Məhkəmə qərarları › İş №2-1(102)-148/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-148/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-148/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin vəkili (nümayəndəsi) X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qar şı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-1(103)1536/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanması xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 22 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2015-ci il 21 avqust tarixli məlumat vərəqəsi əsasında 2014-cü il 16 dekabr tarixindən 35 il 10 ay 13 gün xidmət ilinə görə həmin məlumat vərəqə sindəki təminat xərcliyinin (886.85 manat) 95 faizi məbləğində pensiya təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə daxil olmuş 2015-ci il 07 noyabr tarixli məktuba əsasən, iddiaçının daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunması ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. Xidmətdən tərxis olunduqdan sonra iddiaçıya aid Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə təqdim olunmuş 2017-ci il 25 yanvar tarixli məlumat vərəqəsinə əsasən 37 il 6 gün xidmət illərinə görə pensiya ödənişi bərpa edilmişdir. Bundan sonra, köhnə məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına dair iddiaçı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 10 noyabr tarixli, 2-1(81)-5302/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının pensiyası 2017-ci il 25 yanvar tarixli məlumat vərəqəsinə əsasən deyil, 2015-ci il 21 avqust tarixli məlumat vərəqəsinə əsasən yenidən hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 04 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanması və 1 qrup əlil həyat yoldaşı X1 müalicəsi üçün keçmiş dövr üçün fərq məbləğinin tam şəkildə ödənilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcl iyinin 100 faizi məbləğində yenidən hesablanması və 1 qrup əlil həyat yoldaşı X1 müalicəsi üçün keçmiş dövr üçün fərq məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin dekabr ayında daxili işlər orqanlarından xidmətdən xaric edilmiş və 2015-ci il 26 avqust tarixli məlumat vərəqinə əsasən, 2014-cü il 17 dekabr tarixdə 35 il 10 ay 13 gün iş stajı ilə müvafiq təminat xərcliyinin 95 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. DİO-da xidmətdən əsassız çıxarıldığından 2015-ci il 31 oktyabr tarixdə yenidən DİO-ya qaytarıldığına görə əmək pensiyasının dayandırılması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. 2016-cı il 29 dekabr tarixdə öz xahişi ilə təqaüdə çıxmış və ona 37 il 6 gün iş stajı ilə müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Əvvəlki pensiya məbləğinin sonrakından çox olduğunu nəzərə alaraq məcbur qalıb məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 10 noyabr tarixli qərarı ilə 2015-ci il 26 avqust tarixli məlumat vərəqinə əsasən 2014-cü il 17 dekabr tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının 2016-cı il 29 dekabr tarixdən yenidən hesablanaraq verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərarı qismən icra olunmuş, yəni faktiki iş stajı 37 il 6 gün olduğu halda, pensiyası 35 il iş stajı ilə müvafiq təminat xərcliyinin 95 faizi məbləğində hesablanmışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təq dim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 iyul tarixli, 2-1(112)-3024/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçunun təminat xərcliyi hərbi xidmətdən buraxıldığı günə mövcud olan məbləğə uyğun hesablanır. İddiaçının hərbi xidmətdən buraxıldığı gün, yəni hazırda pensiyanın təyin edilməsinə əsas olan və qüvvədə olan məhkəmə qərarı əsasında yenidən hesablanmasını nəzərdə tutan məlumat vərəqəsi tərtib edilərkən müvafiq iş stajına malik olmamışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. ap ellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-1(103)-1536/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 14. “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə əsasən, səhhəti və yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş (xaric olunduqdan 10 ay sonra - 2015-ci ilin oktyabr ayında əməliyyat müvəkkili vəzifəsinə xidmətə yenidən təyinat almış) və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən (2016-cı il 29 dekabr tarixdə) onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən (xaric olana qədər 2 ay və ya + 10 ay 1-ci məlumat vərəqindəki təminat xərcliyi) hesablanır.

15. Göründüyü kimi, məhkəmə yuxarıda göstərilən normanı tətbiq etməyərək iddia tələbini təmin etməmişdir. Bunu onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi 20.18ci maddəyə əsasən pensiyanın yenidən hesablanmasına dair dəlilləri əsassız hesab edilir, çünki pensiya qüvvədə olan məhkəmə qərarı əsasında yenidən hesablanmışdır. Məhz həmin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 10 noyabr tarixli qərarı ilə 2015-ci il 26 avqust tarixli məlumat vərəqinə əsasən (1-ci məlumat vərəqi) 2014-cü il 17 dekabr tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının 2016-cı il 29 dekabr tarixdən yenidən hesablanaraq verilməsi barədə qərar qəbul etmişdir.

16. Göründüyü kimi məhkəmənin bu qərarı 20.18-ci maddənin bütün xüsusatlarını özündə tam ehtiva edir, çünki 2016-cı il 26 dekabr tarixə xidmət illəri tam təqvim üzrə 37 il təşkil etmişdir ki, bunu 2-ci məl umat vərəqi və məhkəməyə təqdim etdiyi əmək kitabçasından çıxarış təsdiq edir. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçıya cavab məktubunda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı baxımından ərizənin icrasının mümkün olmadığını qeyd etsə də, onun nümayəndəsi məhkəmə prosesi zamanı bildirmişdir ki, təminat xərcliyinin bir məlumat vərəqindən xidmət illərinin digər məlumat vərəqindən hesablanması mümkün deyildir. Məhkəmə işin hallarına hüquqi qiymət verib xidmət illəri ilə bağlı ziddiyyəti aradan qaldırmaq əvəzinə bu məsələyə aidiyyətı olmayan ümumi müddəalara istinad etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

18. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etira z edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İPM: Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.

2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 2015-ci il 26 avqust tarixdə cavabdeh orqana 2015-ci il 21 avqust tarixli 01 nömrəli məlumat vərəqəsi göndərmiş və həmin məlumat vərəqəsinə əsasən iddiaçının xidmət illəri 35 il 10 ay 13 gün (təqvimi xidmət illəri 31 il 3 ay 4 gün, güzəştli xidmət illəri 4 il 7 ay 9 gün), sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı isə 385,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə -207,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə -96,25 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 886,85 manat göstərilmişdir.

24. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq x xxxxxx 2015-ci il tarixində İdarə tərəfindən iddiaçıya 35 il 10 ay 13 gün xidmət müddətinə görə təminat xərcliyinin (886,85 manat) 95 faizi-842,51 manat məbləğində pensiya təyin edilmiş və pensiyası hüququnun yarandığı xx xxxxxx 2014-cü il tarixindən hesablanmışdır. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8832,67 manat məbləğində pul vəsaiti 2015-ci il 01 noyabr-2016-cı il 30 sentyabr tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürülmüşdür.

25. İddiaçının daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunması ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır.

26. İddiaçı xidmətdən yenidən tərxis olunduqdan sonra Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş 2017-ci il 25 yanvar tarixli, 1267 nömrəli məlumat vərəqəsinə əsasən 37 il 6 gün xidmət müddətinə görə pensiya ödənişi bərpa edilmişdir.

27. Bundan sonra, iddiaçı əvvəlki - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 2015-ci il 26 avqust tarixdə cavabdeh orqana göndərilmiş məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına dair məhk əmədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 10 noyabr tarixli, 21(81)-5302/2017 nömrəli qərarı ilə 2015-ci il 26 avqust tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsindən iddiaçı barəsində cavabdehə ünvanlanmış məlumat vərəqinə əsasən 2014-cü il 17 dekabr tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının 2016-cı il 29 dekabr tarixdən yenidən hesablanaraq verilməsi və 2016-cı il 29 dekabr tarixdən sonrakı dövr üçün yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 28. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 10 noyabr tarixli, 21(81)-5302/2017 nömrəli qərarı qanuni qüvvəyə minmiş və icra edilərək iddiaçının əmək pensiyası 2016-cı il 29 dekabr tarixindən yenidən hesablanmışdır.

29. Beləliklə, iddiaçının pensiyası məhkəmənin qanuni qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuş qərarı əsasında 2015-ci il 26 avqust tarixli məlumat vərəqinə uyğun hesablandığından iddianın əsassızlığına dair məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslıdır.

30. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin maddənin tələbinə görə, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xi dmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

31. Hazırkı işdə həmin normanın bu mübahisəyə tətbiqini zəruri edən hər hansı hal müəyyən edilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli 21(103)-1536/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar