Məhkəmə qərarları › İş №2-1(102)-1478/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1478/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1478/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış fayda qismində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-65/2024 nömrəli qərarınd an iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzili xx.xx.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

2. İddiaçının deməsinə görə, 1995-ci ildə o, həmin yaşayış sahəsində qapı açdıraraq, oranı qeyri-yaşayış sahəsinə çevirmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı vergi ödəyicisi olmaqla (VÖEN: **********) xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə 530667,56 manat dövriyyəyə malik olmuş, 13314,9 manat vergi ödəmişdir.

4. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin fasadının yenidən qurulması ilə bağlı rekonstruksiya işləri aparılan zaman iddiaçı həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa davam etmişdir.

5. İddiaçı xx.xx.2014-cü il tarixdə ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir.

6. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2014-cü il tarixli məktubunda iddiaçının müraciətindən imtina edildiyi bildirilmiş və qeyd edilmişdir ki, binanın fasadında razılaşdırılmış layihəyə uyğun olaraq rekonstruksiya işləri aparılır, bu səbəbdən mənzilin yan fa sadında və baş fasadında pəncərənin qapı ilə əvəz olunaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyildir.

7. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin fasadının yenidən qurulması və rekonstruksiyası başa çatdırılmış, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin pəncərə yerindən açılmış qapı hörülərək bağlanılmışdır.

8. İddiaçı cavabdehə yenidən eyni tələblə müraciət etsə də, cavabdehin xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir.

9. İddiaçı cavabdehə qarşı Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(85)-818/2016 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016cı il tarixli, 2-1(105)-330/2016 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-822/2017 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının icrası ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi qanunsuz və əsass ız olduğuna görə təmin olunmamış, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən özbaşına aparılmış yenidənqurma yaşayış sahəsindən təyinatı üzrə istifadə üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı, qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı üçün iddiaçıdan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq 3 ay müddətində həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələb edilmişdir.

13. İddiaçı xx.xx.2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evin xüsusi mülkiyyətində olan 32 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçiri lməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

14. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)147/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş və həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-87/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-1214/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaç ı izahatında bildirmişdir ki, artıq cavabdeh tərəfindən onun tələbi tam təmin edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamına əsasən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı qəbul edilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-139/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-147/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

18. İddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir.

19. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda id diaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, İcra Hakimiyyəti tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək iddiaçının tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)-139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

20. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yerləşdiyi binanın fasadının ümumi təmirinə aid sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İddiaçının cavabdehə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 s aylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışının predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamına əsasən, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.2021-ci il tarixli, 24 nömrəli qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki baxış zamanı qeyd olunan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 2404 nömrəli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək iddiaçının tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(105)-139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı qeyd edir ki, təyinatı mənzil olan yaşayış sahəsindən sahibkarlıq obyekti kimi istifadə etmiş və istifadə etdiyi mağazanın qarşısını guya cavabdehin göstərişi ilə hörmüşlər. Cavabdeh tərəfindən hər hansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və cavabdehin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təyinatı mənzil olan yaşayış sahəsində qanunsuz olaraq küçə istiqamətində mənzilin pəncərələrində, döşəmə və zirzəmi hissələrində qanunsuz və icazəsiz konstruksiya dəyişikliyinə cəhd edilmiş, lakin ona izah olunmuşdur ki, mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçının təbirincə desək, ona məxsus “qeyri-yaşayış obyektinin qapısı hörülən zaman” ona həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni iddiaçıya məxsus mənzil yaşayış sahəsi statusuna malik bir mənzil olmuşdur. İddia ərizəsindən görünür ki, 2014-2015-ci illərdə qapısının hörüldüyü iddia edilən sahə dövlət reyestri məlumatlarına əsasən yaşayış sahəsi olmuş, iddiaçı həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (mağaza) kimi istifadə etmək məqsədi ilə özünün də bildirdiyi kimi (öncəki məhkəmə predmeti olmuş proseslərdə) icra hakimiyyəti orqanından müvafiq icazə almadan 1995-ci ildə qapı açmışdır. Hətta cavabdeh tərəfindən qapı hörülmüş olsaydı belə, bunun nəticəsində iddiaçının mülkiyyətində olan daşınmaz əmlak yaşayış sahəsi kimi təyinatını itirməmiş, iddiaçı özü mənzilin giriş qapısını bağladığından ondan yaşayış sahəsi kimi istifadə edilməsini mümkünsüz hala gətirmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallar da yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. Həmçinin hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. İddiaçı apellyasiya şikayətində cavabdeh inzibati orqan tərəfindən mağazanın qapısının bağlanması nəticəsində 7 il ərzində oradakı əşyaların (ayaqqabıların) sıradan çıxdığını, bağlı vəziyyətdə qaldığından mağazanın ərazisinin yararsız hala düşdüyünü qeyd edərək ona cavabdeh t ərəfindən ziyan vurulduğunu iddia etmişdir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi (öncəki məhkəmə predmeti olmuş proseslərdə) 2014-2015-ci ildə mağazanın qapısı iddiaçının təbirincə desək, “cavabdeh tərəfindən bağlanarkən” içəridə qalan əşyaların götürülməsi üçün ona vaxt verilsə də, iddiaçı yalnız əşyaların bir qismini götürmüş, qalan hissəsini isə saxlamağa yeri olmadığından, həmçinin “hörgünün 2-3 gün ərzində söküləcəyini” düşündüyündən mağazada saxlamışdır. Yaxın müddət ərzində “qapının açılmadığını” görsə belə, iddiaçı mənzilin giriş qapısını açaraq vurulmuş zərərin qarşısını almaq üçün əşyalarını sərbəst götürə və mənzilin illər ərzində istifadə edilmədiyi üçün yararsız vəziyyətə düşməsinin qarşısını ala bilərdi. Lakin, iddiaçı bunu etməmiş, nəticədə özünün davranışı ilə ha zırkı vəziyyətə, mağazadakı əşyaların (ayaqqabıların) sıradan çıxması və təmirinə çəkilmiş xərclərlə bağlı zərərin yaranmasına tam həcmdə şərait yaratmışdır. Mülki Məcəllənin 21.3cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, mübahisəli ünvanda yerləşən yaşayış binasının iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 32 saylı mənzilinə giriş-çıxışa və ya mənzildən adi qaydada təyinatına uyğun istifadə olunmasına cavabdeh tərəfindən hər hansı məhdudiyyət tətbiq edilməmişdir.

21. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd ed ilmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin pəncərəsinin hörülməsinə və həmin mənzilə giriş-çıxışa dair hər hansı məhdudiyyətin qoyulmasına dair cavabdeh tərəfindən heç bir inzibati akt qəbul edilməmiş və cavabdehin işçiləri tərəfindən belə bir iş görülməmişdir. Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yerləşdiyi binanın fasadının hansı şirkət tərəfindən təmirinin həyata keçirilməsi barədə cavabdehdə məlumat, yaxud sənədlər aşkar olunmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin girişinin cavabdeh tə rəfindən hörülməsi nəticəsində dəyən maddi zərərin əvəzi olaraq 70000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 36-cı məhəllə 1/22 saylı evin 1-ci mərtəbəsində yerləşən 32 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 1995-ci ildə iddiaçı həmin yaşayış sahəsində qapı açdıraraq, oranın təmirinə xeyli pul xərcləmiş, onu qeyri-yaşayış sahəsinə çevirmişdir. Bu hərəkəti etməzdən əvvəl iddiaçı cavabdehə şifahi olaraq müraciət edərək qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün şifahi icazə almışdır. Beləcə iddiaçı uzun illər həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsini rəsmiləşdirmək üçün cavabd ehə dəfələrlə müraciət etsə də, bürokratik maneələr səbəbindən bunu həyata keçirə bilməmişdir. 2014-2015-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçiləri “şəhərin yenidən qurulması və abadlaşdırılması’’ adı altında ona hədə-qorxu gələrək, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mağazanın qarşısını hörərək bağlamışlar. Lakin həmin sahənin ətrafındakı digər qeyri-yaşayış sahələri fəaliyyət göstərməyə davam etmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci ildə iş üzrə icraata xitam vermişdir. Belə ki, işə baxılan dövrdə cavabd ehin xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamına əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qeyri-dövlət qurumlarının, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi üzrə komissiyanın xx.xx.2021-ci il tarixli, 24 nömrəli qəbul aktına görə, komissiyanın keçirdiyi texniki baxış zamanı ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı binanın, ümumi sahəsi 41,64 kv.m olan 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin cavabdeh tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 2404 nömrəli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı 2014-cü ildən indiyə qədər obyektindən istifadə edə bilməmişdir. 2014-cü ildə obyektində xeyli sayda ayaqqabı var idi. Cavabdeh iddiaçıya obyektdən istifadə etməyə icazə verməmiş, obyektin qapısını daşla hörmüşlər və onun ayaqqabıları obyektin daxilində qalmışdır. Cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar verdikdən sonra iddiaçı xərc çəkib hörgünü sökmüş və içəri daxil olduqda ayaqqabıların sıradan çıxdığının şahidi olmuşdur. Obyekt 7 il ərzində bağlı vəziyyətdə qaldığından içəri nəmişlik olmuş və orada təmir işlərini aparmağa məcbur olmuşdur. Obyektin bu vəziyyətə düşməsində cavabdehin əməkdaşlarının rolu var. Çünki onlar obyektin qapısını 2014-cü ildə bağlamışlar və həmin vaxtdan obyektə daxil ola bilməmişdir. İddiaçı obyektə dəyən zərəri ümumilikdə 70000 manat qiymətləndirir. Bu məbləğə həm obyektin təmirinə çəkilən xərclər, 2014-cü ildə ora yığdığı və sıradan çıxan ayaqqabıların xərci, həmçinin 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 70000 manat ziyan çəkmişdir. İddiaçı cavabdehə müraciət edərək, ona dəyən zərərin əvəzi olaraq 70000 manat məbləğin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyini bildirmişdir.

24. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının cavabdehə qarşı qaldırılmış Sumqayıt şəhəri, 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerində qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi məhkəmə baxışının predmeti olmuşdur. Məhkəmə prosesi davam edərkən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamına əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.2021-ci il tarixli, 24 nömrəli qəbul aktından da görünür ki, qəbul komissiyasının keçirdiyi texniki baxış zamanı qeyd olunan mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, iddiaçıya yaş ayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 2404 nömrəli bildiriş təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə kollegiyasının yekun qərarı qəbul edilənədək vətəndaşın tələbi tam təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-139/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən hər hansı mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş və İcra Hakimiyyətinin işçiləri tərəfindən belə bir iş icra edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təyinatı mənzil olan yaşayış sahəsində qanunsuz olaraq küçə istiqamətində mənzilin pəncərələrində və mənzilin döşəmə və z irzəmi hissəsində qanunsuz və icazəsiz konstruksiya dəyişikliyi etməyə cəhd edilmiş, lakin ona izah edilmişdir ki, mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıla bilər. İddiaçının guya mənzilə daxil ola bilməməsi də əsassız və həqiqətə uyğun deyildir. Belə ki, mənzilə giriş qapısı binanın ümumi istifadədə olan və bina sakinlərinin də hamısının istifadə etdiyi ümumi girişdən (blok) olduğu halda, iddiaçının hansı səbəbdən mənzilinə daxil olub, iddia etdiyi kimi mənzilində olan “ayaqqabılarını” götürə bilməməsi təəccüb doğurur və bir daha onun tələbinin əsassız və süni olduğunu təsdiq edir.

25. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 14 iyul 2022-ci il tarixli, 2-1(118)-1267/2022 nömrəli qərarı ilə iddia təmin edil məmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində ona məxsus obyektin qapısının 2014-2015-ci illərdə hörüldüyünü qeyd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(105)-139/2021 nömrəli qərardadında cavabdeh tərəfindən iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin xx.xx.2021-ci il tarixdə təqdim edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qapısı hörülən zaman ona həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hər hansı icazə verilməmişdir. Yəni ona məxsus mənzil yaşayış sahəsi statusuna malik bir mənzil olmuşdur. Yalnız xx.xx.2021-ci il tarixində iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında icazə verilmişdir. Belə olan halda, həmin tikintinin aparılması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbini təsdiq edən hər hansı sübutu, yəni mübahisəli tikintinin həqiqətən cavabdeh orqan tərəfindən aparıldığını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, tələb olunan ziyanın məhz cavabdeh inzibati orqan tərəfindən vurulduğunu müəyyən etmək mümkün olmamışdır.

27. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Fuad Məmmədov və Zaur Məmmədov) 09 deka br 2022-ci il tarixli, 2-1(105)-651/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

30. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 11 may 2023-cü il tarixli, 2-1(102)-999/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı kompensasiya tələbinin əldən çıxmış fayd a ilə bağlı hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi 70000 manat kompensasiya məbləğinə obyektin girişinin bağlanması nəticəsində obyektə daxil ola bilməməsinə görə orada qalan və sıradan çıxan ayaqqabıların dəyəri, həmçinin havasızlığa və nəmişliyə görə obyektin yenidən təmirinə çəkdiyi xərclər, eyni zamanda 7 il ərzində işləmədiyinə görə əldən çıxan fayda daxildir. Yəni iddia tələbində mülki hüquq pozuntusu (delikt) ilə bağlı real zərər və hüququ pozulmasaydı, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə r (əldən çıxmış fayda) cəm şəklində göstərilmişdir. İddiaçı öz tələbində real zərərlə əldən çıxmış faydanı bir-birindən ayırmamış, hər iki xüsusata görə ümumi məbləğdə kompensasiya tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının tələbinə ümumi qaydada baxmış, iddiaçıya dəyən real zərəri və əldən çıxmış faydanı ayrı-ayrılıqda araşdırmadan iş üzrə yekun nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının iki aspektdən – real zərər və əldən çıxmış fayda baxımından araşdırılmasını zəruri hesab edir.

33. İşin hallarına görə, iddiaçı mübahisəli mənzildə 1995-ci ildən 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, cavabdeh iddiaçının həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətindən xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli məktubla imtina etmiş, inzibati məhkəmə mübahisəsinin nəticəsi olaraq cavabdehin xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli imtinasının qanunsuz hesab edilməsinə baxmayaraq cavabdeh məhkəmə qərarını icra etməmiş, davam edən digər məhkəmə mübahisəsinin gedişatında xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamla iddiaçının müraciətini təmin etmiş və istismara qəbul aktı imzalamışdır. İddiaçı da hal-hazırda 2014cü ildən etibarən ona dəymiş zərərin (həm real zərərin, həm də əldən çıxmış faydanın) əvəzinin ödənilməsini tələb edir.

34. İddia tələbində qeyd edilən kompensasiya məbləğinə daxil olan, obyektin girişinin bağlanması nəticəsində iddiaçının obyektə daxil ola bilməməsinə görə orada qalan və sıradan çıxan ayaqqabıların dəyər i, həmçinin havasızlığa və nəmişliyi görə obyektin yenidən təmirinə çəkdiyi xərclərlə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 19952014-cü illər ərzində ona məxsus olan yaşayış sahəsindən qeyri-qanuni olaraq qeyriyaşayış sahəsi kimi istifadə etməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı ilk dəfə rəsmi olaraq cavabdehə 2014-cü ildə (obyektin küçəyə açılan qapısı bağlandıqdan sonra) müraciət etmişdir. Yəni iddiaçı da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin rəsmi olaraq yaşayış sahəsi olduğunu bilmiş, həmin binada yerləşən digər yaşayış sahələri kimi giriş qapısının binanın ümumi girişində olmasına baxmayaraq həmin qapını məhz özü bağlamışd ır. Yəni cavabdeh tərəfindən qeyri-rəsmi açılan yeni giriş qapısının bağlanması nəticəsində yaşayış sahəsinin havasız qalaraq yararsız hala düşməsi və içərisindəki malların məhv olması cavabdehin təqsiri ucbatından deyil, iddiaçının özünün davranışının nəticəsində baş vermişdir. Yəni iddiaçı binanın ümumi girişində yaşayış sahəsi üçün nəzərdə tutulan qapını bağlamamış olsaydı, cavabdehin mübahisələndirilən əməli nəticəsində mənzilə daxil ola, oradakı malları çıxarda və həmin binadakı digər yaşayış sahələri kimi mənzili havalandırmaqla nəmişliyin qarşısını ala bilərdi. Ona görə də, məhkəmə kollegiyası iddiaçının kompensasiya tələbinin mənzilə daxil ola bilməməsinə görə mənzilin yararsız hala düşməsi və içərisindəki malların məhv olması hissəsində aşağı instansiya məhkəmələrinin iddianın rəd d edilməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab edir.

35. Bununla belə, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin qərarının kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam və hərtərəfli araşdırılmadığını qeyd edir. İlk öncə qeyd edilməlidir ki, aşağı instansiya məhkəmələri cavabdehin mağazanın qarşısının hörülməsinə dair heç bir inzibati akt qəbul edilməməsi və işçiləri tərəfindən belə bir işin icra edilməməsi dəlilini qəbul etsə də, bu dəlilin əsasını araşdırmamış, cavabdehin hərəkətlərinin birbaşa iddiaçıya qarşı yönəlməsi və ya iddiaçının mənzili yerləşən binanın fasadının ü mumi təmirinin cavabdeh tərəfindən aparılması xüsusatlarını araşdırmamışdır. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçının qeyri-rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yaşayış sahəsinin (obyektin) əsas girişini bağlamaqla iddiaçının mülkiyyət və sahibkarlıq hüquqlarının pozulubpozulmamasını araşdırmamış, cavabdehin qeyd edilən hərəkətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamamışdır. Bundan başqa, iddiaçı və cavabdeh arasında 2016-cı ildən başlayan məhkəmə mübahisələri nəticəsində iddiaçının xeyrinə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının cavabdeh tərəfindən uzun illər ərzində icra edilməməsinə qiymət verilməmiş, cavabdehin xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli imtinasının qanunsuz hesab edilməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alı nmamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cavabdehin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən xx.xx.2015-ci il tarixli imtinası məhkəmə qaydasında qanunsuz hesab edildiyindən, buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının müraciəti yalnız 2021-ci ildə təmin olunduğundan keçən müddət ərzində iddiaçının ona məxsus obyektdə sahibkarlıqla bağlı fəaliyyəti məhdudlaşdırılmışdır.

36. Ona görə də, işin təkrar apellyasiya baxışı zamanı cavabdehin binanın fasadında apardığı təmir və yenidənqurma işləri ilə əlaqədar məhz iddiaçıya məxsus obyektin girişini bağlamaqla müşayiət olunan hərəkətinin qanuni olub-olmaması, həmin obyektin yaşayış sahəsi olmasına baxmayaraq küçəyə açılan qapını bağlamaqda cavabdehin səlahiyyətli olub-olmaması tam və hərtərəfli araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında cavabdehin üzərinə qoyulan öhdəliyin icra edilməməsində iddiaçının hüquqlarının hansı dərəcədə pozulması müəyyən edilməli və bu halın onun sahibkarlıq ilə bağlı fəaliyyətinə mənfi təsiri yoxlanılmalıdır.

37. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulan yardım etmək vəzifəsini düzgün icra etməmişdir. Belə ki, qeyd edilən normaya əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımı ndan əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi kompensasiya məbləğinin konkret olaraq hansı hüquqlarının pozulmasına mütənasib qaydada əsaslandırması, iddiaçıya real zərərin və əldən çıxmış faydanın dəqiqləşdirilməsi ilə bağlı yardım etməmişdir. Belə ki, iş materiallarında iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyəsi və ödədiyi vergilərlə bağlı məlumat olsa da, apellyasiya məhkəməsi iddiaçının məhz hüququnun pozulduğunu iddia etdiyi ana qədər həmin obyektdən əldə etdiyi gəliri araşdırmamış, həmin gəlirə mütənasib qaydada iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım etməyə borclu olduğu halda bunu etməmişdir. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını iddiaçının kompensasiya tələbinin əldən çıxmış faydaya münasibətdə yuxarıda qeyd edilən məzmunda araşdırmalı və qiymət verməli olduğu halda, bu, baş verməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 13, 58.7 və 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

38. İş üzrə təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı izahat verərək maddi ziyanın ödənilməsini, məhz həmin müddətdə gəlirindən məhrum olduğundan, əldən çıxmış fayda olaraq tələb etdiyini bildirmişdir.

39. Sumqayıt Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Lalə Rəhimli və Almaz Süleymanova) 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-65/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının kompensasiya tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, iddiaçıya əldən çıxmış fayda qismində vurulmuş maddi ziyana görə kompensasiya məbləği olaraq 12560 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı vergi ödəyicisi olmaqla, 1995-ci ildən həmin yaşayış sahəsində qapı açdıraraq, oranı qeyri-yaşayış sahəsinə çevirmiş və 2014-cü il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Müvafiq vergi orqanının verdiyi məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə 530667,56 manat dövriyyəyə malik olmuş, 13314,9 manat vergi ödəmişdir. Bundan sonra, 2014-cü ildə mübahisələndirilən mənzilin yerləşdiyi binada yenidənqurma və təmir işləri aparılmış, binanın üzlüyü dəyişdirilmişdir. Bu zaman iddiaçının qapı açdıraraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin həmin qapısı hörülmüş və girişi bağlanmışdır. Cavabdeh mağazanın qapısının bağlanmasına dair heç bir inzibati akt qəbul etmədiyini və işçiləri tərəfindən belə bir işin icra edilmədiyini qeyd etsə də, iş mater iallarına əlavə edilmiş binanın fotoşəkillərindən görünür ki, iddiaçının qeyd etdiyi divar onun obyektinə məxsusi olaraq deyil, binanın ümumi fasadının təmiri nəticəsində çəkilmişdir. Eyni zamanda, bu hal iş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli, 07 nömrəli ərizəsinin məzmununda da ehtiva olunmuşdur. Belə ki, həmin yazılı ərizənin məzmunundan qeyd edilən binanın fasadında yenidən qurma işlərinin aparılması, binanın fasadının yeni örtüklə üzləndiyindən, ərizəçinin özbaşına açdığı qapının örtüyün altında qalması halı qeyd edilmişdir. Bununla bağlı cavabdehə məktub ünvanlanaraq, həmin ziddiyyətli məlumatların aydınlaşdırılması tələb edilsə də, cavabdeh tərəfindən həmin hallar aydınlaşdırılmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsa snamənin tələbinə əsasən müvafiq ərazidə yenidənqurma işlərinin həyata keçirilməsi, həmin işlərin icrasına nəzarət məhz yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir.

41. Həmçinin, cavabdehin binanın fasadının dəyişdirilməsi və yenidənqurma işlərinin icrası nəticəsində iddiaçıya məxsus obyektin girişini bağlamaqla müşayiət edilən hərəkəti qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, hətta iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsində qanunvericiliyin tələbinə riayət etmədən, özbaşına yenidənqurma, rekonstruksiya işləri aparsa belə, yuxarıda istinad edilən mənzil qanunvericiliyin tələbinə əsasən cavabdehin bununla bağlı səlahiyyəti özbaşına aparılmış işlərin qanunvericiliyin tələblərinə uyğun olduqda rəsmiləşdirilməsi və ya mülkiyyətçidən əvvəlki vəziyy ətin bərpa edilməsini tələb etmək, bunun üçün müddət müəyyən etmək, həmin müddət ərzində tələbini yerinə yetirmədiyi halda həmin tələbin icrası ilə bağlı məhkəmədə iddia qaldırmaqdan ibarət olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus obyektin yaşayış sahəsi olmasına baxmayaraq, hətta özbaşına rekonstruksiya işləri aparmaqla, açdığı qapını bağlamaqla bağlı səlahiyyəti olmamışdır.

42. Həmçinin, qeyd edilməlidir ki, mübahisələndirilən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması tələbinə dair iddiaçı və cavabdeh arasında başlayan inzibati məhkəmə mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 21(102)-822/2017 nömrəli qərarı ilə yekunl aşmışdır. Həmin qərara əsasən cavabdehin xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin qərarın icrası həyata keçirilməmişdir. İddiaçı və cavabdeh arasında yenidən başlayan inzibati məhkəmə mübahisəsinin gedişatında cavabdehin xx.xx.2021-ci il tarixli, 97 nömrəli sərəncamı ilə mübahisələndirilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, həmçinin istismara qəbul aktı imzalanmış, xx.xx.2021-ci il tarixli qərardad ilə bu əsasla sonuncu inzibati iş ü zrə icraata xitam verilmişdir.

43. İndiki halda iddiaçı cavabdehin xx.xx.2015-ci il tarixli imtinası qanunsuz hesab edildiyindən, yalnız xx.xx.2021-ci il tarixdə hüquqları bərpa edildiyindən, həmin dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyindən, qazancından (gəlirindən) məhrum olduğundan, əldən çıxmış fayda qismində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb edir, əsas kimi isə həmin obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı gəlir əldə etməsi, əldə etdiyi gəlirlərə görə gəlir vergisi ödəməsi halına istinad etmiş və dəlil kimi buna dair müvafiq vergi orqanının məktubunu təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda iddiaçı mübahisəli mənzildə 1995-ci ildən 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, da ha sonra həmin mənzili məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə imtina olunmuş, həmin imtina isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qanunsuz hesab edilsə də, cavabdeh həmin məhkəmə qərarını icra etməmiş, iddiaçının həmin müraciəti 2021-ci il tarixdə icra edilmişdir.

44. Göründüyü kimi, qeyd edilən hallar özlüyündə cavabdehin hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına səbəb olan hal kimi çıxış etmişdir. Belə ki, məhz keçən müddət ərzində (xx.xx.2015 – xx.xx.2021-ci il) iddiaçının yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirə bilməməsinə və nəticə olaraq isə həmin müddət ə rzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsinə məhz cavabdehin iddiaçının müraciətinə dair xx.xx.2015-ci il tarixli imtinası və həmin imtinanın qanunsuz hesab edilməsinə dair uzun müddət davam edən məhkəmə mübahisələrinin mövcud olması, yekun olaraq isə həmin imtinanın qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilsə də (qanuni qüvvəsini alsa da), cavabdeh tərəfindən həmin qərarın uzun müddət icra edilməməsi halı səbəb olmuşdur.

45. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətinə dair cavabdehin xx.xx.2015-ci il tarixli imtinası qanunsuz hesab edilsə də, iddiaçının müraciətinin uzun müddət keçdikdən sonra (2021-ci il tarixdə) təmin ed ilməsinin cavabdehin təqsiri olmadan (və ya hər hansı üzrlü səbəbdən) baş verməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının qeyd edilən müddət ərzində mülkiyyət hüququ əsasında ona məxsus olan mənzili qeyri-yaşayış sahəsinə keçirməklə, sahibkarlıq fəaliyyətini davam etdirməklə, gəlir əldə edə biləcəyi halda, həmin qazancdan (gəlirdən) məhrum olmuş, bu məhrumiyyət məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ortaya çıxmışdır. Başqa sözlə, iddiaçıya əldən çıxmış fayda qismində maddi ziyan vurulması, həmin ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması, habelə vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə bu halı təkzib edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə mülki və inzibati qanunvericiliyin tələbinə əsasən cavabdeh vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıyır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yuxarıda istinad edilən halları tam araşdırmamış, bununla da iddia tələbinin əsaslı olduğu hissədə düzgün nəticəyə gəlməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya əldən çıxmış fayda qismində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd edilən hallara istinad edərək, əldən çıxmış fayda qismində ona 70000 manat məbləğində maddi ziyan vurulduğunu qeyd etmişdir. Bu hala dair sübut qismində isə yalnız vergi orqanın müvafiq məktubunda əks olunmuş dövriyyə və gəlir vergisi məlumatlarına istinad etmişdir. Qeyd edilən hallarla bağlı məhkəmə araşdırması zamanı müvafiq vergi orqanına sorğu ünvanlanaraq, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu (hüquqlarının məhdudlaşdırıldığı dövrdən öncəki vaxtda) dövrlərlə bağlı vergi orqanına özünün təqdim etdiyi vergi ödəyicisi bəyannamələri tələb olunmaqla, tədqiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əldə etdiyi gəlirlərin məbləği sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məhdudlaşdırılmadan (qapı bağlanılmazdan) öncə məşğul olduğu dövrlərdən son üç il ərzində əldə etdiyi gəlirlər əsas götürülməklə orta gəlir məbləği müəyyən edilməklə, hesablanmalıdır. Başqa sözlə, iddiaçının obyektin qapısı bağlanmazdan öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlə bağlı vergi orqanında 2006-2013-cü illərə aid məlumatlar mövcud olmaqla (hansı ki iddi açının özü də həmin dövrə istinad etmişdir), məhz 2011-2013-cü illərdə iddiaçı tərəfindən bəyan edilmiş gəlirlərinin məbləği nəzərə alınmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş 2011-2013-ci illərə aid vergi ödəyicisinin gəlir vergi bəyannamələrinin məzmunundan görünür ki, iddiaçının həmin obyektdə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi və özünün bəyan etdiyi gəlirləri 2011-ci il üzrə 2666,13 manat, 2012-ci il üzrə 2157,84 manat və 2013-cü il üzrə 818,64 manat olmaqla, ümumilikdə son üç il ərzində əldə etdiyi və özünün bəyan etdiyi gəlirlərin cəmi məbləği 5642,61 manat olmaqla, orta gəlirin məbləği bir ay üçün 157 manat olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinin məhdudlaşd ırıldığı müddət xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməklə, cəmi 6 il 8 ay təşkil etmişdir (başqa sözlə, 80 ay). Belə olan halda, iddiaçının əldə etdiyi orta gəlir məbləği bir ay üçün 157 manat olduqda, qazancından məhrum olduğu ayların sayı 80 ay olduqda, həmin müddət üçün itirilmiş qazancın məbləği 12560 manat təşkil edir. İddiaçı tərəfindən isə həmin halı təkzib edən və ona məhz iddia tələbində qeyd edilən məbləğdə maddi ziyan vurulması halına dair heç bir dəlil təqdim edilməmişdir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuş, vurulmuş ziyanın məbləğinin qalan hissəsində isə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əldən çıxmış fayda qismində vurulmuş ziyanın məbləğinin əvəzi olaraq 12560 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin hissədə əsaslı olmaqla, təmin edilməlidir.

47. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın iddianın rədd edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.

48. Həmçinin cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri

49. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq həmçini n qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırıldığı müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olmaqla səhv göstərmişdir. Belə ki, işin hallarından görünür ki, 2014-cü ilin avqust ayında iddiaçıya məxsus olan obyektin qapısı cavabdeh orqanın əməkdaşları tərəfindən hörülmüş, xx.xx.2021-ci il tarixdə məhkəmə qərardadı qəbul edilsə də, iddiaçı 2022-ci ilin yanvar ayının 25-də obyektə çıxarış almış və həmin ilin 2022-ci ilin fevral ayında həmin obyekti açaraq fəaliyyətə başlamışdır. Ona görə də, iddiaçının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırıldığı müddət – 2014-cü ilin avqust ayından 2022-ci ilin fevral ayına qədər olan dövr (ümumilikdə 90 ay) təşkil etmişdir.

50. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddia çının 2011-2013-cü illər üzrə əldə etdiyi gəlirləri düzgün hesablamamışdır. Məhkəmə 2011-ci il üzrə 2666,13 manat, 2012-ci il üzrə 2157,84 manat və 2013-cü il üzrə 818,64 manat olmaqla, iddiaçının 20112013-cü illər üzrə əldə etdiyi gəlirləri ümumilikdə 5642,61 manat, bir ay üçün 157 manat müəyyən etmişdir. Halbuki, iddiaçı 2011-ci ildə 9122,13 manat, 2012-ci ildə 11954,70 manat, 2013-cü ildə 1272,48 manat gəlir bəyan etmiş və müvafiq olaraq həmin illər üzrə 1824,43 manat, 2390,94 manat və 254,50 (cəmi 4470) manat gəlir vergisi ödəmişdir. Beləliklə, iddiaçı 2011-2013 illər üzrə 3 il ərzində 22350 manat gəlir bəyan etmişdir. Həmin məbləği 36 aya böldükdə bir ay üçün 620 manat təşkil edir. Həmin məbləği 90 aya vurduqda, 52000 manat yaranır. Buna görə də, əgər məhkəmə 2011-2013-cü illəri nəzər ə alırsa, bu halda iddiaçıya 52000 manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi nəticəsinə gəlməli idi.

51. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi nəyə görə 2011-2013-cü illər üzrə dövrü nəzərə aldığını izah etməmişdir. İddiaçı 7 illik dövr üçün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müvafiq sənədləri məhkəməyə təqdim etmiş, lakin məhkəmə 2011-2013-cü illəri nəzərə almış, nəyə görə həmin dövrü tətbiq etməsini əsaslandırmamışdır. İddiaçının 2013-cü il üzrə gəliri az olub, çünki artıq həmin dövrdə həmin ərazidə cavabdeh orqan tərəfindən təmir-tikinti işləri başlayırdı və icra hakimiyyətinin əməkdaşları artıq iddiaçıya işləməyə mane olurdular. Buna görə də iddiaçının 2013-cü il üzrə gəliri az olub. Ona görə də, məhkəmənin son 3 ili nəzərə alması başa düşülən dey il

52. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq həmçinin qeyd edilmişdir ki, 2011-2013-cü illərdə sözügedən mənzilin təyinatı yaşayış üçün nəzərdə tutulduğu halda, iddiaçı bu mənzili mağaza hesab etmiş və apellyasiya instansiyası məhkəməsi heç bir təqsiri olmayan cavabdehdən guya əldən çıxmış fayda qismində vurulmuş maddi ziyana görə pul vəsaitinin tutulması barədə qərar qəbul etmişdir. Cavabdehin həqiqətən təqsiri varsa, onda məhkəmə əldən çıxmış faydadan öncə ziyanın ödənilməsi barədə nəticəyə gəlməli idi. Ziyan vurma faktı yoxdursa, əldən çıxmış faydadan söhbət gedə bilməzdi. kassasiya şikayətinə qarşı etirazların dəlilləri

53. Kassasiya şikayətinə qarşı etirazlar təqdim edilməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ

54. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqaviləni n ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fizi ki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

56. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.9. yaratdığı müvafiq komissiyanın rəyinə əsasən, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək; 4.9.10. çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək; 57. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

58. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab et dikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

60. Apellyasiya instansiyası məhkəməsinin qərarından həm idd iaçı, həm də cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

61. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız, cavabdehin kassasiya şikayəti isə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

62. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

63. Hazırkı kassasiya baxışının predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi əldən çıxmış fayda qismində cavabdeh tərəfindən ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir.

64. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdeh 2014 -cü ildə onun qeyri-yaşayış sahəsi kimi istifadə edərək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi və gəlir əldə etdiyi mülkiyyətində olan mənzilin giriş qapısını bağlamış, həmin mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi barədə qeyd edilən dövrdəki müraciətini yalnız 2021-ci ildə təmin etmişdir. Nəticədə, o, həmin müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyi, həmin qeyri-yaşayış sahəsindən yalnız 2022-ci ildən istifadə etdiyi üçün qazancından (gəlirindən) məhrum olmuşdur.

65. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdehin binanın fasadının dəyişdirilməsi və yenidənqurma işlərinin icrası nəticəsində iddiaçıya məxsus obyektin girişini bağlamaqla müşayiət edilən hərəkəti qanunvericiliyin tə ləbinə uyğun olmamışdır. Belə ki, hətta iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsində qanunvericiliyin tələbinə riayət etmədən, özbaşına yenidənqurma, rekonstruksiya işləri aparsa belə, mənzil qanunvericiliyin tələbinə əsasən cavabdehin bununla bağlı səlahiyyəti, qanunvericiliyin tələblərinə uyğun olduqda özbaşına aparılmış işlərin rəsmiləşdirilməsini və ya mülkiyyətçidən əvvəlki vəziyyətin bərpa edilməsini tələb etməkdən, bunun üçün müddət müəyyən etməkdən, həmin müddət ərzində tələbinin yerinə yetirmədiyi halda həmin tələbin icrası ilə bağlı məhkəmədə iddia qaldırmaqdan ibarət olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus obyektin yaşayış sahəsi olmasına baxmayaraq, hətta özbaşına rekonstruksiya işləri aparmaqla, iddiaçının a çdığı qapını bağlamaqla bağlı səlahiyyəti olmamışdır.

66. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə 1995-ci ildən 2014-cü ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, daha sonra həmin mənzilin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə onun müraciətinin təmin olunmasından imtina edilmiş, həmin imtinanın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qanunsuz hesab edilməsinə rəğmən, həmin məhkəmə qərarı cavabdeh tərəfindən icra edilməmiş, iddiaçının həmin müraciəti 2021-ci il tarixdə təmin edilmişdir. Göründüyü kimi, qeyd edilən hallar özlüyündə cavabdehin hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyət inin həyata keçirilməsi ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına səbəb olan hallar kimi çıxış etmişdir. Belə ki, məhz keçən müddət ərzində (xx.xx.2015 – xx.xx.2021-ci il) iddiaçının yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirə bilməməsinə və nəticə olaraq isə həmin müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsinə məhz cavabdehin iddiaçının müraciətinə dair xx.xx.2015-ci il tarixli imtinası və həmin imtinanın qanunsuz hesab edilməsinə dair uzun müddət davam edən məhkəmə mübahisələrinin mövcud olması, yekun olaraq isə həmin imtinanın qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilsə də (qanuni qüvvəsini alsa da), cavabdeh tərəfindən həmin qərarın uzun müddət icra edilməməsi səbəb olmuşdur.

67. Məhkəmə kollegiyası işə təkrar baxan apellyasiya instansiyası məhk əməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı mübahisəyə münasibətdə iddiaçıya əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi üçün əsaslar müəyyən edilməmişdir.

68. Belə ki, bu qərarın 55-ci bəndində istinad olunan normaya görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

69. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının ona məxsus olan yaşayış sahəsindən qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə etməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı qanuna müvafiq qaydada hər hansı icazə almadan pəncərə yerindən qapı açaraq, mülkiyyətində olan mənzili qeyri-yaşayış sahəsi kimi istifadə etmiş və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh isə yalnız həmin mənzilin deyil, həm də həmin mənzilin yerləşdiyi yaşayış binasının fasadının yenidənqurulması ilə bağlı həyata keçirilən tikinti işləri çərçivəsində sözügedən mənzildə pəncərə yerindən qanunsuz açılmış qapının hörülməsi yolu ilə mənzilin əvvəlki formasının bərpasını təmin etmişdir.

70. Bu qərarın 56-cı bəndində istinad olunan normaya görə, dövlət büdcəsi hesabına təmir və yenidənqurma işləri aparılacaq binaları müəyyən etmək, çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədi ilə xüsusi proqramlar hazırlamaq və onların icrasına nəzarəti həyata keçirmək cavabdehin şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrindəki səlahiyyətlərinə aiddir.

71. Göründüyü kimi, cavabdehin hərəkəti onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə uyğun olmuşdur. Bu baxımdan cavabdehin mənzilin pəncərə yerindən açılmış qapının hörülməsində və mənzilin əvvəlki formasının bərpa etməsində ifadə olunan hərəkətləri qanunauyğun sayılmalıdır.

72. Eyni zamanda, iddiaçı tərəfindən sözügedən mənzildən sahibkarlıq məqsədi ilə qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin qanunvericiliyin tələbinə uyğun olmadığını və bunun qanunsuz olduğunu iddiaçının bildiyi də nəzərə alınmalıdır.

73. Belə ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından iddiaç ının xx.xx.2014-cü il tarixdə həmin mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi barədə ərizə ilə cavabdehə müraciət etdiyi, lakin cavabdehin xx.xx.2014-cü il tarixli məktubu ilə həmin müraciətin təmin olunmasından imtina etdiyi görünür. Həmin mənzilin də yerləşdiyi binada cavabdeh tərəfindən aparılan yenidənqurma və təmir işləri başa çatdıqdan sonra, iddiaçı yenidən eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2015-ci il tarixli, J-30/2 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından yenidən imtina edildiyi bildirilmişdir. Həmçinin, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərara əsasən, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi təmin edilməmiş, eləcə də özbaşına aparılmış yenidənqurmanın yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı, habelə qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı nəzərə alınaraq və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq iddiaçıdan 3 ay müddətində həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələb olunmuşdur.

74. Bundan başqa, iş üzrə materiallardan görünür ki, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müraciətinin təmin olunmasından cavabdeh tərəfindən davamlı imtina edilmiş, sözügedən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı tərəflər arasında mübahisəyə dair qanuni qüvvəyə minmiş xx.xx.2017ci il tarixli məhkəmə aktı ilə cavabdehin üzərinə sadəcə olaraq i ddiaçının müvafiq ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi qoyulmuş, cavabdeh də həmin məhkəmə aktının icrası qaydasında iddiaçının müraciətinə yenidən baxaraq növbəti dəfə müraciətin təmin olunmasından imtina barədə xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərar qəbul etmişdir. Başqa sözlə, həmin məhkəmə qərarında cavabdehin üzərinə iddiaçının xeyrinə və onun tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmamışdır və iddia təmin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu xüsusat nəzərə alınmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməməsinə və nəticə etibarı ilə iddiaçının həmin müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsinə səbəb cavabdehin x x.xx.2015-ci il tarixli imtinasının məhkəmə tərəfindən qanunsuz hesab edilməsinə rəğmən, həmin məhkəmə qərarının cavabdeh tərəfindən uzun müddət icra edilməməsi olmuşdur. Halbuki, artıq qeyd edildiyi kimi, məhkəmə tərəfindən cavabdehin üzərinə birmənalı olaraq iddiaçının xeyrinə qərar qəbul edilməsi öhdəliyi deyil, ümumi olaraq onun müraciətinə dair qərarın qəbulu öhdəliyi qoyulmuşdur və məhkəmənin bu göstərişi neqativ qərarın qəbulunu istisna edən və ya yalnız pozitiv qərarın qəbulunu nəzərdə tutan anlamda qiymətləndirilə bilməz.

75. Bununla belə, yalnız 2021-ci il tarixdə cavabdehin özü tərəfindən iddiaçının müraciətinin təmin edilməsi barədə qərar qəbul edilmiş və həmçinin iddiaçıya yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 2404 nömrəli bi ldiriş təqdim olunmuşdur. Yəni iddiaçının qanunsuz olaraq sahibkarlıq məqsədi ilə istifadə etdiyi yaşayış sahəsinin təyinatının leqallaşdırılması qanunvericiliyə uyğun olaraq məhz xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır.

76. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixədək həm pəncərə yerindən qapının açılmasının, həm də yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi sahibkarlıq məqsədi ilə istifadəsinin qanunsuz olduğunu bilmişdir və bu xüsusat iş üzrə materiallarla tam təsdiq olunur. Bu baxımdan iddiaçının qanunsuz olduğunu bilə-bilə pəncərə yerindən qapı açaraq qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mənzildə həyata keçirdiyi fəaliyyətdən əldə edəcəyi gəlirlərə “qanuni gözlənti” hüququ yarana bilməz.

77. Bundan əlavə, iddiaçının öz mənzilindən onun təyinatı baxımından sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etməsi mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, bu qərarın 55-ci bəndində istinad olunan normalara görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur.

78. Bu qərarın 57-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

79. İstinad olunan norma anlamında hazırkı mübahisəyə münasibətdə əldən çıxmış fayda (gəlir) ilə bağlı inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı üç hal sübut olunmalıdır: gəlir, yəni fayda əldə olunmamışdır; tələbkarın (kreditorun) hüququ pozulmuşdur; məhz borclunun hüquqazidd hərəkəti faydanın (gəlirin) əldə olunmasına imkan verməmişdir. Bu şərtlərin hamısının birlikdə və eyni zamanda mövcud olması tələb olunur. Həmin hallardan hər hansı birinin sübut edilmədiyi təqdirdə, iddia təmin oluna bilməz.

80. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və bu qərarın 79-cu bənd ində qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni ən azından iddiaçı tərəfindən faydanın əldə olunmadığı və məhz borclunun hüquqazidd hərəkətinin gəlirin əldə olunmasına imkan vermədiyi, yəni məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində gəlirin əldən çıxdığı faktı iş üzrə materiallarla təsdiq olunmur.

81. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə həm də iddiaçı tərəfindən qanunsuz açılmış qapının hörülərək onun mənzilinin təyinatına uyğun şəklə salınması ilə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı arasında fərqləndirmə aparılması zəruridir. Nəzərə almaq lazımdır ki, qapının bağlanılması, habelə buna yönəlik hərəkət şəxsin sahibkarlıq fəaliyyəti hüququndan və bunun üzərindən həmin hüququ həyata keçirmək imkanından ümu miyyətlə məhrum olunması nəticəsini doğura və eləcə də bu anlamda qiymətləndirilə bilməz. Belə ki, iddiaçının bu hüququna münasibətdə hər hansı məhdudlaşdırma tədbirinin tətbiq edildiyi iş üzrə materiallardan müəyyən olunmur və iddiaçı qanuni yolla əldə etdiyi təsərrüfat obyektində həmin hüququnu həyata keçirmək imkanlarını özündə saxlayır.

82. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

83. Nəticə etibarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-65/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar