Məhkəmə qərarları › İş №2-1(102)-1480/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1480/2019

30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1480/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bund an sonra cavabdeh) qarşı “torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-274/19 saylı, 10 yanvar 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri, Binəqədi rayonu, X4 2035/1 saylı 30.10.2007-ci il tarixli sərəncamı əsasında, Bakı şəhər sakini X12 ərizə ilə X8 müraciət edərək boş torpaq sahəsini alqısatqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Həmin sərəncamla Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 5000 kv.m b oş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Daha sonra 27.01.2012-ci il tarixli 40 nömrəli qərardan görünür ki, X2 qəsəbə Bələdiyyəsinə müraciət edərək 27 dekabr 2011-ci il tarixli 974 saylı qərarla (ilkin qərar 30 oktyabr 2007-ci il tarixli 2035/1 saylı olmuşdur) sahibkarlıq fəaliyyətinin tikintisi üçün istifadəsinə ayrılmış 2530 kv.m torpaq sahəsinin 200 kv.m-ni fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Həmin qərarla Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqı-satqı qaydasında ayrılmış 2530 kv.m torpaq sahəsinin 200 kv.m-ni fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə ayrılmış, X5 mülkiyyətində isə 2330 kv.m-i saxlanılmışdır. Həmçinin, X4 376 nömrəli, 13 sentyabr 2012-ci il tarixli qərarından görünür ki, X2 Qəsəbə Bələdiyyəsinə müraciət edərək 27 yanvar 2012-ci il tarixli 40 saylı qərarla (ilkin qərar 30 oktyabr 2007-ci il tarixli 2035/1 saylı olmuşdur) sahibkarlıq fəaliyyətinin tikintisi üçün istifadəsinə ayrılmış 2330 kv.m torpaq sahəsinin 250 kv.m-ni fərdi yaşayış evinin tikintisi üçün X10, 250 kv.m-ni isə fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Həmin qərara əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqı-satqı qaydasında ayrılmış 2330 kv.m torpaq sahəsinin 250 kv.m-ni fərdi yaşayış e vinin tikintisi üçün vətəndaş X10, 250 kv.m-ni fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə ayrılmış, X5 mülkiyyətində isə 1830 kv.m torpaq sahəsi saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçı 13.05.2014-cü il tarixdə X8 müraciət edərək, X4 376 saylı 13 sentyabr 2012-ci il tarixli qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə verilmiş 1830 kv.m torpaq sahəsinin 450 kv.m-ni aralarında olan qarşılıqlı razılaşmaya əsasən uzun müddət ərzində özünün faktiki istifadəsində olmasını nəzərə almaqla sözügedən torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmiş, bələdiyyə orqanı torpaq sahələrinin icarəyə və ya mülkiyyətə verilməsi ilə bağlı qərar qəbul olunmadığını əsas gətirməklə müraciətin təminindən imtina etmiş, bələdiyyənin imtina cavabı ilə razılaşmayan id diaçı məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu X4 376 saylı 13.09.2012-ci il tarixli qərarında dəyişiklik edilərək 1830 kv.m torpaq sahəsinin 450 kv.m hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Binəqədi rayonu X8 həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli Qərarının icrası təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3149/2014 saylı, 10 iyul 2014-cü il tarixli Qərarının icrası ilə əlaqədar X4 376 saylı, 13 sentyabr 2012-ci il tarixli Qərarı ilə X9 ayrılmış 1830 kv.m torpaq sahəsinin 450 kv.m-i İddiaçı adına rəsmiləşdirilmiş, X4 376 saylı, 13 sentyabr 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin alqısatqısı üçün 134362 saylı, 2008-ci ilin avqust ayında verilmiş kassa mədaxil orderinin qəbzinə əsasən bələdiyyə büdcəsinə ödənilmiş cəmi 2200 AZN manat pul vəsaitinin 544 AZN hissəsi İddiaçı, yerdə qalan 1656 AZN hissəsi isə A.S.Məmmədovun adına hesab edilmişdir. Bələdiyyə tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinin situasiya planı təsdiq edilmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan ümumi sahəsi 450 kv.m olan torpaq sahəsinə dair plan-ölçünün və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********68 nömrəli, 23.04.2018-ci il tarixli və **********47 nömrəli, 07.03.2018-ci il tarixli mək tublarla iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ərizəyə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsas gətirilərək müraciətlərin təminindən imtina edilmişdir. İddiaçı 30 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan ümumi sahəsi 450 kv.m olan və torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-2958/18 saylı iş) 26 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində iddiaçının faktiki istifadəsində olan ümumi sahəsi 450 kv.m olan torpaq sahəsinə plan və ölçünün tərtib edilərək, həmin torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi qanuni qüvvədə olan məhkəmə qərarının icrası qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. Odur ki, işin bu cür halında iddiaçı göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasını tələb etməkdə haqlıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının ( hakimlər X16məruzəçi, X20 və X17,2-1(103)-274/19 saylı iş) 10 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması və bu əsasdan iddianın rədd edilməsi ilə bağlı cavabdehin əsasları ilə razılaşır. 30.10.2017-ci il tarixdə X1 fəaliyyəti tikintisi üçün 5000 kv.m torpaq sahəsinin ayrılması, eləcə də ilkin bələdiyyə qərarından sonra həmin torpaq sahəsinin ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılması bələdiyyə torpaqlarının ayrılması haqqında qanunvericiliyin tələblərinə zidd olaraq hərracdan (müsabiqədən) kənar ayrılmış, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Mübahisəli torpaq sahəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş bələdiyyə qərarlarına əsaslandığından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması mümkün deyildir. Məhkəmənin qanuni qüvvəsini almış 10.07.2014-cü il tarixli qərarı da hazırkı tələb üzrə iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququna əsas verən sənəd hesab edilmir. İddiaçı 22 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: X9 ayrılmış torpaq sahəsinin q anuni əsaslarının olub-olmaması hazırkı işin mübahisə predmeti deyildir. Bələdiyyə tərəfindən X9 torpaq sahəsi 30.10.2017-ci il tarixdə deyil, 30.10.2007-ci il tarixdə bələdiyyənin 2035/1 saylı sərəncamına əsasən ayrılmışdır. Ayrılan torpaq sahəsi isə qanunvericiliyin tələblərinə uyğun ayrılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli qanunun məqsədi bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləməkdir. Məhkəmə öz əsaslandırmasında qeyd edilən qanunun yeni redaksiyasına əsaslanır. Halbuki, Məmmədova torpaq sahəsi 2007-ci ilin 30 oktyabrında ayrıldığı halda məhkəmənin əsaslandığı maddənin ye ni redaksiyası 2008-ci il tarixli olmuşdur. Qeyd edilən qanunun keçmiş, mətnində qeyd edilirdi (yəni Məmmmədovun mülkiyyətinə torpağın ayrılması zamanı qüvvədə olan mətnində): Maddə 6.5. ilk redaksiya “torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpaq ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq ayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Milli Məclis tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.2,-ci maddəsində qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə veri lməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi, bələdiyyənin X9 2035/1 saylı 30.10.2007-ci il tarixli sərəncamla ayırmış olduğu 5000 kv.m torpaq sahəsinin ayrılma əsasları qanunidir. Ona görə də məhkəmənin “mübahisəli torpaq sahəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş bələdiyyə qərarlarına əsaslandığından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması mümkün deyildir” redaksiyasında olan əsaslandırmasının qanuni və hüquqi əsası mövcud deyildir. Məmmədov Azada həmin torpaq sahəsi mülkiyyət hüququ ilə verilmişdir. O zaman məlum məsələdir ki, Məmmədov Azadın da bir mülkiyyətçi kimi öz əmlakından istədiyi kimi istifadə etmək, sahiblik hüququ olmuşdur. Məmmədov Azadın İddiaçı 450 kv.m torpaq sahəsini verməsi zamanı isə bələdiyyə Məmmədovu bu hüquqdan məhrum etmişdir, çünki artıq həmin dövrdə torpaq sahələrinin hərrac və müsabiqə vasitəsilə verilməsi nəzərdə tuturdu. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə Mülki Məcəllə arasında yaranmış bu ziddiyyətin həlli yolu isə yalnız məhkəmədən keçməli idi ki, bu da 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməsi tərəfindən verilmiş 2-1(81)-3149/2014 saylı 10.07.2014-cü il tarixli qərar vasitəsilə öz həllini tapmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 27-ci maddəsində mübahi sələrin həlli məsələsi qeyd edilmişdir, həmin maddənin 27.2-ci bəndinə görə Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Beləliklə, adı çəkilən qanun özü icazə verir və birbaşa ifadə edir ki, bələdiyyələrlə torpaq mülkiyyətçiləri arasında olan mübahisələr məhkəmə vasitəsilə həll edilə bilər. Məhz məhkəmə qərarı nəticəsində bələdiyyə tərəfindən Məmmədovun razılığı da daxil olmaqla hazırkı iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xa hiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) aiddir. İşin hallarından görünür ki, Binəqədi Bələdiyyəsinin 30.10.2007-ci il tarixli qərarı ilə X1 fəaliyyəti tikintisi üçün 5000 kv.m boş torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin A.Məmmədova satılmasına dair bələdiyyənin qərarı və bələdiyyə ilə A.Məmmədov arasında bağlanmış alqı-satqı aktı mövcuddur. A.Məmmədov həmin torpaq sahəsinin bir hissəsini ayrı-ayrı şəxslərə satmış, istifadəsində 1830 kv.m torpaq sahəsi qalmışdır. Onun da 450 kv.m-ni iddiaçıya satmışdır. Bundan sonra, iddiaçı bələdiyyəyə müraciət edərək, b ələdiyyənin 376 saylı 13 sentyabr 2012-ci il tarixli qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə verilmiş torpaq sahəsinin 450 kv.m-ni aralarında olan qarşılıqlı razılaşmaya əsasən uzun müddət ərzində özünün faktiki istifadəsində olmasını nəzərə almaqla sözügedən torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmiş, bələdiyyə bundan imtina etmiş, iddiaçının iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1323/2014 saylı, 10 iyul 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu X4 376 saylı 13.09.2012-ci il tarixli qərarında dəyişiklik edərək 1830 kv.m torpaq sahəsinin 450 kv.m hissəsinin iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsinin X8 həvalə edilməsi qərara alınmış, bələdiyyənin 29 avqust 2014-cü il tarixli 69 saylı qəra rı ilə məhkəmənin qanuni qüvvəsini almış qərarı icra edilərək 376 saylı, 13 sentyabr 2012-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X9 ayrılmış 1830 kv.m torpaq sahəsinin 450 kv.m-i əlavə olunmuş cizgi əsasında iddiaçının adına əvəzi ödənilərək sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh qanuni qüvvədə olan məhkəmə qərarı ilə onun üzərinə vəzifə qoyulmadığını, torpaq sahəsinin bələdiyyə tərəfindən qanunvericiliyə uyğun olaraq hərrac və ya müsabiqə yolu ilə satılmadığını bildirib hüququn qeydə alınmasından imtina etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməs i ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddiaçının təqdim etdiyi sənədlər sırasında iddia olunan torpaq sahəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı və bələdiyyə aktı mövcuddur. İddiaçının bələdiyyə aktında qeyd edilən 450 kv.m torpaq sahəsinə hüququ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qərarı ilə tanınmışdır. Buradan, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Cavabdeh imtinanın əsası kimi qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qərarı üzrə onun üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə kollegiyası cavabdehin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Cavabdeh inzibati orqan nəzərə almalıdır ki, istinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Yetər ki, həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğu təsdiq edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasl arından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Cavabdehin bu hüququ qeydə almaq öhdəliyi isə məhkəmə qərarından deyil, bilavasitə qanundan irəli gəlir. Yəni bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Cavabdehi n yuxarıda qeyd edilən qənaəti nəzərə alındıqda, belə nəticəyə gəlmək olar ki, daşınmaz əmlaka dair hüququ qeydə alan inzibati orqan həmin müqavilələrin bağlanması üzrə notariat icraatına cəlb edilməli, onun nümayəndəsi müqavilənin bağlanmasında və təsdiq olunmasında bilavasitə iştirak etməlidir, yaxud da, notariat orqanı qərar qəbul etməklə həmin inzibati orqanın üzərinə öhdəlik qoymalıdır. Cavabdehin yuxarıda qeyd edilən qənaəti nəinki əsassızdır, həm də daşınmaz əmlaka dair hüquqların qeydiyyatını, habelə cavabdehin bununla bağlı fəaliyyətini tənzimləyən normativ aktlara açıq-aşkar zidd olduğundan qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edir ki, 450 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi barədə bələdiyyə qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qəbul edildiyi ndən bələdiyyə torpaqlarının alınması haqqında qanunvericiliyin tələblərinə zidd olaraq hərracdan (müsabiqədən) kənar ayrılması, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, habelə yer quruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmamasına dair cavabdehin və apellyasiya məhkəməsinin qənaəti əsaslı sayıla bilməz. Bəhs olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada...bələdiyyə orqanları tərəfindən müvafiq olaraq...bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə...dair qəbul edilmiş aktlar daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsinin d övlət qeydiyyatı üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi X4 qəbul etdiyi 29 avqust 2014-cü il tarixli qərarının qanunla müəyyən edilmiş qaydada qəbul edilməsini, yəni qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli qərarına uyğun qəbul edilməsini araşdırmamışdır. Bu hal işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilməm əlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-274/19 saylı, 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar