimlənməsi barədədir. Həmin maddənin tələbləri 1 yanvar 2**6-cı ilədək pensiya təyin edilməmiş şəxslərə münasibətdə onların pensiya hüquqlarının təmin edilməsi üçün zəruri olan əmək stajının, əmək haqqının, sosial sığorta göstəricilərinin Qanunun müddəalarına əsasən şərti çevrilməsi qaydalarını tənzimləmişdir. Lakin göründüyü kimi, iddiaçının əmək haqqı barədə məbləğin dəqiqləşdirilməsinə dair bundan əvvəlki Ali Məhkəmənin qərarındakı göstərişlərə əməl edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə
71. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 6* ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Maddə
72. Orta aylıq əmək haqqı 24 və ya 6* təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 6*-a bölmək yolu ilə müəyyən edilir. 8*-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; Maddə 8*. İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk e dərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 199*-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cüml ədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 199*-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Maddə
81. Bu Qanunun 8*-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir;... İİ qrup əl illərə—yaşa görə minimum pensiyanın 15* faizi məbləğində;... işləməyən İ və İİ qrup əlillərə öhdəsində olan hər bir əmək qabiliyyəti olmayan ailə üzvü üçün (4*—42, 44-cü maddələr)—yaşa görə minimum pensiyanın 2* faizi məbləğində; Maddə
83. Pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Bu Qanunun 8*-ci maddəsində göstərilmiş şəxslərin arzusu ilə onların pensiyası müraciətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş respublika üzrə orta aylıq əmək haqqının bir mislindən hesablana bilər. Maddə
99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aş ağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə—növbəti ayın 1-dən; pensiyanın azaldılmasına səbəb olduqda—bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən.
23. Əmək pensiyaları haqqında” Qanun (2*17-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Maddə 32.1-1. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 24. “Əmək pensiyaları haqqında” Qanun Maddə 32 Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” *8 oktyabr 2*2*-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç i l üçün ödənilməklə” müddəası pensiya hüququ 2*17-ci il *1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin qərarından yalnız cavabdeh kassasiya şikayəti verməklə iddianın təmin edilən hissəsini mübahisələndirmiş, iddiaçı isə məhkəmə qərarı ilə razılaşaraq kassasiya şikayəti verməmiş, bununla da iddianın təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən – iddianın təmin edilən hissəsində yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 3*. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi Çernobıl əlilinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 1-ci Sumqayıt Mexaniki Quraşdırma İdarəsində işləmiş, 315 nömrəli Sumqayıt QVK-nın arayışına əsasən, 11.*8.1986-xx.xx.1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və ona həmin dövr üzrə 4 qat məbləğində əmək haqqı 1**% (2 82.66+292.12+3*9.58+343.8=1228,16 rubl) ödənilmişdir. İddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1991-ci il tarixli, 577 saylı qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 1 iyul 2*17-ci il tarixdən sonra, yəni 1 iyun 2*2*-ci il tarixdə müraciət etdiyi üçün “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2*2*-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Resp ublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası ona münasibətdə tətbiq edilməklə iddia qismən təmin edilsə də, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmış, qərardan kassasiya şikayəti verməmiş, beləliklə də iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Odur ki, qərarın həmin hissəsi hazırkı kassasiya baxışının predmetini təşkil etmir.
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Ali Məhkəmə tərəfindən hazırkı qərarın 15-ci bəndində göstərilən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, hüquqi qərar qəbul edilmişdir.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2*22-ci il tarixli, 2-1(1*5)-2**/2*22 nömrəli qərarı mübahisələndirilən - iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.